• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Əbədiyyətə qovuşan ömür

Cəmiyyət

6-05-2023, 21:19


Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir və bənzərsiz şəxsiyyətlərdən olaraq milyonlarla insanın qəlbində əbədi yaşayır. Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən ulu öndərimiz bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gələn millət fədaisi kimi daim böyük ehtiramla, rəğbətlə xatırlanır. Bütün ömrünü Azərbaycanın tərəqqisinə sərf edən bu müdrik insan demişdir: "Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”. Ulu öndərin fəaliyyətinə, keçdiyi ömür yoluna nəzər salanda aydın görürük ki, Heydər Əliyev bir çox siyasi xadimin edə bilmədiyini gerçəkləşdirmiş, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri arasında həmişəlik öz layiqli yerini tutmuşdur. Xalqımızın yetirdiyi nadir dövlət xadimlərindən olan Heydər Əliyev yaşadığı bütün həyatı boyu hər zaman xalqını, vətənini düşünmüşdür. Onun ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınmışdır. Ulu öndər bir dövlət başçısı kimi Azərbaycanın ən çətin, üzücü anlarında onu xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, ölkəsini bəlalardan qurtarmağı bacarmışdır. Hər zaman xalqın yanında olan və xalqın arzu-istəklərinin reallaşdırılması üçün öz canını belə, əsirgəməyən Ulu Öndər 1993-cü il iyunun 9-da Muxtar respublikadan Bakıya qayıtmaqla xalqın ölməkdə olan ümidlərini özünə qaytardı. Milli tariximizin bu unudulmaz günündə xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkə paytaxtına qayıdışı ilə müstəqil dövlətçiliyimiz parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən xilas edildi. Ümummilli liderin Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə qarşılandı. Bu tarixi qayıdış ölkədə ictimai-siyasi sabitliyin bərqərar olmasına, müstəqil dövlət quruculuğuna, sosial-iqtisadi dirçəlişə, dövlətimizin müstəqil siyasət yürüdərək dünya birliyində mövqeyinin gücləndirilməsinə imkan verdi. Milli həmrəylik təmin edildi, dövlətçiliyin əsasları yaradıldı, ölkədə iqtisadi tərəqqiyə geniş yol açıldı. Ulu öndər Azərbaycanda ictimai-siyasi vəziyyətin böhranlı bir dönəmində öz həyatını belə təhlükə altında qoyaraq baş verə biləcək təhlükələrin qarşısını almaq üçün bütün məsuliyyəti öz çiyinlərinə götürdü və bütöv bir xalqın, millətin xilaskarına çevrildi. Heydər Əliyev Azərbaycan xalqının suverenlik arzusunu tarixi reallığa çevirmiş, böyük qurbanlar bahasına əldə olunmuş müstəqilliyi zamanın çətin sınaqlarından çıxararaq qoruyub saxlamışdır. Ulu öndərin respublikamıza rəhbərlik etdiyi 34 il ərzində xalqımızın tərəqqisi naminə göstərdiyi xidmətləri saymaqla qurtaran deyil. Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir. Çünki Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur və ola da bilməz. Ulu öndər rəhbərlik etdiyi illər ərzində respublikamızda böyük elmi, intellektual kadr, iqtisadi və enerji potensialı yaradılmasına nail olmuş, ölkəmizin müstəqil yaşaması üçün möhkəm təməl qoymuşdur. Məhz buna görə Azərbaycan xalqı qazandığı müstəqilliyə və onun qorunub saxlanması sahəsində əldə etdiyi bütün nailiyyətlərə görə dahi oğluna minnətdardır. Ulu öndər yenidən hakimiyyətə qayıdarkən demişdi: "Mənim həyatım xalqa məxsusdur və bundan sonra ömrümün qalan hissəsini də xalq üçün əsirgəməyəcəyəm. Həyatımın mənasını ancaq xalqa xidmət etməkdə görürəm. Bu dahi insan Azərbaycanda hamının eyni dərəcədə inandığı bir ideologiyanın müəllifidir. O, bütün vətəndaşların hüquqlarını qoruya bilən dövlətin əsasını qoydu və yalnız hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaratdı. Umummilli liderimizin xalqın birliyi yolunda göstərdiyi yüksək fəaliyyəti hər bir soydaşımız üçün örnək olmalıdır. Biz Azərbaycanı sevməyi Heydər Əliyevdən öyrənmişik. "Azərbaycan mənim ürəyimdir, nəfəsimdir” -deyə böyük öndərimiz millətimizin və dövlətimizin əbədiyaşarlığı üçün əvəzsiz bir siyasi xətt, ideoloji baza miras qoydu. Ümummilli liderimiz Heydər Əliyev xalqımız qarşısında ən böyük və tarixi xidmətlərindən biri də ondan ibarətdir ki, o, sürətli inkişaf yoluna qədəm qoymuş Azərbaycanı cəsarətlə idarə etməyə qadir olan layiqli davamçı hazırlamışdır. Ulu öndər 2003-cü ilin oktyabırında xalqa ünvanladığı tarixi müraciətində demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümüdlər bəsləyirəm”. Bu gün qürur hissi ilə qeyd edirik ki, cənab Prezident Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev ona olan bu ümidləri layiqincə doğruldur və Heydər Əliyev siyasətini yeni məzmun və keyfiyyətdə uğurla davam etdirir. Son 20 ildə cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə yüksək inkişafa nail olub, qüdrətli ölkəyə çevrilib. Cənab Prezidentimiz tərəfindən ölkəmizin vahid bir siyasi xətt üzrə irəliyə aparılması, inkişaf istiqamətlərinin bir-biri ilə sıx bağlı olması və digər amillər Azərbaycana dünyada yeri və rolunu müəyyənləşdirib. Azərbaycan dünya miqyasında yüksək inkişaf yoluna çıxmış ölkə, beynəlxalq münasibətlərdə güclü və etibarlı tərəfdaş imici qazanmışdır. Ulu öndər bu gün cismən aramızda olmasa da onun ruhu çox şaddır. Dahi liderin arzuları reallaşdı, Azərbaycan öz tarixi torpaqlarına qovuşdu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın sözdə yox, əməldə real və məğlubedilməz ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən zəfər yürüşünə başladı. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində Qarabağda qurduğu istehkamları darmadağın etdi, işğal altındakı torpaqları düşmən əsarətindən azad etdi. Noyabrın 8-də Azərbaycan xalqı heç zaman yaşamadığı sevinci və fəxarət hissini yaşadı, 28 illik həsrətdən sonra böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Ali Baş Komandan İlham Əliyev "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" – deyən Ulu Öndərin vəsiyyətini həyata keçirdi, xalqımıza Qələbə sevincini yaşatdı. Bu tarixi qələbəni, zəfər bayramını bizlərə yaşadan Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuz, igid, rəşadətli əsgər və zabitlərimiz oldu. Bununla da Ali Baş Komandan İlham Əliyev öz adını nəinki Azərbaycan tarixinə, həm də dünya hərb tarixinə qızıl hərflərlə yazdı. Xalqımızın 30 illik torpaq həsrətinə nəhayət son qoyuldu. Prezident İlham Əliyevin özünün də dediyi kimi, o, ata vəsiyyətini, ümummilli lider Heydər Əliyevin ən böyük arzusunu - Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirmişdir. Heydər Əliyev keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Heydər Əliyev şəxsiyyətini, Heydər Əliyev fenomenini öz dəyərincə bütün incəliklərinə qədər qiymətləndirmək mümkün deyil. Çünki ulu öndərimiz kimi dahilər min ildə bir doğulur və xalqının taleyində, tarixində silinməz izlər qoyur, məmləkətin, ölkənin ən çətin, ağır dövründə xilaskar rolunu oynayır. Milyonlarla insanın ümid çırağına çevrilərək qəlblərdə əbədi yurd salmaq heç də bütün rəhbərlərə, liderlərə nəsib olmur. Hələ sağlığında canlı əfsanəyə çevrilmiş Heydər Əliyev ürəklərdə özünə əbədi abidə ucaldıb. Onun parlaq ideyaları hələ uzun illər boyu gələcəyə gedən yollarımızı işıqlandıracaqdır. Bütün mənalı ömrünü xalqa həsr edən bu nurlu şəxsiyyətə bəslənilən sevgi sonsuzdur. Qədirbilən xalqımız onun xidmətlərini heç vaxt unutmayacaq, parlaq ideyalarını öz yolunda mayaka çevirəcəkdir. Nə qədər ki, qədirbilən xalqımız var, nə qədər ki, müstəqil Azərbaycan var Ulu öndər daima qəlblərdə yaşıyacaq, xatirəsi ehtiramla anılacaqdır.

Fidan Hüseynova,

YAP Quba rayon təşkilatının sədri

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

13-03-2023, 23:38

Heydər Əliyev ideyaları bundan sonra da Azərbaycana daha möhtəşəm uğurlar qazandıracaq

Ölkə

16-04-2023, 01:40

Fidan Hüseynova: Sədaqətli həyat yoldaşı, qayğıkeş ana

Cəmiyyət

11-05-2023, 21:01

Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarını vahid ideya ətrafında birləşdirdi

Dünya

31-03-2023, 21:50

Gürcüstan parlamentinin sabiq deputatı: “Gürcüstan azərbaycanlıları Heydər Əliyevi heç vaxt unutmayacaq”

İqtisadiyyat

10-05-2023, 20:14

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi yad edilib - FOTO

Gündəm

17-02-2023, 02:21

Fərid Şərifov: Zərifə xanım Əliyeva gözlərinə işıq verdiyi, nur bəxş etdiyi minlərin, milyonların qəlbində, işığında, nurunda əbədi yaşayır.

Cəmiyyət

16-04-2023, 01:38

Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümüdür

Cəmiyyət

1-04-2023, 21:54

BDU-nin 1-ci kurs tələbəsi Aysel Quliyeva Ulu Öndər Heydər Əliyevlə bağlı yazdı - FOTO

Cəmiyyət

20-05-2023, 01:19

Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir - FOTO

Ölkə

26-04-2023, 01:56

Heydər Əliyevin sayəsində Azərbaycanın dövlət müstəqilliyi əbədi, daimi və dönməz oldu

Cəmiyyət

15-03-2023, 21:31

Fərid Şərifov: Prezident İlham Əliyev tərəfindən 2023-cü il Heydər Əliyev ili elan olunması ilə bağlı qərar hər kəsin ürəyincə oldu

Cəmiyyət

19-08-2022, 19:30

Dövlət və dövlətçiliyimin siyasətinə xidmət edirəm

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Dünən, 10:59
“Daewoo” yol kənarındakı maşınlara çırpıldı - Ölən var
Dünən, 10:00
33 yaşlı kişi Qarabağ kanalında batıb
26-07-2026, 13:00
Dənizdə batan Ümid müstəntiq işləyirmiş
26-07-2026, 10:30
Şəkidə maşın piyadaları vurdu - 1 ölü, 1 yaralı
26-07-2026, 10:00
Xəzərdə zəlzələ oldu
25-07-2026, 13:30
Qəçrəşdəki restoranda 29 yaşlı oğlan öldü
Xəbər lenti
  • Bu gün, 12:21
    Şagirdlərin sinifdə saxlanılması - məktəb direktorlarının qara bazarı
  • Bu gün, 12:11
    Mer: Türkiyə Akyaka-Gümrü dəmir yolu sahəsinin yenidən qurulmasına başlayıb
  • Bu gün, 11:23
    Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir — Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət
  • Bu gün, 11:05
    Küləkli hava günortadan sonra tədricən mülayimləşəcək
  • Bu gün, 10:50
    "Effekt-İnşaat" MTK-nın dövlətə 294 min manatdan çox BORCU VAR
  • Bu gün, 10:25
    Sabah Bakıdakı 5 məktəbə tədrisi digər dildə aparılan bölmələr üzrə sərbəst qəbul başlayır
  • Bu gün, 10:16
    “Şapka Mamed”in ətrafında çəmbər daralır - 100 milyonluq kredit maxinasiyası
  • Bu gün, 10:02
    Azərbaycanın daha 5 yunan-Roma güləşçisi mundialda mübarizəyə başlayır
  • Bu gün, 09:48
    Azərbaycan neftinin qiyməti 95 dollara düşüb
  • Bu gün, 09:43
    Zabratda Ulu Öndərin şərəfinə salınan park məhv edilir – VİDEO
  • Bu gün, 09:28
    Britaniyada milyonçuların sayı 2008-ci il böhranından bəri ən aşağı səviyyəyə enib
  • Bu gün, 09:07
    Agentlikdə sənəd qəbulu problemi – Sənədlər "qaralama"da, namizədlərə cavab gəlmir...
  • Bu gün, 09:00
    Bakının bir çox ərazisində işıq olmayacaq
  • Dünən, 19:00
    Bu il əlilliyi olan 2100 şəxs işlə təmin edilib
  • Dünən, 18:28
    Saleh Məmmədovun şərikinin adı bilindi: Təhmasib Qəniyev kimdir?
  • Dünən, 18:19
    Berlindəki terror aktı - miqrantlara qarşı yeni təbliğat - ŞƏRH
  • Dünən, 18:11
    Nəsimidə ağac soyqırımı - Qanunsuz tikililərə kim icazə verir?
  • Dünən, 17:48
    Ombudsman əcnəbi vətəndaşın müraciətini təmin edib
  • Dünən, 17:06
    MEDİA: İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir
  • Dünən, 17:00
    Mərkəzi Aran iqtisadi rayonlarında erkən nikah probleminin təhlilinə həsr olunmuş maarifləndirici tədbirlər keçirilib
  • Dünən, 16:54
    Rafiq Quliyev parkı və piyada səkisini PUB-a çevirmək üçün hansı qaydanı işlədib? - VİDEO
  • Dünən, 16:12
    Corcia Meloni: İtaliyada "No TAV" hərəkatının aksiyasında 120 polis əməkdaşı xəsarət alıb
  • Dünən, 15:58
    Xaçmaz və Xudat şəhərlərində avtomobil yollarının təmirinə xərclənən pullar və reallıqlar
  • Dünən, 15:42
    "Neftçi"nin "Dinamo" ilə oyun üçün Bolqarıstana səfər proqramı müəyyənləşib
  • Dünən, 15:25
    Mingəçevirdə yeni su "XOZEYİN"i peyda olub... Özüdə dayısı lap yuxarıdadır... İTTİHAM
  • Dünən, 14:44
    Çində daşqın nəticəsində 10 nəfər ölüb, 23 nəfər yaralanıb
  • Dünən, 14:23
    Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib
  • Dünən, 13:49
    Rusiya və Belarus vətəndaşlarını ölkəyə bu şərtlə buraxacaqlar
  • Dünən, 13:39
    Sabah külək əsəcək, 41 dərəcə isti olacaq
  • Dünən, 13:24
    Direktor hegamoniyası davam edir - Bakının 56 nömrəlı məktəbində özbaşınalığın pik həddi
  • Dünən, 13:01
    Zelenski: Rusiyanın neft bazalarına yeni zərbələr endirilib
  • Dünən, 12:48
    Təhsilin ən başqatan xanımı gül vurub, MÜTDA-nın direktor müavini Vəfa Yaqublu deyir:
  • Dünən, 11:57
    Anar Quliyev Xaçmazda vətəndaşları qəbul edəcək
  • Dünən, 11:52
    Baş idarəyə yeni rəis təyin edildi - Foto
  • Dünən, 11:42
    Ağdamın Kəngərli və Papravənd kəndlərində baş verən yanğınlar söndürülüb
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə