Anons

28-07-2019, 19:11 - MOBİL OPERATORLAR AZƏRBAYCAN VƏTƏNDAŞLARINA QARŞI HÖRMƏTSİZLİK EDİR..?

18-06-2019, 15:06 - GDU dekanına qarşı ittiham dolu məktub – 166000 manat kimin cibinə...

18-06-2019, 11:20 - Bakı metrosunda təşviş - Sərnişinlər boşaldıldı

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

34 saylı TSEK-də misli görünməmiş qanunsuzluq

Tarix:15-01-2015, 18:21 Baxış Sayı:848

34 saylı TSEK-də misli görünməmiş qanunsuzluq










İmişli, Saatlı rayonlarını əhatə edən komissiyada şikayətlər pik həddə çatıb

Bakunews.az-ın elektron ünvanına daxil olan məlumatda bildirilir. 34 saylı İmişli, Saatlı rayonlarını əhatə edən TSEK-də reablitasiya adı altında ixtisarlar aparılır. Xəstə insanların əlillik qruplarından kənarlaşdırılması pis bir şəkildə baş verir. 34 saylı TSEK-in xanım sədri göstərişin nazirlikdən gəldiyini bildirir, məsuliyyəti boynundan atır. Yaranmış vəziyyətdən isə öz çıxarları daxilində yararlanır və bunu göydən düşmə fürsət kimi dəyərləndirir. Hardasa bu onun özünə belə iqtisadi mənfəət gətirir. Çünki, ötən ildən stolunun üstündə 200-ə yaxın əlillik təyin edə bilmədiyi, amma buna cəhd etdiyi işlər qalıb. 34 saylı TSEK-in sədri Ərkinaz Məmmədovanın “reablitasiya” oyunun qurbanları özündən əvvəlki sədrlərin vaxtını əhatə edir. Bir sözlə, belə fikir yaranır ki, zamanında əlillik qrupuna sahiblənmiş şəxslər xəstə olmayıb, keçmiş komissiya sədrləri tərəfindən onlara əlillik qrupu təyin olunub. Amma Ərkinaz Məmmədovanın dövrünü əhatə edən axırıncı bir ildə əlillik qrupu təyin olunmuş şəxslər hamısı xəstədir və onlara reablitasiya tətbiq oluna bilməz. Vallah biabırçılıq, görünməmiş ədalətsizlikdir. İmişli və Saatlı əhalisi bilir ki, Ərkinaz Məmmədova 34 saylı TSEK-ə rəhbərlik etdikdən sonra 2-ci qrup əlillik almaq üçün qiymət 1500-2000 manatdan 3500-4000 manata qədər qaldırıldı. 3-cü qrup əlillik təyin olunan şəxslərdən əvvəllər 500-1000 manat aralığında “şirinlik” alınırdısa, Ərkinaz Məmmədova bu məbləği 1500-2000 manata qaldırdı. Ona bu işdə makler, dəllal İlqar və Ərkinaz xanımın həyat yoldaşı kömək edir. Çünki, ilkin komissiyadan keçmək üçün makler İlqar və Ərkinaz xanımın həyat yoldaşını görmədən, onların istədikləri məbləği vermədən xəstənin sənədləri sədr xanımın qarşısına gedə bilməz, xəstə onunla görüşə bilməz. Belə olan halda xanım sədrə sual verilməzmi ki, necə olur rüşvətin həcmi qalxanda insanlar xəstə, aşağı olanda xəstə olmur?!.. Bu nə yanaşmadır ki, rayonlarda insanlara tətbiq olunur və insanlar ölkə rəhbərliyindən məqsədli şəkildə narazı salınır? Adına da dövlət vəsaitinə qənaət olunması deyilir. Əslində ağıllı insanlar bilir ki, Ərkinaz Məmmədova bunu edirsə, öz çıxarları üçün edir. Burdan xəstələri “reablitasiya” edir, digər tərəfdən ilkin xəstələr makler İlqar, Ərkinaz xanımın həyat yoldaşı ilə görüşdükdən sonra onlara əlillik qrupu təyin olunur. Hansı ağıllı insan xəstə ola-ola 3500 manat pul verib özünə əlillik qrupu alar? Əgər 3500 manat verilirsə, demək həmin adamlar xəstə deyil və mənfəət güdürlər, dolanırlar, onlardan da məqsədli şəkildə istifadə olunur. Yəni, onlar əvvəl 3500 manat verirlər, təkrar komissiyaya gəldikdə isə Ərkinaz xanımın onlara deməyə sözü olur və 100-150 manatını alır. Bununla da külli miqdar vəsait mənimsənilir. Budurmu dövlət vəsaitinə qənaət etmək?
İmişli və Saatlı rayonları üzrə 300 xəstə ixtisara düşərsə, sonradan onların yerinə 3500 manat alınıb qrup təyin olunarsa, 1 milyon manat vəsait əldə edilmiş olar. Digər tərəfdən, il ərzində İmişli və Saatlı rayonlarını əhatə edən 34 saylıTSEK-ə müraciət edən təkrar xəstələrin sayı 8 minə yaxındır. Elə bunlardan da 1 milyon manata yaxın vəsait toplanır. Milyona milyon TSEK prinsipi... Qəpik-quruş dövrü arxada qaldı...
Amma vəziyyət fərqlidir. Ərkinaz Məmmədova bir məsələni nəzərindən qaçırır. Narazılıq pik həddə çatdıqda təbii ki, Səlim Müslümov məsuliyyəti boynundan ataraq onu işdən çıxaracaq. Çünki, əlilliyə görə aldığı müavinət ancaq çörəyə, suya, çaya, qəndə çatan insanlar Səlim Müslümovun rəhbərlik etdiyi nazirliyin qabağına gəlib haqlarını tələb edəcəklər.

XƏBƏR LENTİ