• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

İlham Əliyev və Viktor Orban mətbuata birgə bəyanatla çıxış ediblər - YENİLƏNİB

Siyasət

20-05-2025, 18:27

Azərbaycan Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban mayın 20-də mətbuata bəyanatlarla çıxış ediblər.

Əvvəlcə Macarıstanın Baş naziri bəyanatla çıxış etdi.

Baş nazir Viktor Orbanın bəyanatı

-Mən hər birinizi salamlayıram və Prezident Əliyevi Budapeştdə xüsusilə səmimiyyətlə salamlayıram.

Biz bu gün Macarıstanın köhnə dostunu görürük. Dost dar gündə tanınar və artıq 20 ildən çoxdur ki, Macarıstanın qarşılaşdığı istənilən sahədə - diplomatiyada, neft-qaz sənayesində və digər sahələrdə üzləşdiyi istənilən çətinlik zamanı həmişə Prezident Əliyev bizim yanımızda olub.

Tarixdə ilk dəfədir ki, Türk Dövlətləri Təşkilatının Zirvə toplantısı Macarıstanda keçirilir. Biz bu təşkilata tamhüquqlu üzv deyilik, biz müşahidəçi ölkəyik. Ancaq istənilən şəkildə biz bu gün bu Zirvə toplantısına ev sahibliyi edirik. Bizi sevindirən digər bir amil odur ki, bu gün beynəlxalq diplomatiyada qasırğanın hökm sürməsi, vəziyyətin gündən-günə dəyişməsi, təhlükələrin və çağırışların artması fonunda dost ölkələr bir araya gələrək beynəlxalq münasibətləri müzakirə edirlər.

Macarıstanın qonşusu olan ölkədə artıq üç ildir ki, müharibə gedir. Bu günədək Macarıstanın iqtisadiyyatının itkisi 20 milyard avrodan artıqdır. Hər kəsə məlumdur ki, müharibə başlayan gündən bəri Avropa İttifaqı müharibəni genişləndirmək seçimini etmişdir, nəinki sülhü bərqərar etmək. Bundan əlavə, Avropa iqtisadiyyatı olduqca mürəkkəb vəziyyətdədir. Çünki sanksiyalar bazar iqtisadiyyatını və Avropanın inkişafının təməlini sarsıtmışdır. Bazar iqtisadiyyatı, əlbəttə ki, Avropa iqtisadiyyatının təməl prinsipləri idi və bunlar artıq sarsılmış vəziyyətdədir. Deyə bilərəm ki, bu gün Avropa iqtisadiyyatının gəmisi kompas olmadan səyahət edir. Onu da qeyd etmək istəyirəm ki, biz mütəmadi olaraq enerji böhranı şəraitində yaşayırıq. Biz Amerikadan fərqli olaraq, Avropada qaza 3-4 dəfə daha çox pul ödəyirik və bu şəraitdə rəqabətqabiliyyətli iqtisadiyyat qurmaq çətindir.

Biz dənizə çıxışı olmayan bir ölkəyik. Bizim nailiyyətimiz ondan ibarətdir ki, biz Rusiya ilə enerji münasibətlərini qoruyub saxladıq. Bizim üçün istisna tətbiq edilmişdir. Ancaq Ukrayna bizə məhdudiyyətlər tətbiq edir. Türkdilli dövlətlərin dəstəyi olmasaydı, bu gün bizim enerji təhlükəsizliyini təmin etməyimiz çox çətin olardı. Ancaq biz əlimizdən gələni edəcəyik ki, iqtisadiyyatımızın dayanıqlılığı təmin olunsun.

Xanımlar və cənablar, beləliklə etibarlı tərəfdaşın dəyəri məhz bu cür ölçülür. Türk ölkələri olmasaydı, bu gün macar əhali enerjiyə 3-4 dəfə daha çox pul sərf etməli olardı. Cənab Prezident bizi əmin edib ki, ötən il olduğu kimi, bu il də Macarıstanın qaz təminatı təmin ediləcəkdir. Azərbaycan bizi əmin etmişdir ki, bizə lazım olan həcmdə qaz veriləcəkdir. Macarıstanın MVM və digər şirkətləri Azərbaycanda neft-qaz yataqlarında, boru kəmərlərində səhmlərini artıra bilər. Mən şadam ki, müəyyən həcmdə qaz ehtiyatları və neft barelləri bizim ixtiyarımızdadır. Ola bilər bu, Azərbaycan üçün çox böyük həcm deyil. Ancaq bizim üçün bu, çox vacib bir məsələdir ki, Azərbaycanın neft yataqlarında payçıyıq. Bu, təkcə iqtisadi baxımdan deyil, sırf mənəvi baxımdan da vacibdir. Bu dostluq sayəsində biz özümüzü daha az mürəkkəb vəziyyətdə, həssas vəziyyətdə hiss edirik.

Eyni zamanda, iqtisadiyyat məsələlərindən başqa, biz Azərbaycana yatırılan Macarıstan sərmayələri haqqında danışdıq. Biz sülh haqqında da danışdıq. Çünki sülh təkcə müharibə şəraiti üçün vacib deyil, iqtisadi baxımdan da vacibdir. Biz razılığa gəldik ki, bu müharibənin döyüş meydanında həlli yoxdur. Bu, yalnız danışıqlar masasında olmalıdır. Bu, təkcə Rusiya-Ukrayna müharibəsinə deyil, digər münaqişələrə də şamil edilə bilər.

Mən Prezident Əliyevi təbrik etmək istəyirəm ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətni üzərində razılıq əldə olunub. Ümid edirəm ki, sülh müqaviləsinin imzalanması tezliklə baş tutacaq. Bu, olduqca vacib bir məsələdir.

Cənab Prezident, Sizi burada bir daha salamlayırıq.

X X X

Sonra Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

-Hörmətli cənab Baş nazir, əziz dost.

Hörmətli xanımlar və cənablar.

Cənab Baş nazir, ilk növbədə dəvətə və qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Mən Macarıstana tez-tez gəlirəm. Son dəfə 2023-cü ildə gəlmişəm. Siz də Azərbaycana tez-tez gəlirsiniz. Sizin son səfəriniz keçən ilin noyabr ayında olmuşdur. Yəni bu, onu göstərir ki, aramızda olan təmaslar müntəzəm xarakter daşıyır və Azərbaycan-Macarıstan əlaqələri uğurla inkişaf edir.

Biz dost ölkələrik, strateji tərəfdaşıq. Bu gün danışıqlar və məhdud tərkibdə keçirilmiş görüş zamanı bir daha gördük ki, bir çox məsələlər üzrə mövqeyimiz üst-üstə düşür. Bu gün dəyişən dünyada gedən proseslərə nəzər saldıqda, yenə də mövqelərimizdə elə bir böyük fərq yoxdur. Azərbaycanla Macarıstan arasında bir çox oxşarlıqlar var. Birincisi, bizim tarixi köklərimiz. Bilirəm ki, macar xalqı öz tarixi köklərinə çox bağlıdır. Ölkələrimizin əhalisinin sayının təxminən eyni olması, ölkə ərazisinin sahəsi də demək olar bir-birinə çox yaxındır. Oxşarlıqlardan biri də Sizin də qeyd etdiyiniz kimi, Macarıstan açıq dənizlərə çıxışı olmayan ölkədir. Azərbaycan da elə ölkələrdəndir. Düzdür, biz Xəzər dənizinin sahilində yerləşirik, ancaq açıq dənizlərə bizim də çıxışımız yoxdur. Bir də Siz qeyd etdiniz ki, Macarıstan müharibə aparan ölkə ilə həmsərhəddir. Biz də eyni vəziyyətdəyik. Siz müharibə aparan bir ölkə ilə, biz isə digəri ilə həmsərhədik. Yəni, bu oxşarlıqlar təbii olaraq qarşılıqlı anlaşma üçün də gözəl zəmin yaradır. Çünki biz demək olar ki, eyni çağırışlarla üz-üzəyik.

Azərbaycan, eyni zamanda, dörd il yarım əvvəl müharibə aparan ölkə olmuşdur. Biz öz ərazimizdə müharibə aparmışdıq. Ermənistanın 30 illik işğalına son qoymuşduq. Düzdür, bizim müharibəmiz Rusiya-Ukrayna müharibəsi kimi 3 ildən çox yox, cəmi 44 gün ərzində aparılmışdır. Hər gün biz irəliyə gedirdik, bir addım geri atmamışdıq, ordumuzda bir dənə də olsun fərari olmamışdır. Ermənistan ordusunda isə onların özlərinin etirafına görə 12 min fərari olmuşdur.

İkinci Qarabağ müharibəsi beynəlxalq hüquq çərçivəsində - BMT-nin Nizamnaməsi əsasında aparıldı. BMT-nin Nizamnaməsinin 51-ci maddəsində hər bir ölkənin özünümüdafiə hüququ var. Biz də bu hüquqdan istifadə edərək, uzun illər işğal altında olan torpaqları düşmən qüvvələrindən azad etdik və 2023-cü ildə öz suverenliyimizi tam bərpa etdik.

Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı onu deyə bilərəm ki, sülh danışıqlarının İkinci Qarabağ müharibəsindən sonra təşəbbüskarı da biz olmuşuq. Sülh müqaviləsinin mətninin müəllifi də biz olmuşuq və məhz bu mətn bu gün Ermənistan tərəfindən qəbul edilib, təbii ki, müəyyən düzəlişlərlə. Amma prinsip etibarilə bizim təklif etdiyimiz məsələ bu gün artıq Ermənistan tərəfindən qəbul edilib. Qaldı ki, sülh müqaviləsinin bağlanmasına, burada iki əsas şərt var. Birincisi, Ermənistan konstitusiyasında bu günə qədər Azərbaycana qarşı ərazi iddiası vardır. Bu, dəyişdirilməlidir. İkincisi isə Qarabağ münaqişəsini həll etmək üçün yaradılmış ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Bu, artıq de-fakto fəaliyyət göstərmir, de-yure bunun ləğvi zəruridir. Əfsuslar olsun ki, Ermənistan tərəfi hələ ki, bu iki şərtimizi qəbul etmək istəmir. Ancaq son illərin hadisələri və proseslərin gedişatı onu göstərir ki, gec-tez onlar bizim təklifimizlə razılaşmağa məcbur olacaqlar. Çünki bu təkliflərdə qeyri-adi heç bir məsələ yoxdur.

Bizim ikitərəfli gündəliyimiz də kifayət qədər genişdir. Biz bu gün bunu geniş müzakirə etdik. Energetika sahəsində uğurlu əməkdaşlıq edirik. Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir - “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında. Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaqdır. Bu barədə də bu gün fikir mübadiləsi aparıldı. Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Biz keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlamışıq. Mən bu gün qeyd etdim və Baş nazir burada qeyd etdi ki, biz Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik. Bizim qaz resurs bazamız kifayət qədər genişdir və genişlənir, yeni qaz yataqları istismara veriləcək. Biz bu gün 12 ölkəyə təbii qaz ixrac edirik. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqı üzvüdür. Avropa Komissiyası Azərbaycanı Pan-Avropa qaz təchizatçısı ölkə və etibarlı tərəfdaş kimi tanıyır. Əgər biz qaz ixracının coğrafiyasına baxsaq, görərik ki, burada nəinki Avropa məkanında, dünya miqyasında boru xətti ilə nəql edilən qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir. Bizim gələcəkdə qaz ehtiyatlarımızın işlənilməsi nəzərdə tutulur. Biz, eyni zamanda, Macarıstanla yaşıl enerji üzrə fəal işləyirik. Azərbaycanın çox böyükmiqyaslı yaşıl enerji gündəliyi vardır. Biz növbəti beş il ərzində 6 min meqavat gücündə yaşıl enerji istehsal edəcəyik. 500 meqavat son iki il ərzində yaradıldı, 6 min meqavat beş il ərzində təmin ediləcək. Mən bütün bu rəqəmləri kontraktlar əsasında deyirəm, yəni bu, reallaşacaq layihələrdir. Beləliklə, təkcə bu layihələr bizə təqribən 3-4 milyard kubmetr qaza qənaət etmək üçün imkan yaradacaq ki, bunun da əsas istiqaməti təbii ki, Türkiyə və Avropa ölkələri olacaqdır.

Bütün başqa məsələlərdə də biz iki dost və tərəfdaş ölkə kimi birgə fəaliyyət göstəririk. Bildiyiniz kimi, Macarıstanın təşəbbüsü ilə sabah ikinci qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Birinci Zirvə görüşü keçən il Şuşa şəhərində keçirilmişdir. Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsinin təşəbbüskarı Azərbaycan olmuşdur və bu estafeti bizdən Macarıstan alıb, biz bunu alqışlayırıq. Bu, bir daha onu göstərir ki, Macarıstan öz tarixi köklərinə çox bağlıdır, bu, bizi də çox sevindirir.

Çıxışımın sonunda Macarıstanı bütün əldə edilmiş uğurlar münasibətilə təbrik etmək istəyirəm. Biz bilirik ki, Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir. Çünki bir çox qaydalar var, bir çox oturuşmuş prinsiplər var və Avropa İttifaqının vahid xarici siyasəti təbii olaraq prinsiplərdən biridir. Buna baxmayaraq, dostum Viktor Orban həmişə Macarıstanın dövlət və milli maraqlarını hər şeydən üstün tutub. Biz bunu alqışlayırıq. Hər zaman Macarıstanın maraqlarını qoruyub və Macarıstan üçün nə xeyir gətirirsə, o təşəbbüslərə qoşulub, nə xeyir gətirmirsə, o təşəbbüslərdən həmişə uzaq olub. Yenə də deyirəm, Avropa İttifaqının içində ola-ola bu siyasəti aparmaq, deyə bilərəm ki, doğrudan da böyük qəhrəmanlıq tələb edir, siyasi iradə tələb edir və düşünülmüş siyasət tələb edir. Bütün bunlar da Macarıstanda var. Biz Macarıstanı çox sevirik, o cümlədən bu amillərə görə. Sizə və bütün dost macar xalqına bu istiqamətdə yeni uğurlar arzulayırıq.

Sağ olun.

***

Azərbaycan Prezidenti İlham Əliyev ilə Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə mətbuata birgə bəyanatla çıxış ediblər.

Bu barədə “Report”un Budapeştə ezam olunmuş əməkdaşı xəbər verir.

İlham Əliyev və Viktor Orban mətbuata birgə bəyanatla çıxış ediblər - YENİLƏNİB








Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Dünya

18-12-2023, 19:19

Macarıstanın Baş naziri Ərdoğana at bağışladı

Gündəm / Siyasət

23-11-2023, 18:29

Prezident İlham Əliyevin Macarıstanın Baş naziri ilə görüşü başlayıb

Dünya

16-07-2024, 19:08

Avstriyadan Macarıstanın boykot edilməsinə - Münasibət

Siyasət

20-08-2023, 12:37

Prezident İlham Əliyev Macarıstana işgüzar səfərə gedib

Dünya

2-07-2024, 16:15

Viktor Orban: Ukrayna ilə əməkdaşlıq sazişi imzalamaq istəyirik

Gündəm / Siyasət

6-07-2024, 12:44

Şuşada TDT dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü başlayıb - Fotolar

Dünya

17-12-2024, 19:14

Ukrayna Macarıstanın vasitəçiliyindən imtina edir

Siyasət

20-05-2025, 14:56

Azərbaycan Prezidentinin Budapeştdə Macarıstanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub

Dünya

12-07-2024, 16:02

Moskvaya səfərinə görə plenar sessiyaya çağırılmadı

Gündəm / Siyasət

16-03-2024, 15:44

İlham Əliyev İrakli Kobaxidze ilə mətbuata bəyanatlarla çıxış ediblər

Dünya

13-07-2022, 18:31

Macarıstanda fövqəladə vəziyyət elan edildi

Dünya

24-06-2024, 09:06

​​​​​​​Macarıstanın Baş naziri Ursula fon der Lyayenin AK sədri vəzifəsində qalmasına qarşı çıxıb

Araşdırma
ETN bir ildə məmur oğlundan 18 milyonluq internet xidməti alıb- ARAŞDIRMA
“TikTok”da əxlaqsız paylaşımlara görə yenidən - Həbs edildi
Sumqayıt məktəbində qalmaqal: Elşad Eyvazovun qanunsuz fəaliyyətləri Prokurorluğun diqqətində
Baş Prokurorluğa müraciət: 2016-cı ildə baş vermiş ölüm hadisəsi ilə bağlı yeni istintaq tələb olunur ARAŞDIRMA
Kiberpolis qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən iki dəstəni ifşa etdi - ƏMƏLİYYAT GÖRÜNTÜSÜ
Samirə Əfəndi Akif Nağını məhkəməyə verir
Hadisə
Dünən, 16:46
Goranboyda beşmərtəbəli yaşayış binasının bir bloku çökdü: "Tamamilə qəzalı vəziyyətdədir"
24-11-2025, 13:10
Naxçıvanda məktəbli qızın ərə verilməsinin qarşısı alındı
24-11-2025, 10:47
Bakıda partlayış olan ofisdən - Yeni görüntülər
22-11-2025, 10:59
Dünənki dəhşətli yanğında komendant da ölüb
22-11-2025, 10:58
Yanğın anından video paylaşdı - Bu restoranı ittiham etdi
21-11-2025, 23:10
Yasamaldakı yanğında üç nəfər ölüb, 20 nəfər zəhərlənib - VİDEO - FOTO
Xəbər lenti
  • Dünən, 19:38
    Ofisiantların ölümünə səbəb olan elektrik xətti Mehdiyevlərin bağına gedirmiş
  • Dünən, 19:33
     “Ramada Plaza” müştərilərinə “atıb” - "...təmir bir neçə il çəkdi"
  • Dünən, 19:29
    Əmiraslanovun Mehdiyevlə bağlı videosundakı şifrələr – Hakimiyyət hazırlığı gedirmiş?
  • Dünən, 19:22
    Kamaləddin Qafarovun şirkəti 103 milyon manatlıq tender qazanıb?
  • Dünən, 18:45
    BALAKƏN TƏHSİLİNDƏ SENSASİON TƏYİNAT
  • Dünən, 17:09
    Samsung ifşa olundu: rəsmi hesab "iPhone"la idarə olunurmuş
  • Dünən, 17:06
    Səidə Bəkirqızının veriliş zamanı halı PİSLƏŞDİ: Xəstəxanaya yerləşdirildi
  • Dünən, 16:46
    Goranboyda beşmərtəbəli yaşayış binasının bir bloku çökdü: "Tamamilə qəzalı vəziyyətdədir"
  • Dünən, 16:39
    Şəhidlər xiyabanında qeyri-etik video çəkən ərəblərdən biri polis imiş
  • Dünən, 16:33
    Sevinc Orucova Heydər Əliyev adına liseydə hələ də istədiyi kimi davranmağa davam edirmi?
  • Dünən, 14:33
    ETN bir ildə məmur oğlundan 18 milyonluq internet xidməti alıb- ARAŞDIRMA
  • Dünən, 14:29
    “TikTok”da əxlaqsız paylaşımlara görə yenidən - Həbs edildi
  • Dünən, 14:01
    “Bravo” buna görə cərimələnə bilər – SƏBƏB
  • Dünən, 13:41
    DİN BNMİ-dən əməliyyat - 62 kq narkotik vasitə dövriyyədən çıxarıldı (VİDEO)
  • Dünən, 13:29
    Sabah hava necə olacaq?
  • Dünən, 13:15
    İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib
  • Dünən, 11:45
    Əziz Orucov azadlığa çıxdı
  • Dünən, 11:40
    Ağ Ev yaxınlığında Milli Qvardiyanın əməkdaşlarına atəş açan şəxs bu il vətəndaşlıq alıbmış
  • Dünən, 11:36
    Bu ölkədə baş verən yanğın nəticəsində ölənlərin sayı 44-ə ÇATDI - VİDEO
  • Dünən, 11:28
    Siyəzəni abadlaşdıracaq "Safari": Keçmiş nazirin oğlunu şirkətlə nə bağlayır? - İLGİNC
  • Dünən, 11:17
    Deputatın qızının görüntüsünü yayan şəxs danışdı: Öz qızının şəkli ilə sübut etsin ki….
  • Dünən, 11:11
    Vəzifədən çıxarılan Günel kimdir? – Onu Fuad Nəcəfli ilə nə birləşdirir? Daha kimlər təmizlənəcək?
  • Dünən, 11:04
    Ölkəmizə 500 min nəfər “quru yolu ilə” necə gələ bilib?
  • 26-11-2025, 16:35
    Adnan Əhmədzadənin xalası oğlunun şirkəti qaçaqmalçılıq edir? - Kamran Ağayevlə bağlı SENSASİYALI İDDİALAR
  • 26-11-2025, 16:01
    General məhkəməyə gələcək – Proses mediaya qapadıldı
  • 26-11-2025, 15:56
    Günay Ağamalıdan AÇIQLAMA: "O mənim qızım deyil"
  • 26-11-2025, 15:53
    Nazir Penitensiar xidmətinin vəzifəli şəxslərini işdən çıxardı
  • 26-11-2025, 15:46
    Gizli danışığın detalları sızdırıldı - Onlar dinlənilib?
  • 26-11-2025, 15:44
    Sabah 20 dərəcə isti olacaq
  • 26-11-2025, 15:37
    Azərbaycanda deputatın qızının görüntüləri yayıldı, boynunda xaç.... – VİDEO
  • 26-11-2025, 13:19
    Xalq artisti dələduzluqla üzləşdi
  • 26-11-2025, 12:48
    Rusiya-Ukrayna müharibəsinin bitəcəyi tarix açıqlandı
  • 26-11-2025, 11:49
    Bakıda SSRİ bayrağı qaldıranlardan biri məşhur həkimdir
  • 26-11-2025, 11:26
    Görünməyən deputatın oğlu işdən çıxdı - Yeni vəzifəyə gedəcək?
  • 26-11-2025, 11:16
    “Berlin” klinikasında tibbi təhsili olmayan şəxs xəstəni əməliyyat edib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə