Sizin reklam burada 728×90
Son dəqiqə

Onlar direktor müavini təyin olundu

15.10.2024 09:40 685 1 dəq oxunur
Onlar direktor müavini təyin olundu
Kolleclərə direktor müavinləri təyin olunub.

Təyinatlarla bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən müvafiq əmrlər imzalanıb.

Əmrlərə əsasən, Nərmin Hətəmova Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kollecinə, Nigar Səfxanova isə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.

Qeyd edək ki, Nərmin Hətəmova 2013-2022-ci illərdə müxtəlif müəssisələrdə məktəbəqədər təhsil sahəsi üzrə çalışıb.

Nigar Səfxanova isə 2018-2022-ci illərdə Göygöl rayonunun Üçbulaq kənd ümumi orta məktəbində müəllim vəzifəsində çalışıb, 2022-ci ildən isə həmin məktəbin direktoru vəzifəsini icra edib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az