• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

YAP Sabunçu rayon təşkilatı 30 illik yubileyini qeyd etdi - FOTO

Siyasət

1-03-2023, 00:24

Fevralın 28-də Bakı Gənclər Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının yaradılmasının 30 illiyi qeyd edildi.
Ulutv.İnfo xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Mərkəzin qarşısında abidəsini ziyarət edərək, önünə qızıl gül dəstələri qoydular.


Bakı Gənclər Mərkəzinin akt zalında davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda mübarizədə canlarını qurban vermiş Vətən oğullarının, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov iştirakçıları bu əlamətdar gün münasibətilə təbrik etdi. Bildirdi ki, dahi şəxsiyyət Heydər Əliyevin yaradıcısı olduğu, bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası ötən 30 ildə çətin və şərəfli yol keçib. Bu gün YAP ənənələri olan partiya, həmçinin nəinki ölkəmizin, bütövlükdə Cənubi Qafqaz regionunun aparıcı siyasi təşkilatı kimi tanınır və nüfuz qazanıb. YAP zamanın tələbi, xalqın istəyi ilə yaradılan partiyadır. Partiyanın cəmiyyətin avanqard qüvvəsinə çevrilməsini şərtləndirən əsas amil də məhz xalqın partiyası, ən əsası dahi şəxsiyyətin adı ilə bağlı olmasıdır. Ümummilli Liderin dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdiyi Yeni Azərbaycan Partiyası ötən 30 ildə Azərbaycanı inkişaf etdirmək qüdrətinə malik partiya olduğunu təsdiqlədi.
Araz Xudadanov qeyd etdi ki, YAP Sabunçu rayon təşkilatı partiyanın ilk yaradılan təşkilatları sırasındadır. Bu gün rayon təşkilatı 99 ərazi partiya təşkilatında 11 mində artıq üzvü birləşdirir.

YAP Sabunçu rayon təşkilatının sədri böyük inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasının sözlə əməl birliyinin sıralarının kəmiyyət və keyfiyyət baxımından zənginləşməsində mühüm rol oynadığını da diqqətə çatdırdı. Bildirdi ki, partiyanın ilk Proqramında əksini tapan hədəflərə yüksək səviyyədə nail olması bu siyasi qüvvənin 2021-ci il martın 5-də VII qurultayının keçirilməsini bir zərurətə çevirdi. Bir mühüm məqamı xüsusi qeyd etməliyik ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın 2017-ci ildə Azərbaycanın Birinci vitse-prezidenti, 2021-ci ildə Yeni Azərbaycan Partiyasının VII qurultayında partiya Sədrinin Birinci müavini təyin edilməsi həm ölkənin, həm də YAP-ın həyatında mühüm tarixi hadisə oldu. Xalqımız əmindir ki, dövlət başçısı İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində Azərbaycan, Yeni Azərbaycan Partiyası bundan sonra da möhtəşəm uğurlara imza atacaq.

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev ölkəmizin, Yeni Azərbaycan Partyasının keçdiyi inkişaf yolundan geniş bəhs etdi. Vurğuladı ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə yaratdığı möhkəm təməl bugünkü Azərbaycanın dayanıqlı inkişafında öz sözünü deyir. Ulu Öndər Azərbaycanı canından artıq sevməsi ilə fəxr etməklə yanaşı, daim onun çiçəklənməsinə, qüdrətlənməsinə səy göstərib. Onun yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının da əsas prinsipi dövlətə, xalqa xidmətdir. 30 ilin uğurları həm Azərbaycanın möhkəm təməl üzərində inamla irəlilədiyini, həm də Yeni Azərbayan Partiyasının zəngin bir yol keçdiyini nümayiş etdirir. Ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqilliyinin daimiliyini təmin etdi, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev ərazi bütövlüyümüzü bərpa etməklə Azərbaycanı dünyaya qalib ölkə kimi təqdim etdi. Bu gün nəinki paytaxt Bakı və Bakıətrafı qəsəbələr, eyni zamanda, bütün regionlarımız, işğaldan azad edilmiş ərazilərimiz əsl quruculuq meydanına çevrilib. Bütün bunlan Heydər Əliyev siyasətinin təntənəsidir.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasıın üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsi və təbliği istiqamətində atdığı addımlardan bəhs etdi. Bildirdi ki. dövlətə, xalqa bağlılıq, Vətən sevgisi dahi şəxsiyyətin bütün təşəbbüslərinin, qərarlarının mahiyyətində dayanıb. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Ümummilli Liderin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” tezisini həyat amalına çevirib, müasir müstəqil, qalib Azərbaycanın daha da qüdrətlənməsinə öz töhfələrini verməyə səy göstərir.

Sadiq Qurbanov Yeni Azərbaycan Partiyasının xalqın istəyi, zamanın tələbi ilə yaradıldığını önə çəkərək diqqəti xalqın böyük əksəriyyətinin istəyini özündə əks etdirən 91 nəfər ziyalının ulu öndər Heydər Əliyevə müraciətinə və dahi şəxsiyyətin bu müraciətə cavabına yönəltdi. Ulu Öndər həmin cavabı ilə yenə də xalqının yanında olduğunu, belə bir partiya yaradılarsa onun gələcəyinə böyük inam bəslədiyini bildirdi. Məhz bu inamın davamı olaraq Prezident İlham Əliyev partiyanın VII qurultayında belə bir əminliyi ifadə etdi ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov bildirdi ki, YAP tarixin sınaqlarından şərəflə çıxan, qələbələr partiyası kimi nüfuz qazanan partiyadır. Çünki bu partiyanın yaradıcısı zəngin idarəçilik təcrübəsinə malik olan ulu öndər Heydər Əliyevdir. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə Azərbaycanın, Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələ başladı. Bu gün həmin mərhələnin uğurları fonunda Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsindən, Yeni Azərbaycan Partiyasının 30 illik yubileyinin zəfər ruhunda, yeni reallıqlara söykənərək qeyd edilməsindən bəhs edirik. Çünki dahi şəxsiyyət Heydər Əliyev 2003-cü ildə xalqa tarixi müraciəti ilə bugünkü inkişafın əsasını yaratdı. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev son 20 ilə yaxın müddət ərzində Azərbaycana ən yüksək zirvələri fəth etdirir.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə Yeni Azərbaycan Partiyasının dünənin, bu günün və gələcəyin partiyası olduğunu əsaslı şəkildə diqqətə çatdırdı. Bildirib ki, partiya zamanın tələbi ilə yaradıldı və özünə olan etimadı yüksək səviyyədə doğrultdu. Bu gün partiyanın sıralarında birləşən üzvlərin böyük əksəriyyəti gənclərdir. Gənclərimiz partiyada öz potensial imkanlarını ortaya qoymaq üçün geniş meydan görürlər. Ulu öndər Heydər Əliyev daim bu çağırışı edirdi ki, gələcəyimiz gənclərə bu gün nəyi və necə öyrətməyimizdən asılıdır. Dahi şəxsiyyətin bu tezisi bütün dövrlər üçün öz aktuallığını qoruyur. Bu gün tarixi Zəfərimizin qəhrəmanlarından bəhs edərkən gənclərimizin Vətən, torpaq sevgisini böyük qürurla qeyd edirik.
YAP Mərkəzi Aparatının təşkilat şöbəsi müdirinin müavini Rafael Gülməmmədov partiyanın keçdiyi inkişaf yolundan geniş bəhs etdi. Bildirdi ki, ulu öndər Heydər Əliyev daim bu çağırışı diqqət çatdırırdı ki, Yeni Azərbaycan Partiyasına xidmət etmək millətə, xalqa, müstəqil Azərbaycan dövlətinə xidmət etmək deməkdir. Bu gün partiyanın sıralarında birləşən 800 minə yaxın üzvün hər biri ulu öndər Heydər Əliyevin ideyalarının, Onun layiqli davamçısı partiyanın Sədri İlham Əliyevin uğurlu siyasətinin təbliğatçısı olmaqdan qürur duyur. Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır. Dahi şəxsiyyət Heydər Əliyevin dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdiyi Yeni Azərbaycan Partiyası ölkəmizin dayanıqlı inkişafına öz töhfələri ilə diqqətdədir. İki ildən artıqdır ki, bütün tarixi günləri, əlamətdar hadisələri Zəfər ruhunda qeyd edirik. Bu əlamətdar gündə Azərbaycanın, Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan bəhs etmək hər birimiz üçün sevinclidir.

