• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

ABŞ Suriyanı tərk edir – Əsədin süqutundan sonra davam edən proses - ŞƏRH

Siyasət

21-04-2025, 17:56

ABŞ Suriyanın şimal-şərqində yerləşən səkkiz əməliyyat bazasından üçünü bağlayır. ABŞ-dən “Suriyadan çıxın” çağırışından sonra Dəməşqdə səfərdə olmuş Konqresin üzvü Cory Lee Milss Suriyanın xarici işlər naziri Esaad Şeybani ilə görüşüb. Tərəflər Suriyadakı təhlükəsizlik vəziyyətini və iqtisadi inkişafı müzakirə ediblər.

“The New York Times”ın iki yüksək rütbəli amerikalı rəsmiyə istinadən yazdığına görə, 60 gün ərzində kontingentin daha da azaldılması ilə bağlı qərarın qəbulu planlaşdırılır.

Məlumata görə, Suriyada ABŞ hərbçilərinin sayı 2000-dən 1400-ə qədər azalacaq. Ancaq ekspertlər onların sayının 500-ə qədər azalmasını məsləhət görürlər.

Ştatlar əvvəllər də qoşunlarını Suriyadan çıxarmaq barədə açıqlama verib, yaxud belə bir məlumatlar yayılıb. İlk prezidentlik dövründə, 2018-ci ilin dekabrında Donald Tramp ABŞ qoşunlarının Suriyadan tam çıxarılması barədə göstəriş vermişdi. Həmin vaxtı o, sosial şəbəkə hesabında bildirmişdi ki, ölkəsi Suriyada İŞİD terror qruplaşmasına qarşı qələbə qazanıb. Tramp vurğulayırdı ki, ABŞ hərbçilərinin Suriyada olmasının əsas məqsədi bu idi.

ABŞ Suriyanı tərk edir – Əsədin süqutundan sonra davam edən proses - ŞƏRH


Barak Obama

Ancaq o da məlumdur ki, Prezident Barak Obama administrasiyası 2011-ci ilin martında müxalifətin Suriyada demokratik islahatların keçirilməsi tələbini dəstəklədi və keçmiş dövlət başçısı Bəşşar Əsədi “demokratik keçidi təşviq etmək məqsədilə ciddi dialoq başlamağa” çağırdı. Çünki həmin dövrdə Suriyaya birbaşa hərbi müdaxilə və silah tədarükdən bəhs edilmirdi. Ona görə də Əsədə sanksiyalarla təzyiq etmək variantı seçilmişdi.

Ancaq 2013-cü il avqustun 31-də Barak Obama Suriyada kimyəvi silahdan istifadəyə görə məsuliyyəti rəsmi Dəməşqin üzərinə qoyaraq müttəfiqləri ilə məsləhətləşdikdən sonra bu ölkəyə zərbə endirmək qərarını açıqladı. Bunu o vaxt İraqda Səddam Hüseynin kütləvi qırğın silahı əldə etməsi təhlükəsinə oxşadırdılar.

Bəşşar Əsəd təzyiqlərə baxmayaraq, istefa vermədi. Müxalifətə qarşı silah tətbiq etməyə başladı. Bundan sonra ABŞ-nin Suriya müxalifətinə yüngül atıcı silahlar, döyüş sursatları, avtomobillər, təchizat, rabitə vasitələri və dərman preparatları tədarük etməyə başlamasına dair məlumatlar yayıldı.

ABŞ onda kürd etnik qrupuna aid müxalif dəstələri silahlandırırdı.

İŞİD terror qruplaşmasının Suriya və İraqda fəaliyyətini genişləndirməsi beynəlxalq koalisiyanın yaranmasına təkan verdi. ABŞ müttəfiqləri ilə birlikdə əvvəlcə İraqda, sonra isə Suriyada terrorçu qrupların mövqelərinə zərbələr endirməyə başladı.


Bəşşar Əsəd

Donald Tramp administrasiyası Suriya problemini, ilk növbədə, beynəlxalq terrorizmə qarşı mübarizə baxımından nəzərdən keçirməyə başladı. ABŞ-nin Suriyada İŞİD-ə qarşı mübarizəsi, Bəşşar Əsəd rejiminin süqutunda rolu, terrorçu PKK qruplaşmasının YPG-PYD qolları və onların yaratdığı “Suriya Demokratik Gücləri”nə yardımına dair çoxsaylı xəbərlər, məlumatlar yayılıb.

Bununla yanaşı, əsas məsələlərdən biri onların bu ölkəni tərk etməsidir. 2022-ci ilin sentyabrında ABŞ Silahlı Qüvvələri Suriyadan İraqa 20-dən çox hərbi texnika köçürüb. Ancaq onda silahlıların İraqa köçürülməsinin məqsədi barədə məlumat verilməyib.

2021-ci ilin avqustunda ABŞ qoşunlarını çıxarandan sonra Əfqanıstanda çaşqınlıq yaşanmışdı. Çünki Ağ Ev hakimiyyəti qeyri-rəsmi olaraq 20 il əvvəl devirdiyi “Taliban”a təhvil verirdi. 20 il yeni sistemə uyğunlaşan cəmiyyətin bir qismində yeni qüvvələrə etimadın yenidən yaranması da problem idi. Onda və sonralar da bunu ovaxtkı prezident Cozef Bayden administrasiyasının atdığı yanlış addım adlandırırdılar. Onda ABŞ ilə əməkdaşlıq, onların bazalarında xidmət etmiş əfqanlar “Taliban”la ciddi problem yaşamışdı.

ABŞ-nin Suriyadan çıxması, yaxud hərbi kontingenti azaltması oxşar problem yarada bilər?


Əhməd əş-Şaraa

Bu, ilk növbədə, mövcud Əhməd əş-Şaraa hakimiyyətinin əks qüvvələrə davam gətirməsindən asılı ola bilər. Ancaq Türkiyə, İran, Səudiyyə Ərəbistanı, İraq, Rusiya və başqa ölkələr onu tanıyırlar. Bu baxımdan, onun hakimiyyətinin elə ciddi qarşıdurma ilə üzləşməsi ehtimalı azdır. Düzdür, bir neçə ay əvvəl Bəşşar Əsəd rejimindən qalma generalın başçılığı altında qiyama cəhd göstərildi. Ancaq onun qarşısı alındı və ictimai dayağı olmadığından genişlənməsi mümkün olmadı.

Bu yaxınlarda da Suriya təhlükəsizlik xidmətlərinin Müdafiə Nazirliyi ilə birlikdə keçmiş ordunun bir qrup zabitinin ölkədə çevriliş etmək planlarını ifşa etdiyinə dair məlumatlar yayılıb.

Suriyada hakimiyyətə qarşı belə cəhd göstərə biləcək potensial qüvvələrdən biri də PKK-nın ölkədəki qollarıdır. Ancaq onlar da Əhməd əş-Şaraanın çağırışına cavab olaraq silahlı qruplaşma şəklində fəaliyyət göstərməyəcəklərini, druzlar da mövcud hakimiyyətlə əməkdaşlıq edəcəklərini bildiriblər.

Fələstinin Qəzza zolağında HƏMAS, Livanda “Hizbullah” qruplaşmaları zəifləyib. Bəşşar Əsədə bağlı qüvvələri müəyyən mənada sıradan çıxarılıb və ya yeni hakimiyyətlə əməkdaşlığa razılıq verib. İran da Suriyanın ərazi bütövlüyünü tanımaqla yanaşı, yeni hakimiyyətlə əməkdaşlıq etmək istəyini gizlətmir. Rusiya Prezidenti Vladimir Putin də əş-Şaraa ilə telefon danışığında əməkdaşlıq etmək istəklərini vurğulayıb.

Deməli, müvəqqəti hakimiyyətə yeni Suriya qurmaq üçün mane ola biləcək elə bir ciddi qüvvə yoxdur. Qarşıdan gələn bir il yarım ərzində yeni konstitusiya və hakimiyyətin qurulması üçün onlara möhlət verilib.

ABŞ Fələstin, Livan, Suriyada daha bir mərhələni geridə qoyur. İraqdakı kimi bu ölkədə qurulacaq hakimiyyətin qərbyönlü olacağı ehtimal çoxdur. Əvvəllər elan edildiyi kimi, Ağ Ev orada hərbi təlimçilər və mütəxəssislər saxlamaqla mövcudluğunu, fəaliyyətini davam etdirə bilər. Bu, həm də karbohidrogenlə zəngin bölgələrin onun nəzarəti altında qalması deməkdir.



Əfqanıstanda “Taliban” islahatlara meyilli görünmür, radikal üsullarla ölkənin idarə edilməsinə üstünlük verir. Bu vəziyyət onun qurduğu hakimiyyətin “de-yure” tanınmasına, tətbiq olunan sanksiyaların aradan qaldırılmasına maneələr yaradır. Hazırda bu ölkədə amerikalı hərbçi mövcud deyil. Belə görünür, beynəlxalq qüvvələr Əfqanıstanı “Taliban”a “həvalə edib”. Bir müddət sonra ABŞ qüvvələrinin yenidən orada fəaliyyətini bərpa edəcəyi də istisna olunmur.

Suriyada isə ABŞ-nin belə bir problemi ehtimal olunmur. Çünki ona maneə yaradacaq qüvvə sadəcə bu ölkədə görünmür. Ağ Ev hərbçilərini çıxaracağı ilə bağlı İsraili də xəbərdar edib. Bu, həm də o deməkdir ki, Vaşinqton İsrail vasitəsi ilə də Suriyaya nəzarəti saxlaya bilər. ABŞ-nin NATO-dakı müttəfiqi Türkiyənin rəsmi Dəməşqlə münasibətlərinin də Ağ Evə faydası olar.

Digər tərəfdən, Ağ Evin bu ixtisarını sınaq, nəbzi yoxlama kimi də dəyərləndirmək mümkündür. Bu, gələcəkdə ABŞ-nin Suriyadakı hərbçilərinin sayına yenidən baxması üçün əsas da ola bilər.


Donald Tramp

Donald Tramp ABŞ-ni yenidən güclü etmək istəyir. Gördüyü işlərdən biri tariflərin artırılmasıdır. Yəni ölkənin maliyyə vəziyyətini gücləndirmək başlıca hədəflərdəndir. ABŞ-nin Braun Universitetinin “Müharibənin Dəyəri” layihəsinin qiymətləndirmələrinə əsasən, 2023-cü ilədək İraq və Suriya müharibələri ABŞ-yə 1,79 trilyon dollara başa gəlib. Bura Pentaqon və Dövlət Departamentinin xərcləri, veteranlara ödənişlər, bu münaqişələri maliyyələşdirən borclar üzrə faizlər də daxildir. 2050-ci ilə qədər veteranlara qayğının proqnozlaşdırılan xərcləri nəzərə alınmaqla bu məbləğ 2,89 trilyon dollara çata bilər.

Bildirilib ki, son 20 ildə (2023-cü ilədək) İraq və Suriyada həlak olan amerikalı hərbçilərin sayı 4 min 599 nəfərdir.

Müharibədən sonrakı yaraları sağaltmaq üçün də böyük məbləğdə maliyyə vəsaitinə ehtiyac olduğu istisna edilmir. Odur ki, Suriyada ixtisar ABŞ üçün həm də maliyyə xərclərini azaltmaqdır.

Bir mühüm məsələni də qeyd edək. ABŞ hərbçilərinin bir qisminin çıxması Suriyada vəziyyətin normallaşacağına ümidləri artırır.

Yeddi ilə əvvəl olduğu kimi, Donald Tramp Suriyada hərbçilərini azaldır. Onda İŞİD, indi isə Bəşşar Əsəd əməliyyatı başa çatıb...(Report)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Dünya

7-12-2024, 09:11

İran Suriyadan təxliyəyə başladı - KİV

Dünya

13-02-2025, 14:24

Bəşər Əsəd Suriyadan necə qaçırılıb? - TƏFƏRRÜATLAR

Siyasət

1-06-2024, 10:02

Yalnız bundan sonra Suriyadan ordumuzu çıxararıq - Gülər

Dünya

27-08-2022, 12:52

İsrail Kəşfiyyatı: Moskva S-300 sistemini Suriyadan Rusiyaya qaytardı

Dünya

9-12-2024, 09:27

Əsədin sosial şəbəkələrdə yayılan fotosunun köhnə olduğu üzə çıxıb - YENİLƏNİB

Dünya

11-12-2024, 17:45

Bəşər Əsədin Suriyanı tərk etməsinə Rusiya kəşfiyyatı kömək edib - KİV

Cəmiyyət

15-02-2025, 11:33

İran XİN: Suriyanın yeni rəsmilərindən mesajlar almışıq

Dünya

16-01-2025, 18:57

KİV: Tramp Rusiya qoşunlarını Ukraynadan çıxarmaq üçün iki variant üzərində işləyir

Dünya

12-07-2022, 19:57

İŞİD-in Suriyadakı lideri öldürüldü

Cəmiyyət

18-07-2022, 18:49

Suriyadan gətirilən daha 12 nəfər sosial reabilitasiyaya cəlb edilib

Dünya

15-08-2024, 13:44

Tramp Netanyahuya zəng etdi: Razılaş!

Gündəm

7-07-2022, 14:29

Türkiyənin Suriyada həlak olan hərbçilərinin sayı 2-yə çatıb

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Bu gün, 09:41
Yevlaxda avtoqəzada ölən şəxslərin kimliyi məlum olub, cinayət işi başlanılıb
11-08-2026, 16:09
Bakıda usta evdən 10 min manatlıq qızıl oğurlayıb
10-08-2026, 18:25
Şahbuzda avtomobil aşıb, sərnişin ölüb
10-08-2026, 10:46
Balakəndə ağır qəza - 3 nəfər faciəvi şəkildə öldü
10-08-2026, 09:59
"David Seliverstov" Gürcüstanda kazinoda dava saldı, antisemitizmdən dəm vurdu -DETALLAR
9-08-2026, 11:00
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
Xəbər lenti
  • Bu gün, 19:09
    Ankarada mikroavtobus ilə yük maşını toqquşub, ölən və yaralananlar var
  • Bu gün, 19:01
    Sabiq baş direktorun həkim Ramil Abdullayevla bağlı işi yenidən araşdırılacaq
  • Bu gün, 18:22
    Bərdədə zəncirvari qəza olub, dörd nəfər xəsarət alıb
  • Bu gün, 18:12
    Biləcəridə evlər söküldü, ağaclar kökündən çıxarıldı - Ərazini alan sahibkar kimdir? - VİDEO
  • Bu gün, 17:55
    Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb
  • Bu gün, 16:54
    Zərərli orqanizmlərə görə toxumluq əkinlər üçün kompensasiya ödənilməsi qaydası hazırlanacaq
  • Bu gün, 16:34
    Ukrayna Gümrüdəki Rusiya bazasını vura bilər
  • Bu gün, 16:17
    Rotterdam limanında partlayış olub, ölən var
  • Bu gün, 16:05
    Reklam Agentliyi bələdiyyə sədrinin müavinindən mebel alır: Əsəd Əzizov kimdir?-ARAŞDIRMA
  • Bu gün, 15:47
    FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
  • Bu gün, 15:37
    Emin Əmrullayevin təzhizatçı qaynı Nihad Hənifəyev və STEAM milyonları - FOTOLAR
  • Bu gün, 15:14
    Sabahdan 6 yeni ekspres marşrutu fəaliyyətə başlayır
  • Bu gün, 14:57
    Sabunçuda sağlam ağaclar kökündən çıxarılaraq məhv edilib - FOTOFAKT
  • Bu gün, 14:39
    "Avroviziya 2027" müsabiqəsi Bolqarıstanın Burqas şəhərində keçiriləcək
  • Bu gün, 13:09
    Sabah rayonlara yağış yağacaq
  • Bu gün, 12:49
    İlham Əliyev Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib
  • Bu gün, 12:28
    Ali Məhkəmə: Valideyn aliment öhdəliyi müqabilində valideynlik hüququndan imtina edə bilməz
  • Bu gün, 12:15
    "Vitrano MKR"ın 35 minlik vergi borcu var
  • Bu gün, 11:51
    Bakı metrosu "Qarabağ"ın oyunu ilə əlaqədar iş rejimini dəyişdirəcək
  • Bu gün, 11:43
    Paşinyan Simonyana toy hədiyyəsi kimi vəzifə verir?
  • Bu gün, 10:59
    Dövlət Məşğulluq Agentliyi auditor seçir
  • Bu gün, 10:48
    Qubanın Qəçrəş kəndində meşəlik ərazidə ağacların kütləvi kəsildiyi iddia olunur (Video)
  • Bu gün, 10:11
    Qeyri-sabit hava şəraitinə baxmayaraq ölkədə epidemioloji durum nəzarət altındadır - RƏSMİ
  • Bu gün, 10:01
    Putin Kuril adalarına getdi - Yaponiyadan etiraz
  • Bu gün, 09:41
    Yevlaxda avtoqəzada ölən şəxslərin kimliyi məlum olub, cinayət işi başlanılıb
  • Bu gün, 09:34
    Saleh Məmmədovun kadrları Vüsal Nəsirli ilə birləşdi – ARAŞDIRMA
  • Bu gün, 09:17
    UEFA Konfrans Liqası: "Qarabağ" Bakıda "Dinamo" ilə cavab matçına çıxacaq
  • Dünən, 19:02
    Xocavənd rayonunda mina partlayıb, xəsarət alanlar var
  • Dünən, 18:53
    “Putin seçkidən sonra yüz minlərlə adamı cəbhəyə aparacaq” - Zelenski
  • Dünən, 18:31
    "Ferrum Kapital" Vətən müharibəsi iştirakçısını təhqir edib? - FOTO
  • Dünən, 18:15
    Kobaxidze Azərbaycan Prezidentinin Naxçıvanda verdiyi mesajlara münasibət bildirib
  • Dünən, 18:07
    Əfqanıstana oxşasa da, bura Yeni Günəşlidir – sakinlərdən sərt narazılıq
  • Dünən, 17:43
    Naxçıvan sosial-iqtisadi inkişafın yeni mərhələsindədir - TƏHLİL
  • Dünən, 17:27
    “Laçın Dental Clinic” və “Dental Butik” də diplomsuz həklimlər çalışır? - VİDEO
  • Dünən, 16:57
    Türkiyədə F-16 qırıcısı qəzaya uğrayıb, pilot katapult edib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə