Sizin reklam burada 728×90
Son dəqiqə

“Rza” və “Milad” adlı iranlı narkotacirin şəbəkəsinə qoşulan daha 4 nəfər saxlanıldı -

20.06.2023 17:49 730 1 dəq oxunur
“Rza” və “Milad” adlı iranlı narkotacirin şəbəkəsinə qoşulan daha 4 nəfər saxlanıldı -
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyatlar həyata keçirilib. Tədbir zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini Elmar Məmişov saxlanılıb. Onun üzərində axtarış aparılan zaman 5 kiloqrama yaxın narkotik vasitə heroin aşkar edilib.

Daxili İşlər Nazirliyindən Bakunews.az-a verilən məlumata görə, idarə əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı isə paytaxt ərazisində narkotik vasitələrin satışını təşkil edən dəstə üzvləri - Niyazi Quliyev, Nazim Novruzov və Ziya Zakirov da tutularaq istintaqa təqdim ediliblər. Bu şəxslərdən isə ümumilikdə 2 kiloqram narkotik vasitə heroin aşkar olunub.
Saxlanılan şəxslər narkotik vasitələri sosial şəbəkələrdə tanışı olduqları şəxsiyyətləri istintaqla araşdırılan “Rza” və “Milad” adlı İran vətəndaşlarından maddi gəlir qarşılığında satmaq məqsədi ilə əldə etdiklərini və narkokuryerliyə cəlb olunduqlarını bildiriblər.

Bu şəxslər barəsində İdarənin İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb. araşdırmalar davam etdirilir.

Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az