• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Prezident İlham Əliyevin hər bir sözü bizim üçün yaddaş kitabçasıdır

Cəmiyyət

9-05-2023, 18:39

Şuşa Azərbaycan üçün milli qürurdur, milli mənlikdir, mədəniyyətdir, incəsənətdir, tarixdir. Rəşadətli Ordumuzun Şuşaya bayraq sancması və bu xəbərin müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən xalqa çatdırılması 28 ildən sonra milli qürurumuzun da, mənliyimizin də, mədəniyyətimizin də, incəsənətimizin də, tariximizin də azad edilməsini, hətta yeni yüksəliş mərhələsinə daxil olmasını sübut etdi. Şuşanın işğaldan azad olunması Qarabağın döyünən ürəyinin xilas edilməsi demək oldu”. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Azərbaycanın tarixi şəhəri, bütün Qafqazın mədəniyyət mərkəzi hesab edilən, öz hərbi-strateji önəmi ilə yanaşı, həm də mənəvi əhəmiyyəti olan Şuşanın şanlı ordumuz tərəfindən azad edildiyini bildirdi. Şuşanın azadlığı ordumuzun gücünün, xalqımızın birliyinin, Ali Baş Komandanımızın sərkərdəlik qabiliyyətinin təzahürüdür. Bu zəfər faktiki olaraq müharibənin taleyinin həllində önəmli rol oynayacaq və böyük önəm kəsb edir.

Şuşanın Azərbaycan xalqı üçün tarixi, mədəni və mənəvi əhəmiyyəti hamıya məlumdur. Mədəniyyətimizə böyük sənətkarlar, diplomatiyamıza uzaqgörən siyasətçilər, hərbimizə böyük qəhrəmanlar bəxş edən Şuşanın 1992-ci il mayın 9-da erməni birləşmələri tərəfindən işğal edilməsi xalqımızı ikiqat sarsıtmış, onda böyük kədər hissi doğurmuşdu. 28 il yarım ərzində xalqımız Azərbaycanın alınmaz qalası hesab edilən Şuşanın işğal edilməsi ilə barışmayıb, işğal altındakı bütün torpaqlarımızın, o cümlədən doğma Şuşanın azad ediləcəyinə hər zaman inanıb. Bu gün Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuz Şuşanı erməni işğalçılarından azad edərək bütün xalqımıza böyük sevinc hissi bəxş etdi, onun ümid və gözləntilərini, arzu və istəyini reallığa çevirdi. Şuşanın azad olunması o deməkdir ki, ordumuz onun ətrafındakı digər yaşayış məntəqələrinə də nəzarət edə biləcək, düşməni bu torpaqlarımızdan da çıxarmaq üçün Şuşanın üstün strateji mövqeyindən istifadə edə biləcək.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq” cümlələri Azərbaycanın son yüz illik tarixinin ən möhtəşəm müjdəsidir. Qələbə xəbərinin elan edilməsindən öncə dövlət başçısının ümummilli lider Heydər Əliyevin ruhu önündə nümayiş etdirdiyi ehtiram, məhz ulu öndərin vəsiyyətini yerinə yetirdiyini deməsi Azərbaycanın həm də dövlətçilik prinsiplərinə sahib olduğunu göstərdi. Strateji əhəmiyyətli məsələlərlə bağlı vəsiyyətlərin mövcudluğu və yerinə yetirilməsi yalnız oturuşmuş dövlətçilik ənənəsinə malik olan dövlətlərdə müşahidə edilə bilər".

Şuşanın azad olunması ilə, şəhidlərimizin intiqamının alınması ilə, bu böyük qələbəni Azərbaycan xalqına bəxş etməklə Ulu Öndərin vəsiyyəti yerinə yetirildi.

28 il erməni vandallarının işğalı altında olan Şuşanın 08.11.2020-ci ildə azad edilməsi Azərbaycanın möhtəşəm qələbəsidir. Şuşanın azadlığa qovuşması müzəffər azərbaycan ordusunun şücaəti, xalqımızın birlik ruhunun möhkəmliyi, şəhidlərimizin qanı bahasına,cənab Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti,əzmkarlığı hesabına baş verdi.
Şanlı tariximizi yazmaqla beynəlxalq aləmdə haqq səsimizə səs verməyənlərə, ədalətsizliyə göz yuman hegemon dövlətlərə xalqımızın,dövlət başçımızın qətiyyətini bir daha nümayiş etdirdik.
Mədəniyyət beşiyi olan tarixi şəhərimiz Şuşa Qafqazın konservatoriyası şöhrətini özünə qaytara biləcək,burada musiqi məktəbləri, konservatoriya, musiqi alətləri sənayesi, “Xarı Bülbül” festivalı da daxil olmaqla müxtəlif musiqi tədbirləri şəhərin şöhrətini özünə qaytaracaq. Şuşada həmçinin turizmin inkişaf potensialı var. Şuşada Pənahəli xanın sarayı, Yuxarı Gövhər ağa məscidi, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evi, Molla Pənah Vaqifin məqbərəsi, Şuşa mağara düşərgəsi, Şuşa qalası kimi tarixi abidələr və muzeylər ziyan görsə də, sürətlə bərpa işləri aparılacaq. Şuşa tarixi, sağlamlıq və mədəni turizm üçün böyük imkanlara malikdir. Turşsu yaylaqları, Səkili bulağı, İsa bulağı, Şəmilin bulağı, Cıdır düzü və s. turizm üçün geniş perspektivlər vəd edir. Turşsu şəfalı və müalicəvi suyu isə sağlamlıq turizminin inkişafına gətirib çıxaracaq. Şuşa həm də Qarabağ xalçaçılıq sənətinin mərkəzlərindən biri kimi inkişaf imkanlarına malikdir.
Qarabağımızın azad olunması bu gün hər bir azərbaycanlının ruhunu təzələdi,qırılmış ümüdlərinə məlhəm oldu.Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Şuşamızı,işğaldan azad olunmuş digər şəhər,qəsəbə və kəndlərimizi abadlaşdıracaq,bu yerlərə yeni həyat gətirəcəyik.

Şuşanın işğaldan azad olunması Azərbaycan Ordusunun qəhrəmanlıq nümunəsidir

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusu Vətən müharibəsində hər bir şəhər və kəndimizin işğaldan azad edilməsi zamanı qəhrəmanlıq səhifəsi yazdı. İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlıqla və peşəkarlıqla həyata keçirdiyi ən uğurlu əməliyyatlardan biri də Şuşa döyüşləridir. Vətən müharibəsi zamanı hər gün surətlə irəliləyən, torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusu oktyabrın ortalarında Hadrut qəsəbəsini, daha sonra Xocalı rayonunun Çanaqçı kəndini, ardından isə strateji Şuşa-Laçın yolunun bir hissəsini düşməndən azad edib. Bundan sonra qəhrəman əsgər və zabitlərimiz yüngül silahlarla sıx meşələrdən, dərin dərələrdən keçərək, qayalara, dağlara dırmaşaraq düşməni üzbəüz döyüşdə məhv edib, təbii istehkam olan Şuşa şəhərini azad ediblər. Xarici hərbi ekspertlərin də diqqət mərkəzində olan bu döyüşlər hərbçilərimizin yüksək döyüş taktikası seçməsinin, peşəkarlığının və vətənpərvərliyinin nəticəsi idi.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsinin tarixi əhəmiyyətindən danışarkən deyib: “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir”.

Şuşa şəhəri 28 il erməni işğalında qalsa da, sınmadı, əyilmədi. İşğalçılar bu şəhərdən xalqımızın izini silə, Azərbaycan ruhunu itirə bilmədilər. Prezident İlham Əliyevin dediyi kimi “İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idik və biz gəldik. Müzəffər xalq kimi gəldik”.
Bəli, biz 28 illik ayrılıqdan sonra Şuşaya qayıtdıq. Bizim bu qayıdışımızla Şuşaya yeni ruh, yeni nəfəs gəldi. İndi ermənilərin işğal dövründə Şuşaya vurduğu yaralar sağalır, mədəniyyət paytaxtımızın yeni inkişaf dövrü başlayır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində üçrəngli dövlət bayrağımızın Şuşa şəhərində dalğalanmasından iki il ötür. Vətən müharibəsinin 43-cü günündə - 2020-ci il noyabrın 8-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın işğaldan azad olunması müjdəsi ilə xalqımıza böyük sevinc, qürur və fəxarət bəxş etdi. Xalqımız 30 ilə yaxın həsrətində olduğu doğma Şuşa şəhərinin azad edilməsini böyük coşqu hissi ilə qarşıladı. Şuşa şəhərinin rəşadətli Ordumuz tərəfindən işğaldan azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə həlledici təsir göstərərək Zəfər Günü kimi tariximizə yazıldı.

Şuşanın işğaldan azad olunması Azərbaycan Ordusunun qəhrəmanlıq nümunəsidir

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusu Vətən müharibəsində hər bir şəhər və kəndimizin işğaldan azad edilməsi zamanı qəhrəmanlıq səhifəsi yazdı. İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlıqla və peşəkarlıqla həyata keçirdiyi ən uğurlu əməliyyatlardan biri də Şuşa döyüşləridir. Vətən müharibəsi zamanı hər gün surətlə irəliləyən, torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusu oktyabrın ortalarında Hadrut qəsəbəsini, daha sonra Xocalı rayonunun Çanaqçı kəndini, ardından isə strateji Şuşa-Laçın yolunun bir hissəsini düşməndən azad edib. Bundan sonra qəhrəman əsgər və zabitlərimiz yüngül silahlarla sıx meşələrdən, dərin dərələrdən keçərək, qayalara, dağlara dırmaşaraq düşməni üzbəüz döyüşdə məhv edib, təbii istehkam olan Şuşa şəhərini azad ediblər. Xarici hərbi ekspertlərin də diqqət mərkəzində olan bu döyüşlər hərbçilərimizin yüksək döyüş taktikası seçməsinin, peşəkarlığının və vətənpərvərliyinin nəticəsi idi.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsinin tarixi əhəmiyyətindən danışarkən deyib: “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir”.

Azərbaycanın mədəni paytaxtı və bütün Qafqazın incisi hesab olunan Şuşa şəhəri tarixi, mədəniyyət və memarlıq abidələri ilə zəngindir.İşğala qədər Şuşada memarlıq abidəsi sayılan yüzlərlə yaşayış binası, mədəniyyət və tarixi abidə var idi. Ermənilər işğal etdikləri digər rayon və şəhərlərdə olduğu kimi, Şuşada da tarixi keçmişimizi, mənəvi yaddaşımızı silmək istəyiblər. Şəhərdəki mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər talan edilib, dağıdılıb və ya erməniləşdirilib.

Şuşa şəhərində erməni vandalizminə məruz qalan qədim yaşayış binaları, tarixi-memarlıq nümunələri və mədəniyyət ocaqlarından XVIII əsrə dair Şuşa qalasının divarlarını, Pənah xanın sarayı və kitabxanasını, İbrahim xanın bürcü və qəsrini, Xan sarayı və karvansarayı, M.P.Vaqifin mədrəsəsi və türbəsini, Yuxarı məscid mədrəsəsini, Hacıqulların malikanəsini, İkimərtəbəli karvansarayı, Mehmandarovların malikanə kompleksini, Gövhər ağa, Xoca Mərcanlı, Hacı Abbas, Mərdinli, Saatlı, Köçərli məscidlərini, Xurşidbanu Natəvanın evi və bulağını, Ə.B.Haqverdiyevin, Q.B.Zakirin, M.M.Nəvvabın, S.S.Axundovun, N.B.Vəzirovun, Y.V.Çəmənzəminlinin, Behbudovların, Fərəməzovların, Zöhrabbəyovun, Bəhmən Mirzənin, Xan Şuşinskinin, tarzən Sadıqcanın evlərini, Mamay bəyin evini, məscidi və bulağı, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev-muzeylərini, Şirin su hamamını və sairi göstərmək olar.
Şuşa şəhəri 28 il erməni işğalında qalsa da, sınmadı, əyilmədi.İşğalçılar bu şəhərdən xalqımızın izini silə, Azərbaycan ruhunu itirə bilmədilər. Prezident İlham Əliyevin dediyi kimi “İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idik və biz gəldik. Müzəffər xalq kimi gəldik”.
Bəli, biz 28 illik ayrılıqdan sonra Şuşaya qayıtdıq. Bizim bu qayıdışımızla Şuşaya yeni ruh, yeni nəfəs gəldi. İndi ermənilərin işğal dövründə Şuşaya vurduğu yaralar sağalır, mədəniyyət paytaxtımızın yeni inkişaf dövrü başlayır.

Şuşada geniş bərpa-quruculuq işləri həyata keçirilir.

Şuşanın əvvəlki şöhrəti özünə qaytarılır, şəhər ənənəvi dolğun mədəni həyatına qovuşur. Şuşa işğaldan azad edildikdən dərhal sonra şəhərin bərpası istiqamətində işlərə başlanıldı. Görülən işlər sırasında infrastruktur layihələri xüsusi əhəmiyyət daşıyır. İlk olaraq “Zəfər yolu” inşa edildi, 110/35/10 kilovoltluq “Şuşa” yarımstansiyası istifadəyə verildi, Füzulidəki “Şükürbəyli” yarımstansiyasından Şuşaya 110 kilovoltluq ikidövrəli elektrik verilişi xətti çəkildi, şəhərə suyun verilməsi və həyati əhəmiyyətli obyektlərin su təchizatı təmin edildi. Hazırda Şuşa şəhərinə gedən ikinci yolun - Əhmədbəyli-Füzuli-Şuşa yolunun inşası aparılır.

Şəhərdə infrastruktur layihələri ilə yanaşı tarix və mədəniyyət abidələrinin bərpası da həyata keçirilir. Bir sıra yeni binaların da tikintisinə başlanılıb. Mədəniyyət paytaxtımızda tikinti-quruculuq işləri dövlətimizin başçısının tapşırığına uyğun olaraq şəhərin tarixi memarlıq xüsusiyyətlərinə uyğun həyata keçirilir. Prezident İlham Əliyev bu haqda deyib: “Şuşanın tarixi simasını bərpa etməliyik.Hər hansı bir tarixi memarlıq ansambla xələl gətirə biləcək başqa layihə orada icra edilməməlidir”.
Artıq Şuşada “Xan qızı” bulağı bərpa olunub. Qısa vaxtda Heydər Əliyev Fondu tərəfindən dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksində təmir-bərpa və yenidənqurma işləri görülüb. Şəhərdə görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəli və dahi Azərbaycan şairi Molla Pənah Vaqifin büstü qoyulub. Xalq artisti Bülbülün ev-muzeyi bərpa edilib. Qala divarlarında təmir-bərpa işləri aparılıb. Üzeyir Hacıbəylinin ev-muzeyində aparılacaq işlər üzrə layihə hazırlanıb. Heydər Əliyev Fondu tərəfindən Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa, Saatlı məscidlərində və Mehmandarovların malikanə kompleksində bərpa işləri aparılır.
Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyinin binası əsaslı şəkildə təmir edilib. “Xarıbülbül” və “Qarabağ” otelləri yenidənqurmadan sonra istifadəyə verilib, modul tipli xəstəxana fəaliyyətə başlayıb. Hazırda Şuşada yaşayış kompleksinin, hotel və konfrans mərkəzinin, 960 şagirdlik məktəbin, 90 çarpayılıq xəstəxananın, yeni məscidin və beşulduzlu otelin inşası həyata keçirilir, mənzil-kommunal və təmir xidmətinin inzibati binası bərpa olunur.
Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada mədəni-kütləvi tədbirlərin keçirilməsi də bərpa edilib - Vaqif poeziya günləri, Xarıbülbül festivalı, Milli Musiqi Günü çərçivəsində Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının konserti, VIII “Muğam” Televiziya Müsabiqəsinin finalı və qala-konserti və bir sıra digər mədəni-kütləvi tədbirlər keçirilib. Bütün bunlar onu göstərir ki, Şuşanın əvvəlki şöhrəti özünə qaytarılır, şəhər ənənəvi dolğun mədəni həyatına qovuşur.

Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də xalqımıza Şuşanın azad edilməsi müjdəsini verdi. Şuşa zəfəri, əslində, müharibənin taleyini həll etdi. Ertəsi gün daha 70-dən çox kəndin azad olunması xəbəri gəldi və bundan bir gün sonra Ermənistanın Baş naziri Azərbaycan Prezidentinin şərtlərini qəbul edərək kapitulyasiya aktını imzalamağa məcbur oldu.

Bütün uğurlarımız kimi bu uğurumuzun da kökündə duran ən başlıca amil xalq-Prezident birliyidir. Bu gün böyükdən-kiçiyə hər kəsin dilində bir söz var o da Ali Baş Komandan İlham Əliyev! Bu gün hər kəs onun çıxışlarını əzbər bilir. Bu gün hər kəs onun müraciətini dörd gözlə gözləyir. Bu gün onun hər bir sözü bizim üçün yaddaş kitabçasıdır. Bizə bu sevinci, bu qüruru, bu iftixarı yaşadan mərd Azərbaycan oğlu Ali Baş Komandan başda olmaqla bütün əsgər və zabitlərimizdir. Müasir dünyamızda Cənab Prezidentin rəhbərliyi altında bu gün Azərbaycan xalqı özünü qürurlu, cəsarətli, yenilməz xalq kimi bir daha təsdiq etdi. Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni tarix yazır, yeni reallıqlar diktə edir. Vətənimizi müdafiə edən və tarixi dədə-baba torpaqlarımızı işğaldan azad edən ərənlərimizin hər biri öz adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazır. Azərbaycanın şanlı, üçrəngli bayrağı Şuşada dalğalanır.

“Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” deyən dahi Heydər Əliyevin bu arzusunu bu gün cənab Prezident İlham Əliyev “Əziz Şuşa, sən azadsan.” deyərək reallaşdırdı.

Hörmətlə YAP üzvü, Xətai Rayon İcra Hakimiyyətinin könüllüsü, İDEA İctimai Birliyin üzvü və könüllüsü, Birinci vitse Prezident Mehriban xanım Əliyevanın könüllüsü, QEYD Sosial Maarifləndirmə İctimai Birliyin üzvü, Güvən Xeyriyyə ictimai Birliyin üzvü, Ulutv.İnfo xəbər portalının əməkdaşı Fərid Şərifov

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

7-11-2022, 19:45

Qədim Şuşamız qısa müddətdə İlham Əliyevin iradəsi ilə “Zəfər” adını daşıyan qələbə yoluna çevrildi

Ölkə

15-05-2023, 21:55

Şuşada tarixi gün

Siyasət

14-08-2022, 00:00

Ali Baş Komandanın rəhbərliyi ilə 44 Günlük Vətən Müharibəsində Tarixi Qələbə Əldə Etdik

Cəmiyyət

28-08-2022, 16:07

Şəhid Babək Allahverdiyev

Siyasət

11-04-2023, 19:13

Möhkəmlənən mövqeyin nümayişi - Malik Həsənov Milli Məclisin deputatı

Siyasət

7-09-2022, 17:58

İşğaldan azad olunmuş ərazilərdə könüllü proqramına start verilir

Cəmiyyət

14-07-2022, 13:52

Şuşada Vaqif Poeziya Günləri çərçivəsində kitab sərgisi təşkil olunub

Cəmiyyət

19-03-2023, 20:45

Novruz bayramının azad edilən torpaqlarda qeyd edilməsi müstəqil Azərbaycan dövlətinin tarixinin ən şanlı, qürurlu günləri sırasına daxil olur

Siyasət

9-08-2022, 15:39

Prezident İlham Əliyevin şəhid ailələrinə olan dəstəyi hər addımda hiss edilir - Şəhid anası

Cəmiyyət

28-02-2023, 00:27

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu zəfər qələbəsi əldə etdi - FOTO

Ölkə

10-04-2023, 20:43

Fidan Hüseynova: Müstəqil siyasətin müəllifi

Siyasət

26-08-2022, 12:40

Laçın şəhərində Azərbaycan bayrağı ucaldıldı, general Prezidentə məruzə etdi (VİDEO)

Araşdırma
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Hadisə
Dünən, 10:45
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
21-09-2026, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
19-09-2026, 18:12
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
19-09-2026, 13:25
17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
16-09-2026, 18:00
Badamdarda yaşayış binasında partlayış olub, xəsarət alan var
15-09-2026, 18:59
Antiinhisar Agentliyinin etibarsız saydığı “FLORA HOLLAND” MMC-ni Su Ehtiyatları Agentliyi necə qalib seçə bilir
Xəbər lenti
  • Dünən, 19:00
    İngiltərənin cənubunda miqrantlara qarşı keçirilən aksiyada 6 nəfər saxlanılıb
  • Dünən, 18:40
    Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib
  • Dünən, 18:23
    Azərbaycanın BMT-də örnək göstərilən sülh təşəbbüsü - altı aya yaranan möcüzə - ŞƏRH
  • Dünən, 18:05
    Respublikamızda qanunsuz tikililərin ən çox vüsət aldığı yerlərdən biri, bəlkə də birincisi Bakının Suraxanı rayonudur.
  • Dünən, 17:50
    Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub
  • Dünən, 17:30
    Gülnaz Dadaşova pasiyentlərin yeməyi kəsir - Xəstələrdən videofakt
  • Dünən, 17:14
    Prezident İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verib
  • Dünən, 17:03
    “Kristal Bakı”nın külli miqdarda vergi borcu var? - Sorğu
  • Dünən, 15:51
    Martin Ryan Lənkəran Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılıb
  • Dünən, 15:42
    Yeni Günəşlidə "gözdən pərdə asırlar" - Əsas yollar yenə kənarda qalıb- VİDEO
  • Dünən, 14:51
    Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ
  • Dünən, 14:43
    Binəqədidə “Şəhərsalma və Memarlıq İli”- Damlar da tikintiyə qoşulub! - VİDEO
  • Dünən, 14:00
    Peskov Putinin Trampla görüş keçirməyə hazır olduğunu bəyan edib
  • Dünən, 13:51
    Baba Rzayevin bir gündə 170 milyon manatdan çox dəyəri olan tenderləri verdiyi şirkətlər kimə məxsusdur
  • Dünən, 13:12
    Azərbaycan IEC ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
  • Dünən, 13:03
    Şirvan Peşə Liseyində Eyvazov və Bayramlı xofu - 25 ilin işçiləri işdən niyə çıxarılır?
  • Dünən, 12:52
    Sabah Azərbaycanda 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək
  • Dünən, 11:47
    İlham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib
  • Dünən, 10:45
    Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
  • Dünən, 10:22
    DYP: Yolda təhlükəsizliyin təmini tək sürücülər deyil, piyadalardan da məsuliyyət tələb edir
  • Dünən, 10:12
    Sumqayıtda “Şəhərsalma ili”nə töhfə? - Fərəcovun şəhərində "fısqırıq"
  • Dünən, 09:51
    Azərbaycan neftinin qiyməti 117 dolları keçib
  • Dünən, 09:01
    “Panda Baby” müştəriləri aldadır - Qiyməti uçuz yazıb, baha hesablayır
  • Dünən, 08:47
    Bu gün Yasamalın bir sıra ərazilərində işıq olmayacaq
  • Dünən, 08:42
    "Yol çəkmirsiniz... amma bina tikməyə icazə verirsiniz" - BELƏ ŞƏHƏR SALARLAR?
  • Dünən, 08:25
    Azərbaycana payız fəsli daxil olub
  • Dünən, 00:27
    Dünya çempionatının bürünc medalçısı Coşqun Abdullayev: “Bu qələbəmi şəhidlərimizə həsr edirəm” VİDEO
  • 22-09-2026, 19:00
    AZAL: İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır
  • 22-09-2026, 18:30
    "Birliyin gücü"nü nümayiş etdirən təlim - hədəfə doğru addım - ŞƏRH
  • 22-09-2026, 18:00
    Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb
  • 22-09-2026, 17:22
    Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir
  • 22-09-2026, 17:05
    Səxavət Kəlbəcərlidən Prezedentə MÜRACİƏT – Cavid Qurbanovun BƏƏ-dəki mülkləri və Ramiz Mehdiyev işi!
  • 22-09-2026, 16:25
    "Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq
  • 22-09-2026, 16:01
    Satıcı aldatdı, telefon bloklandı... – “Mobifon” MMC-dən daha bir ŞİKAYƏT
  • 22-09-2026, 15:37
    Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə