Sizin reklam burada 728×90
Son dəqiqə

İlham Əliyev Emoməli Rəhmonu COP29-a dəvət edib

23.05.2024 16:22 689 1 dəq oxunur
İlham Əliyev Emoməli Rəhmonu COP29-a dəvət edib
Azərbaycan Prezidenti İlham Əliyev tacikistanlı həmkarı Emoməli Rəhmonu Bakıda keçiriləcək COP29-a dəvət edib.

Bunu İlham Əliyev prezidentlərin mətbuata bəyanatı zamanı deyib.

“Mən Tacikistan Prezidentini noyabrda keçiriləcək iqlim konfransında iştiraka dəvət etdim. Bu dəvət qəbul olundu. Biz bu beynəlxalq tədbirin keçirilməsinə fəal hazırlaşırıq və Tacikistanın aktiv iştirakını gözləyirik. Əminəm ki, tacik dostlarımız bu konfransın uğurla keçirilməsinə və yaxşı nəticələr əldə edilməsinə böyük töhfə verəcəklər”, - dövlət başçısı bildirib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az