• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

İlham Əliyev: Status haqqında danışmaq Ermənistan üçün çox təhlükəli məsələdir, biz də Zəngəzur üçün status tələb edə bilərik

Siyasət

15-07-2022, 19:13

Status haqqında danışmaq Ermənistan üçün hesab edirəm ki, çox təhlükəli məsələdir. Çünki biz də status haqqında danışa bilərik, Zəngəzur üçün status tələb edə bilərik.

bakunews.az
milli.a və azərtac-a istinadən bildirir ki, bu fikirləri Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında deyib.

Dövlət başçısı bildirib:

"Son vaxtlar Ermənistan rəhbəri yenə də hansısa status haqqında danışmağa başlayıb. Halbuki, müharibəyə son qoyulanda, Ermənistan kapitulyasiya aktına məcburən imza atanda bizim - Azərbaycan, Rusiya, Ermənistanın rəhbərləri arasında şifahi razılaşma olmuşdur ki, status məsələsinə toxunulmur. Ermənistan müəyyən müddət buna əməl edirdi.

Ancaq son zamanlar artıq bu, adi hala çevrilib. Gah onların baş naziri, gah xarici işlər naziri Qarabağın statusundan danışırlar. Status hara gedib və statusla nə olub, mən müharibədən sonra demişəm, təkrarlamaq istəmirəm. Əgər Ermənistanda bunu kimsə unudubsa, təkrarlaya bilərəm.

Amma hesab edirəm ki, hələlik buna ehtiyac yoxdur. Ona görə status haqqında danışmaq Ermənistan üçün hesab edirəm ki, çox təhlükəli məsələdir. Çünki biz də status haqqında danışa bilərik, Zəngəzur üçün status tələb edə bilərik. O Zəngəzur ki, 1920-ci ilin noyabrında bizdən qoparıldı. Biz ki, danışmırıq, amma danışa bilərik, baxaq görək nəticəsi nə olacaq. Buna oxşar mənfi məqamlar çoxdur. Yenə də ölmüş Minsk qrupunu diriltmək cəhdləri var.

İndi Minsk qrupu faktiki olaraq səhnədən gedib. Biz - bu prosesin iştirakçısı olan ölkə deyirik ki, Minsk qrupuna ehtiyac yoxdur, 28 il heç bir nəticə hasil etməyən qrupa ehtiyac yoxdur. Bunu biz deyirik. Minsk qrupu həmsədrləri arasında yumşaq desək, soyuq müharibə gedir. Faktiki olaraq özləri etiraf edirlər ki, Minsk qrupu qeyri-funksionaldır. Rusiya tərəfi deyir ki, Minsk qrupu artıq fəaliyyətsizdir və digər həmsədrlər bu instituta son qoyub. Ermənistan tərəfi yenə də, hər dəqiqəbaşı Minsk qrupu belə gəldi, Minsk qrupu belə getdi deyir.

Bu, nə deməkdir? Sadəcə olaraq, biz yenə də bunun arxasında ölkəmizə qarşı ərazi iddiası görürük. Bir tərəfdən, Ermənistan bizim beş prinsipimizi qəbul edir, bunu etiraf edir - onların arasında ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması, bir-birinə qarşı ərazi iddialarından əl çəkilməsi və digər müddəalar var - digər tərəfdən, Minsk qrupu elə bil, nə iləsə məşğul olmalıdır. Onda sual olunur: Nə ilə məşğul olmalıdır?

Qarabağ münaqişəsi həll olunub, Qarabağ mövzusu bağlanıb. Qarabağ Azərbaycandır! Bunu mən demişəm və haqlı olaraq demişəm, indi bunu hamı deyir. O cümlədən Ermənistan deyir - öz xoşu ilə yox, məcburən. Bu məsələ ilə bağlı müzakirə apardığımız bütün ölkələr, təşkilatlar deyir.

Ona görə görürsünüz, bilirsiniz, bax, bu mənfi meyillər güclənir. Bütün məsələlərlə bağlı, məsələnin həlli üçün, yaxud da düzgün təhlil aparmaq üçün gərək sən o meyilləri düzgün seçəsən. Hələ ki, bu, hansısa bir ciddi fəsada çevrilməyib. Amma əgər bu zərərli meyillərin qarşısı alınmasa, bir gün bunun fəsadı ola bilər.

Biz bunu istəmirik, biz sülh istəyirik. Biz müharibə istəmirik, heç vaxt da istəməmişik. Nəyi etmişiksə, Azərbaycan ərazisində etmişik, özü də elə etmişik ki, hər kəs bizim hərbi əməliyyatımıza həsəd apara bilər. Ancaq bu meyili görməmək də mümkün deyil. Ona görə biz bunu görürük, təsbit edirik, xəbərdarlıq edirik.

Hərə də bizim xəbərdarlığımızdan, necə deyərlər, öz payını alsın. Bu məsələ ilə bağlı hələlik bu qədər. Çox da dərinə getmək istəmirəm. Yenə də deyirəm, biz xarici işlər nazirlərinin sabahkı görüşünü gözləyirik, görüşün nəticələrini gözləyirik. Ondan sonra hansı addımlar atılacaq, biz onu müəyyən edəcəyik".

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

23-07-2022, 12:04

Azərbaycan Zəngəzurun statusu məsələsini QALDIRA BİLƏR

Siyasət

15-07-2022, 18:15

Sabah Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcəklər

Siyasət

15-07-2022, 18:54

Azərbaycan-Ermənistan delimitasiya üzrə Komissiyanın ikinci görüşü gələn ay keçiriləcək

Siyasət

6-09-2022, 17:38

Ermənilərdən növbəti TƏXRİBAT HAZIRLIĞI - İrəvan sülh istəmir

Siyasət

15-07-2022, 18:13

İlham Əliyev: "Erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir"

Siyasət

16-07-2022, 18:50

Azərbaycan Prezidenti: "Ermənistan məcburən üzərinə götürdüyü öhdəliklərini hələ də yerinə yetirmir"

Maraqlı

3-09-2022, 09:50

Teleqramda yeni funksiyalar olacaq

Siyasət

15-07-2022, 18:24

Prezident: "Erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir"

Siyasət

13-08-2022, 21:03

Paşinyan icra edir, erməni silahlılar ÇIXARILIR

Siyasət

1-09-2022, 10:25

Brüssel görüşündə Azərbaycan yenə istədiyinə nail oldu - Sahil Kərimli

Siyasət

11-08-2022, 20:00

Qərbi azərbaycanlılar hərəkətə keçir: "Göyçə boşaldılmalıdır..."

Siyasət

15-07-2022, 19:21

İlham Əliyev: Müharibə əlillərini fəal işə cəlb etmək üçün böyük işlər görülür

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Bu gün, 10:39
Tanınmış generala ağır itki
Dünən, 10:06
3 aylıq körpə anasının qucağından yıxılıb öldü
5-09-2026, 14:50
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb
4-09-2026, 16:15
Müdafiə Nazirliyinin sabiq idarə rəisinə cinayət işi açıldı
4-09-2026, 12:53
“Rent a car” rəhbəri TUTULDU
4-09-2026, 10:37
Restoranda qısqanclıq zəəminində sevgilisini döyən evli kişiyə hökm oxundu
Xəbər lenti
  • Bu gün, 12:54
    “Baku Electronics” müştərinin qanına susayıb? - BU NƏDİ BELƏ?
  • Bu gün, 12:33
    "Mançester Yunayted" - "Sabah" matçı İngiltərə və Azərbaycan klublarının 12-ci dueli olacaq
  • Bu gün, 12:14
    İlham Əliyev Şimali Makedoniya Prezidentinə təbrik məktubu göndərib
  • Bu gün, 12:06
    “SOS” MMC-nin növbə rəisi həbs edildi: 20 min manatı qumarda uduzub - TƏFƏRRÜAT
  • Bu gün, 11:40
    ANAMA sədri: Qarabağ və Şərqi Zəngəzur 1 milyondan çox mina ilə çirkləndirilib
  • Bu gün, 11:24
    AAYDA-nın Hövsanda çəkdiyi "yol" - Milyonlarla manat vəsait hara xərclənir? - VİDEO
  • Bu gün, 10:39
    Tanınmış generala ağır itki
  • Bu gün, 10:34
    Yasamal rayonu niyə bu gündədir? - Rayon sakinləri şikayət edir... -FOTOLAR
  • Bu gün, 10:18
    İki kollecdə yeni - Təyinat
  • Bu gün, 10:10
    Naxçıvan Dövlət Universiteti də QANUNLARI BELƏ POZUR... - FOTOFAKT
  • Bu gün, 10:00
    UEFA Çempionlar Liqasında əsas mərhələ bu gün start götürür
  • Bu gün, 09:28
    Qalmaqallı “Kayu”nun LİSENZİYASI YOX İMİŞ - BU NƏDİ BELƏ?
  • Bu gün, 09:14
    Azərbaycan neftinin qiyməti 107 dolları keçib
  • Bu gün, 09:08
    DEPOT MMC-yə yeni 1,67 milyon: Elm və Təhsil Nazirliyi bu şirkətdən niyə əl çəkmir?
  • Bu gün, 08:49
    Bakıda yağışlı havada tıxac olan yollar açıqlanıb
  • Dünən, 18:31
    Uitkoff Ukrayna üzrə danışıqlar prosesində əhəmiyyətli irəliləyişin olduğunu bildirib
  • Dünən, 18:25
    Bakı Regional Qaz İstismarı İdarəsi AzəriQaz-da bir ayrıca qurumdur... istədiklərini edirlər... - İTTİHAM VAR...
  • Dünən, 18:09
    Kanada hökumətinin ikili oyunu: Alberta referendumu nəyi ifşa edir? - ŞƏRH
  • Dünən, 17:53
    Peşə Təhsilində küləvi narazılıq- Müqavilə ilə kimlər və necə işə götürülür?
  • Dünən, 17:31
    Bakıdan Həştərxana müntəzəm uçuşlar bərpa olunur
  • Dünən, 17:08
    Keçmiş diplomat sığorta şirkətini İFŞA ETDİ - "...pulunuz batacaq!"
  • Dünən, 16:40
    Kliçko: Kiyevdə komendant saatının müddəti qısaldılacaq
  • Dünən, 16:28
    BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSORUN" toruna düşüb
  • Dünən, 16:14
    “44” bədii filminin premyerasının keçiriləcəyi tarix məlum olub
  • Dünən, 15:46
    “AzRe Təkrarsığorta”nin rəhbər şəxsi vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
  • Dünən, 15:31
    Ötən həftə 1706,4 ha ərazi minalardan təmizlənib
  • Dünən, 15:19
    Leobank müştərisinin kartından Xorvatiyada otel ödənişi çıxarıldı - “Hakerlərdir, heç nə edə bilmərik”
  • Dünən, 14:58
    Zelenski Ukrayna ordusunun Rusiyada neft emalı müəssisələrini vurduğunu bildirib
  • Dünən, 14:42
    Əziz Səncər "Şöhrət" ordeni ilə təltif edilib
  • Dünən, 14:19
    İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi
  • Dünən, 14:10
    19 ilin məktəb direktoru “ç” bəndi ilə İŞDƏN ÇIXARILDI, məhkəməyə müraciət etdi - NARAZILIQ VAR...
  • Dünən, 13:51
    Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib
  • Dünən, 13:43
    Ayaqyolunu söküb aparan keçmiş direktorla bağlı yeni iddialar... - SƏN DEMƏ...
  • Dünən, 13:28
    Sabah Bakıda və rayonlarda yağış yağacaq - PROQNOZ
  • Dünən, 13:07
    Əməkdar artist komaya düşüb - Yenilənib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə