Sizin reklam burada 728×90
Son dəqiqə

Prezidentliyə namizədliyi təsdiqlənənlərin sayı 7-yə çatdı

21.12.2023 17:59 512 1 dəq oxunur
Prezidentliyə namizədliyi təsdiqlənənlərin sayı 7-yə çatdı
Azərbaycanda prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənənlərin sayı 7-yə çatıb.

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələni səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, bundan öncə MSK İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az