ADP-dən Azərbaycan-Rusiya münasibətləri ilə bağlı xəbərdarlıq: Türkiyə ilə strateji müttəfiqlik gücləndirilməlidir
Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə və regionda baş verən ictimai-siyasi proseslər, Azərbaycanın xarici siyasət prioritetləri, Türkiyə və Rusiya ilə münasibətlər, regional təhlükəsizlik, eləcə də dövlət investisiyalarının şəffaflığı ilə bağlı mühüm məsələlər müzakirə olunub.
ADP-nin 2 noyabr 2026-cı il tarixli informasiya bülletenində bildirilir ki, toplantının əsas müzakirə mövzularından biri son dövrlər Azərbaycan-Türkiyə münasibətlərində müşahidə olunduğu iddia edilən durğunluq və müəyyən soyuqluq olub.
Partiya rəhbərliyi hesab edir ki, Türkiyə ilə münasibətlərin zəifləməsi fonunda Azərbaycan-Rusiya əlaqələrinin genişləndirilməsi ölkənin strateji maraqları baxımından arzuolunan deyil.
ADP: Rusiya ilə münasibətlərdə ehtiyatlı siyasət aparılmalıdır
İdarə Heyətinin mövqeyinə görə, Azərbaycan Rusiya ilə yalnız qarşılıqlı hörmətə, bərabərhüquqlu əməkdaşlığa və qarşılıqlı maraqlara əsaslanan münasibətlər qurmalıdır.
Partiya hesab edir ki, Rusiyanın iqtisadi əlaqələrdən siyasi təsir vasitəsi kimi istifadə etməsi ehtimalı nəzərə alınmalı, Moskva ilə münasibətlərdə ehtiyatlı və düşünülmüş siyasət yürüdülməlidir.
Toplantıda Azərbaycan-Türkiyə münasibətlərinin istənilən siyasi şəraitdə ardıcıl inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Qeyd olunub ki, iki ölkə arasında əməkdaşlıq yalnız iqtisadi münasibətlərlə məhdudlaşmamalı, Şuşa Bəyannaməsində nəzərdə tutulan bütün istiqamətlər üzrə daha da dərinləşdirilməlidir.
ADP hesab edir ki, Türkiyə ilə strateji müttəfiqliyin möhkəmləndirilməsi Azərbaycanın suverenliyinin, müstəqilliyinin və regional təhlükəsizliyinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Rusiyanın Türk Dövlətləri Təşkilatına qoşulması təhlükə yarada bilər
Toplantıda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə Rusiyaya müşahidəçi statusunun verilməsi ilə bağlı irəli sürdüyü təşəbbüs də ciddi müzakirələrə səbəb olub.
İdarə Heyəti bu təşəbbüsün təsadüfi olmadığını düşünür. Partiya nümayəndələri daha əvvəl Rusiya tərəfindən də oxşar təkliflərin səsləndirildiyini xatırladaraq, Tokayevin təşəbbüsünün Moskvanın Qazaxıstana mümkün siyasi təzyiqləri ilə əlaqəli ola biləcəyi ehtimalını irəli sürüblər.
ADP hesab edir ki, Rusiyanın Türk Dövlətləri Təşkilatında təmsil olunması qurumun yaradılma fəlsəfəsinə və əsas məqsədlərinə zidd nəticələr doğura bilər.
Partiyanın mövqeyinə görə, belə bir addım təşkilatın müstəqil fəaliyyətinə və bütövlüyünə xələl gətirə, hətta gələcəkdə onun parçalanması riskini yarada bilər.
Xaricə yatırılan dövlət investisiyaları ilə bağlı ciddi suallar
ADP İdarə Heyətinin toplantısında Azərbaycanın müxtəlif xarici ölkələrə yatırdığı dövlət investisiyalarının idarə olunması məsələsi də gündəmə gətirilib.

Şikayət və təkliflər üçün qaynar xətt
Xəbər, şikayət və təklifinizi bizə göndərin
Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz
BakuNews.az
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]