Anons

Haqqımızda Əlaqə

“Həmişə qardaş kimi yaşamışıq” – Siyavuş Novruzov

Tarix:28-04-2015, 15:18 Baxış Sayı:150

“Həmişə qardaş kimi yaşamışıq” – Siyavuş Novruzov


“Televiziyalarda hər gün kriminal xəbərlər gedir, insan insanı necə qətlə yetirməsini göstərirlər. Eləcə də saytlarda, internetdə insanın özünü necə asmalı olduğunu göstərirlər”.

Bakunews.az AzVision.az-a istinadən xəbər verir ki, bunu millət vəkili Siyavuş Novruzov Milli Məclisdə çıxışı zamanı deyib.

Deputat təklif edib ki, bu kimi halların qarşısını almaq üçün sosial reklamlar olmalıdır: “Törədilən cinayəti xüsusi anonsla vermək lazım deyil. İnsan nə qədər ağır informasiya qəbul edirsə, bir o qədər də aqressivləşir. Əlbəttə, burada dini cəryanların qızışdırma amilləri və s var. Ancaq Azərbaycan tarixən tolerantlıq olub və bundan sonra da olacaq”.

Daha sonra millət vəkili bildirib ki, Azərbaycanda milli ayrı seçkilik heç vaxt olmayıb və həmişə bir qardaş kimi yaşamışıq: “Odur ki, Əlikram Hümbətov kimi şəxslərin nə deməsindən asılı olmayaraq bu birliyimizi və monolitliyimizi davam etdirməliyik”.

XƏBƏR LENTİ