• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Məşhur dondurma şirkətlərinə qarşı məhkəmə başlayır

Gündəm / Sosial

23-07-2024, 10:19

İyulun 23-də Xətai Rayon Məhkəməsində hakim Pərviz Zamanlının sədrliyi ilə Azərbaycanın məşhur dondurma istehsalçısı olan şirkətlərlə keçmiş işçiləri arasında məhkəmə çəkişməsi başlayır.
“AER Company Qrup” və “Master Milk” MMC-lərin 10-dan çox işçisi Xətai Rayon Məhkəməsinə iddia təqdim ediblər.
İddiaçılar MMC rəhbərliklərinin hərəkətlərin qanunsuz hesab olunması, əmək stajının müvafiq qaydada hesablanaraq bərpa edilməsi, məzuniyyət pulunun ödənilməsi və tutulmuş məbləğin geri qaytarılması tələbi ilə çıxış ediblər.
İşçilər iddialarında yazırlar ki, 2006-cı ildən başlayaraq 2023-cü ilədək cavabdeh “AER Company Qrup” MMC-də və sonradan “Master Milk” MMC-də çalışıblar.
“Bu illər ərzində “AER Company Qrup” MMC və “Master Milk” MMC rəhbərliyi qanunlardan kənar fəaliyyət göstərib, barəmizdə ayrı-ayrılıqda əsassız sənədlər tərtib edərək bizimlə əmək münasibətlərinə xitam verilib.
Lakin münasibətlər bununla bitməyib, bizi işdən azad etdikdən sonra cavabdehin rəhbərliyi və təsisçisi saxta sənədlər tərtib etməklə barəmizdə məhkəmələrə əsassız iddialar veriblər. Bu məqsədlə 100-ə yaxın işçi qanunsuz işdən azad edilib, xeyli işçi əsassız məhkəmə çəkişmələrinə cəlb olunub, saxta aktlar və qaimələr tərtib olunaraq əsassız varlanma yolu ilə mənfəət əldə edilib. Lakin məhkəmə araşdırmaları nəticəsində cavabdehlərin rəhbərliyinin saxta sənədlər tərtib edib istifadə etdiklərinə görə barələrində xüsusi qərardad qəbul edərək Xətai Rayon Prokurorluğuna göndərilib. Bununla belə, 2023-cü ilin sonlarında araşdırmalarımız nəticəsində məlum olub ki, cavabdehlərin rəhbərliyi və təsisçiləri bizim əmək hüquqlarımızı kobudcasına pozub, Dövlət Sosial Müdafiə Fonduna ödənilməli məcburi ödənişləri əmək haqqımızdan tutusalar da, həmin vəsaitlər təyinatı üzrə ödəməyərək başqa hesablara köçürərək mənimsəyib. 2006-2023-cü illər ərzində cavabdeh “AER Company Qrup”MMC-nin və “Master Milk” MMC rəhbərliyi ciddi maliyyə-mühasibatlıq pozuntularına yol verib, öz şəxsi məqsədləri üçün ciddi maliyyə və hesabat sənədlərini saxtalaşdırıblar. Belə ki, 2008-2010-cu illər ərzində 25 min 380 manat 37 qəpik miqdarında vəsait ƏDV, gəlir vergisi, DSMF-nin hesablaşma hesabına ödənilməyib, ödənişdən yayındırılaraq sonradan dövlət vəsaiti mənimsənilib. Bundan başqa, MMC rəhbərliyi vergilərdən yayınmaq və banklardan faizə götürdüyü külli miqdarda kreditləri ödəməmək üçün bir neçə dəfə adını və rekvizitlərini dəyişdirib. Bununla belə, hüquqi şəxs təsərrüfatsızlıqdan və pis idarəetmədən faktiki olaraq iflasa uğrayıb.
Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Fuad Məmmədovun 19.04.2022-ci il tarixli qətnaməsinə əsasən MMC-in kredit borcu və bank faziləri üzrə tələb əsas vəsaitlərə, ipoteka predmetinə yönəldilib. Məhkəmə qətnaməsi qanuni qüvvəsini alıb və icra edilməsi üçün Xətai rayon İcra şöbəsinə verilib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimi Ayaz Mahmudov 06.03.2023-cü il tarixli qərarı ilə Bankın cavabdehlərin törəmə şirkəti olan AERCO-ya qarşı kredit və kreditə hesablanmış faizlərin ödənilməsi tələblərini təmin edib və qətnamə də icraya yönəldilib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-də olan işçinin hesabına qanunla müəyyən edilmiş məbləğ (icbari ödəniş) işçisinin hesabına ödənilməzsə, müvafiq məbləğ işçinin hesabına toplanmazsa,(sığorta kapitalı) işçi təqaüdə çıxsa da müvafiq təqaüdü ala bilməz. Belə işçinin hesabında müvafiq sığorta kapitalı olmazsa, işçiyə pensiya yox, işsizlik müavinəti ödənilir. Cavabdehin rəhbərliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşmiş Elektron İnformasiya Sisteminə həqiqəti əks etdirməyən məlumatlar daxil etməklə məcburi ödənişləri əmək münasibətlərində olduğu işçilərə deyil, sonradan müqavilə bağladığı işçilərin hesabına ödəmişdir. Göründüyü kimi, cavabdehin rəhbərliyi bizə külli miqdarda maddi ziyan vurub. Belə ki, əmək haqqının bir hissəsi kart vasitəsi ilə, digər hissəsi işçiyə nəğd qaydada ödənilirdi. Cavabdehin rəhbərliyinin məqsədləri vergidən və DSMF-yə ödənişlərindən (sosial sığorta) yayınmaq idi. Ona görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DSMF-də cavabdeh qismində işə cəlb edilməli,onlarda saxlanılan sübutlar-sənədlər tələb edilməli və iş üzrə ədalətli qanuni qətnamə qəbul etmək üçün müvafiq ekspertizalar keçirilməlidir. Xətai Rayon Məhkəməsinin 20.07.2011-ci il tarixli hökmü ilə Azər Əkbər oğlu Şükürova qarşı Azərbaycan Respublikası Vergilər Nazirliyinin və DSMF-nin işi üzrə 25.380.37 manat mülki iddia müəyyən edilməklə ödənilmiş hesab olunub.
Cinayət işinin icraatı zamanı DSMF-yə ödənilməli 6423.30 manat müvafiq hesaba ödənilsə də, cavabdehlərin rəhbərliyi vəsaiti bizim DSMF-də olan hesablarımıza ödəməli olduğu halda, bunun əksini edib, vəsait başqalarının hesabına ödənilib. Yəni 99596 nömrəli məhkəmə hökmünə əsasən, 14 iyul 2011-ci il tarixdə yayındırılmış sosial ayırmalardan DSMF-yə 6.423.3 manat ödəniş edilib, lakin cavabdehlərin rəhbərliyi vəsaiti bizim DSMF-də olan hesablarımıza yerləşdirməyib və vəsait mənimsənilib. Cavabdehlərin rəhbərliyi hər birimiz barədə belə qanunazidd hərəkətlər etdiyinə görə gələcəkdə təqaüdə çıxacağımız təqdirdə ciddi problemlərimiz yaranacaq. Ona görə də məhkəməyə iddia ərizəsi verərək pozulmuş hüquqlarımızın bərpa edilməsi qənaətinə gəldik.
Azərbaycan Respublikası MPM-in 4.1.maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 4.2.maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Biz mediasiyaya və Əmək Müffəttişliyinə, DOST mərkəzlərinə müraciət edərək arayışlar əldə etmişik. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsində əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi qaydalarını tənzimləyir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-1 hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sistemində gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydə alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Əmək Məcəlləsinin 288-ci maddəsinin “a” bəndinə əsasən, əmək müqaviləsinin bağlanması,ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi,əmək şərtlərinin dəyişdirilməsi, əmək haqqından,habelə digər ödəmələrdən tutulmaların aparılması və s və i. əmək mübahsələrinin həllini nizama salır. Əmək Məcəlləsinin 175-ci maddəsinə əsasən əmək haqqından tutmalara yol verilən hallar və bunun icrası qaydasında göstərilir:
a) qanunverciliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta və digər icbari ödəmələr:
Cavabdehlər DSMF-yə ödənilməli icbari ödəməni əmək haqqımızdan tutaraq başqa məqsədləri üçün xərcləyərək mənimsəyiblər.
Azərbaycan Respublikası MPM-in 150.3 maddəsinə əsasən, iddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə bunu iddia ərizəsində göstərməlidir. Cavabdehlərdə saxlanılan sənədlər-sübutları məhkəməyə təqdim edə bilmirik, ona görə ki, aramızda bir neçə mülki və kommersiya mübahisəsi var. Mövcud qanunverciliyə görə, fiziki şəxslərin ciddi hesabat-mühasibatlıq sənədlərini əldə etməsi münkünsüzdür.
Cavabdehlərin rəhbərliyi ümumiyyətlə Qanundan kənar fəaliyyət göstərir, qanunları tanımır və riayyət etmir. Bu səbəbdən 2006-cı ildən 2023-cü il tarixədək hesabat sənədləri sorğu ilə tələb edilərək tədqiq edilməlidir. Digər tərəfdən, cavabdeh MMC-in rəhbərliyi başqa məhkəmələrə sənədlərin məhv edilməsi barədə Akt təqdim edib. Cavabdeh MMC-in rəhbərliyi birimizi qanuni əsas olmadan Əmək Məcəlləsinin 70 ç maddəsi ilə işdən azad etsə də, digərləri barəsində olan əmri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq saytında yerləşdirmir. Ona görə də cavabdehlər faktiki olaraq bir neçə iddiaçı ilə əmək münasibətlərini davam etdirir, saytdan çıxarılmadığımıza görə başqa işə girə bilmirik, digər əmək müqaviləsini bağlamaq mümkün deyil. Bu səbəb və əsaslara görə keçən müddət ərzində cavabdehlər qətnamə qəbul edilən tarixə orta aylıq əmək haqqını ödəməlidir. Məhkəməyə iş üzrə obyektiv nəticəyə gəlmək üçün 2006-cı ildən 2023-cü ilədək DSMF-də, Dövlət Vergi Xidmətində və “AER COMPANY QRUP” MMC və “Master Milk” MMC-də saxlanılan sənədləri sorğu ilə tələb edib tədqiq edərək hüquqi qiymət versin.
Dövlət Vergi Xidməti qanunla üzərinə qoyulmuş vəzifəni icra etməyib və nəticədə bizə külli miqdarda maddi ziyan vurulub. Dövlət Vergi Xidməti öz fuksiyasına görə DSMF-na ödənişə nəzarət və təmin etməlidir. Bu Dövlət Vergi Xidmətinin bilavasitə vəzifəsidir. Göründüyü kimi, Vergi Xidməti vəzifələrini lazımi qaydada icra etməmiş, lazımi qaydada və miqdarda DSMF-yə ödənişi təmin etməyib.
Azərbaycan Respublikası Dövlət Əmək Müffəttişliyi Xidməti göstərdiyimiz hallara və faktlara əsasən mülki mübahisəyə 3-cü Şəxs qismində cəlb edilməli və cavabdehlərin rəhbərlərini cərimələməlidir. Cavabdehlər keçən müddət ərzində heç birimizi qanunla müəyyən edilmiş qaydada (ildə bir dəfə) məzuniyyətə buraxmayıb, məzuniyyət pulu ödəməyib və məzuniyyətdə olmadığımıza görə heç bir kompensasiya ödəməyib.
O səbəbdən iddiaçılardan Azər Şükürova məzuniyyət pulu – 5 min manat, Rza Hümbətalıyevə 3 min manat, Rasim Dəmirova 3 min manat, Əzizağa Abdullayevə -3 manat, Həbib Abdullayevə 500 manat, məzuniyyətdə olmadıqlarına görə kompensasiya (pul əvəzi) ödənilməlidir.
DSMF-yə görə ödənilməli vəsaitlər:
1. Cavabdeh “AER Company Qrup” MMC Azər Şükürova münasibətdə 2000-2020-ci (iyirmi il) illər üzrə ödənilməli məbləğ hər ili 1500 manat x 20 il = 30 min manat.
- “MasterMilk” MMC-1il x 1500 man = 1500 manat. Cəmi: 31 min 500 manat.
2. Rza Hümbətalıyev “AER Company Qrup”MMC 2005 il-2014-cü il. Cəmi 9il x 1500manat = 13 min 500 manat.
3. Cavabdeh “AER Company Qrup”MMC-ti Rasim Dəmirova münasibətdə 19.04.2016-cı ildən 20.08.2020-ci il tarixdək 4,4 il x 1500man= 6500manat.
- “Master Milk”MMC-ti 20.08.2020-ci ildən 10.12.2022il.2,4il x1500manat=3500manat.Cəmi:10.000manat.
4. Cavabdeh “AER Company Qrup”MMC-ti Həbib Abdullayevə münasibətdə 08.08.2019-cu ildən 20.08.2020ilədək.1ilx1500manat=1500manat.
- “MasterMilk”MMC-ti20.08.2020-ci ildən 19.10.2023ildək.3,2ilx1500manat=4750 manat. Cəmi 6250manat.
5. Cavabdeh “AER Company Qrup”MMC-ti Əzizağa Abdullayevə münasibətdə 24.03.2017ildən 20.08.2020ilədək 3il 5ayx1500=5125manat.
- “MasterMilk”MMC-ti 20.08.2020ildən 19.10.2023ilədək.3,2ilx1500manat=4750manat ödəməlidir. Cəmi 9.875 manat.
6. Cavabdeh “Master Milk”MMC-nə Novruzov Ülvi İlyas oğluna münasibətdə 8 ay x125man.=1000manat ödənilməlidir.
Cavabdeh: “AER COMPANY QRUP” MMC üzrə 56.625 manat, “Master Milk” MMC üzrə isə 15.500 manat
Ümumilikdə 72.125 manat pulun nəfimizə tutularaq ödəməlidir. Bundan başqa, bizimlə əmək müqaviləsinə xitam verilməklə əmək müqaviləsinin qüvvədən salınması ilə bağlı məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi hüququ Dövlət Əmək Müffəttişliyi Xidmətinə həvalə edilməlidir. Göründüyü kimi, iddia tələbimiz əsaslı və qanunidir, ona görə də təmin edilməlidir.
P.S. Yazıda adı hallanan MMC rəsmilərini dinləməyə hazırıq.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

2-12-2022, 18:13

İşdən çıxarılan jurnalist “Yeni Azərbaycan” qəzetinə qarşı məhkəmə iddiasını uddu

Cəmiyyət

12-07-2024, 14:34

“Rabitəbank” iş adamından və vəzifəli oğlundan nə istəyir? - TƏFƏRRÜAT

Gündəm / Olay

9-10-2023, 20:28

Cahangir Əsgərovun kürəkəni işçilərinə az maaş verir?

Cəmiyyət

30-11-2022, 16:11

"Yeni Azərbaycan" qəzeti məhkəmədə uduzdu

Gündəm / Cəmiyyət

27-06-2024, 10:51

"Mühafizəni çağırdı, zor gücü ilə müəssisədən çıxardıldım" - NARAZILIQ VAR...

Araşdırma / Sosial

11-10-2023, 12:55

Keçmiş məhkəmə sədri hakimlik pensiyası ala bilmirmiş - Qərar verildi

Siyasət

1-08-2022, 13:34

Cavanşir Feyziyevin şirkətinə protokol yazıldı

Gündəm

25-07-2023, 19:02

Şirkət rəhbərliyi aktı dəyişmək istəyir... - NARAZILIQ VAR!

Sosial

24-01-2023, 00:10

Pensiyaçılara artıq ödənilmiş vəsait geri alınmayacaq – İlham Əliyev təsdiqlədi

Gündəm

6-11-2023, 20:34

Apelyasiya instansiyası da Hacı Salayevin xüsusi ittihamını qüsurlu saydı - RƏDD ETDİ

Araşdırma / Olay

18-07-2023, 19:33

Generalın qanunsuz həbs etdiyi şəxslərin məhkəməsi başlayır - GƏLİŞMƏ

Cəmiyyət

26-04-2024, 16:13

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər - GİLEY

Araşdırma
Məhəmmədlidə qanunsuz tikintilərin arxasında kim dayanır? “Memar Kənan müəllimin icazəsi var”
70-C ilə işdən çıxarılan həkim yenidən necə fəaliyyətə qayıdıb? – Vuqar Səfərovla bağlı araşdırma
AAYDA rəhbərliyində himayə iddiaları: yol layihəsini dəyişdirən villa yeni problemlərin mərkəzində
Regional qəbulda “bölgü əməliyyatı”
ETN-in Daxili Nəzarət şöbəsi yoxlamaya başladı Sumqayıt 23 nömrəli məktəbdə iddialar böyüyür
Nizami rayonunda ağacların məhv edilməsi ilə bağlı iddialar – İcra başçısı narahat deyil - VİDEO
Hadisə
Dünən, 10:57
7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin məhkəmə zalında həbsi tələb olunub
27-04-2026, 11:08
Bakıda maşın piyada qadını vurdu
26-04-2026, 15:30
Xocalı rayonu sakini minaya düşüb, ayağından xəsarət alıb
26-04-2026, 14:00
Salyanda ağır qəza: Ölən var
24-04-2026, 09:30
Ağcabədidə ev yanıb, bir nəfər ölüb
20-04-2026, 13:33
Ucarda 15 yaşlı qız ana olub, cinayət işi başlanılıb
Xəbər lenti
  • Bu gün, 12:33
    Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib
  • Bu gün, 12:19
    SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə UZANAN ƏL... - Qrant qazanmağın daha bir yolu/FOTOLAR
  • Bu gün, 11:42
    Rezidenturaya qəbul imtahanının I mərhələsində 1702 namizəd iştirak edəcək
  • Bu gün, 11:34
    Səfər Mehdiyevin köməkçisi Azərbaycanı Avropa Məhkəməsinə şikayət edib - BUNA GÖRƏ...
  • Bu gün, 11:12
    Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib
  • Bu gün, 11:04
    “Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
  • Bu gün, 10:30
    Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar 5 gün ardıcıl qeyri-iş günü olacaq
  • Bu gün, 10:22
    “Summer Tour Azərbaycan” AZAL-ın adından müştərilərə yalan danışır? – Əlavə ödəniş tələb olunur
  • Bu gün, 10:00
    Azərbaycan nefti 6 dollardan çox bahalaşıb
  • Bu gün, 09:54
    Leysan Məmmədov 10 manatlıq şirkətə nə qədər pul köcürəcək? Tender oyunu….
  • Bu gün, 09:48
    Xaçmazda aliment qərarı kağız üzərində qalıb? – İcra və Probasiya xidməti hara baxır?
  • Bu gün, 09:26
    BİZİM TƏQVİM:30 apreldə baş vermiş tarixi hadisələr
  • Bu gün, 09:10
    Neft Akademiyasında törədilmiş terror aktından 17 il ötür
  • Bu gün, 08:54
    XTQ-nin yaradılmasından 27 il ötür
  • Dünən, 18:30
    Artıq metro və avtobuslarda xarici bank kartları ilə ödəniş mümkündür
  • Dünən, 18:13
    Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
  • Dünən, 17:25
    Kəmaləddin Heydərov Özbəkistanda səfərdə olub - VİDEO
  • Dünən, 16:31
    Şahin Bağırov “Temu” bağlamalarının gecikmə səbəbini açıqladı
  • Dünən, 16:22
    30 illik baş həkimin xəstəxanasında reagent yoxdur - NARAZILIQ VAR...
  • Dünən, 15:57
    "Bloomberg": Pxenyanın nüvə başlıqlarının sayı ABŞ-nin müdafiə sistemini sıradan çıxara bilər
  • Dünən, 15:48
    "Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
  • Dünən, 15:22
    Mayda temperatur 32 dərəcəyədək yüksələcək - AYLIQ PROQNOZ
  • Dünən, 15:15
    Sevinc Mikayılovanın rəhbəri olduğu baxçada körpəyə belə şiddət göstərilib…..
  • Dünən, 14:46
    Azərbaycan və Maldiv adaları qarşılıqlı olaraq vizanı ləğv edib
  • Dünən, 14:37
    Davinçi Estetikdə həkim olmadan çalışan Elvar Quluzadə…. Bu klinikanı kimlər himayə edir? -Araşdırma
  • Dünən, 13:39
    Ramiz Mehdiyev nəvəsi milyonluq sərvəti ilə Avropa və Şərq dünyasının gündəmini “top kimi oynadır”
  • Dünən, 13:34
    Zəngi liseyində mediasiya ilə bağlı maarifləndirici seminar keçirildi
  • Dünən, 13:05
    Aprelin son günündə 22 dərəcə isti gözlənilir
  • Dünən, 12:55
     İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı - TƏFƏRRÜAT
  • Dünən, 12:34
    İranda polis patruluna silahlı hücum olub: 1 ölü, 3 yaralı var
  • Dünən, 12:18
    “Bravo” vaxtı keçmiş uşaq məhsullarını endirimlə satır
  • Dünən, 12:02
    Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib
  • Dünən, 11:54
    Moskvada “Qələbə paradı” keçiriləcək
  • Dünən, 11:34
    Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək
  • Dünən, 11:22
    Nərimanovda dəmir konstruksiyalı obyektlər peyda olur - Toyxanaya, kafe, restoran? VİDEO
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə