• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Trampın Kanadanı ABŞ-yə qatmaq istəyi - "Make America Great Again” hədəfi - TƏHLİL

Siyasət

9-01-2025, 18:00

ABŞ-nin seçilən Prezidenti Donald Trampın Kanada, Qrenlandiya və Panama kanalı ilə bağlı çıxışı beynəlxalq səviyyədə birmənalı qarşılanmayıb.

Prezident səlahiyyətləri icrasının başlamasına az qalmış o, Kanadaya ABŞ-nin 51-ci ştatı olmağı təklif edib, eləcə də Danimarkadan Qrenlandiya adasını satmağı istəyib. O, Panama hakimiyyəti ilə eyniadlı kanalın taleyinin artıq müzakirə olunduğunu da bildirib.

Trampın sözlərinə görə, Ştatlar daha böyük ticarət kəsirlərinə və Kanadanın ayaqda qalması üçün lazım olan subsidiyalara dözə bilməz: “Castin Trüdo (Kanadanın Baş naziri-red.) bunu bildi və istefa verdi”.

Onun fikrincə, amerikalılar və kanadalılar birlikdə böyük bir ölkə təşkil edəcək, vergilər aşağı salınacaq, ticarət tarifləri ləğv ediləcək, yaranacaq ölkə Rusiya və Çin hərbi gəmilərindən tamamilə qorunacaq.

O, Kanadadan idxala 25 faiz rüsum tətbiq etməyə hazırlaşır və dövlət başçısı kimi ilk iş günündə belə bir fərmanı imzalayacağını da vurğulayıb.

Hələ ki Kanadanın Baş naziri vəzifəsində qalan Castin Trüdo ABŞ-nin seçilən Prezidentinə cavabında bunu “cəhənnəmdə qartopu oynamaqla” eyniləşdirib. Hökumət başçısı əlavə edib ki, ABŞ ilə Kanada ticarət və təhlükəsizlik sahələrində bir-birinin tərəfdaşıdır.

Trampın Kanadanı ABŞ-yə qatmaq istəyi - "Make America Great Again” hədəfi - TƏHLİL

Kanada xarici işlər naziri Melanie Joli "X" səhifəsində qeyd edib ki, Donald Tramp bununla Kanadanı güclü ölkə edən amilin tam olaraq anlaşılmadığını nümayiş etdirir: “Bizim iqtisadiyyatımız güclüdür. Xalqımız güclüdür. Biz təhdidlər qarşısında heç vaxt geri çəkilməyəcəyik”.

"SpaceX" şirkətinin sahibi Elon Mask isə nazirin çıxışına belə münasibət bildirib: “Qız, sən artıq Kanadanın qubernatoru deyilsən. Sənin fikrinin heç bir önəmi yoxdur”.

Donald Tramp bir müddət əvvəl Castin Trüdonu "Kanadanın qubernatoru" adlandırmışdı.

Qrenlandiya dünyada ən böyük adadır. O, Danimarkanın tərkibində muxtariyyətə malikdir. Donald Tramp bildirib ki, Qrenlandiya üzərində nəzarət və ona malik olmaq ABŞ üçün vacibdir. Adanın Baş naziri Mute Eqede ona cavab olaraq deyib: “Qrenlandiya bizimdir. Biz satılmırıq və heç vaxt satılmayacağıq. Biz azadlıq uğrunda uzun mübarizəmizi uduzmamalıyıq”.

Danimarka kralı 10-cu Frederk də yeni müraciətində bildirib ki, Qrenlandiyayadək krallıq vahiddir: “Bir yerdə olmağımız taleyimizdir”.

Bundan başqa, kral Danimarkanın gerbinin dəyişdirilməsinə dair sərəncam verib. Orada Qrenlandiya və Farer adalarının ayı və qoyundan ibarət simvolları daha qabarıq göstərilib.

Donald Tramp Qrenlandiya və Panama kanalının ABŞ-yə iqtisadi təhlükəsizlik baxımından lazım olduğunu bildirib: “Məsələnin hərbi yolla həlli ilə bağlı məsuliyyəti üzərimə götürə bilmərəm. Ancaq biz nə isə etməliyik”.

Avropa İttifaqı (Aİ) rəsmiləri Qrenlandiya məsələsini Aİ-nin suverenliyi ilə əlaqələndiriblər. Onlar iddia ediblər ki, İttifaqın suverenliyinə hücuma heç kimə icazə verməyəcəklər.

Tramp Qrenlandiyanı əldə etmək niyyətindən ilk dəfə deyil ki, danışır. O, bunu əvvəllər - 2019-cu ildə də təklif etmişdi. Qrenlandiyanın ozamankı baş naziri Kim Kielsen "ada satılmır" demişdi. Danimarkanın baş naziri Mette Frederiksen isə Trampın təklifini “absurd” adlandırmışdı. Buna cavab olaraq ABŞ prezidenti onu “iyrənc” adlandıraraq Kopenhagenə səfərini ləğv etmişdi.

Qrenlandiya Şimali Amerikadan Avropaya ən qısa yolda yerləşir. Bu, ABŞ üçün strateji əhəmiyyət kəsb edir. Orada böyük minerallar, neft ehtiyatları və Amerikanın “Paitufik” kosmik bazası var.

Odur ki, adanın ABŞ-yə birləşdirilməsi ideyası yeni deyil. İlk dəfə 1860-cı ildə ABŞ-nin 17-ci Prezidenti Endrü Conson bu təşəbbüslə çıxış etmişdi.

Donald Trampın üçüncü ərazi iddiası Panama kanalına nəzarətin ABŞ-yə keçməsidir. 1999-cu ilədək kanala Ştatlar nəzarət edib. İndi isə o Panama dövlətinə məxsusdur. Kanal 1960-cı il iyunun 12-də rəsmi olaraq açılıb. Bu su qurğusunun sayəsində Nyu-Yorkdan San-Fransiskoya dəniz younun uzunluğu 22,5 km-dən 9,5 km-dək qısalıb.

2009-2016-cı illərdə kanal modernləşdirilib, 130 min tondan çox yerdəyişmə ilə neft tankerlərinin keçməsinə icazə verilib. Panama Kanalı İdarəsi 2024-cü maliyyə ili üçün 3,5 milyard dollar mənfəət əldə etməyi planlaşdırırdı.

Maliyyə ilinin ilk doqquz ayı ərzində (2023-cü ilin oktyabrı – 2024-cü ilin iyun ayı) Panama kanalında adi yük tranzitinin həcmi 303,8 milyon ton olmaqla 8 227 gəmi təşkil edib. Tam maliyyə ili ərzində bu, 430 milyon ton təşkil edə bilər.

Panama Prezidenti Xose Raul Mulino bildirib ki, kanalın hər metri Panamın ərazisidir və gələcəkdə də belə olacaq.

Donald Tramp bu üç əraziyə əsassız olaraq iddia etməyib. Çünki həmin ərazilərlə bağlı ABŞ rəsmilərinin və siyasi dairələrinin əvvəllər də uyğun açıqlamaları olub. Ancaq bu, reallaşmayıb. Hadisələr seçilən prezidentə iddialarında haqq qazandırır. Hələ prezidentliyinin birinci dönəmində Tramp Almaniya və Fransanı Rusiya ilə münasibətlərinə görə sərt tənqid edirdi. Bildirirdi, Avropa İttifaqı ölkələrinin təhlükəsizliyini, müdafiəsini ABŞ təmin edir, onlar isə Rusiya ilə təbii qaz ticarəti edib, Qərbin maraqlarına qarşı çıxırlar. Tramp üzv ölkələrdən müdafiə xərclərini artırmasını istəyirdi. Onda Almaniyanın kansleri Angela Merkel daha çox narahat olurdu.

Avropa İttifaqında bir ara NATO-ya alternativ olaraq öz hərb blokunu yaratmağa cəhdlər də olmuşdu.

Odur ki, Kanada, Qrenlandiya və Panama kanalı üzrə açıqlamalar da qarşı tərəflərlə məsələyə yenidən baxılmasına zəmin yarada bilər.

Dünya üzrə 11 dəniz dəhlizi mövcuddur. Onlardan yeddisi əsas, altısı isə ikinci dərəcəli sayılır. Yeddidən biri Panama kanalıdır.

Donald Tramp Panama hakimiyyətinin eyniadlı kanaldan keçən gəmilər üçün tətbiq etdiyi tariflərin “həddən artıq yüksək” olduğundan qəzəbləndiyini bildirib. Adıçəkilən su qurğusundan keçən bütün keçidlərin 72 faizdən çoxunu məhz ABŞ təmin edir. Bu baxımdan, Donald Trampın kanala iddiası da başadüşülən sayıla bilər.

1947-ci ildə Kanada iqtisadiyyatının aparıcı sahələrində ABŞ səhmlərini stimullaşdırmaq məqsədi ilə plan qəbul edilmişdi. 1959-cu ildə iki ölkə arasında hərbi sənaye sahəsində əməkdaşlığa dair müqavilə imzalanıb.

1988-ci ilin sentyabrında üçillik çətin danışıqlardan sonra Kanada-ABŞ Azad Ticarət Sazişi (CUSFTA) imzalanıb.

Ştatlar Kanadanın xarici ticarət dövriyyəsində birinci yerdədir.

ABŞ Kanadanın bütün sahələr üzrə himayəçisi və müdafiəçisi rolunda çıxış edir. Bu baxımdan, onun siyasi hakimiyyətinə rəsmi Vaşinqton əsaslı təsiretmə gücünə malikdir. Onu müdafiə etmək üçün əlavə xərclər sərf etməkdənsə, ABŞ ölkəni tərkibinə qataraq sərfiyyatı azaltmaq niyyətindədir.

Təbii ki, Donald Trampın irəli sürdüyü istəklər qarşı tərəf üçün təhlükəsizlik, iqtisadi, kommunikasiya məsələləri baxımından müzakirəyə də ehtiyacı var.

ABŞ-yə sığınan, onun kölgəsində özünü təhlükəsiz hiss edən Kanadanın müstəqillikdən danışması birmənalı sayılmır.

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Kanadanın müstəqilliyi məsələsinə də toxunub:

“Dünya tarixində öz ərazi bütövlüyünü öz gücü ilə bərpa edən ikinci ölkə olmayıb, hər halda, yaxın və orta keçmişə nəzər salsaq. Bunu biz etmişik, bütün təzyiqlərə, təhdidlərə və təhlükələrə rəğmən. Müstəqil siyasət aparmaq iqtidarında olan ölkələrin sayı da o qədər də çox deyil. Baxın, indi yenə də Kanadaya qayıdırıq. Trampın bir sözü ilə Kanadanın Baş naziri istefaya getdi. Axı, Kanada Azərbaycandan 10 dəfə çox neft hasil edir - 300 milyon ton və əhalisi də cəmi 40 milyondur. Yəni 300 milyon ton, əgər başqa iqtisadiyyat olmasa belə, 40 milyonu 300 milyon tonla yola vermək olmaz? Görün, bunların iqtisadiyyatı nə qədər bərbad vəziyyətdədir ki, Amerika əgər onlara əlavə rüsum tətbiq etsə, bunun iqtisadiyyatı çökəcək və cənab Tramp deyəndə ki, Kanada 51-ci ştat olmalıdır və cənab Trüdo qubernator olmalıdır, bu, əlbəttə trollinq kimi sayıla bilər. Amma, əslində, bu sözlərdə bəlkə də məntiq var. Yəni, mən nəyi deyirəm, baxın Avropa ölkələrinə, onlar güc mərkəzlərindən nə qədər asılıdır və bəzən başqa faktorlardan. Ona görə müstəqil siyasət aparmaq iqtidarında olan ölkələr çox deyil. Ona görə bizim bu sahədəki siyasətimiz haqlı olaraq bizə rəğbəti daha da artırır və mən əminəm ki, yeni dünya nizamı tam formalaşma prosesinə düşəndə, o cümlədən Azərbaycanın mövqeyi də nəzərə alınacaq, ən azı Cənubi Qafqazda və Xəzər hövzəsində və biz buna hazır olmalıyıq”.

Prezident bununla Kanadanın və ona oxşar ölkələrin müstəqilliyini ABŞ kimi böyük gücün hesabına təmin etdiyinə diqqəti çəkir. Azərbaycan isə belə bir imkana malik olmadığı halda müstəqil dövlətdir. Bu baxımdan, Kanadanın bir sıra beynəlxalq məsələlərə, o cümlədən Azərbaycana dair hadisələrə əsassız müdaxiləsi də məntiqli sayılmaya bilər. Çünki Kanada bütün istiqamətlərdə de-fakto ABŞ-nin 51-ci ştatıdır. Odur ki, İndiana ştatının beynəlxalq məsələlərə yanaşması ilə onun münasibəti yalnız beynəlxalq ictimai baxımdan önəmli ola bilər.

Kanadanın irəli sürdüyü təşəbbüslər qlobal səviyyədə dəstəklənməyib. Düzdür, o, G7-nin üzvüdür. Ancaq həmişə ABŞ və Böyük Britaniya kölgəsi onun başının üstündədir.

Belə müstəqil olmaqdansa, ABŞ kimi böyük dövlətin 51-ci ştatı olmaq daha şərəflidir. Odur ki, Kanada, Qrenlandiya və Panama kanalı ideyalarının yenidən gündəliyə gəlməsi təsadüfi deyil. Çünki Donald Trampın seçkiqabağı təbliğat kampaniyasının əsas şüarı "Make America Great Again" (“Amerikanı yenidən böyüdək!”) olub. Bu mənada, o, təkcə nüfuz baxımından deyil, həm də ərazi baxımından ölkəsini böyütməyi nəzərdə tutur.(Report)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Dünya

19-02-2024, 12:20

Avropa İttifaqı Trampın qalib gələcəyi ssenariyə hazırlaşır - NATO-ya ALTERNATİV

Dünya

2-09-2022, 18:38

"Bərabərlik və demokratiya təhlükə altındadır"

Dünya

19-09-2023, 14:51

Hindistan və Kanada ticarət danışıqlarını dayandırdı

Dünya

17-07-2024, 09:04

Trampın növbəti mitinqinin tarixi - Açıqlandı

Dünya

12-10-2024, 11:04

Trampın İran qorxusu: Ağ Evdən hərbi təyyarə və maşın tələb etdi

Dünya

6-11-2024, 20:35

Trampın yenidən seçilməsi birjalara necə təsir etdi?

Dünya

15-05-2024, 21:47

Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı

Gündəm / Dünya

12-08-2024, 17:58

Trampın Maska müsahibəsi bu gecə olacaq - YENİLƏNİB

Dünya

15-08-2024, 13:44

Tramp Netanyahuya zəng etdi: Razılaş!

Dünya

7-11-2024, 14:28

Trampın qələbəsi onlara 64 milyard qazandırdı - Siyahı

Dünya

3-01-2025, 15:34

Zelenski: Trampla andiçmədən sonra görüşə bilərik

Cəmiyyət

12-11-2024, 12:55

Bir ipdə iki kəndirbaz: - Tramp və Maskın arası dəyəcəkmi?

Araşdırma
Xaçmazda vakansiya niyə gizlədildi? – 9 nömrəli məktəbdə biologiya dərsi kimə və necə verildi?
Zərgərlik mağazalarından oğurluq edən qadın saxlanıldı - VİDEO
İKZF Xəlil Göyüşovdan 152 milyon manatlıq yaşayış sahəsi alır
“Vüsal 300“ yenə köhnə ampulasında – Yüksək faiz, qanunsuz lizinq
Fuad Qəhrəmanlı axtarışa verildi
Şəhid anası imtahandan kəsildi, imtiyazsız namizəd imtahansız işə götürüldü – Quba-Xaçmaz RTİ-də qəribə kadr seçimi
Hadisə
Bu gün, 09:21
Sabirabadda qadın 14 kiloqram narkotiklə saxlanılıb
Dünən, 15:48
Hoteldə anasını öldürən yeniyetməyə hökm oxundu
27-02-2026, 14:47
Bakıda elektrovozla yük avtomobili toqquşub, ölən var
25-02-2026, 18:35
Özünü televiziya əməkdaşı kimi qələmə verib pul tələb edən şəxs saxlanılıb
24-02-2026, 15:25
Cəlilabadda itkin düşən 26 yaşlı qadın axtarılır
22-02-2026, 15:00
Gəncədə 3 yaşlı uşaq xəstəxanada öldü
Xəbər lenti
  • Bu gün, 17:55
    İranın Azərbaycana dron hücumu – Tehran bütün körpüləri yandırır - ŞƏRH
  • Bu gün, 17:22
    İlham Əliyev: Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün ümid yeridir
  • Bu gün, 16:59
    İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib
  • Bu gün, 16:48
    AYNA yol xətlərinə 30 milyon manat xərcləyəcək - Hesablamalar nə deyir?
  • Bu gün, 16:18
    Moldova İranın Naxçıvana hücumlarını qətiyyətlə pisləyir
  • Bu gün, 15:42
    İmza yerini bilməyən rəis? Yasamal idarəsində şok iddialar -DETALLAR
  • Bu gün, 14:09
    Rəsmi Bakı: Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır
  • Bu gün, 13:14
    İran dronlarından biri Naxçıvandakı məktəbin yaxınlığına düşərək partlayıb
  • Bu gün, 12:54
    İran Naxçıvan aeroportuna dron hücumu edib
  • Bu gün, 12:48
    XİN: İran Naxçıvana dron hücumu edib, 2 mülki şəxs xəsarət alıb
  • Bu gün, 12:42
    CƏMİL ƏLİYEV TƏRƏFİNDƏN ÖLKƏ ÜZRƏ YENİ ÜZMƏ REKORDU MÜƏYYƏNLƏŞDİRİLDİ
  • Bu gün, 12:21
    “TikTok”da canlı yayımda qəlyan çəkdi - 750 manat cərimələndi
  • Bu gün, 12:13
    Son səkkiz ildə Gəncədə yolların təmirinə ayrılan milyonlar haralara sərf edilib
  • Bu gün, 11:24
    Kamran Əliyev Sabunçu rayonunda vətəndaşları qəbul edəcək
  • Bu gün, 11:04
    Tenderlərdə “Yaşıl Nida” Sirri – Dövlət müqavilələri niyə detalsız qalır?
  • Bu gün, 10:40
    "HRANA": İranda ölənlərin sayı 1110 nəfəri ötüb
  • Bu gün, 10:21
    Biləsuvar İcra başçısının müavini Ləman Yüzbaşova ilə bağlı İNANILMAZ FAKTLAR
  • Bu gün, 09:42
    Adil Vəliyev Buzovnada hansı şərtlərlə bu tikintiyə icazə verib? VİDEO
  • Bu gün, 09:21
    Sabirabadda qadın 14 kiloqram narkotiklə saxlanılıb
  • Bu gün, 09:02
    Maştağada gölü kim satıb? – icra başçısı Adil Vəliyevlə Ekologiya və Təbii Sərvətlər Nazirliyi susur….
  • Bu gün, 08:51
    Bakıda 15 istiqamətdə tıxac müşahidə olunur
  • Bu gün, 07:26
    Nazirlik bu oyuncağın satışını qadağan etdi — Marketlərdən yığışdırılır (FOTO)
  • Bu gün, 07:18
    Qars bələdiyyə sədri: Türkiyə və Ermənistan sərhədində təmir bərpa işləri aparılır Türkiyə və Ermənistan sərhədində təmir bərpa işləri aparılır
  • Bu gün, 07:15
    “İranda lider olmaq istəyən hər kəs ölür”
  • Bu gün, 07:14
    ABŞ İrana qoşun göndərəcək? - Ağ Ev açıqladı
  • Bu gün, 07:12
    “Snapdragon” dövrü sona çatır: Samsung yeni prosessorlarından istifadə edəcək
  • Bu gün, 07:10
    Xameneinin ailəsindən kimlər sağ qaldı?
  • Bu gün, 07:08
    32 yaşında nazir təyin olunan Fərid Bağırzadə kimdir? - DOSYE
  • Bu gün, 07:05
    Çin 2026-cı ildə silahlı qüvvələrini modernləşdirməyi planlaşdırır
  • Dünən, 23:04
    57 rəqibini geridə qoydu – Azərbaycanlı Nazlı üçqat çempion oldu! — Fotolar
  • Dünən, 22:40
    “Referans”ın baş həkimi Ulya Quliyeva məhkəməyə verildi
  • Dünən, 19:07
    Yaxın Şərqin digər istiqamətlərindən Azərbaycana təxliyə reysləri planlaşdırılır
  • Dünən, 18:53
    Binəqədidəki tikinti narazılığa səbəb oldu - VİDEO
  • Dünən, 18:39
    XİN: İrandan indiyədək 255 Azərbaycan vətəndaşı təxliyə olunub
  • Dünən, 18:31
    Şərqi Zəngəzur Təhsil İdarəsinin rəisindən nazirə şikayət - SƏN DEMƏ...
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə