Bu gün yerli vaxtla saat 06.18 və 06.24 radələrində Türkiyədə 5 maqnitudalı zəlzələ baş verib.
bakunews.az apa-ya istinadən bildirir ki, zəlzələnin ocağı Kuşadası körfəzində, İzmirin Menderes rayonu sahillərində olub.
Zəlzələ İzmir, Aydın və digər vilayətlərdə hiss edilib. Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) dağıntı və tələfat olmadığını açıqlayıb.
bakunews.az