Binaların arası zəbt olunur, pəncərələr divara dirənir! - "Qurtuluş 93" yaşayış kompleksində biabırçılıq...
Cəmiyyət
Bu gün, 15:44
Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən məşhur "Qurtuluş 93" yaşayış kompleksində qanunsuzluqlar baş alıb gedir. Kompleksin 78-ci binasında aparılan qeyri-qanuni tikinti işləri sakinlərin və ictimaiyyətin haqlı narazılığına səbəb olub.
Məsələ ilə bağlı redaksiyamıza daxil olan şikayət səs-küy yaradacaq ən dəhşətli detalları üzə çıxarıb. Gundemxebertv.com-un əməkdaşına verilən məlumatlara əsasən, kompleksdə baş verənlər həm tikinti normalarını, həm də sakinlərin təhlükəsizlik hüquqlarını kobud şəkildə pozur.
Yaşayış sahəsi qeyri-yaşayışa çevrilir
78-ci binanın birinci mərtəbəsində yerləşən yaşayış sahəsi təyinatına zidd olaraq dəyişdirilir.
Binanın arxa tərəfindəki pəncərələr çıxardılaraq qırağa, birbaşa binanın böyür hissəsindəki divara söykənib.
İki binanın arasındakı məsafə zəbt olunaraq yol daraldılıb. Bununla yanaşı, qanunsuz olaraq uzun pilləkənlər quraşdırılıb.
Məsul şəxslər hara baxır?
Sakinlər bildirirlər ki, baş verən bu özbaşınalıqlara "Qurtuluş"un rəhbəri Hacı (Hacıməcid müəllim) göz yumur. Yerli sakinlərin və ictimai fəalların sualı budur: "Məsul şəxs, məsuliyyət daşıyanlar hara baxır, nə işlə məşğuldurlar?"
Kompleksdə gedən bu qanunsuz tikinti dalğasının qarşısı alınmazsa, gələcəkdə burada daha ağır fəsadların yaranacağı istisna edilmir. Müvafiq qurumların dərhal Masazırdakı 78-ci binaya baxış keçirərək bu özbaşınalığa hüquqi qiymət verməsini tələb edirik!
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az