Sizin reklam burada 728×90
Son dəqiqə

Neftçala Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə yarış keçirilib

22.04.2023 22:06 717 1 dəq oxunur
Neftçala Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə yarış keçirilib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Neftçala Rayon Polis Şöbəsində əməkdaşlar arasında silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə yarış keçirilib.

Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda, eləcə də vətən müharibəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Daha sonra polis əməkdaşları 88, 97 və 97 kiloqramdan artıq çəki dərəcələri üzrə güclərini sınayıblar. Hər üç çəki dərəcəsi üzrə qalib gələn əməkdaşlar diplom və medallar təltif olunublar.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az