Sizin reklam burada 728×90
Son dəqiqə

Bakıdan Həştərxana müntəzəm uçuşlar bərpa olunur

07.09.2026 17:31 116 1 dəq oxunur
Bakıdan Həştərxana müntəzəm uçuşlar bərpa olunur
Bakı-Həştərxan-Bakı istiqamətində müntəzəm uçuşlar sentyabrın 30-da bərpa olunacaq.

Bu barədə "Report" Həştərxan Beynəlxalq Hava Limanına istinadən xəbər verir.

Bildirilib ki, "Azərbaycan Hava Yolları" QSC (AZAL) Azərbaycan paytaxtına birbaşa müntəzəm uçuşları həyata keçirəcək.

Məlumata əsasən, Həştərxan Beynəlxalq Hava Limanından uçuşlar həftədə üç dəfə - çərşənbə, cümə və bazar günləri planlaşdırılır. Səyahət müddətinin 1 saat 25 dəqiqə olması gözlənilir. Daşıyıcı bu marşrut üzrə "Embraer E-190" təyyarələrindən istifadə edəcək.

Xatırladaq ki, AZAL 2025-ci il fevralın 3-də Rusiyanın Həştərxan şəhəri üzərində hava məkanının mütəmadi olaraq bağlanması səbəbindən Bakı-Həştərxan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırmışdı.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az