Sizin reklam burada 728×90
Son dəqiqə

"Səməd Səmədovun məzarını görmək istəmirəm"

22.08.2022 20:11 719 1 dəq oxunur
"Səməd Səmədovun məzarını görmək istəmirəm"
"Onun dünyasını dəyişməsi gözlənilməz oldu. Yatsam yuxuma girməzdi ki, belə xəbər eşidəcəm. Gənc vaxtlarımdan Səməd obrazı həyatımda var idi. Səməd Səmədov təvazökar insan idi. Özü haqqında heç vaxt böyük-böyük danışmazdı".

bakunews.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Nazim Pişiyari "O üz" proqramında deyib. O, mərhum Xalq artisti Səməd Səmədovla bağlı xatirələrini bölüşüb:

"Bu gün də onun izi sənətdə qalıb. Eşidəndə ki, dünyasını dəyişib, inanmadım. Gördüm yox, yavaş-yavaş məlumat təsdiqlənir. Donub qaldım. Çaşqın vəziyyətdə idim. Onun məzarına getməmişəm, gedə bilmirəm. İçimdəki hansısa qüvvə qoymur gedim. İstəmirəm onun başdaşını görüm. Bizim münasibətimizdə o qədər baməzə anlar olub ki... Onun haqqında keçmiş zamanda danışmaq istəmirəm".

Qeyd edək ki, S.Səmədov koronavirusdan dünyasını dəyişib.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az