• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Ulu Öndər Heydər Əliyev siyasəti xoşbəxt gələcəyimizin təminatçısıdır.

Cəmiyyət

29-09-2022, 16:36

Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.

Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.

Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur.

Heydər Əliyev keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Ümummilli lider Heydər Əliyevin xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik hələ gənc yaşlarından özünü göstərirdi. Naxçıvanda sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan bu böyük insan hələ gəncliyindən yüksək vəzifələr tutmuş, çiyinlərində böyük bir ölkənin yükünü daşımışdır.

Ulu Öndərin 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri kimi gördüyü işlər xalqın yaddaşında daim qalacaqdır.

Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi keçmiş SSRİ-nin geridə qalmış respublikalarından biri sayılan Azərbaycanda həyat ritmini büsbütün dəyişdi, ölkədə görünməmiş canlanma və yüksəliş, tikinti-quruculuq işləri başlandı. Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində iqtisadiyyat, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edildi, çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edildi, yeni yaşayış massivləri salındı, yollar tikildi, ucqar rayonlara qaz xətləri çəkildi.

Respublikamızın siyasi və mədəni həyatında böyük əhəmiyyəti olan saraylar, özünün görkəmi ilə şəhərə gözəllik verən neçə-neçə yaraşıqlı binalar, xalqımızın tarixində mühüm rol oynamış şəxslərə, ədəbiyyat və incəsənət xadimlərinə əzəmətli heykəllər ucaldıldı.1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmişdir.

Heydər Əliyev bir sıra beynəlxalq mükafatlara, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru adına və digər yüksək nüfuzlu fəxri adlara layiq görülmüşdür. O, beş dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilmiş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını almış, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunmuşdur.

Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə əlaqədardır.

Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır.

O, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş, buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb etmiş, dünya azərbaycanlılarının bu ümummilli liderinin heyranlıq doğuracaq dərəcədə coşğun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılmışdır.

Azərbaycan xalqı milli dövlətçiliyinin dağılmaq təhlükəsi qarşısında qaldığını gördüyü və artıq ən ağır günlərini yaşadığı bir zamanda – 1993-cü ilin iyununda mövcud hakimiyyətin dəyişilməsini təkidlə tələb etmiş və həmin vaxtdan taleyini yenə Heydər Əliyevə etibar etmişdir. Xalqının belə dar bir gündə qaldığını görüb onun təkidli dəvətini qəbul edən Heydər Əliyev Azərbaycanda yenidən böyük siyasətə qayıtmışdı. Xalq Heydər Əliyevin bu qayıdışını ümid və sevinclə qarşılamış, həmin günü isə Milli Qurtuluş günü kimi müstəqil Azərbaycanın tarixinə yazmışdır.Erməni qəsbkarları torpaqlarımızın işğalını davam etdirdiyi bir vaxtda ölkədə yaradılan müxtəlif silahlı birləşmələr dövlətə deyil də, ayrı-ayrı adamlara tabe idi. AXC-Müsavat hakimiyyəti illərində ölkədə olan xaos, özabaşınalıq, torpaqlarımızın 20 faizinin işğalı ilə nəticələndi. Belə bir vaxtda xalq bütün ümidini ulu öndər Heydər Əliyevə bağlamışdı. Xalqı və dövləti məhv olmaqdan ancaq Ulu Öndər xilas edə bilərdi. Xalqın təkidli tələbindən sonra Bakıya gələn Ulu Öndərin hakimiyyətə qayıdışı dövlətçiliyimizi xilas etdi.

Azərbaycan xalqı bu tarixi qayıdışı böyük ümidlə, inamla, səbirsizliklə gözləyirdi.

Bununla da Azərbaycan dövlətçiliyi məhv olmaqdan xilas oldu. Ümummilli Liderimiz xalqımız üçün çətin olan bir vaxtda hakimiyyətə gəldi və ölkəni real təhlükələrdən xilas etdi.

Həmin gərgin günlərdə baş vermiş hadisələri çox düzgün qiymətləndirən və böyük siyasi iradə nümayiş etdirən ulu öndər Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində tədricən ölkədə sabitlik, əmin-amanlıq yarandı, özbaşınalıq aradan qaldırıldı. Azərbaycan dövlətçiliyi ona qarşı yönəldilmiş qəsdlərdən uğurla, üzüağ çıxdı. Ümummilli Liderin qətiyyəti, möhkəm siyasi iradəsi xalqa ruh yüksəkliyi gətirdi.

Xalqın itirilmiş inamı özünə qayıtdı. Ölkədə və cəmiyyətdə sabitlik hökm sürməyə başladı.

Heydər Əliyevin sayəsində Azərbaycanın dövlət müstəqilliyi əbədi, daimi və dönməz oldu. Xalqımız Ulu Öndərimizin bu xidmətlərini heç vaxt unutmur və unutmayacaqdır.
Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdir.
Çünki müasir Azərbaycan reallığı məhz Heydər Əliyevin adı, siyasəti və fəaliyyəti ilə bağlıdır. O, sözün əsl mənasında, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının xilaskarı, dünya azərbaycanlılarının Ümummilli Lideridir. Heydər Əliyevin zəngin siyasi irsi və əbədiyaşar ideyaları isə xalqımızın tükənməz mənəvi sərvəti, milli tərəqqi yoludur.

Ümumiyyətlə, Heydər Əliyev siyasəti Azərbaycanı qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə aparan yol kimi möhtəşəm nailiyyətlərimizin əsasını təşkil edir. Ümummilli Liderin ideyaları və zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda inamla və qətiyyətlə addımlayan müasir Azərbaycan dövləti tarixinin ən qüdrətli dövrünü yaşayır, ölkəmizin müasir mənzərəsi, dünyanın siyasi sistemində yeri və rolu xalqımızda böyük ruh yüksəkliyi, gələcəyə böyük inam yaradır.

Nəticə etibarilə Ulu Öndər Heydər Əliyevin əsl müstəqillik qazanmaq, dövlətçilik ənənələrini bərpa etmək və milli inkişafa nail olaraq sabaha inamla addımlamaq missiyasını öz üzərinə götürməsi ilə Qurtuluşdan tərəqqiyə, tərəqqidən Zəfərə aparan yolun əsası qoyulmuşdur. Müstəqillik dövrünün sabitlik və inkişaf mərhələsi kimi səciyyələndirilən 1993-2003-cü illərdə Ulu Öndərin rəhbərliyi ilə görülən işlər yeni Azərbaycanın parlaq gələcəyini inşa etmişdir. Bütövlükdə, Azərbaycan tarixinin müstəqillik zirvəsi bilavasitə Ümummilli Liderin adı, siyasəti və ideyaları ilə bağlıdır. Heydər Əliyev siyasəti çoxəsrlik tarixə əsaslanan milli dövlətçiliyimizin və dövlət müstəqilliyimizin inkişaf salnaməsidir.

Heydər Əliyev – Tarixi Şəxsiyyət, tarix yaradan Ümummilli Lider.
Onu da qeyd etmək yerinə düşər ki, Ulu öndər Heydər Əliyevin gənclərə qayğısı geniş və əhatəli idi. Bu, həm gənclərin təhsil almasında, həm gənclərin qarşılaşdıqları problemlərin aradan qaldırılması istiqamətində görülən işlərdə, həm də gənclərin dövlət orqanlarına işə qəbulunda özünü göstərirdi.Ötən müddət ərzində Azərbaycanın nail olduğu inkişaf, tərəqqi bir daha sübut etdi ki, Ulu öndərin layiqli davamçısı, Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi kursu yaradıcılıqla inkişaf etdirən siyasi xadimdir. Məhz Onun rəhbərliyilə davam etdirilən siyasi kursun nəticəsində Azərbaycan dövləti regionun liderinə çevrilib.

Bir sözlə, məhz Ümummilli liderimiz Heydər Əliyevin görmək istədiyi Azərbaycan bu günün reallığına çevrilib və ölkəmiz Heydər Əliyev siyasi kursu ilə inamla addımlayır.

Mənalı həyatını öz xalqına bəxş etmiş Ulu öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq. Heydər Əliyevin irsi gələcək nəsillər üçün zəngin xəzinə olacaq.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı. Ulu öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. Müstəqilliyin ilk illərində baş vermiş iqtisadi tənəzzülün, vətəndaş müharibəsinin, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin qarşısının alınması, dövlətçilik ənənələrinin və sabitliyin bərpası məqsədilə Heydər Əliyevin atdığı qətiyyətli addımlar qısa müddət ərzində hər bir vətəndaşın həyatında hiss olunmağa başladı.
Müstəqil Azərbaycan Dövləti Yaşadıqca, Ulu Öndər Ümummilli Lider, Dahi Rəhbər Heydər Əliyev də ürəklərdə yaşayacaqdır.

Ümummilli Lider, Dahi Heydər Əliyevin Sayəsində Xalqın itirilmiş inamı özünə qayıtdı. Ölkədə və cəmiyyətdə sabitlik hökm sürməyə başladı.

Ulu Öndər Heydər Əliyev siyasəti xoşbəxt gələcəyimizin təminatçısıdır.

Ulu Öndər Ümummilli Lider Heydər Əliyevin sayəsində Azərbaycanın dövlət müstəqilliyi əbədi, daimi və dönməz oldu. Xalqımız Ulu Öndərimizin bu xidmətlərini heç vaxt unutmur və unutmayacaqdır. Həmin siyasətin uğurla davam etdirilməsi nəticəsində Azərbaycan 30 illik torpaq həsrətinə son qoydu.

Müstəqil Azərbaycan yaşadıqca, ulu öndər Heydər Əliyev də ürəklərdə yaşayacaqdır.
Ümummilli Lider Heydər Bütün Ömürünü Azərbaycana və Azərbaycan Xalqına Həsr Etmişdir.
Ulu Öndər Heydər Əliyev Tarix Yaradan Dahi Şəxsiyyətdir.
Ümummilli Lider Heydər Əliyev Müstəqil Azərbaycan Dövlətinin Qurucusu və Memarıdır.
Müstəqil Azərbaycan Dövlətinin Adı Ümummilli Lider Heydər Əliyev ilə bağlıdır.

Son olaraq mən sözlərimi Ulu Öndərim Ümummilli Liderim, Dahim Heydər Babamla Bağlı öz şeirimlə bitirmək istəyirəm.

Xalqımızın fəxri şanı
Xatırlayım hansı anı
Dolanmısan bu dünyanı
Heydər ata
Heydər Baba

Vətənimi azad edən
El qədrin daim bilən
Torpağını qəlbən sevən
Heydər Ata
Heydər Baba

İlham təki oğlun vardır
Ömür yolun bir bahardır
Xalqın hər an bəxtiyardır
Heydər Ata
Heydər Baba.


Hörmətlə YAP Xətai Rayon Təşkilatının Üzvü, Xətai Rayon İcra Hakimiyyətinin Könüllüsü, İDEA İctimai Birliyin Üzvü və Könüllüsü Fərid Şərifov.

Ulutv.İnfo

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

23-03-2023, 00:34

Fərid Şərifov: Azərbaycan var olduqca Heydər Əliyev də yaşayacaqdır

Cəmiyyət

11-05-2023, 21:01

Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarını vahid ideya ətrafında birləşdirdi

Ölkə

26-04-2023, 01:56

Heydər Əliyevin sayəsində Azərbaycanın dövlət müstəqilliyi əbədi, daimi və dönməz oldu

Siyasət

28-03-2023, 19:17

Gürcüstanın Azərbaycandakı sabiq səfiri: “Heydər Əliyev öz səmimiyyəti və davranışı ilə insanı valeh edirdi”

Cəmiyyət

20-05-2023, 01:19

Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir - FOTO

Siyasət

6-08-2022, 01:04

Ümummilli Lider, Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin əbədiyaşar memarıdır

Siyasət

13-03-2023, 23:38

Heydər Əliyev ideyaları bundan sonra da Azərbaycana daha möhtəşəm uğurlar qazandıracaq

Siyasət

8-04-2023, 01:49

Fidan Hüseynova: Xalqa Zəfər bəxş edən ordu

Siyasət

16-08-2022, 16:30

Ümummilli Lider Heydər Əliyev Müstəqil Azərbaycan Dövlətinin Qurucusu və Memarıdır.

Ölkə

15-05-2023, 21:55

Şuşada tarixi gün

Cəmiyyət

6-05-2023, 21:19

Əbədiyyətə qovuşan ömür

İqtisadiyyat

10-05-2023, 20:14

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi yad edilib - FOTO

Araşdırma
Yetkinlik yaşına çatmayanları cinayətə sövq edənlər həbs olundular - VİDEO
QHT-lərin qanunsuz medal fəaliyyəti üzrə cinayət işləri məhkəməyə göndərildi
"Oleq Bakinski"yə amnistiya aktı şamil olundu: Konstantin Kuçerin işinə baxılacaq
GDRK direktorundan Bakunews.az-a hədə: Susdurma cəhdi, qanunsuz təyinatlar və kollecdə boykot təhlükəsi ETN-i bunada susacaqsız ? VİDEOFAKT
Gəncə Dövlət Regional Kollecində “kəsir pulu” qalmaqalı: İllik təhsil haqqı artırılıb, rüşvət tələbi iddiaları davam edir
Pənah Babayevin Serviz oyunu fiaskoya uğradı - Azyaşlı uşaqların sağlamlığı təhlükə altındadı...? VİDEO
Hadisə
Dünən, 12:00
Yanıq xəsarəti alan kişi xəstəxanada öldü
Dünən, 11:00
Şəmkirdə maşın ağaca çırpıldı - Ölən var
17-01-2026, 16:28
Naxçıvanda avtobus avtomobillə toqquşub, xəsarət alanlar var
17-01-2026, 14:23
Zaqatalada bir ailənin dörd üzvü dəm qazından zəhərlənib - YENİLƏNİB
17-01-2026, 12:52
Metronun "20 Yanvar" stansiyasının platformasında bir nəfər ölüb
15-01-2026, 09:44
Qaxda qəza - Ölən və xəsarət alan var
Xəbər lenti
  • Bu gün, 16:47
    İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görüldü
  • Bu gün, 16:41
    Məmurun əri həmin videosuna görə üzr istədi
  • Bu gün, 15:53
    Tramp bu dəvəti Putinə də etdi
  • Bu gün, 15:49
    Vəhdət Partiyası 20 yanvar şəhid ailələri ilə görüş keçirib - Onlar niyə milli qəhrəman olmadılar?
  • Bu gün, 15:42
    20 Yanvar Faciəsinin 36-cı ildönümündə Xətai rayonunda Şəhid Ailələri və Əlillərlə Tədbir Keçirilib
  • Bu gün, 15:37
    Prezidentlə xanımı İsveçrədədir - Fotolar
  • Bu gün, 15:26
    Bakıda 3 dərəcə şaxta olacaq
  • Bu gün, 15:16
    Azərbaycanda iqtisadi fəal əhalinin sayı açıqlanıb
  • Bu gün, 14:56
    Yasamalda DƏRƏ XƏLVƏT... TÜLKÜ BƏY... - Bir gecəyə obyekt tikdilər...
  • Bu gün, 14:35
    Azərbaycanda əhalinin sayı açıqlanıb
  • Bu gün, 14:24
    Elm və Təhsil Nazirliyində milyonlarla manatlıq maliyyə uyğunsuzluğu - Kim qaytaracaq?
  • Bu gün, 14:12
    Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilir
  • Bu gün, 14:05
    Reyddə sahibkara qarşı münasibət müzakirə yaratdı - Video
  • Bu gün, 13:44
    Ombudsman 20 Yanvarla bağlı bəyanat yayıb
  • Bu gün, 12:55
    Xəlil Göyüşova 29 milyonluq tender verilib
  • Bu gün, 12:31
    DİN-in şəxsi heyəti 20 Yanvar şəhidlərinin xatirəsini yad edib - VİDEO
  • Bu gün, 11:55
    2 dəfə sökülüb, 3-cü dəfə tikilir – Binəqədidə işləyən neft quyusunun üstündə qanunsuz obyekt inşa olunur VİDEO
  • Bu gün, 11:35
    Sabah Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək
  • Bu gün, 11:26
    Rektor təyinatından sonra suallar artır: Texnologiya Universitetində nə baş verir?
  • Bu gün, 11:08
    Azərbaycan XİN İspaniyaya başsağlığı verib
  • Bu gün, 10:52
    “Appro Hospital”da 1 saatda 5 ölüm halı… “Xəstəxana deyil, qəssabxanadır” – Şikayət
  • Bu gün, 10:30
    Çörəkdən tam imtina etməyin hansı zərərləri var? – Mütəxəssislər XƏBƏRDARLIQ EDİR
  • Bu gün, 10:28
    Qəzza üçün Tramp Sülh Şurasına daimi üzv olan ölkələr 1 milyard dollar verməlidir
  • Bu gün, 10:22
    Güzdəkdə dağlar yarılır, qanunsuz gil daşınır: Elşən Ələkbərovu hansı məmur himayə edir?-Video
  • Bu gün, 10:06
    Baş nazir hüquqi şəxslərlə bağlı qərar imzaladı
  • Bu gün, 10:00
    İspaniyada qatarların relsdən çıxması nəticəsində ölənlərin sayı 21-ə çatıb - YENİLƏNİB
  • Bu gün, 09:47
    NƏSİMİ RAYONUNDA ZİRZƏMİLƏR DAĞDILIB, SƏKİLƏR QANUNSUZ ARTIRMALARIN QURBANINA ÇEVRİLİB - İH-DƏ SAHİBKARLARLA GİZLİ ANLAŞMALAR QURAN VƏZİFƏLİ ŞƏXS KİMDİR?
  • Bu gün, 09:34
    Keşləyə su gəlməyəcək - SƏBƏB
  • Bu gün, 09:30
    Zelenski: Rusiya Ukraynanın nüvə elektrik stansiyalarına zərər verməyə çalışır
  • Bu gün, 09:00
    Suriya prezidenti Almaniya kansleri ilə görüşü ləğv edib
  • Bu gün, 08:30
    Günün qoroskopu: risk etməmək daha yaxşıdır
  • Dünən, 21:14
    Xaçmazda olimpiada, amma suallar çoxdur… — FOTOFAKT
  • Dünən, 17:00
    Vitse-spiker: Azərbaycanla münasibətlər Gürcüstanın iqtisadi inkişafına zəmin yaradır
  • Dünən, 16:00
    Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
  • Dünən, 15:30
    FHN-dən qarlı havada axtarış-xilasetmə TƏLİMİ
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə