Sizin reklam burada 728×90
Son dəqiqə

Bakıda III Beynəlxalq Sağlamlıq Turizmi Konfransı keçirilir

04.11.2026 10:24 117 1 dəq oxunur
Bakıda III Beynəlxalq Sağlamlıq Turizmi Konfransı keçirilir
Bakıda Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə III Beynəlxalq Sağlamlıq Turizmi Konfransı keçirilir.

Konfrans Azərbaycanın tibbi turizm və sağlam yaşam turizmi potensialının beynəlxalq səviyyədə tanıdılması, təcrübə mübadiləsinin aparılması, yeni tərəfdaşlıqların qurulması və yerli iştirakçılar üçün biznes imkanlarının genişləndirilməsi məqsədi daşıyır.

Konfransda dövlət qurumlarının nümayəndələri ilə yanaşı, səhiyyə müəssisələri və turizm sənayesinin təmsilçiləri, beynəlxalq ekspertlər, həmçinin Almaniya, Avstriya, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Türkiyə, İspaniya, Çexiya və digər ölkələrdən dəvət olunmuş qonaqlar iştirak edəcək, sağlamlıq turizminin inkişaf istiqamətlərini və əməkdaşlıq imkanlarını müzakirə edəcəklər.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az