• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Daşlara qədər çatan işğal - Qarabağın məhv edilən mədəni irsi - ŞƏRH

Siyasət

8-09-2026, 16:06

Müharibələr yalnız insanların və ərazilərin məhvi, şəhər və kəndlərin işğalı ilə nəticələnmir. Bəzən işğal dövründə tarixi abidələr, mədəni və mənəvi irs də məhv olur. Bunun ən bariz nümunəsi Qarabağ və ətraf rayonlarda işğal dövründə sistemli şəkildə aparılan işləri göstərə bilərik: məscid və qəbiristanlıqlar, türbə və muzeylər, tarixi binalar və saraylar, qalalar da hədəfə çevrilib, məhv edilib. Bu, sistemli şəkildə bir xalqın yaddaşını silmək, mədəni izlərini məhv etmək siyasəti idi.

2020-ci ildə Şanlı Zəfərlə son qoyulan işğal dövründə sözügedən ərazilərdə Ermənistan tərəfindən məqsədli şəkildə təkcə yaşayış məntəqələri, evlər və infrastruktur məhv edilməyib, eyni zamanda Azərbaycan xalqının uzun əsrlər boyu formalaşdırdığı tarixi-mədəni və dini irs də ciddi dağıntılara məruz qalıb. Bu dövr ərzində türbələr, muzeylər, tarixi abidələr, qəbiristanlıqlar ya tamamilə məhv edildi, ya yararsız vəziyyətə salındı, ya da müxtəlif müdaxilələrlə ilkin görünüşünü itirdi. Azərbaycan mədəni irsinin mühüm hissəsini təşkil edən bu obyektlərin hər biri müəyyən bir yaşayış məntəqəsinin tarixini, dini həyatını, sosial yaddaşını və nəsillər arasındakı bağlılığını özündə saxlayırdı. Buna görə də həmin obyektlərin sıradan çıxarılması ayrı-ayrı binaların itirilməsindən daha böyük məna daşıyırdı: məscidin dağıdılması ibadət məkanının, qəbiristanlığın məhv edilməsi nəsillərin izlərinin, muzeyin talan edilməsi isə həmin ərazinin tarixini maddi sübutlarla yaşadan kolleksiyanın itirilməsi demək idi. Bu obyektlərin ardıcıl şəkildə zədələnməsi və məhv edilməsi isə həmin ərazilərin əvvəlki sakinləri ilə bağlı maddi izlərin zəiflədilməsi və tarixi yaddaşın dəyişdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Məhz buna görə mədəni irsin dağıdılması işğal siyasətinin yalnız nəticəsi deyil, onun mümkün elementlərindən biridir: ərazidə Azərbaycan izlərini təşkil edən fiziki və dini-mədəni simvollar nə qədər azaldılırsa, həmin məkanın əvvəlki tarixi mənzərəsini sonrakı nəsillərə və beynəlxalq ictimaiyyətə göstərmək bir o qədər çətinləşir.

İşğal dövründə Qarabağ və ətraf rayonlarda dağıdılan tarixi və mədəni irslə bağlı çoxsaylı məlumatlar olsa da, 2020-ci il qələbəsindən sonra ortaya çıxan mənzərə problemin miqyasını daha aydın göstərdi: Şuşa, Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı və Laçında tarixi-dini abidə kimi təsbit olunan 67 məsciddən 65-i tamamilə, 2-si qismən dağıdılıb.

Hələ bu da azmış kimi, işğal dövründə bir sıra məscidlərdə heyvan, o cümlədən donuz saxlayıblar. Məsələn, Ağdamın Cümə məscidi, Qiyaslı məscidi və digər dini tikililərdə təyinatdan kənar istifadə edilib, bəziləri tövləyə çevrilib, dini məkan təhqir edilib. Bu faktı yalnız "abidəyə ziyan vurulması" kimi xarakterizə etmək kifayət deyil. Çünki burada söhbət daşın, divarın və ya memarlıq elementinin məhvindən yox, həmin məkanın cəmiyyət üçün daşıdığı mənanın hədəfə alınmasından gedir. Məscid özlüyündə sadəcə tarixi tikili deyil, eyni zamanda ibadət, dini yaddaş və icma həyatının formalaşdığı məkandır. Bu səbəbdən məscidin tövləyə çevrilməsi onun fiziki strukturuna müdaxilədən daha artıq məna daşıyır. Tikilinin əvvəlki funksiyasını, müqəddəsliyini və onunla bağlı sosial yaddaşı aşağılayan davranışdır. Xüsusilə donuz saxlanılması ilə bağlı faktlar bu baxımdan ayrıca diqqət çəkir: belə istifadə məscidin dini mahiyyətinə açıq şəkildə zidd olmaqla yanaşı, onu inşa edən və həmin məkanda ibadət edən müsəlman icmasının mənəvi dəyərləri ilə kəskin ziddiyyət təşkil edir.

Amma işğal dövründə ərazilərə vurulan mənəvi və maddi ziyan bununla da bitmir. İşğal dövründə muzeylər talan edilib, qiymətli eksponatlar yoxa çıxarılıb. Bu eksponatlar ya xarici kolleksionerlərə satılıb, ya da sonradan erməniləşdirilərək, Ermənistan muzeylərinə qoyulub. Məsələn, Qubadlı tarix-diyarşünaslıq muzeyində saxlanılan 5 mindən çox eksponatın talan edildiyi barədə məlumat var. Füzulidə isə məscidlər, türbələr, qəbiristanlıqlar, karvansara və digər tarixi obyektlərin dağıntıya məruz qaldığı qeyd olunur. Başqa bir misal, Şuşadan aparılan xalçalar Ermənistanda qədim erməni sənət nümunələri kimi nümayiş etdirilib. Beləliklə, söhbət ayrı-ayrı tikililərin müharibə nəticəsində zədələnməsindən daha geniş prosesdən gedir: yaşayış məntəqəsi ilə birlikdə həmin ərazinin dini, sosial və tarixi yaddaşını yaşadan obyektlər də sıradan çıxarılıb. Bu baxımdan qəbiristanlıqların dağıdılması xüsusilə diqqət çəkir. Çünki qəbiristanlıq yalnız dəfn yeri deyil, müəyyən yaşayış məntəqəsinin nəsillər boyu formalaşmış tarixinin maddi izlərini qoruyan məkanlardan biridir.


Azərbaycan xalqının uzun əsrlərə dayanan mədəni irsinə ermənilər tərəfindən vurulan başqa bir zərər isə abidələrin tarixi kimliyinə müdaxilə cəhdləridir. Qarabağdakı bir sıra alban-xristian abidələrinin işğal dövründə memarlıq quruluşuna və yazılarına müdaxilələr edildiyi barədə kifayət qədər faktlar var. Məsələn, XIII əsrə aid Gəncəsər monastırında memarlıq və interyer elementləri dəyişdirilib, alban yazıları silinib. Bu faktlar isə özlüyündə mədəni irsin məhv edilməsinin başqa bir formasını üzə çıxarır. Tarixi obyektin mənşəyini və kimliyini dəyişdirərək həmin irsin yaddaşdakı yerinə təsir etmək.

Qarabağın xristian irsi ilə bağlı məsələdə də Azərbaycan tərəfi məhz elmi tədqiqatların aparılmasını və abidələrin tarixi vəziyyətinin sənədlərlə müqayisəli şəkildə araşdırılmasını əsas götürür. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəhbərliyinin açıqlamasına görə, Xudavəng və Gəncəsər kimi alban-xristian abidələri, eləcə də digər xristian irsi nümunələri Azərbaycanın memarlıq tarixinin mühüm hissəsidir və onların işğaldan əvvəlki və sonrakı vəziyyətlərinin müqayisəli araşdırılması aparılır.

Bu yanaşma da Azərbaycanın tarixi və dini irsə münasibətinin əsas prinsipini üzə çıxarır. Abidənin qorunması onun hansı dinə və ya etnik ənənəyə bağlı olmasından asılı deyil. Qarabağ və Şərqi Zəngəzurda işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və tədqiqat işləri bu yanaşmanın praktik nümunəsi kimi təqdim olunur. Hazırda bölgədə məscidlər, ziyarətgahlar və qəbiristanlıqlarla yanaşı, alban-xristian məbədlərinin də tarixi və memarlıq xüsusiyyətləri araşdırılır. Qarabağ və Şərqi Zəngəzurun dini-mədəni irsinin öyrənilməsi çərçivəsində məscid, ziyarətgah, qəbiristanlıq və epiqrafik abidələrlə yanaşı, bölgənin dini-mənəvi irsi də sistemli şəkildə tədqiq olunur. Füzulinin Qarğabazar kəndində XVII əsrə aid məscid və tarixi karvansaranın bərpası üçün layihə-smeta sənədlərinin hazırlanmasına başlanılması da bu siyasətin konkret nümunələrindən biridir.

Başqa sözlə, Qarabağın mədəni irsi tək İslam dini ilə formalaşmayıb. İslamdan əvvəlki xristianlıq dövrünə aid abidələr, epiqrafik nümunələr, qəbiristanlıqlar və digər tarixi obyektlər əslində onun qədim və çoxqatlı tarixini formalaşdırır. Azərbaycan tərəfinin mövqeyinə görə, bu irsin qorunması üçün əsas meyar onun hansı dini mənsubiyyət daşıması deyil, Azərbaycanın tarixi-mədəni coğrafiyasının bir hissəsi olmasıdır. Nəticə etibarilə, Qarabağda dağıdılmış və zədələnmiş irsin bərpası yalnız tikililərin yenidən qurulması məsələsi deyil; bu proses həm də bölgənin tarixi yaddaşının sənədləşdirilməsi, müxtəlif dini-mədəni qatlarının qorunması və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyət daşıyır.(Report)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Cəmiyyət

24-12-2025, 19:15

Prezident Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib, sakinlərlə görüşüb - YENİLƏNİB

Siyasət

27-08-2025, 10:22

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Siyasət

6-08-2022, 01:04

Ümummilli Lider, Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin əbədiyaşar memarıdır

Gündəm / Siyasət

8-11-2025, 13:10

Prezident və Mehriban Əliyeva Zəfər muzeyinin açılışında - FOTOLAR

Siyasət

16-08-2022, 16:30

Ümummilli Lider Heydər Əliyev Müstəqil Azərbaycan Dövlətinin Qurucusu və Memarıdır.

Siyasət

25-12-2025, 17:18

Prezidentin Ağdam səfəri: Azad edilmiş ərazilərdə dirçəliş Azərbaycanın dövlət iradəsinin göstəricisidir - TƏHLİL

Gündəm / Siyasət

4-10-2024, 17:33

Prezident və xanımı Cəbrayılda açılışda - Yenilənib - Video - Fotolar

Gündəm / Siyasət

18-01-2024, 10:55

MM Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat yaydı

Cəmiyyət

9-05-2023, 18:39

Prezident İlham Əliyevin hər bir sözü bizim üçün yaddaş kitabçasıdır

Gündəm / Cəmiyyət

2-07-2026, 09:09

İstiqlalın polad dayağı olan Azərbaycan polisi - 108 yaşında

Araşdırma
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Hadisə
Dünən, 18:30
Bakı-Quba yolunda qəza olub, ölən var
14-10-2026, 11:26
Gədəbəydə avtomobil aşıb, ölən var
13-10-2026, 15:49
Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
12-10-2026, 09:06
Biləsuvarda toyda bıçaqlanma olub
11-10-2026, 15:00
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
8-10-2026, 19:00
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır - Yenilənib
Xəbər lenti
  • Dünən, 19:00
    Sabah Binəqədi şossesinin bir hissəsində hərəkətə qısamüddətli məhdudiyyət qoyulacaq
  • Dünən, 18:30
    Bakı-Quba yolunda qəza olub, ölən var
  • Dünən, 18:16
    "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
  • Dünən, 18:07
    Ukraynada keşiş 3 nəfəri güllələyib
  • Dünən, 17:30
    Əlilliyi olan şəxslər, şəhid ailələrinin mənzil və reabilitasiya xidməti ilə təmini üçün vəsaitin ayrılma müddəti uzadılıb
  • Dünən, 17:20
    Ramiz Mehdiyev YAP-dan xaric edildi
  • Dünən, 17:06
    Əli Əsədov beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb
  • Dünən, 16:34
    Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
  • Dünən, 16:22
    Prezidentin AQEM Sammitində sülh, əməkdaşlıq, təhlükəsizlik çağırışları
  • Dünən, 16:05
    Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
  • Dünən, 15:33
    Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırış edən türkiyəli jurnalist beynəlxalq axtarışa verilib
  • Dünən, 15:24
    “ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
  • Dünən, 15:01
    Sarıbay: Azərbaycanın sədrliyi AQEM-ə Asiyada təhlükəsizliyi gücləndirməyə imkan verəcək
  • Dünən, 14:00
    ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
  • Dünən, 13:30
    Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
  • Dünən, 13:15
    Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
  • Dünən, 13:02
    Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
  • Dünən, 12:56
    İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
  • Dünən, 12:47
    Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb
  • Dünən, 12:26
    Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
  • Dünən, 12:07
    MM sekyuritizasiya fəaliyyəti üzrə hüquqi çərçivənin yaradılmasını ilk oxunuşda qəbul edib
  • Dünən, 11:54
    Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
  • Dünən, 11:36
    Sahibə Qafarova: Konstitusiya Aktının qəbulu tarixi-əlamətdar hadisə olub
  • Dünən, 11:23
    Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
  • Dünən, 11:15
    "Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
  • Dünən, 10:54
    Azərbaycan nefti 5 dollardan çox ucuzlaşıb
  • Dünən, 10:45
    “Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
  • Dünən, 10:04
    Tramp: Zelenskinin pərəstişkarı deyiləm
  • Dünən, 09:54
    Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
  • Dünən, 09:32
    Milli Məclisin komissiyası: Xarici aktorların Azərbaycana qarşı hibrid hücumlarının miqyası xeyli artıb
  • Dünən, 09:26
    Burda iynələri xəstələrə satırlar - GİLEY
  • Dünən, 09:13
    Mətbuat Şurasının IX qurultayı keçirilir
  • 15-10-2026, 19:00
    Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib
  • 15-10-2026, 19:00
    Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib
  • 15-10-2026, 18:36
    Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə