• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Ermənistanda 7 iyun seçkiləri - Qərblə Rusiyanın gizli mübarizəsi - ŞƏRH

Siyasət

Bu gün, 11:47

İyun ayının 7-si Ermənistanda keçiriləcək parlament seçkiləri ölkə tarixinin ən qalmaqallı və vacib seçkisi sayılır. Uzun müddətdir müxalifətlə iqtidar arasında gedən mübarizə bazar günü sandıq başında ölüm-dirim mübarizəsinə çevriləcək. Parlamentdə 101 yer uğrunda gedən mübarizə əslində siyasi rəqabət olmaqdan çıxıb. Çünki seçkilər ölkənin həm daxili siyasi gələcəyi, həm də regiondakı geosiyasi balans baxımından kritik bir dönüş nöqtəsi hesab olunur.

Qeyd edək ki, hazırda əsas mübarizə hakim partiya ilə revanşist və ruspərəst müxalifət arasında gedir. Bu səbəbdən də nəticələr Ermənistanın suveren dövlət kimi gələcəyini müəyyənləşdirəcək. Çünki revanşistlərin hakimiyyətə gəlməsi Ermənistanın yenidən Rusiya boyunduruğuna düşməsi, sülh gündəminin zərbə altına düşməsi deməkdir. Bu isə özlüyündə ölkənin mövcudluğunu belə şübhə altına alır. Maraqlıdır ki, parlamentə daxil olmaq və mandatların bölüşdürülməsində iştirak etmək üçün siyasi qüvvələr müəyyən baryerləri aşmalıdırlar. Məsələn, partiyalar üçün bu hədd lehinə verilən səslərin 4 faizini, üç partiyadan ibarət ittifaqlar üçün 8 faizini, dörd və daha çox partiyadan ibarət ittifaqlar üçün isə 10 faizini aşmalıdır.

Bir neçə aydır iqtidarın və müxalifətin başlatdığı seçki kampaniyası əslində Ermənistanda Rusiya ilə Qərbin arasında gedən təsir müharibəsi deməkdir. Kreml bu seçkilərdə açıq-aşkar Samvel Karapetyan, Arman Tatoyan və Robert Köçəryanı dəstəkləyir və seçkiləri Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq şansı kimi dəyərləndirir. Bunun üçün isə Rusiyadakı siyasi dairələr tərəfindən müəyyən addımlar atılır. Məsələn, Rusiya kəşfiyyatının idarə etdiyi şəbəkələr erməni cəmiyyətində qorxu, inamsızlıq və xaos hissi yaratmağa çalışırlar və bu zaman "Paşinyan qalsa, Azərbaycanla yeni müharibə olacaq", "Paşinyan Ermənistanı Türkiyə və Azərbaycanın əyalətinə çevirir", "Paşinyan Ermənistanı hissə-hissə Azərbaycana verəcək" kimi tezislərdən istifadə edilir. Rusiyada yaşayan erməni diasporu da maliyyə mənbələrindən istifadə edir, seçki günü erməniləri Rusiyadan İrəvana daşıyacağına, Paşinyan əleyhinə səs verəcəyinə işarə edir. Paralel olaraq isə Rusiya seçki öncəsi Ermənistandan idxal edilən bir sıra tərəvəz və meyvələrdə uyğunsuzluq tapdığını, idxalı dayandırdığını elan edir. Bununla da minlərlə fermerin məhz mövcud hakimiyyətə qarşı narazılığını yaratmaq, seçkidə bu şəxslərin də səsindən istifadə etmək planını dövriyyəyə buraxır. Bu sadalananlar Kremlə yaxın dairələrin Ermənistandakı seçkilərə müdaxiləsinə dair bir çox nümunədən sadəcə bir neçəsidir.

