• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR

Araşdırma

Bu gün, 19:16

Nərimanov rayonunda evi və qeyri-yaşayış sahələri sökülən Səadət Kərimova 6 ilə yaxındır müqavilə ilə ona verilməli olan mənzillərə sahib ola bilmədiyini bildirir. BNTV.az-a təqdim edilən əvəzləşdirmə müqavilələri, dövlət reyestrinin rəsmi məlumatı və məhkəmə qərardadı isə məsələnin ciddi hüquqi mübahisəyə çevrildiyini göstərir.

BNTV.az-a müraciət edən Kərimova Səadət Mehdi qızının sözlərinə görə, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi 42/9 ünvanında yerləşən yaşayış və qeyri-yaşayış sahələri tikinti layihəsinin həyata keçirilməsi məqsədilə sökülüb. Vətəndaş bildirir ki, Qarabağ küçəsi istiqamətinə baxan iki qeyri-yaşayış obyekti də daxil olmaqla ona məxsus əmlak sökülsə də, əvəzində götürülən öhdəliklər illərdir tam icra edilmir.

Redaksiyaya təqdim olunan sənədlərə görə, Səadət Kərimova ilə “Baku City” MTK arasında 25 oktyabr 2019-cu il tarixində “Əvəzləşdirmə müqaviləsi” bağlanıb. Daha sonra 15 may 2020-ci ildə tərəflər arasında digər əvəzləşdirmə müqaviləsi rəsmiləşdirilib.

15 may 2020-ci il tarixli sənəddə vətəndaşa məxsus 88 kvadratmetrlik mənzil və həmin mənzilin altında yerləşən 59 kvadratmetrlik zirzəmi sahəsinin əvəzində yeni tikilidə B blokunda hər biri 120,3 kvadratmetr olan iki mənzil və C blokunda 79,6 kvadratmetrlik daha bir mənzil – ümumilikdə 320,2 kvadratmetr yaşayış sahəsinin Səadət Kərimovaya verilməsi nəzərdə tutulub.

Müqavilənin ən mühüm şərtlərindən biri isə “Baku City” MTK-nın üzərinə götürdüyü müddət öhdəliyidir. 2.1.2-ci bəndə əsasən, yeni binanın bünövrəsi qoyulduqdan sonra tikinti işləri 24 ay ərzində başa çatdırılmalı və mənzillər mülkiyyətçiyə təmirsiz şəkildə təhvil verilməli idi.

Ancaq vətəndaş bildirir ki, bu müddətdən illər keçməsinə baxmayaraq, müqavilə öhdəlikləri tam yerinə yetirilməyib və o, faktiki olaraq 6 ilə yaxındır kirayə mənzillərdə yaşamağa məcbur qalıb.

Məsələ bununla da bitmir.

Redaksiyaya təqdim olunan məhkəmə qərardadında “Baku City” MTK ilə Səadət Kərimova arasında bağlanmış 25.10.2019 və 15.05.2020-ci il tarixli əvəzləşdirmə müqavilələrində göstərilən mənzillərin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə təminat tədbirinin qismən təmin olunduğu görünür.

Qərardadda A blokunun 10-cu mərtəbəsində yerləşən 42 saylı 3 otaqlı 77 kv.m mənzil, B blokunun 4-cü mərtəbəsindəki 49 saylı 2 otaqlı mənzil, həmçinin 15 may 2020-ci il müqaviləsində göstərilən 120,3 kv.m-lik iki mənzil və 79,6 kv.m-lik mənzilin özgəninkiləşdirilməsinə qadağa qoyulması göstərilir.

Məhkəmə qərardadının dərhal icra olunması və icranın Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə həvalə edilməsi də sənəddə ayrıca qeyd olunub. Qərardadı hakim Mehriban Əfəndizadə imzalayıb.

Bu isə mühüm sual yaradır: əgər məhkəmə müqavilələrdə Səadət Kərimovaya nəzərdə tutulmuş mənzillərin üçüncü şəxslərə verilməsinin qarşısını almaq üçün özgəninkiləşdirməyə qadağa qoyubsa, həmin əmlakların hazırkı hüquqi vəziyyəti nədir?

Məsələnin daha bir diqqətçəkən tərəfi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin 18 may 2026-cı il tarixli rəsmi məktubunda üzə çıxır.

Nəsimi Rayon Məhkəməsinə göndərilən həmin sənəddə göstərilir ki, Əliəşrəf Əlizadə küçəsi, ev 42/9 ünvanında yerləşən 56 saylı mənzil 4 may 2015-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Səadət Kərimovanın adına dövlət qeydiyyatından keçib. Lakin mənzil söküldüyündən onun həmin əmlaka hüquqları sonradan ləğv edilib.

Eyni sənəddə 31 saylı mənzilin də 7 dekabr 2001-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Səadət Kərimovanın adına qeydiyyatda olduğu, lakin mənzil söküldüyü üçün hüquqlarının ləğv edildiyi göstərilir.

Bundan başqa, Kərimovanın adına 18 fevral 2005-ci ildə verilmiş şəhadətnamə əsasında 35,9 kvadratmetrlik qeyri-yaşayış sahəsinin mövcud olduğu da dövlət reyestrinin məktubu ilə təsdiqlənir. Həmin obyekt də söküldüyündən mülkiyyət hüququ ləğv edilib.

Beləliklə, dövlət qurumunun rəsmi sənədi vətəndaşın söküntüdən əvvəl həmin ünvanda həm yaşayış, həm də qeyri-yaşayış əmlaklarına hüququnun olduğunu təsdiqləyir.

Lakin reyestr sənədində daha bir maraqlı məlumat var.

Əliəşrəf Əlizadə küçəsi 112, 114, 116, 118, 120 ünvanları üzrə, yeni ünvanlaşdırmada giriş 116 kimi göstərilən binadakı 4 saylı mənzil 3 may 2024-cü il tarixində Səmədova Aybəniz İsa qızının adına dövlət qeydiyyatına alınıb və hazırda onun mülkiyyətindədir.

Səadət Kərimova iddia edir ki, həmin 4 saylı mənzil onun əmlak hüquqları ilə bağlı olub və sonradan Aybəniz adlı şəxsin adına keçirilib.

Lakin burada mühüm hüquqi məqamı qeyd etmək lazımdır: redaksiyaya təqdim edilən reyestr məktubu 4 saylı mənzilin hazırda Səmədova Aybənizin mülkiyyətində olduğunu təsdiqləsə də, həmin mənzilin əvvəllər məhz Səadət Kərimovaya məxsus olması və ya ona “Baku City” MTK tərəfindən verilməli olması faktını təkbaşına təsdiqləmir. Bu iddianın aydınlaşdırılması üçün mənzilin hüquqi tarixçəsi, ilkin müqavilələr və qeydiyyat sənədləri tam araşdırılmalıdır.

Vətəndaş söküntünün həyata keçirilməsi üsulu ilə bağlı da son dərəcə ağır iddialar səsləndirir.

Səadət Kərimovanın sözlərinə görə, 25 oktyabr 2019-cu ildə əmlakının bir hissəsi onun razılığı tam alınmadan sökülüb. O bildirir ki, söküntü zamanı ailə üzvlərindən biri təhlükəli hadisə ilə üzləşib.

Vətəndaşın iddiasına görə, qızının elektrik cərəyanına məruz qalmasına səbəb olan hadisə baş verib və ayağı armaturla yaralanıb. Kərimova eyni zamanda söküntü zamanı evinin təhlükəli vəziyyətə salındığını, baş verənlərdən sonra səhhətinin ağırlaşdığını və xəstəxanaya yerləşdirildiyini bildirir. Redaksiyaya xəstəxanada çəkildiyi bildirilən foto, eləcə də dağıdılmış binanın görüntüləri təqdim olunub.

BNTV.az bu ağır iddiaların səbəb-nəticə əlaqəsini müstəqil şəkildə təsdiq edə bilmədiyindən onları vətəndaşın mövqeyi kimi təqdim edir və hüquq-mühafizə orqanlarının məsələ ilə bağlı mövqeyini dərc etməyə hazırdır.

Kərimova hüquq-mühafizə orqanlarındakı araşdırmalarla bağlı da ciddi ittiham səsləndirir. O iddia edir ki, polis və prokurorluqda araşdırma aparılarkən onun əvəzinə “şikayətim yoxdur” məzmunlu ərizə hazırlanıb və ona imzaladılıb.

Vətəndaş həmçinin sonrakı şikayətlərindən sonra hadisə ilə əlaqəli şəxslərin məhkəmə tərəfindən 1500 manat məbləğində cərimələndiyini bildirir. Bununla bağlı ayrıca məhkəmə aktı redaksiyanın sərəncamında olmadığı üçün bu məlumat hazırda yalnız müraciətçinin iddiası kimi təqdim olunur.

Vətəndaşın verdiyi məlumata görə, hazırda “Baku City” MTK-nın fəaliyyətinə Elxan Dadaşovun rəhbərlik etdiyi bildirilir. Lakin redaksiyaya təqdim olunan 2019 və 2020-ci il müqavilələrində MTK-nın sədri kimi Məmmədli Sənan Varis oğlunun adı göstərilir. Buna görə Elxan Dadaşovun şirkətdə hazırkı hüquqi statusunun, səlahiyyətinin və məsuliyyət dairəsinin “Baku City” MTK tərəfindən rəsmi şəkildə açıqlanmasına ehtiyac var.

Ortada isə cavabsız qalan çox ciddi suallar mövcuddur.

- Vətəndaşın dövlət qeydiyyatında olan əmlakı sökülübsə, həmin əmlaklara dair hüquqları məhz söküntüyə görə ləğv edilibsə və bunun əvəzində şirkət müqavilə ilə konkret mənzillər verməyi öhdəsinə götürübsə, niyə 6 ilə yaxın müddətdən sonra belə Səadət Kərimova kirayələrdə yaşamalıdır?

- 24 aylıq müqavilə öhdəliyi niyə icra edilməyib?

- Məhkəmənin özgəninkiləşdirməyə qadağa qoyduğu mənzillərin hazırkı hüquqi statusu nədir?

- Bu mənzillərdən hər hansı biri üçüncü şəxslə bağlı hər hansı müqavilənin predmeti olubmu?

- Məhkəmə qərardadının icrası təmin edilibmi?

- Vətəndaşa həmin müddət ərzində kirayə haqqı və ya başqa kompensasiya ödənilibmi?

- Dövlət reyestrində başqa şəxsin adına görünən 4 saylı mənzilin bu mübahisə ilə konkret əlaqəsi varmı?

- Nərimanov Rayon İcra Hakimiyyəti ilə “Baku City” MTK arasında 7 aprel 2017-ci ildə bağlanmış müqavilə üzrə sakinlərin hüquqlarının qorunmasına kim nəzarət edib?

- Ən başlıcası isə, əmlakı sökülmüş və əvəzində konkret mənzillər vəd edilmiş vətəndaş nə zaman öz mənzilinə qovuşacaq?

BNTV.az “Baku City” MTK rəhbərliyinin, Elxan Dadaşovun, Nərimanov Rayon İcra Hakimiyyətinin, aidiyyəti icra qurumlarının və digər tərəflərin mövqeyini dərc etməyə hazırdır. Redaksiya təqdim olunan sənədlər və məhkəmə materialları əsasında məsələnin araşdırılmasını davam etdirəcək.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

26-05-2025, 10:32

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Siyasət

4-08-2022, 14:10

Prezident 7 fərman, 1 sərəncam imzaladı

Gündəm / Siyasət

25-05-2024, 19:07

Prezident əfv sərəncamı imzaladı - SİYAHI

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Cəmiyyət

20-05-2026, 12:10

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir - “İnter” MMC-yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

Gündəm / Cəmiyyət

22-01-2025, 14:27

“Pilot Residence” MTK ilə bina sakinləri arasında qalmaqal böyüyür – Sakinlər Prezidentə müraciət etdilər

Gündəm / Cəmiyyət

25-09-2024, 12:08

Kürdəmirdə vətəndaşın BAŞINA OYUN AÇIRLAR... - ÖZBAŞINALIQ!

Cəmiyyət

10-07-2026, 10:40

Bakı sakini “Montin City” MTK-nın ona təzyiq göstərdiyini iddia edir

Gündəm

13-11-2025, 18:20

Həbsdəki eks-generalın istintaqdan gizlətdiyi əmlakı üzə çıxdı – Dəyəri bu qədərdir

Gündəm / Cəmiyyət

10-09-2026, 17:14

Törətdiyi bu iqtisadi təxribata görə... Məmməd Musayevi yaxın vaxtlarda nələr gözləyir

Cəmiyyət

12-09-2026, 15:26

Törətdiyi iqtisadi təxribatlara görə Məmməd Musayevi nələr gözləyir? -DETALLAR

Araşdırma
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Hadisə
Dünən, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
28-09-2026, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
Xəbər lenti
  • Bu gün, 19:16
    MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
  • Bu gün, 19:00
    İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - YENİLƏNİB
  • Bu gün, 18:39
    Oktyabrın ilk günlərində bəzi rayonlara dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ
  • Bu gün, 18:26
    Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb
  • Bu gün, 18:22
    Adil Vəliyev Sabunçuda rəsmən BAZAR AÇIB... - ÖZBAŞINALIQ...
  • Bu gün, 18:03
    Fransızlar Makrondan üz döndərir - Fransada siyasi etimad böhranı - ŞƏRH
  • Bu gün, 17:46
    Elman Rüstəmov məşhur restoranını 22 milyon manata satdı
  • Bu gün, 17:27
    Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edilib
  • Bu gün, 17:18
    Azərbaycan yeni mərmiatan dron istehsal edib
  • Bu gün, 17:02
    Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb
  • Bu gün, 16:47
    "Bu dəyişiklik nə vaxt baş verəcək?" - HƏQİQƏTƏN DƏ...
  • Bu gün, 16:17
    Dövlət qulluqçuları və hərbçilərin pensiya təyinatı mexanizmi ilə bağlı qanunvericilik təkmilləşdirilir
  • Bu gün, 15:57
    Cavid Qurbanovu tənqid edən şair ONUNLA BARIŞDI - "ARA VURANLAR" var imiş...
  • Bu gün, 15:31
    Milli Məclis Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini ratifikasiya edib
  • Bu gün, 15:17
    “Lux Residence”-dən növbəti şikayət: "məni məcburi çıxarmağa çalışırlar"
  • Bu gün, 14:43
    İsrail ordusunun Baş Qərargah rəisi yüksək döyüş hazırlığı səbəbilə ABŞ səfərini ləğv edib
  • Bu gün, 14:16
    İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub
  • Bu gün, 14:07
    12 milyonluq “Bulvar İdarəsi” İŞİ: “Pulları Fuad müəllimə verirdim” - MƏHKƏMƏ
  • Bu gün, 12:42
    Azərbaycanda sosial şəbəkələrin fəaliyyətinin qanunla tənzimlənməsi təklif olunur
  • Bu gün, 12:35
    Dələduzluq edən məmur DANIŞDI: "Çoxlu borcum vardı" - TƏFƏRRÜAT
  • Bu gün, 12:06
    Milli Məclisin komitələrinin səlahiyyətlərinin artırılması təklif olunur
  • Bu gün, 11:49
    Leobank müştəriləri aldadır? – Kart qalığı ilə bağlı narazılıq
  • Bu gün, 11:13
    Prezident: Azərbaycanın müdafiə sənayesi keyfiyyətcə yeni mərhələyə qədəm qoyub
  • Bu gün, 11:03
    Zakir Həsənov: Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası mövcuddur
  • Bu gün, 10:54
    Yasamalda piyadaların bir yolu var: UÇMAĞI ÖYRƏNMƏK... - DƏLİXANADIR, VALLAH...
  • Bu gün, 10:24
    Azərbaycan neftinin qiyməti 118 dollara düşüb
  • Bu gün, 10:14
    “Şeyx, sənin tormozun tutmur, Əlinin qadasını alırdın, Ruhəngiz, indi...” - Xalq artistinə cavab verdi, digərlərinə söz atdı
  • Bu gün, 09:50
    İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanlayıb
  • Bu gün, 09:43
    Bakıda qutabı 75 manata satan iş adamı Rusiyaya 1.5 milyard aparıb - İLGİNC
  • Bu gün, 08:54
    Bu gün Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq
  • Dünən, 23:32
    Nadir Qocabəyli Tural Sadıqlının iddiasına cavab verdi: “Məsələ təkcə Hikmət Hacıyevlik deyil”
  • Dünən, 19:00
    Türkiyədə saxlanılan İran təyyarəsi Tehrana qayıdacaq
  • Dünən, 18:23
    İraqı sonuncu İtaliya hərbçisi tərk edib
  • Dünən, 18:18
    Dövlətin güzəştli krediti hesabına tikilən nəhəng anbar müsadirə olunaraq satışa çıxarıldı – Fotolar
  • Dünən, 17:53
    Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə