• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Möhkəmlənən mövqeyin nümayişi - Malik Həsənov Milli Məclisin deputatı

Siyasət

11-04-2023, 19:13

“11 aprel 2018-ci il növbədənkənar prezident seçkilərindən 5 il keçir. Ölkəmizin həyatında əlamətdar olan hər bir hadisə daim keçilən yolun təhlili fonunda qarşıdakı dövrün hədəflərinə diqqət yetirməyi bir tələbə çevirir. Seçkilərin növbədənkənar keçirilməsi özündə bütün məqamları, çağırışları ehtiva edib. Belə ki, Azərbaycan ərazilərinin uzun illər boyu davam edən işğalına tezliklə son qoymaq üçün dövlətin daha da gücləndirilməsi, ölkə daxilində islahatları sürətləndirərək çevik idarəetmənin qurulması, xalqın hakimiyyətə etimadının bir daha sınaqdan çıxarılması üçün növbədənkənar seçkilərin keçirilməsi zəruri idi. Yaranmış mürəkkəb beynəlxalq şərait, müxtəlif dövlətlər arasında münasibətlərin gərginləşməsi çevik addımların atılmasını labüd etmişdir. 11 aprel 2018-ci il prezident seçkiləri Azərbaycanın həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Cənab İlham Əliyevin 20 ilə yaxın Prezidentliyi dövrünün 2003-2020-ci illəri torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq, son iki ildən çoxu bu ərazilərdə quruculuq işlərinin aparılması mərhələsi kimi xarakterizə edilir. Ümumilikdə cənab İlham Əliyevin bu illər ərzində xalqa verdiyi hər bir vədini konkret əməldə təsdiqləməsi Prezident-xalq birliyini daha da möhkəmləndirir, sarsılmaz edir. Möhtərəm Prezidentimiz ilk gündən bəyan etdi ki, Azərbaycanın qüdrətli dövlətə çevrilməsi üçün ulu öndər Heydər Əliyevin siyasəti davam etdirilməlidir. 20 ilə yaxın dövrün reallıqları bu vədin sözdə deyil, əməldə təsdiqidir. Prezident İlham Əliyev Ümummilli Liderin 2003-cü ildə xalqa tarixi müraciətində əksini tapan inamı və etimadı uğurlu siyasəti, təkmil islahatları ilə doğrultdu.”

Ulutv.İnfo xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib. Millət vəkili vurğulayıb ki, 2003-cü ildə Heydər Əliyev siyasətinin davamına səs verən Azərbaycan xalqı qazanılan uğurların fonunda seçimində yanılmadığını bildirir: “Azərbaycan iqtisadi, siyasi, humanitar, diplomatik, xarici siyasət sahəsində davamlı uğurları ilə diqqətdə oldu. Cənab İlham Əliyev iqtisadi tərəqqini ilk gündən bütün inkişafın əsası kimi dəyərləndirdi və belə bir çağırışı etdi ki, “Neft kapitalını insan kapitalına çevirək!”. Regionların malik olduğu potensialdan səmərəli istifadə edərək qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək üçün Regional inkişaf proqramları təsdiqləndi və uğurla icra edilir. Dördüncü Dövlət Proqramı cənab İlham Əliyevin Fərmanı ilə 2019-cu ildə təsdiqləndi. 2019-2023-cü illəri əhatə edən Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının sonuncu ilindəyik. Onu da qeyd edək ki, tarixi Zəfərimizdən sonra yeni Dövlət Proqramlarının, İnkişaf Strategiyasının təsdiqlənməsinə böyük zərurət yarandı. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” bunun bariz nümunəsidir.”

Malik Həsənov bildirib ki, qeyri-neft sektorunun inkişafına geniş imkanlar yaradan enerji diplomatiyamız da dünyanın diqqətindədir: “2003-2018-ci illərdə enerji sektorunda qazanılan uğurların davamı olaraq 2018-ci ilin may ayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu. Həmin ilin iyun ayında bu layihənin əsas tərkib hissələrindən olan TANAP, 2020-ci ilin sonunda isə TAP istifadəyə verildi. Son illərdə bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılmasının əsas hədəf olduğunu nəzərə alsaq Azərbaycanın bu sahədə qazandığı uğurlar imzalanan sənədlərdən aydın görünür. Ötən ilin iyulunda Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu, Buxarestdə Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin imzalanması Azərbaycanın etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin nümayişidir.”

Azərbaycanın son 5 ildə qazandığı uğurları bir yazıda əhatə etməyin mümkünsüzlüyünü bildirən millət vəkili qeyd edib ki, 2018-ci ilin prezident seçkilərinin nəticələri xalqın iradəsini əks etdirdi: “Azərbaycan xalqı görülən işlərə səs verdi. Prezident İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatlara səs vermiş oldu. Demokratik institutların inkişafı ilə bağlı siyasət davamlı olaraq reallaşdırılır. Siyasi müstəqillik sayəsində Azərbaycan xalqı öz taleyinin sahibidir. Dövlət başçısı İlham Əliyev 2018-ci il 18 aprel tarixində keçirilən andiçmə mərasimində bildirmişdir ki, həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir: “Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm. Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib. Azərbaycan xalqı görülən işlərə yüksək qiymət vermişdir, görülən işlərə səs vermişdir. İnkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs vermişdir.”

Malik Həsənov belə bir ümumiləşdirməni aparıb ki, əsrə bərabər olan 20 ilə yaxın dövrün zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi dayanır: “Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun çoxəsrlik tariximizə yazdığı Zəfər səhifəsi xalqımızın yenilməzliyinin, məğrurluğunun təsdiqi oldu. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı. Bu reallıqlar Azərbaycanın sözünün imzası qədər əhəmiyyətini daha da artırır. İşğaldan azad edilmiş ərazilərdə sıfırdan başlayan genişmiqyaslı bərpa-quruculuq işləri ölkəmizin malik olduğu iqtisadi imkanları nümayiş etdirir. İlklərə imza atan Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi ilə dünyaya təkmil dirçəliş modelini təqdim edir. Azərbaycanın inkişaf strategiyası real hədəflərə yönəlib.”

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

11-04-2023, 19:15

Sədaqət Vəliyeva: Əsrə bərabər 5 il

Dünya

1-09-2022, 11:10

Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək

Ölkə

8-04-2023, 01:53

Milli Məclisin deputatı Malik Həsənov seçicilərlə görüşüb - FOTO

Siyasət

8-04-2023, 01:37

Sevinc Fətəliyeva: Yeni reallıqlar Azərbaycanın daha böyük uğurlar əldə etməsinə hədəflənib

Gündəm

1-02-2023, 23:14

Fərid Şərifov: Prezident İlham Əliyevin rəhbərliyi altında bugünkü Azərbaycan gəncliyi vətənə bağlı gənclikdir.

Ölkə

9-04-2023, 14:56

Azərbaycan gənci olaraq hər zaman cənab Prezidentin yanındayıq və əmrindəyik - FOTO

Siyasət

27-04-2023, 23:57

Malik Həsənov: Vaxtında atılan mühüm addımlar

Siyasət

1-09-2022, 12:45

Prezident İlham Əliyevin İtaliyaya səfəri ikitərəfli strateji tərəfdaşlığı daha da genişləndirəcək - Sevil Mikayılova

Siyasət

1-03-2023, 00:24

YAP Sabunçu rayon təşkilatı 30 illik yubileyini qeyd etdi - FOTO

Ölkə

1-05-2023, 19:23

Enerji siyasəti ölkəmizin enerji təhlükəsizliyinin qarantıdır

Siyasət

19-07-2022, 13:07

"Azərbaycan-Aİ əlaqələrinin inkişafı istiqamətində yeni mərhələnin başlanğıcı qoyuldu" - RƏY

İqtisadiyyat

9-04-2023, 23:08

Kamilə Əliyeva: Dostluq münasibətləri Azərbaycan-Tacikistan əlaqələrinin gələcək inkişafına böyük töhfə verəcək

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
Dünən, 09:01
Goranboyda minik avtomobili yük avtomobilinə çırpılıb, bir ailənin 5 üzvü xəsarət alıb
1-11-2026, 11:00
Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub
29-10-2026, 17:20
Ceyranbatanda 10 şagird zəhərlənib
29-10-2026, 11:24
Masallıda minik avtomobili yük maşınına çırpılıb, bir nəfər ölüb
28-10-2026, 14:50
Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu
28-10-2026, 10:35
Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
Xəbər lenti
  • Bu gün, 09:12
    Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
  • Dünən, 19:00
    Cənubi Koreya prezidentinin və administrasiya əməkdaşlarının məlumatları sızdırılıb
  • Dünən, 18:31
    Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb
  • Dünən, 18:26
    Gədəbəydə də Binəqədi modeli? - Hacıbaba Babayevin özfəaliyyəti davam edir...
  • Dünən, 18:01
    Ceyhun Bayramov Yaponiyanın yeni səfiri ilə siyasi dialoqun genişləndirilməsini müzakirə edib
  • Dünən, 17:53
    Əli Həsənovun qızı Dubaydakı biznesini milyon dollara satmaqdan imtina etdi - İLGİNC
  • Dünən, 17:39
    Rusiya rəsmi olaraq İşgəncələrə Qarşı Avropa Konvensiyasından çıxıb
  • Dünən, 17:31
    Bakıda onmərtəbəli binada lift kabusu - "Hər dəfə birimiz liftdə alırıq"
  • Dünən, 17:04
    Zelenski ABŞ-a "Patriot" müqabilində neft zavodlarına bir aylıq zərbə endirilməməsi üçün şərt qoyub
  • Dünən, 16:43
    ADP-dən Azərbaycan-Rusiya münasibətləri ilə bağlı xəbərdarlıq: Türkiyə ilə strateji müttəfiqlik gücləndirilməlidir
  • Dünən, 16:35
    Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsi
  • Dünən, 16:34
    “Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib FOTOLAR
  • Dünən, 16:31
    Səhiyyə Nazirliyinin institutlarında kütləvi kadr dəyişikliyi - Direktorların kürkünə birə düşüb
  • Dünən, 16:15
    "Vikinq" - "Sabah" matçının hakimləri müəyyənləşib
  • Dünən, 16:13
    Kişilərdə Döş Böyüməsi (Ginekomastiya) əməliyyatı icbari tibbi sığorta ilə mümkündürmü? – ARAŞDIRMA
  • Dünən, 15:35
    Gəncə Texnologiya Universitetinin rektoru səlahiyyətdən necə sui-istifadə edir?
  • Dünən, 15:07
    İrəvan-Moskva gərginliyi artır: Zaxarovanın sərt dili, Kremlin Belarus rıçaqı
  • Dünən, 14:53
    Neftçalada yaşanan ekoloji fəlakətin cavabını kim verəcək? -Yaşıllığı məhv edilən şəhər
  • Dünən, 14:22
    Sabah Bakıda 23 dərəcə isti olacaq
  • Dünən, 13:20
    Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib
  • Dünən, 13:00
    Emin Əmrullayev Ağstafada vətəndaşları qəbul edəcək
  • Dünən, 12:43
    Elçin Yusubov qiymətləndirmə sektoruna NECƏ NÜFUZ EDİB... - İLGİNC FAKTLAR...
  • Dünən, 12:01
    İsrail ordusu Qəzza zolağında HƏMAS-ın dörd yaraqlısının öldürüldüyünü bildirib
  • Dünən, 11:45
    Media və Yayım Şurası: Türkiyənin sosial media seqmentində Azərbaycan Prezidentinin adından həqiqətə uyğun olmayan fikirlər yayılır
  • Dünən, 11:31
    Bakının göbəyində VERGİDƏN YAYINMA... - BU NƏDİ BELƏ...
  • Dünən, 11:07
    Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
  • Dünən, 10:42
    FHN-in Baş İdarəsi 10 ayda 1,5 milyon manatlıq 26 ədəd xidməti maşın alıb - ARAŞDIRMA
  • Dünən, 10:20
    Milli Müdafiə Universitetinin rektoru ABŞ-yə səfər edib
  • Dünən, 10:13
    PABEDA restoranı, yoxsa marketinq fəlakəti? - REPLİKA
  • Dünən, 09:23
    Azərbaycan Premyer Liqası: X turun son oyununda "Sumqayıt" "Şəfa"nı qəbul edir
  • Dünən, 09:17
    Sakinlər keçmiş deputatın şirkətindən başçıya ŞİKAYƏT ETDİLƏR
  • Dünən, 09:01
    Goranboyda minik avtomobili yük avtomobilinə çırpılıb, bir ailənin 5 üzvü xəsarət alıb
  • 1-11-2026, 16:00
    İran XİN Britaniyanın MI6 və Hərbi Dəniz Qüvvələrini terrorçu kimi tanıyıb
  • 1-11-2026, 15:00
    Qətərin tankeri Fars körfəzində hücuma məruz qalıb
  • 1-11-2026, 14:30
    Bakı-Tbilisi əlavə qatar reysində yüz faizlik doluluq qeydə alınıb
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə