• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

İrəvana davam edən hərbi yardımlar – Ermənistanı müharibəyə hazırlayırlar - ANALİZ

Siyasət

26-07-2024, 15:49

Rəsmi İrəvan dörd ilə yaxındır yalan danışır, avantüra ilə məşğuldur. Elə Azərbaycanla sülh sazişinin imzalanmasını təşviq və təbliğ edən qərblilər, İran da ondan geri qalmırlar. Ermənistan və havadarları haqqında belə qənaətə gəlməyi təsdiqləyən faktlar var, hadisələr baş verir.

Bu yaxınlarda Avropa İttifaqının Avropa Sülh Fondu bu ölkəyə hərbi məqsədlə on milyon avro ayırması haqqında qərar qəbul edib.

Belə bir qərarın qəbul edilməsi işğalçı düşüncədən xilas olmayan Ermənistanın təcavüzkar ruhunu, əməlini dirçəltməkdir. Çünki rəsmi İrəvana Azərbaycan və Türkiyəyə torpaq iddiası, saxta soyqırımın tanınması iddiasını özünə ehtiva edən konstitusiyasını dəyişmək istiqamətində hələ də real addım atmayıb. Avropa İttifaqı Şurasının bu qərarı Ermənistan hakimiyyətinə, şimalyönümlü sayılan ictimai-siyasi qüvvələrə və maliyyə boslarına, cəmiyyətin yalan, xülya ilə uydurulmuş təbəqəsinə Azərbaycana qarşı savaşa ruhlandırmaq, təhrik etmək cəhdidir.

İrəvana davam edən hərbi yardımlar – Ermənistanı müharibəyə hazırlayırlar - ANALİZ

Ehtimal etmək olar ki, Fransanın liderlik etdiyi bu qurumun Ermənistana hərbi məqsədli ilk qərarı olmayacaq. Çünki Yelisey sarayının bu ölkəyə nəzarəti əldə etmək üçün belə aksiyaları davam etdirəcəyi də gözləniləndir. Rəsmi İrəvana birtərəfli qaydada Azərbaycan-Ermənistan sərhədyanı ərazisinə Avropa İttifaqının mülkü monitorinq məntəqəsini yerləşdirib. Əvvəllər onların sayı və hərbi-texniki təchizatı da zəif olub. Ancaq indi “müşahidəçi”lərin sayı 200-ü keçib. Ermənistanın Fransadan da hərbi texnika və silah aldığını, Aİ-nin Sülh Fondunun isə xərcləri ödədiyini də nəzərə alsaq, bu qərarların ardının olacağı istisna edilmir.

Azərbaycan torpaqları işğal altında olduğu illərdə də beynəlxalq vasitəçilər rəsmi İrəvanın törətdiyi əməllərə görə sanksiyalar tətbiq etməyib, əksinə, müxtəlif məqsədlər adı altında ona maliyyə yardımları edib. 44 günlük müharibədən sonra məlum oldu ki, ermənilər həmin maliyyə yardımlarını işğal etdikləri Azərbaycan torpaqlarında hərbi istehkamlar tikməyə sərf edib.

Odur ki, Qərbin Ermənistanı slilahlandırması İrəvanın Azərbaycana qarşı ərazi iddialarından imtina etdirməyəcək. Onun təyinat üzrə, yəni fövqəladə vəziyyətdə mülki vətəndaşların təxliyəsinin təşkilinə xəclənməyəcəyi də sirr deyil. Həmin maliyyə vəsaitini Fransadan və Hindistandan öldürücü hücum silahlarının alınmasına yönəldəcəyi gözlənilir.

Ermənistanda hələ də Azərbaycana qarşı ərazi iddiası irəli sürən fəaliyyət göstərir. Onlar çıxışlarında davamlı şəkildə bu istiqamətdə açıqlamalar yayır, müsahibələr verirlər.

Bu ölkənin ərazisində separatçıların tör-töküntülər “Artsax nümayəndəliyinin” təmsilçisi kimi fəaliyyət göstərir. Rəsmi İrəvan və havadarları buna da göz yumurlar. Həmin “təmsilçilərin” Ermənistanda saxlanılıb, fəaliyyətlərinə və açıqlamlarına görə tənbeh edilməməsi istər-istəməz Azərbaycan torpaqlarının işğal altında olduğu dövrü yada salır. Onda da həmin qüvvələr Rusiyada daxil olmaqla Ermənistanın güclənməsinə yardım edirdi.

Qeyd edək ki, 2017-ci ildə Rusiya hərbi texnika almaq üçün Ermənistana 100 milyon dollarlıq kredit ayırmışdı. Kredit Ermənistana illik 3 faizlə 20 il müddətinə verilmişdi. 2015-ci ilin iyununda da Rusiya ilə Ermənistan arasında 200 milyon dollarlıq kredit müqaviləsi imzalanmışdı. Həmin kredit Ermənistanın Rusiyadan silah alınmasına xərclənib.

Yəni qərbə, yaxud şimala sığınmasından asılı olmayaraq bu ölkəyə hərbi yardımlar edilib.

Əvvəllər Rusiyanın Azərbaycana qarşı istifadə etdiyi Ermənistandan oxşar manevr, maliyyə yardımı, hərbi dəstəklə Qərb yararlanır.

Belə qənaətə gəlmək olar ki, beynəlxalq ictimaiyyət Ermənistanın sülh sazişi imzalamasına başlıca maneədir. Onların bu kimi fəaliyyəti iki ölkə arasında görüşlərin keçirilməsinə, sərhədlərin müəyyənləşməsinə, normallaşma prosesinə və sülh sazişinin imzalanmasına böyük maneədir. Bu isə bəhs etdiyimiz istiqamətdə razılaşmanın əldə edilməsini istəməyən başlıca qüvvənin elə Qərb olduğu qənaətinə gəlməyə əsas verir. Əks halda, Avropa İttifaqı Sülh Fondu Şurası 10 milyon avro ilə nəbzi yoxlamazdı.

Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasına əsasən, Ermənistanın son günlərdə Kəlbəcər istiqamətində ağır silahlar və Tovuz istiqamətində kvadrokopter tətbiq etməklə təxribatlar törədib. Onun bu təxribatı ABŞ ilə birgə hərbi təlimləri, Fransanın Ermənistanı öldürücü silahlarla təchizi və Avropa İttifaqı tərəfindən "Avropa Sülh Fondu" adı altında Ermənistana ilkin mərhələdə on milyon avro dəyərində hərbi yardımın göstərilməsi qərarı ilə eyni vaxta təsadüf edir.

Bu da Ermənistanın Azərbaycanı müharibəyə təhrik etmək cəhdlərindən sayıla bilər. Nə dərəcədə təzadlı da olsa, Ermənistanının silahlanmasında həm də İran İslam Respublikası fəal rol oynayır. Ötən gün onun İrəvanla hərbi texniki əməkdaşlığa dair 500 milyon dollarlıq gizli razılaşma imzalandığına dair xəbərlər yayılıb. Azərbaycan qarşı çıxışları ilə seçilən Tehranın İrəvandakı səfiri Mehdi Sübhani bunu təkzib edib. Ancaq onun Azərbaycana məlum münasibət onun açıqlamasının da doğruluğa şübhə yaradır. Bir də 44 günlük müharibə zamanı Rusiyadan Ermənistana silah, hərbi texnika İran ərazisindən ötürüldüyünə dair də faktlar var. Bu da səfirin təkzibinə inamsızlığa əsas verir. İranın Ermənistana tədarük etmək niyyətində olduğu hərbi texnikanın təxminin siyahısı belədir: “Shahed 136”, “Shahed 129”, “Shahed 197”, “Mohajer”, habelə “3rd Khordad”, “Majid”, “15th Khordad” və “Arman” hava hücumundan müdafiə sistemi kompleksi. Ermənistanın Qərb və İranın yardımı ilə sürətlə silahlanması region üçün arzuolunmaz nəticələr səbəb ola bilər. Davranışı, ermənilərə dəstəyi isə onların buna cəhd göstərdiklərini ehtimal etməyə əsas verir. Odur ki, sülhdən, təhlükəsizliyin vacibliyindən, önəmindən danışan Avropa İttifaqı və İranının Ermənistanı müharibəyə hazırladığı qənaətinə gəlmək olar.(Report)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

25-07-2024, 17:28

Azərbaycan MN xəbərdarlıq etdi

Siyasət

22-07-2024, 18:38

Ayxan Hacızadə: Ermənistana edilən hərbi yardım bölgədə destruktiv fəaliyyətə xidmət edəcək

Gündəm / Siyasət

22-02-2024, 17:35

Ceyhun Bayramov Toivo Klaarı qəbul edib

Cəmiyyət

1-07-2024, 18:01

İlham Əliyev: Sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir

Gündəm / Siyasət

27-09-2023, 13:46

Hacıyev-Qriqoryan görüşü: Avropa İttifaqının etməli olduqları - ŞƏRH

Siyasət

6-09-2022, 17:38

Ermənilərdən növbəti TƏXRİBAT HAZIRLIĞI - İrəvan sülh istəmir

Siyasət

6-08-2022, 13:26

Aİ Cənubi Qafqazda davamlı sülh və sabitlik üçün səylərini davam etdirəcək

Gündəm / Siyasət

2-08-2023, 10:28

Prezident: “Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər, çünki münasibətlərimiz qarşılıqlı hörmətə söykənir”

Dünya

14-07-2022, 21:45

KİV: Avropa İttifaqı Ukraynaya əlavə 500 milyon avroluq hərbi yardım edəcək

Siyasət

18-07-2024, 14:00

Paşinyan İlham Əliyevlə görüşdən imtina etdi - Təcili

Gündəm / Siyasət

2-07-2024, 15:43

Prezidentin sülh şərti – beynəlxalq ictimaiyyətə ismarış - ANALİZ

Cəmiyyət

26-06-2024, 15:59

EAPCA: Fransanın Ermənistana “Caesar” qurğularını verməsi Azərbaycana qarşı təxribatdır

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
11-08-2026, 16:09
Bakıda usta evdən 10 min manatlıq qızıl oğurlayıb
10-08-2026, 18:25
Şahbuzda avtomobil aşıb, sərnişin ölüb
10-08-2026, 10:46
Balakəndə ağır qəza - 3 nəfər faciəvi şəkildə öldü
10-08-2026, 09:59
"David Seliverstov" Gürcüstanda kazinoda dava saldı, antisemitizmdən dəm vurdu -DETALLAR
9-08-2026, 11:00
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
8-08-2026, 12:25
Xanımının doğum günündə vəfat edibmiş...
Xəbər lenti
  • Dünən, 19:02
    Xocavənd rayonunda mina partlayıb, xəsarət alanlar var
  • Dünən, 18:53
    “Putin seçkidən sonra yüz minlərlə adamı cəbhəyə aparacaq” - Zelenski
  • Dünən, 18:31
    "Ferrum Kapital" Vətən müharibəsi iştirakçısını təhqir edib? - FOTO
  • Dünən, 18:15
    Kobaxidze Azərbaycan Prezidentinin Naxçıvanda verdiyi mesajlara münasibət bildirib
  • Dünən, 18:07
    Əfqanıstana oxşasa da, bura Yeni Günəşlidir – sakinlərdən sərt narazılıq
  • Dünən, 17:43
    Naxçıvan sosial-iqtisadi inkişafın yeni mərhələsindədir - TƏHLİL
  • Dünən, 17:27
    “Laçın Dental Clinic” və “Dental Butik” də diplomsuz həklimlər çalışır? - VİDEO
  • Dünən, 16:57
    Türkiyədə F-16 qırıcısı qəzaya uğrayıb, pilot katapult edib
  • Dünən, 16:41
    Əmrullayevin elektron attestatı “işləmədi” - Nazirlik kağız sənədə qayıdır?
  • Dünən, 15:59
    Gürcüstan mediası İlham Əliyevin enerji dəhlizləri və ixracına dair açıqlamalarını geniş işıqlandırıb
  • Dünən, 15:05
    Səfir: Azərbaycan minalardan təmizləmə sahəsində ABŞ ilə əməkdaşlığa maraq göstərir
  • Dünən, 14:55
    Xocəsəndə qanunsuz tikinti? - Sakinlərin yolu bağlanıb, sahibkar narazılıqlara məhəl qoymur
  • Dünən, 14:14
    Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar
  • Dünən, 14:00
    Həndbol Federasiyası “ABU Arena”dan çıxarılıb
  • Dünən, 13:40
    Sabah 37 dərəcə isti olacaq
  • Dünən, 13:22
    Bu məscid və ziyarətgahlara işçi axtarılır
  • Dünən, 13:18
    Qarabağa səfərdə “sürpriz dəyişiklik”: İctimai fəalların yerinə mollalar?
  • Dünən, 12:56
    400 minlik dələduzluq iddiası: Zərərçəkmiş Prezidentə və Baş prokurora açıq müraciət etdi
  • Dünən, 12:20
    Blokadadan qlobal logistika mərkəzinə - Naxçıvanın geosiyasi çəkisi artır - ŞƏRH
  • Dünən, 12:12
    Tərtər Rayon İcra Hakimiyyətinin paylaşımı diqqət çəkdi –Nə baş verdi?/FOTOFAKT
  • Dünən, 11:45
    Azərbaycanın İsveçdəki səfiri dəyişdirilib
  • Dünən, 11:30
    “Koroğlu”da marşrut avtobusu dayanacağa çırpıldı - Video
  • Dünən, 10:55
    Azərbaycanda işsiz şəxslərin sayı açıqlanıb
  • Dünən, 10:48
    Naxçıvan Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəqliyyat vasitələri alır
  • Dünən, 10:32
    Zakir Həsənov Naxçıvanda yerləşən hərbi hissələrdə olub
  • Dünən, 10:13
    SOCAR AQŞ-də artıq işçilər boğaza yığılıb - İki aydır maaşlar verilmir....
  • Dünən, 09:57
    Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb
  • 11-08-2026, 19:00
    İranın müdafiə naziri: Əsas təhlükə mənbəyi İsraildir
  • 11-08-2026, 18:44
    Deputat-biznesmen Məşhur Məmmədovun biznes imperiayası…-Özü də jurnalisti belə təhdid edir...
  • 11-08-2026, 18:30
    Azərbaycan-ABŞ münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
  • 11-08-2026, 18:17
    Türkiyədə seçki sorğusu: Ərdoğan İmamoğlu və Yavaşa uduzur
  • 11-08-2026, 17:56
    Macarıstan parlamenti ölkənin yeni prezidentini seçib
  • 11-08-2026, 17:46
    İran İraq ərazisini vurdu
  • 11-08-2026, 17:25
    Bir il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib
  • 11-08-2026, 17:11
    “Tarqovu“dakı məşhur restoranın yerləşdiyi obyekt satılır - 7 milyon manata
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə