Sizin reklam burada 728×90
Son dəqiqə

“Özünü Mirzə Babayevin qardaşı kimi təqdim edib pul istəyir” - Xəbərdarlıq

27.08.2024 12:46 1 468 1 dəq oxunur
“Özünü Mirzə Babayevin qardaşı kimi təqdim edib pul istəyir” - Xəbərdarlıq
Bakıda özünü mərhum Xalq artisti Mirzə Babayevin qardaşı kimi təqdim edən şəxs müxtəlif bəhanələrlə vətəndaşlardan pul alır.

Bu barədə Mirzə Babayevin nəvəsi Emin Babayev feysbuk hesabında yazıb.

O, xəbərdarlıq edib: “Artıq bir neçə ildir şəkildə gördüyünüz kişi şəhərin müxtəlif yerlərində, əsasən kafe və marketlərdə, özünü Mirzə Babayevin qardaşı kimi təqdim edərək insanlardan müxtəlif formalarda xeyir alır. Kimdənsə pul istəyir, kimsə onun yediyi yeməyin hesabını ödəyir və s.”

Emin Babayevin sözlərinə görə, həmin şəxs özü ilə Mirzə Babayevin şəklini gəzdirir: “Sifətdən müəyyən oxşarlığı var, ailəmiz haqqında bəzi məlumatları əzbərləyib, geyimində də çalışır ki Mirzə Babayeva oxşasın”.

O qeyd edib ki, babasının sonuncu qardaşı 11 il bundan əvvəl vəfat edib.
“Özünü Mirzə Babayevin qardaşı kimi təqdim edib pul istəyir” - Xəbərdarlıq

Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az