Sizin reklam burada 728×90
Son dəqiqə

Ağdamda tarixi irs təhlükə altındadır: “Balatəpə”nin ətəyində restoran fəaliyyət göstərir, aidiyyəti qurumlar hara baxır?

24.11.2026 23:05 61 1 dəq oxunur
Ağdamda tarixi irs təhlükə altındadır: “Balatəpə”nin ətəyində restoran fəaliyyət göstərir, aidiyyəti qurumlar hara baxır?
Ağdam rayonunun Əfətli kəndində isə dövlət mühafizəsində olan köhnə “Balatəpə” kurqanının ətəyində restoran fəaliyyət göstərir. Məlumatlara görə, obyektin inşasından əvvəl torpaq qazıntısı da aparılıb.

Minilliklərin tarixini özündə yaşadan arxeoloji abidənin yaxınlığında belə bir obyektin hansı əsasla inşası ciddi suallar doğurur.

- Restoranın tikintisinə icazə verilibmi?
- Ərazinin mühafizə zonası müəyyən edilibmi?
- Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bu vəziyyətdən xəbərdardırmı?
- Ağdam Rayon İcra Hakimiyyətinin nə deməkdir?

Aidiyyəti qurumlar əraziyə təcili monitorinq keçirməli, obyektin tikinti və fəaliyyət sənədlərini yoxlamalı, tarixi abidəyə mümkün təsirləri araşdırılmalıdır.

Söhbət kimisə ittiham etməkdən deyil, dövlətin qorumağa götürdüyü tarixi sərvətin taleyindən gedir.

Tarixi irs kommersiya maraqlarına qurban verilməməlidir! Aidiyyəti qurumlar bu suallara cavab verməlidir.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az