Sizin reklam burada 728×90
Son dəqiqə

Maka Boçorişvili Bakıda Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

24.11.2026 18:19 34 1 dəq oxunur
Maka Boçorişvili Bakıda Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
Azərbaycanda səfərdə olan Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili noyabrın 24-də Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

Qonaq Fəxri xiyabanda Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Sonra Şəhidlər xiyabanına gələn Maka Boçorişvili Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az