Sizin reklam burada 728×90
Son dəqiqə

“Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan 1 aylıq həbs edilib

05.11.2026 10:36 80 1 dəq oxunur
“Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan 1 aylıq həbs edilib
“Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan 1 aylıq müddətinə həbs edilib.

Bu barədə Ermənistan mediası məlumat yayıb.

Qeyd edək ki, ötən gün Ermənistanın “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan yenidən saxlanılıb. Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Karapetyanı evinin arxa qapısından aparıblar. Həmin gün səhər saatlarından etibarən Samvel Karapetyanın və “Güclü Ermənistan” parlament fraksiyasının rəhbəri Narek Karapetyanın evlərində axtarışlar aparılıb. Ermənistan İstintaq Komitəsinin məlumatına görə, iqtisadi cinayətlər və qaçaqmalçılıqla bağlı cinayət işi çərçivəsində eyni vaxtda 65 ünvanda axtarış keçirilir.(APA )
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az