ABŞ-ın Mayami-Deyd dairəsində 26 fevral 2023-cü il tarixi Xocalının Anım Günü elan edilib.
Bu barədə Mayami-Deyd dairəsinin meri Daniella Levin Kava və Mayami-Deyd dairəsinin Komissarları Şurasının sədri III Oliver G. Gilbert Bəyannamə imzalayıb.
ABŞ-ın keçmiş baş prokuroru Robert Frensis Kennedinin “Bəşəriyyətin tarixi saysız-hesabsız müxtəlif cəsarət və iman əməllərindən formalaşır. İnsan hər dəfə bir idealı müdafiə edəndə və ya başqalarının vəziyyətini yaxşılaşdırmaq üçün hərəkət edəndə və ya ədalətsizliyə qarşı mübarizə apardıqda, incə bir ümid dalğası göndərir” fikri ilə başlayan bəyannamədə bildirilib ki, 1992-cı il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhər əhalisinin qətliama məruz qalması nəticəsində aralarında çoxlu uşağın, qadının və ahılın olduğu 600-dən çox dinc və günahsız mülki şəxs qətlə yetirilib. Nəzərə çatdırılıb ki, insan haqları üzrə məşhur beynəlxalq təşkilatlar, o cümlədən “Human Rights Watch” bu faciəni bölgənin ən böyük qırğını adlandırıb.
Xocalı faciəsini “müharibə dövründə törədilən dəhşətli dağıntıların və bütün dünyada insanlar arasında daha çox anlaşma, ünsiyyət və tolerantlığa olan davamlı ehtiyacının ayıq bir xatırlatması” kimi səciyyələndirən bəyannamə müəllifləri Mayami-Deyd dairəsində, Florida ştatında və bütün dünyada yaşayan azərbaycanlıların hər il Xocalı qurbanlarının xatirəsini ehtiramla yad etdiklərini vurğulayıblar.
Bəyannamə müəllifləri Mayami-Deyd dairəsi adından 26 fevral 2023-cü il tarixini Xocalının Anım Günü elan ediblər və xeyirxah insanları Xocalı soyqırımının 31-ci ildönümünü yad etmək üçün yerli hakimiyyət nümayəndələrinə qoşulmağa çağırıblar.
Qeyd edək ki, Bəyannamə Florida ştatında fəaliyyət göstərən Azərbaycan-Amerika Gənclər Assosiasiyasının rəhbəri Nabat Eminovaya təqdim edilib.
bakunews.az__________________________________________________________
Руководство американского округа Maйами-Дейд объявило 26 февраля Днем памяти жертв Ходжалы В американском округе Майами-Дейд 26 февраля 2023 года объявлено Днем памяти жертв Ходжалы.
Декларацию об этом подписали мэр округа Майами-Дейд Даниэлла Левин Кава и председатель Совета комиссаров округа Майами-Дейд Оливер Г.Жильберт III.
В декларации, начинающейся со слов бывшего генерального прокурора США Роберта Фрэнсиса Кеннеди “История человечества формируется из бесчисленных смелых и богоугодных поступков. Всякий раз, когда человек защищает какой-то идеал или ведет борьбу с несправедливостью, он посылает волну робкой надежды”, отмечается, что в ночь с 25 на 26 февраля 1992 года население азербайджанского города Ходжалы подверглось геноциду, в результате чего были убиты более 600 мирных и невинных граждан, в том числе женщины и старики. Подчеркивается, что известные международные организации по правам человека, включая “Human Rights Watch”, назвали эту трагедию самой чудовищной расправой в регионе.
Охарактеризовав Ходжалинскую трагедию как “четкое напоминание об учиненных во время войны страшных разрушениях и постоянной необходимости в большем взаимопонимании, общении и толерантности среди людей во всем мир”, авторы декларации констатировали, что азербайджанцы, проживающие в округе Майами-Дейд, штате Флорида и во всем мире, ежегодно отдают дань памяти жертв Ходжалы.
Авторы декларации от имени округа Майами-Дейд объявили 26 февраля 2023 года Днем памяти жертв Ходжалы и призвали доброжелательных людей присоединиться к представителям местной власти, чтобы отметить 31-ю годовщину Ходжалинского геноцида.
Отметим, что декларация передана руководителю Азербайджано-американской молодежной организации, действующей в штате Флорида, Набат Эминовой.
bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az