• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

"Azərbaycan-Aİ əlaqələrinin inkişafı istiqamətində yeni mərhələnin başlanğıcı qoyuldu" - RƏY

Siyasət

19-07-2022, 13:07

"Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər yüksələn dinamika ilə inkişaf edir. Bu münasibətlər Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir".

Bu sözləri bakunews.az-ya report-a istinadən açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Onun sözlərinə görə, Azərbaycan Aİ ilə münasibətlərini bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf etdirir:

"Hazırki siyasi çərçivədə iki tərəfin əlaqələrinin əsas kökünü təşkil edən "Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri" adlı sənəd mövcuddur. Sənəd 2018-ci il iyul ayında Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Aİ Şurasının həmin vaxtkı Prezidenti Donald Tuskun iştirakı ilə paraflanıb. Ümumilikdə Azərbaycanla Aİ arasında bir çox sənədlər imzalanıb".


Deputat xatırladıb ki, 2021-ci ilin dekabr ayında isə qarşılıqlı razılıq əsasında “Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri” adlı sənəd 2024-cü ilədək uzadılıb:

"Bu da münasibətlərimizin inkişafı istiqamətində çox mühüm addımdır. Ümumilikdə, bu sənədə uyğun olaraq ən vacib məqamlardan biri də odur ki, hər iki tərəf bir-birinin ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi və ölkələrin beynəlxalq sərhədlərinin toxunulmazlığının dəstəklənməsi öhdəliyini götürərək gələcək tərəfdaşlığın sütunlarından biri kimi təsbit edilib".

C.Osmanov vurğulayıb ki, Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Onun sözlərinə görə, Azərbaycanın ticarətinin 40 faizdən çoxu məhz Aİ-yə üzv dövlətlərinin payına düşür:

"Biz son dövrlər Aİ Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində mühüm addımlar atdığını görürük. Belə ki, Mişelin iştirakı ilə Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında 2021-ci ilin dekabr, 2022-ci ilin aprel və may aylarında üç dəfə görüşlər keçirilib. Brüsseldə keçirilən görüşlərdən sonra səsləndirilmiş bəyanatlar Aİ- Azərbaycan münasibətlər çox uğurlu olub. Aİ də Azərbaycanın təqdim etdiyi sülh gündəliyini məhz masa üzərində müzakirə predmetinə çevirib. Azərbaycan tərəfindən yaradılan reallığı qəbul edib".


Milli Məclisin deputatı bildirib ki, Azərbaycan Aİ-nin enerji təhlükəsizliyini şaxələndirən, təmin edən bir ölkədir:

"Azərbaycan-Aİ arasında enerji sahəsində çox böyük əməkdaşlıq layihələri həyata keçirilir. Biz buna misal olaraq, 2006-cı ildə Brüsseldə imzalanmış Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumunu, 2011-ci ildə Bakıda imzalanmış Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannaməni göstərə bilərik. Bundan əlavə, 2018-ci ildə qəbul edilmiş Azərbaycan-Aİ Tərəfdaşlıq Prioritetləri sənədində 4 prioritet əməkdaşlıq istiqamətindən biri kimi bağlantılar, enerji səmərəliliyi, ətraf mühit və iqlim fəaliyyəti təsbit olunub.

2021-ci ilin dekabr ayında qarşılıqlı razılıq əsasında Tərəfdaşlıq Prioritetləri 2024-cü ilədək uzadılıb. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2015-ci ildə Cənub Qaz Dəhlizi layihəsinin icrası məsələlərinin əlaqələndirilməsi məqsədi ilə layihə iştirakçıları və tərəfdaş dövlətlərin enerji nazirlərindən ibarət Cənub Qaz Dəhlizi Məşvərət Şurası yaradılıb və müxtəlif zamanlarda 8 iclas keçirilib. Beləliklə, qarşıda duran prioritetlər müəyyənləşdirilib. Eyni zamanda biz bilirik ki, 2020-ci ilin dekabr ayının sonunda TAP layihəsinin işə düşməsi ilə Azərbaycan qazının Qərbə verilməsi təmin edilib. Beləliklə, əlbəttə, əlaqələrimiz daha da gücləndi”.

Deputat vurğulayıb ki, iyul ayının 18-də Azərbaycan-Aİ əlaqələrinin inkişafı istiqamətində yeni mərhələnin başlanğıcı qoyulub:

“Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayenin Azərbaycana səfəri və bu səfər çərçivəsində Azərbaycanla Aİ arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memarondumunun imzalanması ilə Aİ-nin Azərbaycanı özünə əsas enerji tərəfdaşı seçməsinin göstəricidir. Bu sənədin nəticəsində Azərbaycanın Avropanın enerji təminatını ödəməsi istiqamətində yeni səhifə açıldı. Memarondumun əsas mahiyyəti Azərbaycan qazının sabit və təhlükəsiz şəkildə Aİ-yə çatdırılmasının təmin edilməsidir”.

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

İqtisadiyyat

12-04-2023, 23:08

Sevinc Fətəliyeva: Azərbaycan-Qazaxıstan münasibətləri uğurla inkişaf edir

Siyasət

19-07-2022, 18:39

Ceyhun Bayramov: “Pandemiyaya baxmayaraq, Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşı olaraq qalır”

Siyasət

8-02-2023, 19:33

Azərbaycan – Rumıniya əlaqələri tarixi və strateji əhəmiyyətə malikdir

Siyasət

27-04-2023, 23:57

Malik Həsənov: Vaxtında atılan mühüm addımlar

Cəmiyyət

14-04-2023, 20:46

Fidan Hüseynova: "Əməkdaşlığın inkişaf etdirilməsinin uğurlu davamı"

Siyasət

21-08-2022, 17:08

Aleksandar Vuçiç Serbiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin qurulduğunu deyib

Siyasət

10-08-2022, 12:41

Azərbaycan və Əlcəzair arasında iki sənəd imzalanıb

Ölkə

18-02-2023, 00:26

İlham Əliyev: Azərbaycanla İsrail arasında müdafiə və hərbi-texniki sahədə əməkdaşlıq inkişaf edir

Siyasət

7-02-2023, 18:09

Prezident üç ölkə ilə imzalanmış sazişi təsdiq etdi

Siyasət

8-04-2023, 01:51

Sevinc Fətəliyeva: Tacikistanla imzalanmış sənədlər qarşılıqlı münasibətləri daha da gücləndirəcək

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
Dünən, 17:20
Ceyranbatanda 10 şagird zəhərlənib
Dünən, 11:24
Masallıda minik avtomobili yük maşınına çırpılıb, bir nəfər ölüb
28-10-2026, 14:50
Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu
28-10-2026, 10:35
Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
24-10-2026, 11:49
Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb
22-10-2026, 17:42
Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub
Xəbər lenti
  • Bu gün, 10:17
    Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi bu gün müəyyənləşəcək
  • Bu gün, 10:03
    Arzuxan Əlizadənin Milli Məclisdə etmədiyi çıxışı: Əhməd necə oğlandı? - AKTUAL
  • Bu gün, 09:38
    Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib
  • Bu gün, 09:31
    "Uğur-2" MTK-dan sakinlərə BORC TƏLƏSİ - NARAZILIQ VAR...
  • Bu gün, 09:00
    Günün qoroskopu: Rəhbərinizdən yaxşı xəbər gözləyə bilərsiniz
  • Dünən, 19:00
    İranın sabiq Ali Rəhbərinin oğlu Meysəm Xameneinin sağ olduğu açıqlanıb
  • Dünən, 18:40
    Berlində fəallar daha bir ali məktəbin girişini bağlayıblar
  • Dünən, 18:22
    İsraildə səslərin 97,3%-i sayılıb: heç bir blok çoxluq əldə etməyib
  • Dünən, 18:14
    Gəldilər... Baxdılar... Getdilər: 300-500 MANAT ÖDƏMƏLİSƏN! - GİLEY
  • Dünən, 17:56
    İlham Əliyev İspaniya Kralına başsağlığı verib
  • Dünən, 17:45
    Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
  • Dünən, 17:20
    Ceyranbatanda 10 şagird zəhərlənib
  • Dünən, 16:55
    Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq
  • Dünən, 16:47
    "VİP Motors" MMC-də qalmaqal: Zeynal Usubov şirkətinin direktorunu məhkəməyə verdi
  • Dünən, 16:29
    Zakir Həsənov Slovakiyanın Baş Qərargah rəisini qəbul edib
  • Dünən, 16:16
    Əli Əsədov Gürcüstanda işgüzar səfərdədir
  • Dünən, 15:42
    KİV: İrəvan–Mineralnıye Vodı reysi havada olarkən qəza siqnalı verib
  • Dünən, 15:30
    ADNSU-dan çıxdı, AzTU-ya şöbə müdiri keçdi - BUNDAN SONRA...
  • Dünən, 15:12
    Azərbaycandan Ukraynaya 1,5 milyon dollarlıq elektrik avadanlıqlarından ibarət humanitar yardım çatdırılıb
  • Dünən, 15:00
    Neftçala yenə suyun içində – 5 milyona qurulan kanalizasiya sistemi niyə işləmir? – VİDEO
  • Dünən, 14:42
    Azərbaycan və Türkiyə XİN başçılarının təkbətək görüşü keçirilib
  • Dünən, 13:19
    Sabah Bakıda hava yağmursuz olacaq
  • Dünən, 13:10
    Şərur təhsilində ŞOK OLAY: Direktor yığdığı rüşvəti yuxarılarla BÖLÜŞMƏDİ... - BU NƏDİ BELƏ?
  • Dünən, 12:39
    XİN rəhbəri: Azərbaycan TDT-nin daha səmərəli fəaliyyət göstərməsi istiqamətində səylərini davam etdirəcək
  • Dünən, 12:31
    Məhkəmə Ramil Məmmədli və rəhbərlik etdiyi “Grand-Mart”ı CƏZALANDIRDI - TƏFƏRRÜAT
  • Dünən, 12:14
    Kamran Əliyev Rusiyanın baş prokurorunu yubiley medalı ilə təltif edib
  • Dünən, 11:55
    600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! - Dubaydan Bakıya uzanan müəmmalı hadisə
  • Dünən, 11:24
    Masallıda minik avtomobili yük maşınına çırpılıb, bir nəfər ölüb
  • Dünən, 11:06
    Dövlət maşını, YOXSA ,Bakı Şəhər Təhsil İdarəsinin müdiri NƏRMİNƏ xanımın uşağının OYUNCAĞI... - BU NƏDİ BELƏ?
  • Dünən, 10:42
    Azərbaycanda yeni ombudsman seçiləcək
  • Dünən, 10:34
    ""Bolmart"dan kimsə soruşmalıdır ki..." - "...niyə köhəlmiş çörəyi satırsan?"
  • Dünən, 10:01
    Azərbaycan neftinin qiyməti 125 dolları keçib
  • Dünən, 09:48
    Şagirdin həyatını itirdiyi, jurnalistlərin döyüldüyü 225 nömrəli məktəbin direktoru kimdir? - Keçmiş təlim-tərbiyə işləri üzrə direktor müavini...
  • Dünən, 09:35
    Mehriban Əliyeva sosial media hesablarında Türkiyənin Cümhuriyyət Bayramını təbrik edib
  • Dünən, 09:27
    “Nə maaşımı verdilər, nə də təzminatımı...” - şirkətdənsə deyirlər ki...
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə