• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

`AZƏR GOLD` adına SƏRVƏTLƏRİMİZ NECƏ XIRID EDİRLİR... - İLGİNC FAKTLAR...

---

6-11-2024, 14:53

Bu ilin ilk 8 ayı ərzində Azərbaycana xarici ölkələrdən ümumi dəyəri 1 milyard 509 milyon 184 min dollar olan 19 min 904,34 kiloqram qızıl gətirilib. Açıqlanan rəsmi məlumatlara istinadən aparılmış hesablama göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə qızıl idxalı 361 dəfə artıb. Qeyd edək ki, bu ilin ilk 8 ayında ölkəyə gətirilən qızılın bir qramının orta gömrük dəyəri 75,8 dollar (129 manat) olub.
Azərbaycana qızıl əsasən aşağıdakı ölkələrdən gətirilib:
Avstraliya – 11 854,14 kq (bir qramın orta gömrük dəyəri 76,4 dollar);
ABŞ – 3 978,71 kq (75,5 dollar);
Kanada – 2 023,23 kq (74,4 dollar);
İsveçrə – 1 977,76 kq (76,2 dollar).

"DİA-AZ" qeyd edir ki, məsələ ilə bağlı açıqlama verən iqtisadçı-ekspert Allahverdi Aydın bildirib ki, qızıl idxalının kəskin artmasına əsas səbəb Dövlət Neft Fondunun qızıla investisiya etməsidir:
“Bu ilin ilk 9 ayının yekununa olan rəsmi məlumatda göstərilir ki, Neft Fondunun qızıl ehtiyatları bu il 127 tona çatıb. Bu il ərzində Fondun 25 tondan çox qızıl aldığı bildirilir. Qızılın alış qiyməti dünya bazarlarındakı orta satış qiymətinə yaxın olub. Hazırda qızılın 1 qramı dünya bazarında 88 dollara satılsa da, ilin əvvəlində 66 dollara olub”.

İqtisadçı bildirir ki, Azərbaycanın qızıl idxalında problem olmasa da, qızılın ixracı ilə bağlı ciddi problemləri var:
“Məlumdur ki, Azərbaycanın ixracında qızıl əsas yerlərdən birini tutur. Qeyri-neft məhsullarının ixracında qızıl hər zaman ilk sıralarda qərarlaşır. Məsələn, bu ilin ilk 8 ayında xaricə satılan məhsullar arasında qızıl pambıq və pomidordan sonra 3-cü sırada olub. Lakin təəssüf ki, Azərbaycan qızılı xarici ölkələrə emal olunmamış şəkildə – xam qızıl formasında satır. Amma xaricdən alınan qızılın hamısı emal olunmuş olur. Aydın məsələdir ki, xam qızılla emal olunmuş qızılın qiyməti arasında fərq olacaq. Məsələn, bu ilin ilk 8 ayı ərzində Azərbaycan İsveçrəyə 96 milyon dollar dəyərində 2,8 ton emal olunmamış qızıl ixrac edib. Emal olunmamış qızlın bir qramı İsveçrəyə 36 dollardan satılıb. Eyni dövrdə İsveçrədən aldığımız təxminən 2 ton emal olunan qızılın bir qramına isə 76 dollar ödəmişik. Göründüyü kimi, qızılın ölkə daxilində emal olunmaması səbəbindən 8 ay ərzində təkcə İsveçrəyə 50-60 milyon dollar vəsait gedib. Bunun qarşısını almağın yolu isə odur ki, Azərbaycan xam qızılın ixracını dayandırmalı və qızıl ölkə daxilində emal olunmalıdır”.

"DİA-AZ" qeyd edir ki, əslində yuxarıda açıqlanan məqam çox ciddi mahiyyət daşısa da, ilgili ünvanlar məsələni ört-basdır etməyə çalışır. Buna rəğmən biz "DİA-AZ" olaraq müəyyən araşdırma aparmaq qərarına gəldik.

Yuxarıda da qeyd olundu ki, biz Azərbaycan dövləti olaraq qızılı xaricə 36 dollara satıb, 76 dollara geri alırıq... Yəni qızılın emal prosesini özümüp həyata keçirmədiyimizdən ciddi pul itkisinə - SƏRVƏT İTKİSİNƏ yol veririk. Apardığımız araşdırmalardan aydın olur ki, əslində burada itirən təkcə Azərbaycan dövlətidir. Amma yetərincə məmurlar, işbazlarımız var ki, bütün bu prosesdən külli miqdarda qazanc əldə edirlər və buna görə də onlar hansısa emal prosesində maraqlı deyillər və onları Azərbaycan dövlətini itirdikləri heç ilgiləndirmir.

KİMDİR ONLAR?

Məlumdur ki, Azərbaycan ərazisində "AzerGold” QSC qiymətli, əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, qiymətli və nəcib metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir. Yəni bizdə bu sahə "AzerGold” QSC-nin RƏSMİ İNHİSARINA VERİLİB.

Bu qurumun başında isə Zakir İbrahimov adlı birisi dayanır. Bu o şəxsdir ki, adı dəfələrlə müxtəlif qanunsuzluqlarda, saxta tender hoqqabazlıqlarında hallanıb. İş o həddədir ki, Zakir İbrahimov hətta büdcə pullarını öz oğlu - Zaur İbrahimin adına olan şirkətlər hesabına mənimsəməkdən belə çəkinmir.

İndi isə biz ölkədə qızıl alqı-satqısı prosesi zamanı itirdiyimiz milyonları düşünürük. Amma bu məsələdə dövlət olaraq gec qalmışıq. Artıq dövlətin adından bu pulları mənimsəyənlər var...

Əlavə bilgilərimiz olacaq. Bizi izləməyə davam edin...

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

2-11-2024, 13:32

Marqarin idxalı kəskin artıb – Marketlərdə 3 dəfə baha satılır

Cəmiyyət

17-10-2024, 16:32

Xaricdən 9,5 manata gətirilən kərə yağı marketlərdə 20,9 manata satılır – Süni qiymət artımı var

İqtisadiyyat

17-07-2023, 12:50

Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 1 mlrd. dollar artıb

Cəmiyyət / Araşdırma

18-07-2023, 13:00

Gömrük Komitəsinin qaz ixracı ilə bağlı hesabatında UYĞUNSUZLUQLAR

Cəmiyyət

22-11-2023, 20:29

Azərbaycanda çay idxalı ixracı üstələyib

Gündəm / Siyasət

29-12-2023, 14:14

Azərbaycanda dollarla bağlı rekord qeydə alındı

Gündəm / Cəmiyyət

2-12-2023, 16:18

10 ayda Azərbaycana 100 milyon dollar gətirən Elvin Şirinov kimdir? - İLGİNC

Səhiyyə

16-08-2023, 10:20

Azərbaycanda bu dövlət idarəsində "möcüzə" baş verib

Gündəm / İqtisadiyyat

18-01-2024, 21:51

Azərbaycanın ən böyük ticarət tərəfdaşı bu ölkədir

İqtisadiyyat

18-07-2022, 20:43

Azərbaycanla Rusiya arasında ilin birinci yarısı ticarət dövriyyəsi 17,1 faiz artıb

İqtisadiyyat

24-10-2024, 22:21

“AzerGold” QSC-nin sikkə və külçə kolleksiyalarına tələbat artıb

İqtisadiyyat

14-07-2022, 10:11

Qızıl ucuzlaşıb

Araşdırma
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Hadisə
Bu gün, 11:26
Gədəbəydə avtomobil aşıb, ölən var
Dünən, 15:49
Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
12-10-2026, 09:06
Biləsuvarda toyda bıçaqlanma olub
11-10-2026, 15:00
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
8-10-2026, 19:00
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır - Yenilənib
8-10-2026, 16:55
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
Xəbər lenti
  • Bu gün, 13:09
    Sabah Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq
  • Bu gün, 12:59
    Təhsil sisteminin KOLLEC BAZARI... - ÖZBAŞINA QALIBLAR...
  • Bu gün, 12:44
    Laos Prezidenti "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub
  • Bu gün, 12:26
    İcra başçısı “Instagram”da astrologiya, oyun, gözəllik səhifələri izləyir? - FOTO
  • Bu gün, 12:06
    Makron süni intellektlə bağlı Müdafiə və Mili Təhlükəsizlik Şurasının iclasını keçirəcək
  • Bu gün, 11:41
    LOR həkimlərə təkmilləşmə kurslarında yer tapılmır: 500 LOR-a 126 yer? - ARAŞDIRMA
  • Bu gün, 11:26
    Gədəbəydə avtomobil aşıb, ölən var
  • Bu gün, 11:09
    "Mən o adamdan fəhlələrin, maşınların pulunu ala bilməmişəm..." - Həbsxanadan Vüsal Nəsirliyə məktub var
  • Bu gün, 10:47
    Prezident "Rebuild Karabakh" sərgisinin iştirakçılarına müraciət edib - YENİLƏNİB
  • Bu gün, 10:38
    Aftil Aydınovun tikinti şirkəti valyuta əməliyyatına görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
  • Bu gün, 09:54
    Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb
  • Bu gün, 09:47
    NDU-nun qovduğu etirazçı müəllimi Qlazqo Universiteti İŞƏ GÖTÜRDÜ... - BELƏ HARA GEDİRİK?
  • Bu gün, 09:26
    Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib
  • Bu gün, 09:07
    "Marketə gedəndə çeklərinizə diqqətlə baxın.." - YOXSA...
  • Bu gün, 08:48
    Yasamal və Binəqədinin bir sıra ərazilərində işıq olmayacaq
  • Dünən, 19:00
    Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək
  • Dünən, 18:30
    Yeni doğulmuş körpə üzərində mürəkkəb cərrahi əməliyyat keçirilib
  • Dünən, 18:08
    Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında 12 məsələ müzakirə ediləcək - YENİLƏNİB
  • Dünən, 18:02
    “SAB” məhsulları təhlükəlidir? –AQTA-nın və medianın ŞOK faktları
  • Dünən, 17:42
    Sadır Japarov sabah Azərbaycana səfər edəcək
  • Dünən, 17:34
    “Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –FOTOFAKT
  • Dünən, 16:48
    Kəmaləddin Heydərov Sudanın Azərbaycandakı səfiri ilə görüşüb
  • Dünən, 16:29
    Naxçıvanda TİBB İŞÇİLƏRİ MAAŞLARINI ALA BİLMİR - "Oktyabrın 13-dür, hələ də..."
  • Dünən, 16:14
    Enerji atəşkəsi, dizel sövdələşməsi – Rusiya-Ukrayna müharibəsində yeni bir sınaq
  • Dünən, 16:08
    Laçın rayonu “Qoç ət” şirkətinə PEŞKƏŞ EDİLİB? - sakinlər HARAY ÇƏKİR
  • Dünən, 15:49
    Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
  • Dünən, 15:38
    “BTB Bank”ın rəhbər kadrları hara keçib? - TƏYİNATLAR
  • Dünən, 15:09
    Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib
  • Dünən, 14:58
    Başçının dövlət torpaqları ilə qanunsuz biznesi və 24 min əhalinin yol problemi
  • Dünən, 14:52
    Türkiyədəki anti-Azərbaycan kampaniyasının SİRRİ AÇILDI
  • Dünən, 14:51
    Türkiyədə Azərbaycan əleyhinə media hücumu: bu, kimin marağındadır?
  • Dünən, 14:35
    Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verib
  • Dünən, 13:01
    Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq
  • Dünən, 12:54
    Bərdə sakini öz qohumlarının TƏZYİQİ İLƏ ÜZ-ÜZƏ... - "İmkan vermirlər ki..."
  • Dünən, 12:39
    Parlamentdə təhlükəli mallarla bağlı tədbirlər dairəsinin müəyyənləşdirilməsi birinci oxunuşdan keçib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə