39 nömrəli avtobusda təhlükə siqnalı: yanıq qoxusu və yüksək səs sərnişinləri təşvişə saldı
Vətəndaş tərəfindən redaksiyamıza təqdim edilən şikayət və video material 39 nömrəli marşrut avtobuslarından birində texniki vəziyyətlə bağlı ciddi suallar yaradır.
Sərnişinin bildirdiyinə görə, avtobusda bütün hərəkət müddətində kəskin yanıq qoxusu hiss olunub, eyni zamanda nəqliyyat vasitəsindən normadan artıq və narahatedici səs-küy gəlib. Redaksiyaya təqdim edilən video materialda da avtobusun hərəkəti zamanı qeyri-adi yüksək səsin olduğu müşahidə edilir.
Sərnişin bildirir ki, bu vəziyyət bütün səfər boyu davam edib və avtobusda olan insanların narahatlığına səbəb olub. Xüsusilə yanıq qoxusunun müşahidə edilməsi nəqliyyat vasitəsinin texniki sazlığı və sərnişin təhlükəsizliyi ilə bağlı əlavə suallar doğurur.
Məsələ ilə bağlı aidiyyəti qurumların 39 nömrəli marşrut xəttində fəaliyyət göstərən avtobusların texniki vəziyyətini yoxlaması zəruri görünür. Sərnişinlərin həyatı riskə atıldıqdan sonra deyil, təhlükə əlamətləri ortaya çıxan kimi tədbir görülməlidir.
Redaksiya olaraq məsələni diqqətdə saxlayacaq və aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.

Şikayət və təkliflər üçün qaynar xətt
Xəbər, şikayət və təklifinizi bizə göndərin
Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz
BakuNews.az
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]