Sizin reklam burada 728×90
Son dəqiqə

Koronavirusa yoluxma sayı artdı - SON STATİSTİKA

12.07.2022 20:04 901 1 dəq oxunur
Koronavirusa yoluxma sayı artdı - SON STATİSTİKA
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 63 yeni yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 793827 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 703 nəfər müalicə olunaraq sağalıb, 9 719 nəfər vəfat edib, aktiv xəstə sayı 405 nəfərdir.

Ölkədə son sutka ərzində 1 967, hazırkı dövrədək isə 6 989 636 test aparılıb.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az