Bu gün ölkədə əsas postlardan bir çoxuna qadınlar rəhbərlik edir.
Ölkənin birinci xanımı
Mehriban Əliyeva ixtisasca həkimdir. O, 1982-ci ildə Bakı şəhəri 23 nömrəli tam orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. O, 1988-ci ildə İ.M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib.
Mehriban Əliyeva 2005-ci ildə "Eftanaziya və təbabətdə humanizm problemi" mövzusunda dissertasiya işi müdafiə edib və fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb.
O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti olmaqla bərabər, həm də Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, UNESCO və ISESCO-nun xoşməramlı səfiridir.
Mehriban Əliyeva 1988–1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.
Aktiv ictimai fəaliyyətə 1995-ci ildə hazırda rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondunu yaratmaqla başlayıb. 1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədi ilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan "Azərbaycan-İrs" jurnalını təsis edib.
O, 2004-cü il 10 maydan Heydər Əliyev Fondunun prezidentidir.
2004-cü il 28 dekabrda Mehriban Əliyeva Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib.
2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən partiyanın sədr müavinidir. 2005 və 2010-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva müvafiq olaraq 92,12% (23106 səs) və 94,49% (31797 səs) səs toplayaraq deputat seçilib. Mehriban Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 21 fevral 2017-ci ildən etibarən Azərbaycan Respublikasının Birinci vitse-prezidentidir.
Sahibə Qafarova ixtisasca müəllimdir. O, M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitunun Rus dili və ədəbiyyatı fakültəsini (Bakı Slavyan Universiteti) və Azərbaycan Pedaqoji Dillər İnstitunun İngilis filologiyası fakültəsini fərqlənmə diplomları ilə bitirib. Sahibə Qafarova Azərbaycan Respublikasının Milli Məclisinin IV, V, VI, VII çağırışında deputat, 2020-ci ildən isə Milli Məclisinin Sədridir. Sahibə Qafarova filologiya elmləri doktoru, professordur. O, ilk əmək fəaliyyətinə isə 1978–1981-ci illərdə Şəmkir şəhərində orta məktəblərdə müəllim olaraq başlayıb.
Daha sonra, 1981–2020-ci illərdə Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun (Bakı Slavyan Universiteti) laborantı, müəllimi, baş müəllimi, dosenti, professoru, Qərb Universitetinin Qərb dilləri fakültəsinin dekanı, Bakı Slavyan Universitetinin Avropa dilləri kafedrasının müdiri vəzifələrində çalışıb. 2004–2020-ci illərdə Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində (2010–2020-ci illərdə ictimai əsaslarla) işləyib. 2006–2007-ci illərdə ABŞ Dövlət Departamentinin "Fulbrayt Skolarşip" proqramı çərçivəsində Miçiqan Universitetinin Qadınlar və Gender Araşdırmaları İnstitutunda çalışıb.
2013–2015-ci illərdə Avropa Şurası Parlament Assambleyasının Gender bərabərliyi və Rasizm və ksenofobiyaya qarşı alt komitələrinə rəhbərlik edib.
2015–2017 Avropa Şurası Parlament Assambleyasının "Zorakılıqdan azad qadınlar" parlament şəbəkənin siyasi əlaqələndiricisi, Qadınlara qarşı zorakılıqla mübarizə üzrə Baş məruzəçisi, Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri vəzifəsində çalışıb, Büro üzvü olub.
2018–2020-ci illərdə Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olub.
Hazırda MDB-nin Parlamentlərarası Assambleyasında və Türkdilli Ölkələrin Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin rəhbəridir.
Səbinə Əliyeva ixtisasca hüquqşünasdır. O, 1996-cı ildə Bakı şəhəri Nəsimi rayonu 8 №-li tam orta məktəbi fərqlənmə attestatı ilə bitirib. 1996–2000-ci illərdə Bakı Dövlət Universitetində "Hüquq fakültəsin"də oxuyaraq universiteti fərqlənmə diplomu ilə başa vurub. 2000–2002-ci illərdə Bakı Dövlət Universitetində Hüquq fakültəsində magistratura səviyyəsində təhsilini Dövlət hüququ ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2009–2012-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasında Beynəlxalq münasibətlər ixtisası üzrə əlavə ali təhsil alıb.
2016-cı ildə "Beynəlxalq hüquq və İnsan hüquqları" ixtisası üzrə dissertasiya işini müdafiə edərək, hüquq elmləri üzrə fəlsəfə elmləri doktoru elmi dərəcəsi alıb.
Səbinə Əliyeva Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilidir. O, bu vəzifəyə 30 noyabr 2019-cu ildə sələfi Elmira Süleymanovanın yerinə təyin edilib. Səbinə Əliyeva bu vəzifəyə qədər 2000-ci ildən Azərbaycan Konstitusiya Məhkəməsində çalışıb. 2015-ci isə ildən Aparat rəhbərinin müavini kimi fəaliyyət göstərib.
Bahar Muradova ixtisasca müəllim və hüquqşünasdır. 1977-ci ildə Füzuli şəhər 3 saylı orta məktəbin 8-ci sinfini tərifnamə ilə, 1981-ci ildə Bakı Yüngül Sənaye Texnikumunu fərqlənmə diplomu ilə, 1990-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini, 2000-ci ildə isə Azərbaycan Universitetinin hüquq fakültəsini bitirib. 1981-ci ildən Bakı 1 saylı tikiş fabrikində əmək fəaliyyətinə başlayıb. 1989–1992-ci illərdə Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətinin, 1992–1993-cü illərdə "Qayğı" Cəmiyyəti Yasamal rayon təşkilatının məsul katibi işləyib.
2000-2019-cu illərdə Azərbaycan Milli Məclisinin II-III-IV-V çağırış üzvü, 2005-2019-cu illərdə Azərbaycan Milli Məclisinin sədrinin müavini olub. 12 mart 2020-ci il tarixində Azərbaycan Respublikası Prezidenti tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin edilib.
Məleykə Abbaszadə ixtisasca riyaziyyatçıdır. O, 1970-ci ildə Bakı şəhərində orta məktəbi bitirib M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin həmin ildə yaradılmış hesablama riyaziyyatı və kibernetika fakültəsinə daxil olub. 1975-ci ildə universiteti bitirib Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutuna baş laborant vəzifəsinə təyin edilib. 1975-1977-ci illərdə Moskva şəhərində SSRİ Elmlər Akademiyasının Hesablama Mərkəzində akademik N.N.Moiseyevin şöbəsində tədqiqatçı-stajor işləyib, 1977-1987-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda elmi işçi vəzifəsində çalışıb. 1988-ci ildə Kiyev şəhərində Ukrayna Elmlər Akademiyası V.M.Qluşkov adına Kibernetika İnstitutunda namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alıb. 1987-1989-cu illərdə Bakı Müəllimləri Təkmilləşdirmə İnstitutunda hesablama texnikası və informatika tədrisi metodikası şöbəsinin müdiri vəzifəsində, 1989-cu ildən M.Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışıb. 1990-cı ildə Azərbaycan "İstedad" assosiasiyası sədrinin birinci müavini seçilərək 1994-cü ilin avqust ayına qədər bu vəzifədə işləyib.12 aprel 2016-cı ildən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədridir. O buna qədər isə 1994-2000-ci illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədr müavini, 2000-2016-cı illərdə isə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri olub. 2016-2024-cü illərdə Dövlət İmtahan Mərkəzinin Direktorları Şurasının sədri 2024-cü ildən indiyədək Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsində çalışır.

Cəmilə Mir-Sadıq qızı Abbasova 21 sentyabr 2004-cü ildə Azərbaycan Respublikasının prezidentinin köməkçisi təyin edilib. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 1-ci vitse-prezidentinin köməkçisi işləyib.
Sevda Azər qızı Şirinovanın dövlət orqanlarındakı fəaliyyəti ötən əsrin sonlarından başlayır. O, 1990-cı illərin sonlarından etibarən Dövlət Gömrük Komitəsində müxtəlif vəzifələrdə çalışıb. Daha sonra təcrübəli kadr kimi Fövqəladə Hallar Nazirliyinə dəvət olunub.
O, artıq 20 ildən çoxdur ki, FHN-in Kadr siyasəti Baş İdarəsinə rəhbərlik edir və qurumun ən strateji sahələrindən biri – kadrların seçilməsi, yerləşdirilməsi və idarə olunmasına cavabdehdir.
13 dekabr 2010-cu il tarixli Prezident sərəncamı ilə Sevda Şirinovaya general-mayor rütbəsi verilib və bununla da o, Azərbaycan dövlət idarəçiliyində general rütbəsi alan qadın kimi tarixə düşüb.
Mühüm postlardan olan Gömrük Komitəsinin Dövlət sirrinin mühafizəsi şöbəsinin rəisi Rüfanə Əsədovadır.
Rüfanə Əsədova 22 avqust 1993-cı ildə anadan olub. 1999-2010-cu illərdə məktəbi fərqlənmə ilə bitirib. 2010-cu ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Dünya İqtisadiyyatı fakültəsinin Politologiya ixtisasına daxil olub, 2014-cü ildə həmin universiteti başa vurub. Gömrük orqanlarında xidmətə 24 iyun 2015-ci il tarixdən başlayıb.
24 fevral 2016- cı il tarixdən Dövlət Gömrük Komitəsi Məxfi şöbənin böyük inspektoru, 17 may 2018-ci il tarixdən isə Məxfi şöbənin rəisi vəzifəsinə təyin edilib. 1 sentyabr 2021-ci il tarixdən Dövlət Gömrük Komitəsinin Məxfi sənədlərlə iş şöbəsinin rəisi sonradan dövlət sirrinin mühafizəsi şöbəsinin rəisi vəzifəsində çalışır. Gömrük xidməti mayoru rütbəsini daşıyır. Dövlət Gömrük Komitəsinin rəhbərliyi tərəfindən gömrük orqanında səmərəli fəaliyyətinə görə barəsində dəfələrlə həvəsləndirici tədbirlər görülüb, Fəxri Fərmanlarla təltif edilib. Dövlət Gömrük Komitəsi sədrinin 30.01.2022-ci il tarixil əmri ilə "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
Leyla Abdullayeva 1981-ci ildə Bakıda doğulub. Əslən Qubadandır. Orta təhsilini Bakıda alıb və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münsibətlər fakültəsində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və magist pillələrində təhsil alıb.
2002-ci ildən etibarən Xarici İşlər Nazirliyində çalışır. Nazirlikdə çalışdığı müddətdə regional təhlükəsizlik, ölkəmizin regional təşkilatlarda iştirakı, xüsusilə də bu təşkilatlarla siyasi və təhlükəsizlik sahəsində əməkdaşlıq münasibətlərinə məsul olub. Azərbaycan Respublikasının NATO yanındakı Nümayəndəliyində və Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyində diplomatik fəaliyyət göstərib. XİN-də bundan öncə Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyində (AİDA) direktor müavini vəzifəsində çalışıb.
2018-ci ildən 2022-ci ilə qədər Xarici İşlər Nazirliyinin mətbuat katibi vəzifəsində işləyib. Prezident İlham Əliyevin 17 oktyabr 2022-ci il tarixli sərəncamına əsasən Azərbaycanın Fransadakı səfiri vəzifəsinə təyin edildi.
Nərgiz Qurbanova 1975-ci ildə anadan olub. 1991-1994-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər ixtisasi üzrə bakalavr və 1995-1997-ci illərdə magistr dərəcələri alıb.
1997-1999-cu illərdə isə Qərb Universitetinin (Azərbaycan) Beynəlxalq menecment ixtisasının magistr dərəcəsini bitirib. N.Qurbanova həmçinin Yönşöpinq Beynəlxalq Biznes Məktəbinin (İsveç Krallığı) Beynəlxalq biznes fakültəsində (2000) və Nitsa Universitetinin (Fransa) Beynəlxalq hüquq fakültəsində (1997) təhsil alıb. O, 2009-cu ildə Vyana Universitetindən (Avstriya) fəlsəfə elmləri doktoru dərəcəsi alıb. N.Qurbanova 2001-ci ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində çalışmağa başlayıb və 2001-2010-cu illərdə İqtisadi Əməkdaşlıq və İnkişaf İdarəsində müxtəlif vəzifələr tutub. Səfir təyinatından öncə N.Qurbanova Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq və İnkişaf İdarəsinin rəisi vəzifəsində çalışıb və Azərbaycanın iqtisadi gündəliyinin xaricdə təşviqi, regional və qlobal iqtisadi təşkikatlarla tərəfdaşlıq, Avropa İttifaqı ilə əməkdaşlıq, eləcə də ikitərəfli iqtisadi əlaqələrin və regional iqtisadi əməkdaşlığın gücləndirilməsi məsələləri ilə məşğul olub. N.Qurbanova həmçinin şerpa müavini qismində Türkiyənin sədrliyi çərçivəsində Azərbaycanın ilk dəfə olaraq G20 Sammitinin işində qonaq qismində iştirakına töhfə verib. N.Qurbanova həmçinin 2004-2007-ci illərdə Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyinə və 2010-2013-cü illərdə Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinə (müşavir, müvəqqəti işlər vəkili və səfirinin müavini olaraq) ezam olunub.
Səfir N.Qurbanova "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919- 2009)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib. Nərgiz Qurbanova 2016-cı il 12 yanvar tarixində Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Ədliyyə Nazirliyinin ən yüksək vəzifəli xanım məmuru
Ləman Hüseynzadədir. Ləman Hüseynzadə 1991-ci ildə anadan olub. O, 2012-ci ildə bakalavr dərəcəsi üzrə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər ixtisasını, 2014-cü ildə isə magistr dərəcəsi üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq münasibətlər və diplomatiya ixtisasını bitirib. Ləman Hüseynzadə 2014-2023-cü illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Əməkdaşlıq və kommunikasiya sektorunda müxtəlif vəzifələrdə, 2023-2024-cü isə illərdə həmin sektorun rəhbəri vəzifəsində çalışıb.
O, 2024-cü ilin iyun ayından Ədliyyə Nazirliyinin Mətbuat Xidmətinin rəisi vəzifəsinin icra edir.
Qeyd edək ki,Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mətbuat xidməti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Aparatının idarə səlahiyyətli müstəqil struktur qurumudur. Mətbuat xidməti fəaliyyətini Nazirliyin Aparatının struktur qurumları,strukturuna daxil olan qurumları , dövlət və yerli özünüidarə orqanları, habelə digər qurumlarla həyata keçirir. Mətbuat xidməti müvafiq ştamplara malikdir. Mətbuat xidmətinin strukturuna İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi və Rəqəmsal media şöbəsi daxildir.
Sevinc Həsənova 1971-ci ildə anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun Maliyyə və kredit fakultəsini bitirib. Əmək fəaliyyətinə 1993-cü ildə Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsində iqtisadçı kimi başlayıb.
1993-2006-cı illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsi və Baş Dövlət Xəzinədarlığında iqtisadçı, baş iqtisadçı, şöbə müdiri vəzifələrində çalışıb, Nazirliyin Makroiqtisadi Siyasət Qrupunun üzvü olub, beynəlxalq təşkilatların dövlət investisiyaları, inkişafın proqramlaşdırılması üzrə layihələrində iştirak edib. Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin olunub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə 2008-ci ildə makroiqtisadi çərçıvənin müəyyən olunması üzrə komissiyanın sədri olub. 13 mart 2014-cü ildə Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini, 30 yanvar 2016-cı ildə isə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.
O, 2023-cü ilin noyabrında iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad olunub. Sevinc Həsənova 2024-cü ildə Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri təyin edilib.
Umayra Tağıyeva 03 aprel 1968-ci il təvəllüdlüdür. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. 1994-1997-ci illərdə AMEA Coğrafiya institutunun aspirantı olmuşdur. 1990-1992-ci illərdə Dövlət Hidrometeorologiya Komitəsi, sinoptik, mühəndis; 1993-2001-ci illərdə Hidrometeorologiya Xidməti, şöbə rəisi; 2001-2015-ci illərdə ETSN, Milli Hidrometeorologiya Departamenti, Hidrometeoroloji Proqnozlar bürosu, direktor; 2015-2018 AMEA Coğrafiya institununun aqro-iqlimşünaslıq Şöbəsi, aparıcı elmi işçi; 2018-ci il ETSN, Ekoloji Təbliğat Şöbəsi, müdir; Milli Hidrometeorologiya Departamentinin direktoru vəzifəsində işləyib. 2020-2023-cü il tarixlərində Milli Hidrometeorologiya Xidmətinin rəisi vəzifəsində işləyib. 04.03.2023-cü il tarixindən ekologiya və təbii sərvətlər nazirinin müavinidir. Coğrafiya üzrə fəlsəfə doktorudur. 46 elmi məqalənin müəllifi, 5 kitabda həmmüəllifdir.
22 may 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunmuşdur, 22 may 2009-cu ildə isə “Əməkdar mühəndis” fəxri adı verilmişdir. 2023-cü ildə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunmuşdur.

Jalə Fərhad qızı Əhmədova 23 aprel 1981-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini bakalavr dərəcəsi ilə bitirib. Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsini magistr dərəcəsi ilə bitirib. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsini fərqlənmə ilə bitirib. Jalə Əhmədova "Alyans Konsaltinq" MMC-də hüquq məsləhətçisi, Unibank ASC və Texnikabank ASC-də baş mütəxəssis, Bakı Apellyasiya məhkəməsində hakim köməkçisi, baş məsləhətçi, Azərbaycan Respublikası Energetika Nazirliyində şöbə müdirinin müavini, Milli Qvardiyanın insan resursları şöbəsində baş zabit, Prezidentin Təhlükəsizlik Xidmətində Daxili Nəzarət İdarəsinin baş zabit- hüquqşünası vəzifələrində çalışıb.[3] . AR Milli Məclisinin VI çağırış deputatı olub. Hal-hazırda AR Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin Müşaviri vəzifəsində çalışır. Azərbaycan Maliyyə İqtisad Kollecinin müəllimidir.

İndira Niyazi qızı Hacıyeva 1960-cı il iyulun 15-də Bakı şəhərində anadan olub.
1977-ci ildə məktəbi qızıl medalla bitirib. 1982-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini, 1988-ci ildə isə Moskva Ali Komsomol Məktəbində ali idarəetmə kursunun məzunu olub. 1982–1984-cü illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Təbii Ehtiyatların Kosmik Tədqiqatları İnstitutunda mühəndis kimi çalışıb. 1992–1993-cü illərdə İndira Hacıyeva Bakı Dövlət Universitetində mühəndis, "SIAR-BAKI JV" sosioloji tədqiqatlar müəssisəsində analitik təhlil üzrə mütəxəssis (1993–1995 və 1998–1999), Bakı Şəhər İcra Hakimiyyətində baş mütəxəssis (1999–2000) və İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri (2000–2001) vəzifələrində işləmişdir.
Daha sonra Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin Usaq və Gənclərlə is üzrə şöbəsində baş təlimatçı, sektor müdiri (2001–2006), Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi (2006–2007), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsində baş məsləhətçi, sektor müdiri, şöbə müdiri (2008–2021) vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 29 noyabr 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifəsinə təyin edilib.
Xalidə Məhəmməd qızı Məsimova – Azərbaycan Respublikasının Energetika Nazirliyində Aparat rəhbərinin müavinidir.
1961-ci ildə Oğuz rayonunda anadan olub. 1983-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu iqtisadçı ixtisası üzrə bitirib.
1984–1995-ci illərdə müxtəlif dövlət qurumlarında – təlimatçı, sədr müavini, sədr, katib və birinci katib kimi vəzifələrdə fəaliyyət göstərib. 1997–2005-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, Dövlət Əmlakı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyində rəhbər vəzifələrdə çalışıb. 2006–2014-cü illərdə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyində, 2014–2022-ci illərdə isə Energetika Nazirliyində şöbə müdiri və nazirin müşaviri kimi fəaliyyət göstərib. 15 mart 2022-ci il tarixindən Energetika Nazirliyində Aparat rəhbərinin müavini vəzifəsində çalışır.

İlhamə Qədimova 1975-ci ildə Bakı şəhərində anadan olub. 1993-2009-cu illərdə Türkiyə Respublikasının Ankara və Mərmərə Universitetlərində hüquqşünas ixtisası üzrə bakalavr, dövlət hüquqi üzrə maqistratura, doktorantura təhsili almış və hüquq elmləri üzrə doktor elmi dərəcəsi alıb. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. 2010-2012-ci illərdə Prezident yanında Dövlət Qulluğu Komissiyasında hüquqi təminat şöbəsində baş məslətçi vəzifəsində çalışıb. 2012-ci il 18 dekabr tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Hüquqi təminat şöbəsinin müdiri vəzifəsində işləyib. 2018-ci ilin may ayından Kənd Təsərrüfatı Nazirliyinin hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb. Ailəlidir, 2 övladı var. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 sentyabr tarixli Sərəncamı ilə Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib.

1974-cü ildə anadan olan Yusifova Səadət Vidadi qızı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri olub.
Hüquq üzrə fəlsəfə doktoru S.Yusifova əvvəllər Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb. O həmçinin 1998-ci ildə “Hər gün” qəzetində jurnalist kimi fəaliyyət göstərib. Daha sonra BDU-nun Beynəlxalq hüquq kafedrasının müəllimi işləyib.S.Yusifova 2013-cü ildə dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiyinə görə medalla da təltif olunub. 2023-cü ildə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini təyin edilib.
Simuzər Rafiq qızı Feyzullayeva -
1987-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Bakının Səbail rayonunda yerləşən 219 saylı orta məktəbdə təhsil alıb. 2004-cü ildə 565 balla Bakı Dövlət Universitetinin "Hüquq” Fakultəsinə daxil olub. 2008-ci ildə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2010-cu ildə isə magistr dərəcəsi əldə edib.
Simuzər Feyzullayeva 2010-cu ildə Bakı Dövlət Universitetinin Kommersiya hüququ magistr proqramında təhil alarkən Vyana şəhərində 17-ci VİS Beynəlxalq Kommersiya Arbitrajı Müsabiqəsində iştirak edib.
Boston Universitetində hüquqşünaslıq ixtisası üzrə magistr təhsilini (LL.M.) 2011-ci ildə başa vurub.
S.Feyzullayeva 2011-2018-ci illərdə "Baker&Mckenzi” beynəlxalq hüquq şirkətində baş hüquqşünas, 2018-2019-cu illərdə "KPMG” beynəlxalq audit şirkətində hüquq meneceri, 2019-cu ildən isə Təhsil İnstitutunda Layihə Katibliyinin rəhbəri vəzifəsində çalışıb. 2020-ci il avqustun 17-də nazir Emin Əmrullayev
Simuzər Feyzullayevanı nazirin müşaviri təyin edib. Hazırda Simuzər Feyzullayev Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiridir.
Ülkər Səttarova 1986-cı ildə Bakı şəhərində müəllim ailəsində anadan olub.
Ülkər Səttarova 2008-ci ildə Bakı Dövlət Universitetində tətbiqi riyaziyyat ixtisası üzrə bakalavr, 2010-cu ildə isə Azərbaycan Memarlıq və İnşaat Universitetində informasiya texnologiyaları və sistemləri ixtisası üzrə magistr təhsili alıb və hər iki təhsil pilləsini fərqlənmə diplomu ilə bitirib. 2014-cü ildə "Texnika üzrə fəlsəfə doktoru" elmi dərəcəsinə və 2016-cı ildə Kompüter elmləri ixtisası üzrə dosent elmi adına layiq görülüb. AMEA-da və Fransada aparılan elmi araşdırmanın nəticəsi olaraq 2019-cu ildə Ali Attestasiya Komissiyası tərəfindən Texnika elmləri doktoru elmi dərəcəsi alıb. Ülkər Səttarova 2004–2009-cu illərdə AMEA Kibernetika İnstitutunda və 2010–2018-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində müvafiq vəzifələrdə, 2018-ci ildən isə həmin universitetdə Strateji inkişaf üzrə prorektor vəzifəsində çalışıb. Texnika sahəsi üzrə AAK-sının ekspert şurasının üzvüdür. 2023-cü ildən Azərbaycan Respublikası Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktorudur. Həyat yoldaşı Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarovdur.

Azadə Abbas qızı Hüseynova 1984-cü ildə Zəngibasarda anadan olub.
Azərbaycan Dillər Universitetində bakalavr və magistr üzrə təhsil alıb. Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə ikinci ali təhsili alıb.
Azərbaycanda fəaliyyət göstərən müxtəlif beynəlxalq təşkilatlarda çalışıb. 2018-ci ildən etibarən Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan Milli Turizm Təbliğat Bürosunda investisiyalar üzrə mütəxəssis, sonrakı dövrlərdə Dövlət Turizm Agentliyində Beynəlxalq əlaqələr şöbəsində sektor müdiri, Turizm siyasəti və strategiyası şöbəsində müdir müavini vəzifələrində çalışıb.
2019-cu ildən etibarən Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsində fəaliyyət göstərib. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 21 yanvar 2022-ci il tarixli 3112 nömrəli Sərəncamı ilə Azadə Hüseynova Dövlət Turizm Agentliyi sədrinin müavini təyin olunub.
Sofiyeva Aynur Məmmədiyyə qızı 19 iyul 1970-ci ildə Azərbaycan Respublikasının Qax şəhərində anadan olmuşdur. 1977-ci ildə Qax şəhərindəki 1 nömrəli məktəbin ikinci(birbaşa) sinfinə daxil olmuş, 1986-cı ildə həmin məktəbi qızıl medalla bitirmişdir. 2002–2007-ci il tarixlərində Azərbaycan Şahmat Federasiyasının Prezidenti olmuşdur.
2007-ci ilin mart ayından etibarən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini vəzifəsində çalışır.
Sədaqət Qəhrəmanova 1949-cu il martın 1-də Şəmkir rayonunda anadan olub. 1968-1971-ci illərdə Bakı Axşam Neft Texnikumunda iqtisadiyyat, 1973-1977-ci illərdə Bakı Ali Partiya Məktəbində politologiya ixtisasları üzrə ali təhsil alıb. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 1995-ci ildə Əli-Bayramlı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib və 2005-ci ilədək bu vəzifədə çalışıb. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2005-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini təyin edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini təyin edilib.
Hacıyeva Səbinə Xalid qızı 1971-ci ildə Bakı şəhərində anadan olub. 1994-cü ildə Azərbaycan Mühəndis İnşaat institutunu "memar" ixtisası üzrə bitirib.
1994–2003-cü illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Landşaft Memarlığı" kafedrasında müəllim, 2000–2015-ci illərdə "Abidələrin bərpası və mühafizəsi" laboratoriyasında müdir, hazırda isə "Memarlıq konstruksiyaları və abidələrin bərpası" kafedrasının müdiri işləyir. 1999-cu ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür. 2012-ci ildə Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü seçilib.
2015-ci ildə Beynəlxalq Memarlıq Akademiyasının Moskva bölməsinin professorudur. 1 aprel 2016-ci il tarixində BMA-ın Azərbaycan Akademik Mərkəzinin ilk iclasında Bakı Akademik Mərkəzinin elmi katibi seçilib. 100-dən çox elmi əsərin, o cümlədən 2 monoqrafiyanın müəllifi, 4 kitabın həmmüəllifidır.
Prezident İlham Əliyevin sərəncamı ilə Səbinə Xalid qızı Hacıyeva Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi təyin olunub.
Yuliya Pasternak Bakı şəhərində anadan olub. Ali təhsilinin bakalavr dərəcəsini Bakı Dövlət Universitetində İnzibati idarəetmə ixtisası üzrə, magistr dərəcəsini isə Maliyyə menecmenti üzrə tamamlamışdır.
Əmək fəaliyyətinə 2009-cu ildə başlamış, 11 il ərzində ölkənin bank sektorunda maliyyə və mühasibatlıq sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışaraq strateji maliyyə planlaşdırılması, büdcə nəzarəti və risklərin idarə olunması üzrə dərin təcrübə qazanmışdır. 2020–2025-ci illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin Maliyyə departamentinə rəhbərlik etmiş, daha sonra isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Maliyyə şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərmişdir. Yuliya ötən il "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni aparat rəhbəri təyin edilib.
Aliyə Əliyeva Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədrinin müşaviridir. Buna qədər A.Əliyeva “Yüksəliş” Müsabiqəsinin İctimaiyyətlə Əlaqələr üzrə şöbə rəhbəri vəzifəsində çalışıb.
Mustafayeva Ziba Tacəddin qızı 09 dekabr 1979-cu ildə Rusiya Federasiyasının Tula şəhərində anadan olub. 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olaraq, 2001-ci ildə bakalavriat səviyyəsini fərqlənmə ilə, 2003-cü ildə isə magistratura səviyyəsini bitirib. 1998-1999-cu illərdə ABŞ səfirliyinin “FSA” adlı proqramının müsabiqəsini uğurla keçərək ABŞ-ın “University of Alabama in Hunstville” Universitetində Ümumi iqtisadiyyat üzrə təhsil alıb.
Əmək fəaliyyətinə 2000-ci ildə “Azercell Telekom” MMC-də başlayıb. 2000-ci ilin yanvar ayından Müştəri xidmətləri şöbəsində kiçik təmsilçi, həmin ilin noyabr ayından Telemarketinq qrupunun rəhbəri vəzifəsində işləyib. 2001-2004-cü illərdə Müştərilərlə əlaqələr şöbəsinin Telefon əlaqə mərkəzinin qrup rəhbəri vəzifəsində çalışıb. 2004-2006-cı illərdə İnsan qaynaqları departamentinə Şöbələrin idarəedilməsi və daxili ünsiyyət bölümünün təmsilçisi, 2006-2008-ci illərdə İşəqəbul və şöbələrin idarəedilməsi bölümünün rəhbəri, 2008-2010-cu illərdə Təşkilati inkişaf bölümünün rəhbəri vəzifələrində işləyib. 30 iyul 2010-cu ildən etibarən İnsan qaynaqları şöbəsinin rəhbəri, həmin ilin dekabr ayından isə departamentin direktoru vəzifəsində, 01 iyul 2019 – 14 fevral 2022-ci il tarixlərində İnsan kapitalının idarə edilməsi departamentinin direktoru vəzifəsində çalışıb.
2022-ci ilin mart ayından SOCAR–ın birinci vitse-prezidentinin müşaviri vəzifəsində, eyni ilin iyul ayından etibarən isə SOCAR–ın prezidentinin müşaviri vəzifəsində çalışıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.
Cavadova Arzu Sahib qızı 24.08.1967-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1984-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunun geoloji-kəşfiyyat fakültəsinə daxil olaraq, 1989-cu ildə fərqlənmə ilə bitirmişdir. Geologiya/mineralogiya üzrə fəlsəfə doktoru-elmlər namizədi elmi dərəcəsini almışdır. 50-dən artıq elmi məqalə və kristalların hidrotermal şəraitdə yetişdirilməsi mövzusuna dair Moskva Dövlət Kristalloqrafiya İnstitutundan alınmış 2 elmi ixtiranın müəllifidir.
Əmək fəaliyyətinə 1985-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunda başlamışdır. 1985-1986-cı illərdə Azərbaycan Neft və Kimya İnstitutunun “Ümumi, tarixi geologiya və hidrogeologiya” kafedrasında, 1987-1988-ci illərdə isə “Geofiziki kəşfiyyat üsulları” kafedrasında 0.5 ştat laborant, 1989-1991-ci illərdə ”Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı” kafedrasında mühəndis vəzifəsində çalışmışdır. 1990-cı ildə “Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı” kafedrası nəzdində aspiranturaya daxil olmuş, kafedrada təhsil zamanı 0.5 ştat, 1994-cü ildə bitirdikdən sonra 1996-cı ilə qədər isə tam ştat müəllim-assistent vəzifəsində çalışmışdır. 1996-1997-ci illərdə ARDNŞ-nin “Azərineftinformatika” hesablama mərkəzində mühəndis, 1997-ci ildə Dənizdə neft və qazçıxarma İstehsalat Birliyinin mərkəzi laboratoriyasında geokimyaçı-qrup rəhbəri, Dənizdə neft və qaz yataqlarının işlənməsinə nəzarət ekspedisiyasının Neft geokimya qrupunun rəhbəri kimi çalışmışdır.
1997-1999-cu illərdə ABŞ “Frontera Resorses” neft şirkətində baş geoloq, 1999-2003-cü illərdə “Salyan Oil” Ltd. şirkətində aparıcı və işlənmə üzrə geoloq, 2003-2007-ci illərdə isə “Delta Hess ACG” Ltd. şirkətində geoloji işlər üzrə baş mütəxəssis vəzifələrində çalışmışdır. 2007-2022-ci illərdə “BP Exploration” (Caspian Sea Ltd.) şirkətinin kəşfiyyat şöbəsində baş geoloq, qrup rəhbəri, geoloji kəşfiyyat üzrə menecer, karbohidrogen sistemləri üzrə analitik vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.
Azərbaycanın tanınmış vəkili və hüquq eksperti Esmira Rzayeva 2024-cü ilin iyun ayında Mediasiya Şurasının üzvü seçilib və intizam komissiyasının üzvü kimi fəaliyyət göstərir. O, həmçinin 23 saylı Mediasiya Təşkilatının təsisçi rəhbəri, "Advocate Alliance Hüquq Şirkəti" MMC-nin direktoru və Güvən Vəkil Bürosunun vəkili kimi fəaliyyət göstərir. 2025-ci ildə ilin vəkili seçilib.
Humay Elçin qızı Əfəndiyeva 7 dekabr 1975-ci ildə, Bakı şəhərində anadan olmuşdur. 2001-ci ildən 2021-ci ilə qədər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatında sədr müavinin köməkçisi, sədr müavinin baş məsləhətçisi, Aparatın baş məsləhətçisi, Beynəlxalq hüquq və beynəlxalq münasibətlər şöbəsinin müdir müavini, Cinayət və inzibati hüquq şöbəsinin müdiri vəzifələrində işləmişdir. 01 fevral 2021-ci il tarixdə, Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdur.
Gülçöhrə Məmmədova 23 aprel 1953-cü ildə Qərbi Azərbaycanın Vedi rayonunda anadan olmuşdur. 2000–2005-ci ildə Azərbaycan Respublikası II çağırış Milli Məclisinin deputatı olmuşdur. 1999-cu ildə indiyədək Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektorudur.
Ceyran Emin qızı Mahmudova 19 iyul 1964-cü il tarixində Bakı şəhərində anadan olub. 30 iyul 2018-ci ildə Prezidentin sərəncamı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilib.
Nərgiz Paşayeva 13 dekabr 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. 23 iyun 2008-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına rektor təyin olunmuşdur.
Leyla Əliyeva 2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidentidir. Arzu Əliyeva isə Bakı Media Mərkəzinin rəhbəridir.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az