Sizin reklam burada 728×90
Son dəqiqə

Gold Estetikdə liposaksiyadan ÖLÜM HADİSƏSİ:

18.03.2025 01:36 1 026 1 dəq oxunur
Gold Estetikdə liposaksiyadan ÖLÜM HADİSƏSİ:
Sumqayıtda 34 yaşlı qadın liposaksiyadan sonra ölüb.

Hadisə şəhərin 18-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada qeydə alınıb.

Məlumata görə, 1991-ci il təvəllüdlü Pərvanə Afiyəddin qızı Mirzəyevanın meyiti yaşadığı evdə aşkarlanıb.

Onun fevralın 27-də Bakı şəhərində yerləşən özəl klinikalardan birində - Gold Estetik-də liposaksiya əməliyyatı etdirdiyi bildirilir.

P.S. Hadisə ilə bağlı aldığımız məlumata görə, əməliyyatı Gold Estetik Komanda edib. Həmin komandaya rəhbərlik edən şəxs anestezioloq Pərviz Əhmədovdur. Həmin Pərviz həkim anestezioloq olmasına baxmayaraq, estetik cərrahiyyə işləri ilə məşğuldur.



Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az