Sizin reklam burada 728×90
Son dəqiqə

Bu ilin on ayında pensiya ödənişlərinə 6 milyard manatdan çox vəsait yönəldilib

12.11.2026 11:24 37 1 dəq oxunur
Bu ilin on ayında pensiya ödənişlərinə 6 milyard manatdan çox vəsait yönəldilib
Bu ilin 10 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (608 milyon manat) çox olmaqla 6 milyard 527 milyon manat vəsait yönəldilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb:

"Noyabrın 1-i tarixinə pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 596 manata, o cümlədən yaşa görə orta aylıq pensiyanın məbləği 634 manata çatıb. Yanvar-oktyabr aylarında 30 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 208 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib".
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az