Tədbirin sonunda YAP Sabunçu rayon təşkilatının yaradılmasının 30 illiyi münasibətilə bir qrup təşkilat üzvünə Fəxri fərmanlar, partiya sıralarına yeni daxil olanlara isə üzvlük vəsiqəsi təqdim edildi.

Sonda Yeni Azərbaycan Partiyasının 30 ildə keçdiyi şərəfli yolu özündə əks etdirən sənədli film nümayiş olundu.

F.Şərifov
Ulutv.İnfo

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

8-05-2023, 21:46

Şamaxıda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan tədbir keçirilib

Video / Bölgə

9-05-2023, 18:57

Ümummilli Liderin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən danışıldı - FOTO/VİDEO

İdman

22-04-2023, 22:06

Neftçala Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə yarış keçirilib

Cəmiyyət

20-05-2023, 01:19

Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir - FOTO

Bölgə

9-05-2023, 18:44

Namiq Camalov: Ümummilli Lider Heydər Əliyevin dövlətimizin inkişafı uğrunda titanik fəaliyyətindən danışıb - FOTO

Cəmiyyət

27-04-2023, 22:50

Aprelin 26-sı görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Sabunçu Gənclər Evində tədbir keçirilib

Bölgə

6-05-2023, 21:21

İsmayıllıda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib - FOTO

Cəmiyyət

7-04-2023, 22:52

BDU və Tərtər Rayon İcra Hakimiyyəti Ulu Öndərin 100 illik yubileyinə həsr olunan konfrans keçirəcək

Siyasət

12-08-2022, 14:43

Prezident Ağsuda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib

Bölgə

10-05-2023, 20:57

Oğuzda Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib - FOTO

Hərbi

3-02-2023, 19:39

“Ümummilli lider Heydər Əliyev və vətənpərvər Azərbaycan gəncliyi” mövzusunda tədbirlər keçirilib

Bölgə

1-05-2023, 22:09

Göyçay Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilib

Araşdırma
“Ekstrasens Etibar” ritualları ilə kimlərdən “CİN” çıxarıb? -Araşdırma
Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II
Fazil Mustafaya sui-qəsd edən Səricanovun oğlunun həbs müddəti uzadılıb
Qusarda şəhid bacısının torpaq sahəsi saxta sənədlərlə ələ keçirilib – Ailə 7 ildir ədalət axtarışında
Qida Sənayesi Kollecində saxta imtahan mexanizmi: Təhsil alverə çevrilir? ARAŞDIRMA
Yuxarı Qarabağ kanalında qalmaqal: Texnika qeyri-qanuni işdə yandırıldı
Hadisə
Dünən, 17:37
Mərdəkanda dənizdə batan var
Dünən, 12:39
Rusiyada saxlanılan daha 4 azərbaycanlıya - Bu qədər həbs cəzası verildi
21-07-2025, 18:44
Sumqayıtda dənizdə azyaşlı qıcolmadan ölüb
21-07-2025, 09:04
Sumqayıtda çoxmərtəbəli binadakı yanğında 17 nəfər tüstüdən zəhərlənib - SİYAHI
19-07-2025, 16:30
Gəncədə 22 yaşlı qız döyülərək öldürüldü - Şübhəli atasıdır
19-07-2025, 10:42
Xəstəxanada çəkilən video haqda detallar məlum oldu - 3 nəfərə cinayət işi açıldı
Xəbər lenti
  • Dünən, 18:53
    İstanbulda xəstəxana yanır
  • Dünən, 18:47
    Ukrayna səfiri: Kiyev Azərbaycanla humanitar minatəmizləmə sahəsində əməkdaşlığı genişləndirəcək
  • Dünən, 18:06
    Hakan Fidan Suriyadakı vəziyyətlə bağlı: Təhlükəsizliyimizə təhdid olsa, müdaxilə edəcəyik
  • Dünən, 18:00
    Rusiyada “Baza”nın beş əməkdaşı saxlanılıb
  • Dünən, 17:45
    Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
  • Dünən, 17:37
    Mərdəkanda dənizdə batan var
  • Dünən, 17:15
    Ceyhun Bayramov Gürcüstan Prezidenti ilə görüşüb
  • Dünən, 17:00
    Şərurda vətəndaşın işi TƏRS GEDİR... - Çünki məmuru KƏLLƏMAYALLAQDIR...
  • Dünən, 16:30
    Azərbaycanda qablaşdırılan dərmanlar tender zamanı 5 il yerli mal hesab olunacaq
  • Dünən, 16:24
    BU NƏDİ BELƏ: “Qarabağ” dovğasının üzərinə seperatçıların xəritəsi yerləşdirilib - FOTOFAKT
  • Dünən, 15:49
    Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
  • Dünən, 15:39
    Maşınını xadimələrə yudurdan direktor işdən çıxarıldı,bəs müavini Arifə Məmmədova haqqında hansı tədbir görüldü?
  • Dünən, 15:18
    "Sübut yox, cəza var: Şəkərli Diabetdən əziyyət çəkən məhkumdan Prezidentə Açıq Müraciət"
  • Dünən, 14:50
    Rəşad Nəbiyev Füzulidə vətəndaşları qəbul edəcək
  • Dünən, 14:40
    “Medipoint“ klinikasında qanunsuzluq – Blogeri reklam çəkilişi üçün əməliyyat otağına saldılar
  • Dünən, 14:17
    Sabirabadda yol tikintisinə 2,1 milyon manat ayrıldı - Sərəncam
  • Dünən, 13:12
    Prezidentdən Milli Mətbuat Günü ilə bağlı - Paylaşım
  • Dünən, 12:58
    NDU-də nonses - Rektor biabırçılığı araşdırmaq əvəzinə müəllim və tələbə heyətini sosial şəbəkələrdə trolluğa məcbur edir.
  • Dünən, 12:39
    Rusiyada saxlanılan daha 4 azərbaycanlıya - Bu qədər həbs cəzası verildi
  • Dünən, 10:00
    İran XİN rəhbəri: Tehran raket proqramının inkişafı üzərində işləməyə davam edir
  • Dünən, 09:30
    Tramp: ABŞ İranın nüvə obyektlərinə yenidən zərbələr endirməyə hazırdır
  • Dünən, 09:00
    Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
  • Dünən, 06:40
    Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür
  • 21-07-2025, 18:52
    Rusiya-Ukrayna danışıqları bu həftə İstanbulda keçirilə bilər
  • 21-07-2025, 18:44
    Sumqayıtda dənizdə azyaşlı qıcolmadan ölüb
  • 21-07-2025, 18:36
    Rusiyadan işçi miqrantlarla bağlı daha bir tələb
  • 21-07-2025, 18:17
    Azərbaycan Prezidentinin köməkçisinin adından saxta açıqlama yayılıb
  • 21-07-2025, 17:57
    Prezident milli mətbuatın 150 illik yubileyi münasibətilə media nümayəndələrini təltif edib
  • 21-07-2025, 17:39
    Mənzil-Kommunal Təsərrüfatı Departamenti yenə də GÜL VURUR... - TƏFƏRRÜAT
  • 21-07-2025, 17:09
    İlham Əliyevin Xankəndi açıqlamaları – Azərbaycanın regional və qlobal miqyasda önəmi - ŞƏRH
  • 21-07-2025, 16:55
    323 saylı baxçada hər uşaq üçün 30 manat pul yığılır?
  • 21-07-2025, 16:13
    Azərbaycanın iqtisadiyyat naziri Çexiyada iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edəcək
  • 21-07-2025, 15:53
    Trampla Putin bu ölkədə görüşə bilərlər
  • 21-07-2025, 15:24
    Agentlik xarici ölkələrdə təhsil alan tələbələrə müraciət edib
  • 21-07-2025, 15:03
    Ərdoğan: Suriya təxminən 2500 əsgəri ilə bölgəyə nəzarəti ələ keçirmək yolundadır
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə