Sizin reklam burada 728×90
Son dəqiqə

Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 1 mlrd. dollar artıb

17.07.2023 12:50 689 1 dəq oxunur
Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 1 mlrd. dollar artıb
2023-cü ilin ilk 6 ayı ərzində Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 34.8% və ya 1 milyard 11.4 milyon dollar artaraq 3 milyard 916 milyon dollar təşkil edib.

Bu barədə BakuNews.az-a Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Qeyd edək ki, cari ilin ilk 6 ayı ərzində Azərbaycandan Türkiyəyə ixracın həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 49.5% və ya 917 min dollar artaraq 2 milyard 768.9 milyon dollara bərabər olub.

Hesabat dövründə Türkiyədən Azərbaycana idxalın həcmi 9% və ya 94,4 milyon dollar artaraq 1 milyard 147.1 milyon dollara yüksəlib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az