• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Naxçıvan duzdağ mağaralarında azərbaycanlı alim tərəfindən ilk dəfə aparılan elmi tədqiqat işləri dünyaya uğurla təqdim olunub

Səhiyyə

16-07-2023, 20:55

Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu milli səhiyyə, eləcə də sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissəsi kimi təbii sərvətlərimizdən xalqımızın rifahı, sağlamlığı və ölkəmizin inkişafı naminə səmərəli istifadə daim ümdə məsələlərdən olub.

Ümummilli Liderin ölkəmizə birinci rəhbərliyi dövründə Naxçıvanda dağ-mədən sənayesinin inkişafına və duz istehsalının artırılmasına nail olunub, duz mədəninin maddi-texniki bazası gücləndirilib, bu qədim diyarın rəmzinə çevrilən Duzdağ şəfaverici xüsusiyyətinə görə tanınıb.


Xüsusilə Naxçıvan Dövlət Universiteti duz terapiya ilə müalicəyə dair alimlərimizin elmi nəticələrinin təbliği, bu sahədə tədrisin yüksəldilməsi, dünya tibb elminin yeniliklərinin mənimsənilməsi və tətbiqi baxımından öz töhfəsini verməkdədir.

Bundan irəli gələrək, Naxçıvan Dövlət Universitetində tibb üzrə alimlərin, allerqoloq və immunoloqların allerqik xəstəliklərə qarşı mübarizədə speleoterpiyanın təsirləri və bu müalicədə müasir yanaşmalar mövzularında təqdimatları olub.

Naxçıvanda səhiyyə turizmi imkanlarının genişləndirilməsində Duzdağ Fizioterapiya Mərkəzi, Darıdağ Arsenli Su Müalicə və İstirahət Kompleksinin böyük fayda gətirəcəyinə diqqət çəkilib.

Speleoterapiya bronxopulmonar sistemin bir sıra allergik və qeyri-allergik xəstəliklərinin profilaktikası, müalicəsi və reabilitasiyasında duz mədənlərinin mikroiqliminin istifadə olunmasına əsaslanan yüksək effektiv, təbii, qeyri-medikamentoz müalicə üsuludur.

Bu baxımdan dünya speleoterapiya təcrübəsində Naxçıvan “Duzdağ” fizioterapiya mərkəzi analoqu olmayan Azərbaycanın unikal tibb müəssisəsidir.

Azərbaycanda speleoterapiyanın yenidən formalaşması ATU-nun Allerqologiya və immunologiya kafedrasının müdiri, Əməkdar elm xadimi, Əməkdar həkim, Azərbaycan Pediatrlar Assosiasiyasının Fəxri vitse-prezidenti, t.e.d., professor Lalə Allahverdiyevanın adı ilə sıx bağlıdır.

Professor Lalə Allahverdiyeva qeyd olunan müalicə üsulunu elmi cəhətdən əsaslandıraraq, bu üsulun yüksək klinik, laborator və immunoloji effektivliyini sübuta yetirib. Onun rəhbərliyi ilə aparılan elmi tədqiqatlar təkcə Azərbaycanda deyil, bütün dünyada speleoterapiyanı keyfiyyətcə yeni mərhələyə yüksəldib.

10 ilə yaxındır ki, aparılmış tədqiqatların nəticələri professor L.Allahverdiyevanın elmi məktəbinin xidmətləri sayəsində dünya miqyasında geniş şəkildə çatdırılıb. Alimin rəhbərliyi ilə bu problemə həsr olunmuş çoxlu sayda elmi məqalələr nüfuzlu nəşrlərdə, o cümlədən SCOPUS biblioqrafik məlumat bazasına daxil olan tibbi jurnallarda dərc olunub.

Mötəbər beynəlxalq tibbi konqreslərdə, forumlarda elmi tədqiqatın nəticələri təqdim edilib və beynəlxalq tibb ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib, o cümlədən Sinqapurda (2015), ABŞ-da (2017), Türkiyədə (2022) keçirilmiş konqreslərdə mükafat və diplomlara layiq görülüb.

Professor L.Allahverdiyeva patologiyanın növündən və xəstənin yaşından asılı olaraq müxtəlif müalicə rejimlərini özündə əks etdirən speleoterapiyanın unikal müalicə sxemini hazırlayıb. Belə ki, speleoterapiya alan bütün xəstələrə müalicə mütləq şəkildə adaptasion, əsas və readaptasion rejimlə aparılıb.

Bu innovativ yanaşmadır və dünyada ilk dəfə olaraq “Duzdağ” fizioterapiya mərkəzində tətbiq edilib.

Alim tərəfindən təklif edilmiş bu metodika ilə günümüzə qədər respublikanın müxtəlif regionlarından və xarici ölkələrdən olan yüzlərlə xəstə reabilitasiya keçib və belə yanaşmanın yüksəkeffektivliyini sübut edən əsaslı nəticələr əldə olunub.

Yeni müalicə üsulu bronxial astma, allergik rinit, polliniz və atopik dermatit kimi xəstəliyi olan uşaqlar və böyüklər üzərində tətbiq edilib. Bu müalicə əsasında postCOVID sindromlu xəstələrin isə reabilitasiyasının yeni istiqamətləri tətbiq olunur. Dünyada ilk dəfə olaraq duz mağaralarında müalicə alan xəstələrdə professor L.Allahverdiyevanın rəhbərliyi ilə mütəxxəssislər qrupu tərəfindən müalicənin effektivliyinin informativ göstəricisi olaraq, verilən nəfəsdə azot oksidin səviyyəsi müəyyən edilib.

Professor COVID-19 pandemiyasından sonra postCOVID sindromunun müşahidə edildiyi xəstələrin Duzdağ Fizioterapiya Mərkəzində reabilitasiyasının müsbət nəticələr doğurduğunu bildirib, müalicə kurslarının sonunda xəstələrin əksəriyyətinin əhvalında pozitiv dəyişikliklər, laborator müayinələrin nəticələrində müsbət gözləntilər qeydə alınıb.

Tədqiqatlar Avropa Resprator Cəmiyyəti, Amerika Torakal Cəmiyyəti və ABŞ Qida və Dərman Administrasiyası tərəfindən tövsiyə edilən NIOX MINO (İsveç, Aerocrine) portativ cihazı vasitəsilə aparılıb.

Qeyd edək ki, müxtəlif bronxopulmonar patologiyaları olan xəstələrin müalicəsində zəngin təcrübə Naxçıvan duz mədənlərinin mikroiqlimində speleoterapiyanın yüksək effektivliyini sübut edib. Davamlı müalicə bronxial astmalı xəstələrin 70-80%-də 6 aydan 1,5 ilədək remissiya əldə etməyə imkan verir.


Azərbaycan Pediatrlar Assosiasiyası
az.pediatr.as@gmail.com

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

İqtisadiyyat / Bölgə

7-02-2023, 21:23

İN: Naxçıvanda iqtisadi sferada həyata keçirilən tədbirlər müzakirə olunub - FOTOLAR

Təhsil

19-08-2022, 17:50

NDU-nun “Hərbi Tibb” ixtisasına əlavə sənəd qəbulu elan edilib

Mədəniyyət

23-12-2022, 19:25

Cenevrədə Bakıya aid elmi araşdırma təqdim olunub

Siyasət

26-04-2023, 20:04

Azərbaycan Ümummilli liderin gərgin əməyi sayəsində inkişaf etmişdir

Bölgə

13-07-2022, 20:30

Naxçıvan Ali Məclisinin sessiyası çağırılıb

İqtisadiyyat / Bölgə

16-07-2023, 20:50

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Naxçıvana səfər edib FOTOLAR

Ölkə

28-04-2023, 21:53

BU GÜN OFTALMOLOQ ALİM, AKADEMİK ZƏRİFƏ XANIM ƏLİYEVANIN DOĞUM GÜNÜDÜR - FOTO

Cəmiyyət

20-05-2023, 01:19

Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir - FOTO

İqtisadiyyat

20-05-2023, 01:29

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Elmi Tədqiqat İnstitutu ümumrespublika və beynəlxalq elmi və praktiki məqalə müsabiqəsi elan edir

Siyasət

15-07-2023, 20:25

Böyük uğurlar qazanılıb

Cəmiyyət

12-07-2023, 17:32

“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının Azərbaycanın davamlı inkişafında rolu” adlı monoqrafiya MEK-də

Araşdırma
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
Abşeronda qanunsuz tikinti iddiaları artır: Bu dəfə "SARAY H" MTK gündəmdə
“Pulumu qaytarmadılar, yenidən əməliyyat təklif etdilər” – Vətəndaş estetik əməliyyatdan şikayətçidir
Qaz İxrac İdarəsində Sərxan Babaşovla bağlı yeni iddialar
Hadisə
Bu gün, 10:57
Zərdabda avtomobil işıq dirəyinə çırpılıb, xəsarət alanlar var
Bu gün, 10:07
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Dünən, 19:00
Azərbaycanlı gənc Rusiyada faciəvi şəkildə öldü
Dünən, 17:47
Samuxda kütləvi zəhərlənmə faktı qeydə alınıb
Dünən, 16:45
14 il şiddət görən qadının əri saxlanıldı
Dünən, 09:36
Bakıda avtovağzalın yaxınlığında yanacaqdaşıyan avtomobil yanıb
Xəbər lenti
  • Bu gün, 19:00
    Orxan Məmmədli: Dini mövzularda xəbərlər cəmiyyətdə maraqla qarşılanır
  • Bu gün, 18:30
    İran danışıqlar aparmaq niyyətində deyil
  • Bu gün, 18:00
    Məscidlər yalnız ibadət yeri olmayacaq - açıqlama
  • Bu gün, 17:30
    Sahibə Qafarova Fələstinin Baş naziri ilə görüşdü
  • Bu gün, 17:08
    Vəlvələ çayında “Elnur Cəlilov zəlzələsi”
  • Bu gün, 16:56
    İranda təxirə salınan quru əməliyyatı – İslam Respublikası hələ Venesuela deyil - ŞƏRH
  • Bu gün, 15:43
    Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq
  • Bu gün, 15:24
    Bakıxanovda "Möcüzəvi Epidemiya"- Eyni anda quruyan ağaclar və daş hasarlar -VİDEO
  • Bu gün, 15:10
    Azərbaycan, Türkiyə və Gürcüstandan keçən strateji obyektlərin müdafiəsi ilə bağlı təlim keçiriləcək
  • Bu gün, 14:59
    “Buta Farm” dərmanları rütubətli yerdə saxlayırmış — RƏSMİ
  • Bu gün, 14:52
    Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
  • Bu gün, 13:06
    BMT: Benqal körfəzində iki qayıq batıb, 500-dən çox Rohinca qaçqını ölüb
  • Bu gün, 12:50
    Əli Əsədov Fələstinin Baş naziri ilə görüşüb
  • Bu gün, 12:41
    ABŞ Zəngəzur dəhlizini icarəyə götürür
  • Bu gün, 12:14
    Hakan Fidan: Rusiya-Ukrayna müharibəsinin Qara dənizə yayılmasını istəmirik
  • Bu gün, 11:51
    Rəqabətsiz bazarda bahalı reklam - AZAL nəyi və kimə reklam edir?
  • Bu gün, 11:40
    İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
  • Bu gün, 11:15
    Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
  • Bu gün, 10:57
    Zərdabda avtomobil işıq dirəyinə çırpılıb, xəsarət alanlar var
  • Bu gün, 10:26
    115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!! -TƏFSİLAT
  • Bu gün, 10:07
    Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
  • Bu gün, 09:56
    Casusluqda ittiham olunurdu - İrandan çıxmasına icazə verildi
  • Bu gün, 09:46
    Ukraynanın Rusiyanın Belqorod vilayətinə zərbələri nəticəsində 5 nəfər yaralanıb
  • Bu gün, 09:36
    Beyləqanda pambıq "pripiska"sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…
  • Bu gün, 09:27
    "Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxır
  • Dünən, 22:11
    3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
  • Dünən, 19:00
    Azərbaycanlı gənc Rusiyada faciəvi şəkildə öldü
  • Dünən, 18:30
    Rusiya XİN: Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya səfər edəcək
  • Dünən, 18:00
    Məcnun Məmmədov Kəlbəcərdə vətəndaşları qəbul edəcək
  • Dünən, 17:47
    Samuxda kütləvi zəhərlənmə faktı qeydə alınıb
  • Dünən, 17:40
    "Caspian Global Auto"dan şikayət - "Sifariş etdiyim avtomobil yoxa çıxdı, xəbərim olmadan başqa maşın alınıb"
  • Dünən, 17:31
    "Islamabad Post": IV Şuşa Qlobal Media Forumu ölkələr və mədəniyyətlər arasında körpü olub
  • Dünən, 17:22
    Sakinlər mərasim evindən narazıdır - Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir
  • Dünən, 16:57
    Hikmət Hacıyev: Şuşa mədəniyyət və ilham şəhəridir
  • Dünən, 16:45
    14 il şiddət görən qadının əri saxlanıldı
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə