Sizin reklam burada 728×90
Son dəqiqə

Sumqayıtlı məktəbli Rza Həmidov SASMO 2026-da qızıl medal qazandı

21.09.2026 22:09 417 1 dəq oxunur
Sumqayıtlı məktəbli Rza Həmidov SASMO 2026-da qızıl medal qazandı
Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbin 1 “B” sinif şagirdi Həmidov Rza Kənan oğlu SASMO 2026 beynəlxalq riyaziyyat və məntiq olimpiadasında yüksək nəticə göstərərək qızıl medal qazanıb.

BNTV.az-a verilən məlumata görə, Rza Həmidov olimpiadada I sinif şagirdləri arasında Azərbaycan üzrə 4-cü, Sumqayıt şəhəri üzrə isə 1-ci yerə layiq görülüb.

Beynəlxalq səviyyəli yarışda əldə olunan bu nəticə məktəb kollektivi və şagirdin ailəsi tərəfindən böyük sevinclə qarşılanıb.

Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbin kollektivi Rza Həmidovu qazandığı qızıl medal və yüksək nəticə münasibətilə təbrik edib, ona gələcək təhsilində və beynəlxalq yarışlarda daha böyük uğurlar arzulayıb.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az