Sizin reklam burada 728×90
Son dəqiqə

Kriştianu Ronaldu Portuqaliya millisindəki karyerasını başa vurduğunu açıqlayıb

05.11.2026 14:54 81 1 dəq oxunur
Kriştianu Ronaldu Portuqaliya millisindəki karyerasını başa vurduğunu açıqlayıb
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən Kriştianu Ronaldu Portuqaliya millisindəki karyerasını başa vurub.

41 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Xatırladaq ki, Ronaldu 2003-cü ildən Portuqaliya yığmasının formasını geyinib. O, 2016-cı ildə komanda ilə Avropa çempionatının, 2018/2019 və 2024/2025 mövsümlərində UEFA Millətlər Liqasının qalibi olub.

Təcrübəli forvard son olaraq UEFA Millətlər Liqası çərçivəsində Norveç yığması ilə keçirilən görüşdən (2:1) sonra Portuqaliya millisinin düşərgəsini icazəsiz tərk etmişdi. Bunun ardınca federasiya futbolçuya bir aylıq cəza verib və 255 avro cərimələyib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az