• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO

Təhsil / Araşdırma

27-09-2026, 16:38

Azərbaycan Texnologiya Universitetində (ATU) müxtəlif adlar altında əməkdaşlardan pul tələb edilməsi ilə bağlı iddialar yenidən gündəmə gəlib. Universitetlə bağlı sosial şəbəkələrdə və müxtəlif informasiya resurslarında daha əvvəl də oxşar məzmunlu şikayətlər səsləndirilib.

BNTV.az-ın redaksiyasına daxil olan növbəti material isə məsələ ətrafında ciddi suallar yaradır. Redaksiyaya təqdim edilən “WhatsApp” səs yazısının Azərbaycan Texnologiya Universitetinin Xarici dillər kafedrasının rəhbəri Aysel Məmmədliyə məxsus olduğu iddia edilir.

Səs yazısının məzmunundan müəllimlərdən, eləcə də universitetin ayrı-ayrı struktur bölmələrindən müəyyən məbləğdə vəsait istənilməsi barədə fikirlər səsləndiyi anlaşılır. Hazırda redaksiya həmin səs yazısının məzmununu və irəli sürülən iddiaları araşdırır.

Müraciətdə daha ciddi bir iddia da yer alır. Bildirilir ki, universitetdə dekan, kafedra müdiri və ya digər rəhbər vəzifəyə təyin olunmaq istəyən şəxslərin qarşısına təhsil müəssisəsinin daxilində öz vəsaitləri hesabına müəyyən təmir işləri aparmaq kimi qeyri-rəsmi tələblər qoyulur.

Əgər bu iddialar həqiqəti əks etdirirsə, ortaya çox ciddi suallar çıxır: dövlət universitetində təmir işlərinin maliyyələşdirilməsi hansı qaydada aparılır? Təmir üçün nəzərdə tutulan vəsait varsa, əməkdaşların şəxsi vəsaitinə niyə ehtiyac yaranır? Rəhbər vəzifəyə təyinatla hansısa maliyyə öhdəliyi arasında əlaqə yaradılırmı? Müəllim və struktur rəhbərlərindən pul tələb olunursa, həmin vəsaitlər kim tərəfindən, hansı hüquqi əsasla və hansı hesaba toplanır?

Redaksiyaya daxil olan məlumatlarda Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərovun adı da hallandırılır. İddia müəllifləri universitet daxilində həyata keçirildiyi bildirilən pul yığımlarının rəhbər vəzifəli şəxslər vasitəsilə təşkil edildiyini irəli sürürlər.

BNTV.az bu iddiaların təsdiqlənmiş fakt olduğunu bəyan etmir. Lakin redaksiyaya təqdim olunan materialların xarakteri onların aidiyyəti dövlət qurumları tərəfindən araşdırılmasını zəruri edən suallar doğurur.

Müraciətdə Xarici dillər kafedrasının rəhbəri Aysel Məmmədlinin də universitet rəhbərliyinə yaxın şəxslərdən biri olduğu və universitet daxilində ciddi təsir imkanlarına malik olduğu iddia edilir. Bununla yanaşı, redaksiyaya təqdim edilən səs yazısının həqiqətən Aysel Məmmədliyə aid olub-olmaması da qarşı tərəfin mövqeyi və mümkün araşdırmanın nəticələri ilə dəqiqləşdirilməlidir.

Eyni zamanda, müraciətlərdə rektor Yaşar Ömərovun elm və təhsil naziri ilə yaxın münasibətlərə malik olması barədə də iddialar səsləndirilir. Redaksiyanın əlində bu şəxsi münasibət barədə müstəqil təsdiqlənmiş məlumat olmadığından, həmin fikir yalnız müraciət müəlliflərinin iddiası kimi təqdim olunur.
[media=https://youtube.com/shorts/EY6mJk6ZA6g]

Əsas məsələ isə başqadır:
- Azərbaycan Texnologiya Universitetində əməkdaşlardan pul yığılırmı?
- Yığılırsa, hansı məqsədlə?
- Bu vəsaitlərin toplanmasına kim göstəriş verir?
- Toplanan pulların uçotu aparılırmı?
- Universitetdə rəhbər vəzifələrə təyinat zamanı namizədlərdən təmir və ya başqa formada maliyyə xərclərinin qarşılanması tələb olunurmu?

Bu suallara ilk növbədə Azərbaycan Texnologiya Universitetinin rəhbərliyi və Elm və Təhsil Nazirliyi aydınlıq gətirməlidir.

Redaksiyamız universitet rəhbərliyinin, rektor Yaşar Ömərovun və Aysel Məmmədlinin mövqeyini dərc etməyə hazırdır. Eyni zamanda məsələnin Elm və Təhsil Nazirliyi tərəfindən araşdırılıb-araşdırılmayacağı da diqqətdə saxlanılacaq.

Azərbaycan Texnologiya Universitetinin rəhbər şəxslərinin fəaliyyəti ilə bağlı redaksiyamıza daxil olduğu bildirilən digər səs yazıları, foto və video materiallar da araşdırıldıqdan sonra ictimaiyyətə təqdim ediləcək.

Mövzu diqqətimizdədir.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Təhsil

14-01-2025, 21:05

Rektorlar arasında İNTRİQA QIZIŞIR...- ELÇİN BABAYEV UNEC-Ə REKTOR GƏLMƏK İSTƏYİR ?

Gündəm / Cəmiyyət

21-10-2024, 11:23

Gəncə Dövlət Universitetinin əməkdaşlarının rektora müraciəti: Cənab rektor,... fəaliyyətinizi düzəldin

Cəmiyyət

2-07-2026, 10:38

Gəncə Dövlət Universiteti "tilsimə düşüb": rektora DUR deyən yoxdur -PREZİDENTƏ MÜRACİƏT

Təhsil

7-04-2023, 21:55

"Özbaşınalıq, korrupsiya və anarxiya..." - Gəncə Dövlət Universiteti

Cəmiyyət

14-02-2026, 10:09

Texnologiya Universitetinin rektoru Yaşar Ömərov əməkdaşlara belə davaranır: Hamınızı pis günə qoyacam-Video

Video / Sosial

4-03-2024, 14:59

Zaqatala yaşılığı və sakinləri ölüm təhlükəsi ilə üz-üzə qalıb FOTO/VİDEO

Maraqlı

4-02-2026, 16:33

Yüksək postlarda çalışan azərbaycanlı qadın rəhbərlər - ƏTRAFLI

Cəmiyyət

24-12-2025, 10:33

Gəncə Dövlət Universiteti ilə bağlı ŞOK FAKTLAR:... əxlaqsızlıq, rüşvətxorluq, korrupsiya, qohumbazlıq

Cəmiyyət / Sosial

28-11-2025, 18:04

Fakültənin dekan müavini ilə kafedra müəllimi arasında qalmaqal - “Uzun müddətdir müəllim və tələbələrə qarşı...”

Cəmiyyət

13-07-2026, 10:29

Azərbaycan Texnologiya Universitetində əsassız pul tələbi iddiası: Səs yazısı yayılıb VİDEO/İDDİA

Gündəm / Cəmiyyət

16-10-2024, 15:51

ADAU: Elmin BATAQLIQ ADASI... - Rektora AĞIR İTTİHAMLAR...

Gündəm / Cəmiyyət

10-03-2025, 11:29

Maliyyə nazirinin müavini Azər Bayramov rektora “krışa”lıq edir(?)! -Gəncə Dövlət Universitetində bitməyən talançılıq…

Araşdırma
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
Hadisə
Dünən, 17:41
Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi
Dünən, 09:38
Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
5-10-2026, 17:57
Bakıda məktəbli bıçaqlanıb
4-10-2026, 15:00
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var
29-09-2026, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
28-09-2026, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
Xəbər lenti
  • Dünən, 19:00
    Azərbaycan və Böyük Britaniya rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırır
  • Dünən, 18:31
    Ceyhun Bayramov Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
  • Dünən, 18:22
    FHN Kəmaləddin Heydərovun oğlunun 3 mərtəbəli obyektinin istismarına icazə verdi - AY MAŞALLAH...
  • Dünən, 18:01
    Azərbaycan, Özbəkistan və Türkiyə XTQ-lərin birgə təlimi keçirilib
  • Dünən, 17:41
    Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi
  • Dünən, 17:07
    Bakının 5 rayonunun və Abşeronun bir hissəsində su kəsiləcək
  • Dünən, 16:45
    Azərbaycanın çoxvektorlu diplomatiyası - İlham Əliyevin yeni mesajları - ŞƏRH
  • Dünən, 16:27
    Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb
  • Dünən, 16:16
    Tanınmış cərrah İcbari Tibbi Sığortanı yerdən-yerə vurdu - "Rüşvət alaq, yoxsa ölkədən gedək?"
  • Dünən, 15:43
    Anar Bayramov Qubada vətəndaşları qəbu edəcək
  • Dünən, 15:23
    Xəstələr yollarda qalıb: Yeni Klinikada MRT və KT işləmir... - NARAZILIQ VAR...
  • Dünən, 15:00
    Pərviz Şahbazov: "Yaşıl enerji dəhlizləri Britaniya şirkətlərinə yeni perspektivlər yaradır"
  • Dünən, 14:47
    Yasamalda səkilər “işğal altında” - FOTOLAR
  • Dünən, 14:27
    Sabah Azərbaycanda intensiv yağış yağacaq
  • Dünən, 13:16
    “Bu şirkətin bütün işçiləri rəsmi əmək müqaviləsi olmadan çalışırlar...” - Prezident Administrasiyasına MÜRACİƏT
  • Dünən, 12:40
    E-Bələdiyyə tətbiqi istifadəyə verildi
  • Dünən, 11:44
    U-17 Avropa çempionatı: Azərbaycanın daha beş boksçusu qələbə qazanıb
  • Dünən, 11:25
    İntiqam Cümşüdovun Xətai rayonunda obyektləri artır -Başçının adamına "dur" deyən yoxdu
  • Dünən, 10:50
    Sahibə Qafarova: Azərbaycan İƏTPİ sədrliyini qəbul edəndə insan ləyaqətini əsas götürüb
  • Dünən, 10:36
    Xəstəxana direktoru yeni TƏBİB şefinə etiraz olaraq İŞİNDƏN AYRILDI - FOTO
  • Dünən, 10:10
    Nazirlər Kabineti sahibkarlara maliyyə yardımı ilə bağlı qərarını yeniləyib
  • Dünən, 10:00
    20 manatlıq "Asiamed"ə 1.1 milyonluq tender verildi: ATU-nun seçimi... - TƏFƏRRÜAT
  • Dünən, 09:38
    Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
  • Dünən, 09:26
    “İmplantium” klinikasında QANUNLAR İŞLƏMİR - ÖZ ƏLİ... ÖZ BAŞI...
  • Dünən, 08:58
    Bu gün Yasamalın bəzi ərazilərində işıq olmayacaq
  • 5-10-2026, 19:00
    Nazirlik: Dövlət başçısının yeni Fərmanı ilə övladlığagötürmə proseduru sadələşdirilib
  • 5-10-2026, 18:28
    ABŞ-nin sanksiyalar siyahısındakı şəxs İranın müdafiə naziri ola bilər
  • 5-10-2026, 18:15
    “Neptun”dakı endirim narazılıq yaratdı – Foto
  • 5-10-2026, 17:57
    Bakıda məktəbli bıçaqlanıb
  • 5-10-2026, 17:52
    783 minlik mənimsəmə işi: “Pulu birbaşa Mehdi Əmrahova verirdim” - MƏHKƏMƏ
  • 5-10-2026, 17:22
    Sabah bəzi yerlərdə leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
  • 5-10-2026, 17:08
    Azərbaycanın Zəfəri – aparıcı güclərin sınan müqaviməti - ŞƏRH
  • 5-10-2026, 16:51
    İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
  • 5-10-2026, 16:45
    Badamdarda tikinti özbaşınalığı: Vüqar Zeynalov və Anar Quliyev hansı qanuna əsaslanaraq sərəncam verib?
  • 5-10-2026, 15:56
    Bu il magistraturaya qəbul üzrə 195 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə