Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının qüvvələri Yəmən husilərinin krallığın cənub bölgələrinə doğru buraxdığı 10 ballistik raketi ələ keçirərək məhv edib.
Bu barədə koalisiyanın rəsmi nümayəndəsi Türki əl-Maliki məlumat verib.
Qeyd olunub ki, 12 saatdan az müddətdə Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri ümumilikdə 11 ballistik raketi, bir qanadlı raketi və iki pilotsuz uçuş aparatını ələ keçirib.