Sizin reklam burada 728×90
Son dəqiqə

Aleksandar Vuçiç Serbiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin qurulduğunu deyib

21.08.2022 17:08 856 1 dəq oxunur
Aleksandar Vuçiç Serbiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin qurulduğunu deyib
Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycanla Serbiya arasında müxtəlif sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini, dostluq və tərəfdaşlıq münasibətlərinin qurulduğunu deyib.

bakunews.az report-a istinadən xəbər verir ki, Serbiya Prezidenti bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışı zamanı deyib.

Prezident Aleksandar Vuçiç Azərbaycan ilə Serbiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb. Serbiya Prezidenti bu müddət ərzində ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini, dostluq və tərəfdaşlıq münasibətlərinin qurulduğunu deyib.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az