Ermənistanda 7 iyun seçkiləri - Qərblə Rusiyanın gizli mübarizəsi - ŞƏRH

Nikol Paşinyan

Paşinyan da öz növbəsində Rusiyanın gücünü və nüfuzunu neytrallaşdırmaq üçün Qərbdən, ABŞ-dən kömək istəyir. Narazı fermerləri, ixracla məşğul olan iş adamlarını razı salmaq üçün isə subsidiyalar, kompensasiyalar vəd edir, başqa istiqamətlərdə bazarlar söz verir, Avropa ilə danışıqlar aparır. Bundan əlavə, Aİ də Ermənistan fermerlərinə dəstək üçün 50 milyon avro vəd edir. Bütün bunlar gərginliyi azaltmaq, Kremlin təzyiq və təsir rıçaqlarını minimuma endirmək hədəfi daşıyır.

Yuxarıda da qeyd etdiyimiz kimi, Moskvanın təhdid və hədələr siyahısı genişdir. Seçki ərəfəsində Rusiya Ermənistanı qaz rıçaqı və Avrasiya İqtisadi İttifaqı ilə hədələyib. Bu, iqtisadi və siyasi təzyiq dalğası sayılır. 2013-cü ildə İrəvanla Moskva arasında qaz satışına dair müqavilə imzalanıb və Ermənistan bu gün də Rusiyadan qazı dünya bazarı qiymətindən ucuz alır. Mayın sonlarında Rusiya tərəfi bəyan etdi ki, İrəvanın Qərb kursu davam etsə, müqavilə birtərəfli qaydada ləğv edilə bilər. Paralel olaraq isə Moskva tələb edir ki, Ermənistan Aİ və Aİİ arasında seçim etməlidir. Çünki Kremlin fikrinə görə, İrəvanın Aİ standartlarına keçməsi Aİİ-nin iqtisadi təhlükəsizliyinə zərbə vurur. Amma maraqlıdır ki, bütün bu təzyiqlər fonunda Paşinyan komandası neytrallıq qorumağa çalışır və hələ ki, Kremlə sərt cavab vermir.

Ermənistandakı seçkilərlə bağlı digər diqqət çəkən məqam isə edilən texniki və hüquqi dəyişikliklərdir. Əgər əvvəllər parlamentə düşən partiya koalisiya üçün 2 digər partiyanı seçə bilirdisə, artıq bu məhdudiyyət ortadan qaldırılıb. Bu da öz növbəsində seçkini daha gərgin bir mərhələyə daşıyır.

7 iyun tarixinə təyin edilən seçkiləri digərlərindən fərqləndirən cəhət isə bu dəfə mübarizənin 18 partiya və blok arasında olmasıdır. Hakim "Vətəndaş müqaviləsi" digər partiya və bloklardan fərqli olaraq Azərbaycanla sülh, Qərbə inteqrasiya və Rusiya ilə məsafə saxlamaq xəttini müdafiə edir. Onun əsas üç müxalif rəqibi var: Rusiyalı erməni milyarder Samvel Karapetyanın "Güclü Ermənistan" alyansı, sabiq prezident Robert Köçəryanın "Ermənistan" bloku, iş adamı Qaqik Tsarukaynın "Çiçəklənən Ermənistan" partiyası. Bu üç blok və partiya isə birbaşa Rusiyanın dəstəyi ilə hərəkət edir.

"Güclü Ermənistan" partiyası vasitəsilə Samvel Karapetyanın ortaya atılması Kremlin köhnə qvardiya, yəni Robert Köçəryan, Serj Sarkisyana alternativ yaratması kimi qiymətləndirilir. Moskva cəmiyyətdə nifrət qazanmış keçmiş siyasilərə alternativ olaraq xeyriyyəçi maskası altında öz adamını meydana sürür. Media rıçaqları və sosial şəbəkələr vasitəsilə bu gün "Güclü Ermənistan" Paşinyanın əsas rəqibi kimi təqdim edilir. O, açıq-aşkar Rusiya çətirinə qayıtmaq, kilsənin nüfuzunu bərpa etmək, Azərbaycanla danışıqlarda sərt mövqe nümayiş etdirmək kimi platformalardan istifadə edir. Bununla belə, keçirilən sorğularda elə də güclü reytinqə malik deyil. Müxtəlif beynəlxalq və yerli araşdırma mərkəzlərinin hesabatlarına görə, reytinqi 6-13 faiz arasında dəyişir. Bu da Moskvanın böyük planının iflasa doğru getdiyinə işarədir.

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın "Ermənistan" bloku 2021-ci il seçklərində 27 mandat qazansa da, 7 iyun seçkilərinə ciddi şəkildə zəifləmiş və parçalanmış şəkildə daxil olub. Klassik revanşizm, Azərbaycan və Türkiyə əleyhinə şüarlar artıq nəinki seçiciləri, blok daxilində olan bəzi şəxsləri də bezdirib. Bundan əlavə, Köçəryanın cəmiyyətdə nifrətlə qarşılanması, korrupsiya və rüşvət qalmaqalları da onun reytinqinə ciddi təsir edir. Kreml tərəfindən dəstəklənsə də, son hesabatlara görə, Köçəryan bloku cəmi 3 faiz səs toplaya bilər. Bu isə revanşizmin sonu deməkdir. Bu həm də klassik revanşizmin və Qarabağ ritorikasının artıq Ermənistan cəmiyyətində alıcısının qalmadığını dəqiq göstərir. Erməni seçici başa düşür ki, Köçəryan dinc gələcək yox, yeni müharibə vəd edir.

İş adamı Qaqik Tsarukyanın da "Çiçəklənən Ermənistan" partiyası ilə vəziyyət o qədər yaxşı deyil. 2021-ci il seçkilərində parlamentə düşə bilməyən partiya bəyanatları və platformaları ilə Kremlin oyuncağı olduğunu sübut edib. Cəmiyyətdə dəbdəbəli həyatı, toy mərasimləri ilə nifrət qazanan Tsarukyanın reytinqi isə cəmi 1 faizdir. Buna görə də onun son ümidi seçkidən sonra hansısa koalisiyaya qoşulmaqdır.

Sədri Qurqen Simonyan olan və Qərbmeylli platformanı, Ermənistanın Rusiyanın rəhbərlik etdiyi bütün bloklardan dərhal çıxmasını müdafiə edən "Ermənistan Meritookratik Partiyası İRİ sorğusunda 2 faiz səs toplayıb. Ehtimal etmək olar ki, ehtiyac yaransa, hakim komanda ilə koalisiyaya gedəcək.

Vaxtilə Paşinyan komandasının üzvü olaraq İrəvan meri vəzifəsini icra edən Hayk Marutyan da, işindən və komandasından ayrılaraq, "Yeni Qüvvə" partiyasını qurub və seçkidə iştirak etmək niyyətindədir. O, həm Paşinyanı, həm də Köçəryanı sərt tənqid edərək, özünü alternativ qüvvə kimi təqdim edir. Samvel Karapetyanla ittifaq quracağını istisna etmir. Amma son hesabatlara görə (22 may) seçkilərdə iştirak etmək üçün hədd baryerini aşa bilmir.

Levon Ter-Petrosyan

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın "Ermənistan Milli Konqresi" partiyası seçkilərə birbaşa, bloksuz qatılıb. Əsas məqsədləri hakimiyyəti dəyişmək olduğu üçün Samvel Karapetyan bloku ilə koalisiya qura bilər. Çünki seçkilərdən əvvəl buna cəhd etsə də, uğursuzluğa düçar olub. Bununla belə, bu partiyaya seçici rəğbəti ciddi şəkildə aşağıdır. İRİ və EVN-in sorğularına əsasən, partiyanın reytinqi 1-2 faiz civarındadır. Bu da 4 faizlik baryeri aşa bilməyəcəyinə işarədir.

Vaxtilə Nikol Paşinyanın yerinə alternativ kimi hazırlanan və uğursuzluğa düçar olan hüquq müdafiəçisi Arman Tatoyan da "Birlik qanadları" partiyası ilə seçkilərə atılır. Azərbaycana qarşı qərəzli mövqeyi və sərsəm çıxışları ilə yadda qalan Tatoyan Serj Sarqsyana yaxınlığı ilə tanınır. Fevral ayında rəy sorğusu hesabatlarına görə, 2.5 faiz səs toplasa da, hazırda seçki reytinqi cəmi 1 faizdir. Buna səbəb isə ortaya çıxan qalmaqaldır. Belə ki, partiyanın seçki kampaniyası beş ay ərzində 2,5 milyon dollara başa gəlmiş ola bilər və onun Kremlə bağlı strukturlarla əlaqəli Rusiya siyasi məsləhətçiləri ilə əlaqələndirilməsinə dair dəlillər mövcuddur.

2021-ci il seçkilərində uğursuzluqla üzləşən Edmon Marukyanın keçmişdə Paşinyanın xüsusi tapşırıqlar üzrə səfiri işləməsi bir müddət erməni cəmiyyətində hakimiyyətin cib müxalifəti olması barədə söhbətlərə səbəb olmuşdu. Açıqlamaları və bəyanatları göstərir ki, vəzifəyə iddialı deyil. Məqsədi sadəcə parlamentə düşməkdir. Amma son rəy sorğularına əsasən reytinqi cəmi 2 faiz təşkil edir. Ehtimal etmək olar ki, Paşinyanla koalisiya qurmaq planı son anda ortaya atıla bilər.

Aram Sarqsyanın qurduğu "Respublika" partiyası Qərb və Avropa dəyərlərini müdafiə edir. İki dəfə "Vətəndaş müqaviləsi" ilə koalisiya qurub. Daxili siyasətdə Nikol Paşinyan hökuməti ilə bir çox məsələlərdə (xüsusilə Qərbə yönəlmə xəttində) eyni mövqedən çıxış edir və onunla "demokratik qüvvələr" platformasında müttəfiqdir. 4 iyun tarixində İctimai Televiziyada keçirilən rəsmi debatda Paşinyandan tələb edib ki, Karapetyan və Köçəryanın seçkilərdə iştiraka qanunsuz elan edilsin və qeydiyyatları ləğv edilsin. Partiyanın reytinqi 2.2-3.5 faiz təşkil edir. Ehtimal etmək olar ki, yenə də Paşinyan komandası ilə koalisiya quracaq.

Bunlardan əlavə, "Respublika naminə ralli", "Ermənistanın xristian-demokratlar partiyası", "Demokratik konsolidasiya", "Köçəri milli dirçəliş və oyanış partiyası", "Milli Demokratik Qütb" alyansı, "İslahatçılar" partiyası da seçkilərdə iştirak edəcəklər. Amma bu siyasi partiyaların heç biri seçki həddini aşmır. Paralel olaraq isə 1 faiz reytinqi olan "Bütün demokratik qüvvələrə qarşı" və "Demokratiya, qanun və qayda" partiyaları da var.

Ümumi olaraq, deyə bilərik ki, Paşinyanın lideri olduğu hakim partiyanın reytinqi 36-49 faiz arasında dəyişir. Seçkilərin isə ən böyük strateji əhəmiyyəti Azərbaycanla sülh prosesinə birbaşa təsiridir. Paşinyan bəyan edib ki, seçkilərdə qalib gələcəyi təqdirdə Konstitusiya referendumu keçirəcək. Bu isə Azərbaycanın haqlı şərtinin və tələbinin yerinə yetirilməsi deməkdir...(Report)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Gündəm / Cəmiyyət

2-07-2024, 14:10

Nikol Paşinyanın seçki saxtakarlığı – ANALİZ

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Siyasət

29-01-2026, 13:19

Mirzoyandan Avropaya mesaj - Ermənistanın gələcəyi Azərbaycanla əməkdaşlıqdan asılıdır - ŞƏRH

Gündəm / Siyasət

1-03-2025, 13:39

Rusiya səfirinin Ter-Petrosyanla müəmmalı görüşü, Nikol Paşinyanın qanuni oğrularla “əməkdaşlığı” - ŞƏRH

Siyasət

27-08-2025, 10:22

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Cəmiyyət

13-09-2024, 15:16

Adil Əliyevi kim əvəzləyəcək... - Gülşən Paşayeva, yoxsa Fariz İsmayılzadə?

Gündəm / Siyasət

11-12-2024, 14:49

Ermənistanın yeni avantürası: Aİ-yə üzvlük prosesinə başlanılması - ŞƏRH

Gündəm / Siyasət

21-04-2026, 16:26

İrəvanın yeni siyasi doktrinası - Qarabağ hərəkatından imtina və konstitusiya dəyişikliyi - ŞƏRH

Siyasət

19-05-2025, 17:42

Qərblə Rusiya arasında qalan Ermənistan - Köçəryanın revanşist həmlələri - ŞƏRH

Siyasət

26-02-2026, 15:53

Paşinyanın 7 iyun sınağı - İtkisiz il kartı və Ermənistanın xilas kəməri - ŞƏRH

Dünya

18-11-2025, 20:56

Paşinyan gizli sənədləri açır, Kreml əndişəlidir: İrəvan sirləri ifşa edərsə, Rusiya “Ukrayna ssenarisi” ilə reaksiya verəcək

Araşdırma
Saxta ştatlar, maaş pozuntuları və polis təzyiqi iddiası – Füzulidə təhsil qalmaqalı
Siyəzəndə təhsil sistemi silkələnir: Himayədarlıq və saxta qeydiyyat iddiaları
Xaçmazda uşaq baxçasında qalmaqal: qanun pozuntuları niyə ört-basdır edilir?
Novxanıda “torpaq imperiyası” iddiası: sabiq bələdiyyə sədrinin sərvəti araşdırılmalıdır
Azərbaycanda qanunsuz lizinq - “Vüsal 300“ -ün adamları sosial şəbəkələri “zəbt” edib
“Dərs yox, jurnal var?” – Gəncə Regional Kollecində növbəti qanun pozuntusu iddiası video və sənədlərlə gündəmdə
Hadisə
Dünən, 18:03
Bakıxanovda yaşayış binası yanır
2-06-2026, 18:00
Qayınata gəlinindəki kartı almaq üçün evə çağırıbmış…
2-06-2026, 15:31
Bakıda toyda DƏHŞƏT: - əmisi qızı ilə oynayıb qardaşını bıçaqladı
2-06-2026, 11:17
Qanunsuz saxlanılan silahlar aşkarlanıb
31-05-2026, 15:00
Bərdədə ağır yol qəzasında 10 nəfər yaralanıb
31-05-2026, 13:00
Türkiyədə tüfəngi ilə ilanı öldürmək istəyən kişi beş nəfəri yaralayıb
Xəbər lenti
  • Bu gün, 11:47
    Ermənistanda 7 iyun seçkiləri - Qərblə Rusiyanın gizli mübarizəsi - ŞƏRH
  • Bu gün, 11:38
    İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik edib
  • Bu gün, 11:26
    Qazıntı işləri zamanı xətt qırıldı - Ərazi qazsız qaldı
  • Bu gün, 11:12
    ASAN Xidmətdə maliyyə böhranı – İŞÇİLƏRİN MAAŞI YARIMÇIQ ÖDƏNİLİR
  • Bu gün, 09:15
    Mətanətdən Vüqar Muradova ağır sözlər
  • Bu gün, 09:05
    Sabiq nazir müavinin qudası çıxılmaz vəziyyətdə – “Caspian İnternational Hospital”a sanksiya tətbiq olunub
  • Bu gün, 08:47
    Günün qoroskopu: Köhnə borcları bağlamaq zamanıdır
  • Bu gün, 08:38
    AGENTLİK SƏDRİ, QUDALARI VƏ ÇEVRƏSİ: Onlar niyə təltif olunmadı? - HƏQİQƏTƏN DƏ...
  • Bu gün, 08:27
    KİV: İran Qətərdəki ABŞ Hərbi Hava Qüvvələri mərkəzini sıradan çıxarıb
  • Dünən, 18:39
    Fransa, Britaniya və Almaniya liderləri Zelenski ilə görüşəcək
  • Dünən, 18:28
    Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır - TƏFƏRRÜAT
  • Dünən, 18:03
    Bakıxanovda yaşayış binası yanır
  • Dünən, 17:47
    265 nömrəli dövlət baxçasında pul yığımı iddiaları: Valideynlərdən aylıq 25 manat, müdirin ad günü üçün isə əlavə vəsait tələb olunur?
  • Dünən, 17:21
    ETX: Azərbaycanın rəqəmsal təhlükəsizlik sistemi mühüm transformasiyadadır
  • Dünən, 16:35
    Mehriban Əliyeva Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
  • Dünən, 16:22
    Eldar Mahmudovun oğlunun evsiz qoymaq istədiyi ailələr... - Ali Məhkəməyə üz tutdu
  • Dünən, 16:04
    Bakıda bazar günü intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
  • Dünən, 15:54
    Su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib - SƏRƏNCAM
  • Dünən, 15:47
    Su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib - SƏRƏNCAM
  • Dünən, 15:26
    Müavinləri Saleh Məmmədovu necə “xərcləyib?”
  • Dünən, 14:34
    İlham Əliyev: Azərbaycan ekoloji problemlərlə bağlı öhdəliyə tam məsuliyyətlə yanaşır
  • Dünən, 13:07
    Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi güclüdür, yoxsa “Leyla Medical Center”in “başında turp əkən” Sevda Kurbanova?:
  • Dünən, 12:53
    İctimai təhlükə törətməyən aşkar cinayət üzrə məlumata baxılma müddətinin artırılması ilk oxunuşda qəbul edilib
  • Dünən, 12:17
    Xaçmaz MKTB-də “ölü canlar” iddiası: əməkhaqqı kartları kimlərin əlindədir?
  • Dünən, 12:14
    Azərbaycanlıların olduğu gəmilər vuruldu: 5 ölü, 6 yaralı
  • Dünən, 12:00
    “Royal Fish” mağazasından narazılıq
  • Dünən, 11:11
    Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində ilk iclası başlayıb
  • Dünən, 10:51
    “Dərman biznesi, xəstə alveri, bahalı analizlər...” – AİB sədrindən sensasion açıqlama
  • Dünən, 10:30
    Kiyevdə poçt terminalında bağlama partlayıb, ölən və yaralananlar var
  • Dünən, 10:15
    Prezidentin sosial şəbəkə hesablarında Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edilib
  • Dünən, 09:59
    Nazirlikdən multimilyonluq laboratoriya tenderi - TƏFƏRRÜAT
  • Dünən, 09:39
    İyunun 8-i keçiriləcək qəbul imtahanında indiyə qədər 28 mindən çox abituriyent qeydiyyatdan keçib
  • Dünən, 09:30
    “Avto Kredit” “Avto Zirvə“ qanunları necə pozur: Qanunsuz lizinq, yüksək faiz - İTTİHAM VAR...
  • Dünən, 09:11
    Bu gündən Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır
  • Dünən, 09:03
    Neftçala bələdiyyə sədrindən ŞİKAYƏT: "O, qanunları heç sayır"
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə