“Üçtərəfli Bəyanat Azərbaycanın hərbi qələbəsini siyasi reallığa çevirdi” -
”2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış üçtərəfli Bəyanatdan altı il ötür. Bu tarix Azərbaycanın müasir tarixində yeni siyasi və geosiyasi reallıqların formalaşdığı, 44 günlük Vətən müharibəsinin hərbi-siyasi nəticələrinin beynəlxalq səviyyədə təsbit olunduğu mühüm mərhələ kimi yadda qalıb”.
Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, 10 Noyabr Bəyanatı sadəcə hərbi əməliyyatların dayandırılması haqqında sənəd deyil, 30 ilə yaxın davam edən işğalçılıq siyasətinin iflasa uğramasının və Azərbaycanın öz tarixi torpaqları üzərində suveren hüquqlarını bərpa etmək istiqamətində qazandığı böyük Qələbənin siyasi təsdiqi idi:
“44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının iradəsini, milli birliyini, ordumuzun döyüş qabiliyyətini və Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyini bütün dünyaya nümayiş etdirdi. 2020-ci il sentyabrın 27-də başlayan əks-hücum əməliyyatları nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Hadrut qəsəbəsi və onlarla yaşayış məntəqəsi işğaldan azad edildi. Noyabrın 8-də Şuşanın azad olunması isə müharibənin taleyini müəyyənləşdirən həlledici hadisəyə çevrildi. Məhz bu qələbədən sonra Ermənistan hərbi-siyasi məğlubiyyətini qəbul etmək və kapitulyasiya xarakterli sənədə imza atmaq məcburiyyətində qaldı. Prezident İlham Əliyev 10 noyabr 2020-ci ildə Azərbaycan xalqına müraciətində bu günü ölkəmiz üçün tarixi gün adlandıraraq üçtərəfli Bəyanatın münaqişənin həllində mühüm rolunu xüsusi vurğuladı.
Bəyanatın şərtləri Azərbaycanın ərazi bütövlüyünün bərpası prosesində mühüm hüquqi-siyasi və praktiki nəticələr yaratdı. Sənədə əsasən, hərbi əməliyyatlar dayandırıldı, Ağdam rayonu noyabrın 20-dək, Kəlbəcər rayonu noyabrın 25-dək, Laçın rayonu isə dekabrın 1-dək Azərbaycana qaytarıldı. Beləliklə, Azərbaycan Ordusunun hərbi uğurları nəticəsində düşmənin nəzarətində qalan ərazilər də siyasi razılaşma əsasında ölkəmizin nəzarətinə keçdi. Bu, həmin rayonların əlavə hərbi itkilər verilmədən azad olunması baxımından xüsusi əhəmiyyət daşıyırdı. Bəyanatda məcburi köçkünlərin və qaçqınların doğma yurdlarına qayıtması, əsir və girovların, eləcə də meyitlərin mübadiləsi, bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin bərpası kimi mühüm məsələlər də öz əksini tapdı.
Bununla yanaşı, sənəd regionda yeni təhlükəsizlik və kommunikasiya arxitekturasının formalaşmasına zəmin yaratdı. Laçın dəhlizinin fəaliyyəti, Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonları arasında nəqliyyat əlaqələrinin təmin edilməsi bəyanatın əsas müddəalarından idi. Xüsusilə, Naxçıvanla Azərbaycanın digər bölgələrini birləşdirəcək nəqliyyat kommunikasiyalarının yaradılması məsələsi regional əməkdaşlıq və iqtisadi inteqrasiya baxımından strateji əhəmiyyət kəsb edirdi. Bu müddəa Azərbaycanın uzun illər ərzində qarşıya qoyduğu mühüm geostrateji hədəflərdən birinin reallaşdırılması üçün siyasi zəmin formalaşdırdı. Beləliklə, hərbi müstəvidə qazanılmış qələbə regionun gələcək nəqliyyat, iqtisadi və siyasi münasibətlərinə də təsir göstərməyə başladı.
Altı illik dövrün ən mühüm tarixi nəticələrindən biri də ondan ibarətdir ki, Azərbaycan 10 Noyabr Bəyanatı ilə əldə etdiyi hərbi-siyasi üstünlüyü dövlət suverenliyinin tam bərpası istiqamətində ardıcıl siyasətlə davam etdirdi. 2023-cü il sentyabrın 19–20-də həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazisində dövlət suverenliyi və konstitusiya quruluşu tam bərpa olundu. Bununla da 2020-ci ildə əldə edilmiş tarixi Zəfərin siyasi və hərbi nəticələri daha da möhkəmləndirildi. 2024-cü ilin aprelində isə Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılmasına başlanıldı və həmin ilin iyununda proses başa çatdı. Bu hadisələr Azərbaycanın müstəqil qərarvermə iradəsinin, beynəlxalq hüquqa əsaslanan mövqeyinin və dəyişən geosiyasi şəraitdə öz milli maraqlarını təmin etmək bacarığının göstəricisi oldu.
Bu gün 10 Noyabr Bəyanatına yalnız müharibəni dayandıran sənəd kimi yanaşmaq düzgün olmazdı. Onun əhəmiyyəti həm də Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqların sonrakı siyasi proseslərə təsirindədir. Münaqişənin hərbi mərhələsinin başa çatması regionda sülh gündəliyinin formalaşmasına, sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiyaların açılması, iqtisadi əməkdaşlıq və qarşılıqlı suverenliyin tanınması məsələlərinin aktuallaşmasına şərait yaratdı. Azərbaycan qalib dövlət kimi regional münasibətlərin gələcək modelinin formalaşmasında əsas aktorlardan birinə çevrildi. Bu reallıq bir daha göstərdi ki, müharibədə əldə edilən qələbə yalnız hərbi uğurla məhdudlaşmır, onun siyasi, diplomatik və iqtisadi nəticələri də uzunmüddətli perspektivdə dövlətin mövqeyini müəyyən edir.
Prezident İlham Əliyevin müharibədən sonra səsləndirdiyi “Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan bu münaqişəni təkbaşına həll edib, həm döyüş meydanında və ondan sonra masa arxasında” fikri altı il əvvəl baş verən hadisələrin mahiyyətini aydın ifadə edir. Bu sözlər Azərbaycanın öz gücünə, xalq-ordu birliyinə və milli iradəsinə arxalanaraq tarixi ədaləti bərpa etdiyini nümayiş etdirir. 10 Noyabr Bəyanatı isə həmin tarixi prosesin mühüm siyasi mərhələsi kimi Azərbaycan dövlətçiliyinin salnaməsində öz yerini tutub. Ən əsası, bu tarix xalqımızın yaddaşında torpaqlarına qovuşmaq əzminin, milli birliyin və qətiyyətli dövlət siyasətinin təntənəsi kimi yaşayır. Çünki Azərbaycan üçün Zəfər yalnız işğala son qoymaq deyil, həm də gələcək nəsillərə suveren, bütöv və qüdrətli dövlət miras qoymaq deməkdir”.
Müəllif: Günay Hacıyeva
SİA.az

Şikayət və təkliflər üçün qaynar xətt
Xəbər, şikayət və təklifinizi bizə göndərin
Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz
BakuNews.az

[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]
[category=13]