• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Gürcüstan parlamentinin sabiq deputatı: “Gürcüstan azərbaycanlıları Heydər Əliyevi heç vaxt unutmayacaq”

Dünya

31-03-2023, 21:50

Gürcüstanın nüfuzlu “Sakartvelos Respublika” qəzetində “Heydər Əliyev yalnız Azərbaycanın deyil, ümumiyyətlə, dünya azərbaycanlılarının ümummilli lideridir” sərlövhəli məqalə dərc olunub.

Məqalədə Gürcüstan parlamentinin sabiq deputatı Hidayət Hüseynovun müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev haqqında fikirlərinə yer verilib.

Onun sözlərinə görə, xalqımızın dahi şəxsiyyəti ilə Gürcüstan parlamentinin deputatı olarkən 5 yanvar 1996-cı ildə ilk dəfə görüşüb: “Deputat həmkarlarım birinci mənim danışmağını məsləhət bildilər. Çox həyəcanlı idim. Azərbaycan dövlətinin rəhbəri, dünya miqyaslı siyasətçinin qarşısında çıxış etmək çox böyük məsuliyyət tələb edirdi. Mən Gürcüstan Prezidenti Eduard Şevardnadzenin salamlarını çatdırdım və bəzi məsələlər barədə danışdım. Sıxıntı keçirdiyimi hiss edən Heydər Əliyev özünəməxsus şəkildə sözümü kəsdi və dedi ki, “sən yaxşı danışırsan. Gürcüstan azərbaycanlıları Azərbaycan dilində bəzi nazirlərdən yaxşı danışırlar”. Bu zarafatyana replikası ilə məni ruhlandırdı”. 

Sabiq deputat xatırladıb ki, məhz Heydər Əliyevin siyasi və zəngin dövlətçilik bacarığı nəticəsində Azərbaycan parçalanmaqdan xilas olub: “Onun 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində qətiyyətli və cəsarətli çıxışı, 1993-cü ilin iyun ayında Gəncəyə gedərək qardaş qırğınının qarşısını alması bizi çox sevindirdi. Heydər Əliyev dünyanın tarixi şəxsiyyətləri, siyasətçiləri arasında özüməxsus dəsti-xətti olan liderdir. O, təkcə Azərbaycanın və ya Gürcüstan azərbaycanlılarının deyil, dünya azərbaycanlılarının ümummilli lideridir. Biz hamımız şərəf və qürur hissi ilə deyirik ki, Heydər Əliyev heç zaman yaddaşlardan silinməyəcək”.

H.Hüseynov bildirib ki, Heydər Əliyevin qətiyyətli siyasət yürütməsi qonşu Gürcüstanla münasibətlərə də öz müsbət təsirini göstərib: “Ümummilli liderin 1996-cı ildə Tbilisidə soydaşlarımızla görüşü çox böyük tarixi əhəmiyyət kəsb edirdi. Görüş zamanı onun azərbaycanlıları diaspor deyil, aborigen xalq adlandırması sıradan məsələ deyildi. Heydər Əliyev bu bəyanatı ilə mühüm xəbərdarlıq etdi və nəzərə çatdırdı ki, Gürcüstanda yaşayan azərbaycanlılar tək deyil, onların arxasında Azərbaycan dövləti dayanıb. Onun bu sözləri tarixə düşdü. Gürcüstan azərbaycanlıları bunu unutmayacaqlar. Artıq neçə ildir Heydər Əliyev cismən aramızda deyil, amma onun adı və müqəddəs ruhu bizə dayaqdır. Biz onun əziz xatirəsini heç zaman unutmadıq və unutmayacağıq”. 

Keçmiş deputat əlavə edib ki, Heydər Əliyevin siyasi kursunun layiqli davamçısının olması və Azərbaycanın hazırkı sürətli inkişafı Gürcüstandakı soydaşlarımızı çox sevindirir. “Ulu öndərimizin Prezident İlham Əliyev kimi siyasi lider yetişdirməsi tarixdə nadir hadisələrdəndir. Biz çox sevinir və şükür edirik ki, Azərbaycanımızın belə praqmatik, uzaqgörən, qətiyyətli və bacarıqlı dövlət başçısı var. Otuz ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımızın 44 günlük müharibə nəticəsində azad edilməsi, müharibə və müharibədən sonrakı dövrdə İlham Əliyevin xarici KİV-lərə verdiyi müsahibələr, digər ölkələrin dövlət və hökumət başçılarına verdiyi cavablar onu bizim qürur mənbəyimizə çevirib”.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

17-02-2023, 02:26

Gürcüstan mətbuatı “Heydər Əliyev İli” çərçivəsində yeni layihəyə başlayıb

Siyasət

28-03-2023, 19:17

Gürcüstanın Azərbaycandakı sabiq səfiri: “Heydər Əliyev öz səmimiyyəti və davranışı ilə insanı valeh edirdi”

Siyasət

13-03-2023, 23:36

Levan Mamaladze: “Çox xoşbəxtəm ki, Heydər Əliyev kimi tarixi şəxsiyyətin tövsiyələrindən bəhrələnmişəm”

Dünya

26-04-2023, 20:39

Roin Metreveli: “Heydər Əliyev bütün dünya üçün tarixi şəxsiyyət, unudulmaz siyasət nəhəngidir” - FOTOLAR

Siyasət / Dünya

10-03-2023, 20:08

Gürcü siyasətçisi Heydər Əliyevi tarixi İpək Yolunun bərpasının banisi adlandırıb

Mədəniyyət

10-01-2023, 21:30

Salonikidə Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd edilib

İdman

7-05-2023, 19:31

Maqdeburqda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq boks turniri keçirilib

İdman

7-05-2023, 19:32

Maqdeburqda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq boks turniri keçirilib - FOTO

Siyasət

23-03-2023, 00:34

Fərid Şərifov: Azərbaycan var olduqca Heydər Əliyev də yaşayacaqdır

Dünya

10-05-2023, 20:28

Niderlandda Heydər Əliyevin 100 illiyi münasibətilə poçt markası buraxılıb - FOTO

Cəmiyyət

11-04-2023, 00:14

Kamilə Əliyeva: Ordumuzun təməli Heydər Əliyev tərəfindən qoyulub"

Video

16-05-2023, 00:01

Londonda Heydər Əliyevə həsr olunmuş videoçarx hazırlanıb - VİDEO

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Dünən, 15:46
Rüşvətlə rəy verməkdə təqsirləndirilən ekspertə və digərlərinə cəza istənilib
30-08-2026, 10:30
Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib, xəsarətləri ağırdır
29-08-2026, 18:30
Ötən gün qanunsuz saxlanan 8 silah aşkarlanıb
29-08-2026, 18:00
Azərbaycandakı məscidlərdə 1500 nəfərə yaxın din xadimi fəaliyyət göstərir
29-08-2026, 17:35
Goranboyda yol qəzası - Yaralılar var
29-08-2026, 17:30
Xətaidə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib
Xəbər lenti
  • Dünən, 23:08
    “Azərpoçt” kütləvi bağlanmanı inkar edir, redaksiyaya isə 9 poçt şöbəsinin siyahısı daxil olub – “optimallaşdırma” adı altında nə baş verir?
  • Dünən, 19:00
    Rəhman Hacıyev: Mina problemi müharibələr bitəndən sonra da aktuallığını itirmir
  • Dünən, 18:30
    Azərbaycan-Latviya münasibətləri müzakirə olunub
  • Dünən, 18:25
    Sahibə Qafarova İsveçrəyə işgüzar səfərə gedib
  • Dünən, 18:18
    “Citomed” borcunu ödəyə bilmir? – Son 5 ayda 3 dəfəyə yaxın artıb
  • Dünən, 18:03
    Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
  • Dünən, 17:52
    Azərbaycanda bu yol istismar idarələri də ləğv olundu - SİYAHI
  • Dünən, 17:16
    Davam edən Moskva-İrəvan gərginliyi – Rusiya Ermənistana daha bir təsir rıçaqını itirir - ŞƏRH
  • Dünən, 17:01
    Lisey və gimnaziyalara qəbul nəticələri açıqlandı
  • Dünən, 16:59
    Masazırda dövlətin QANUNLARI İŞLƏMİR... - Görünəni budur...
  • Dünən, 16:46
    Azərbaycanda vəkil cərimələndi
  • Dünən, 16:13
    Azərbaycan "ŞƏT plyus"da - Regional liderlikdən qlobal dialoqa - ŞƏRH
  • Dünən, 16:01
    8 tender, 160 milyonluq sifariş – «Hovers Group» hansı qurumların tenderlərini udur?
  • Dünən, 15:46
    Rüşvətlə rəy verməkdə təqsirləndirilən ekspertə və digərlərinə cəza istənilib
  • Dünən, 15:28
    167 saylı məktəbdə təmir üçün valideynlərdən pul yığılır? – İDDİA
  • Dünən, 15:06
    ADY Bakı–Tbilisi–Bakı qatarına saxta bilet satışı ilə bağlı xəbərdarlıq edib
  • Dünən, 14:59
    Rüfət Əzizova qarşı AĞIR FETÖ İTTİHAMI - “Araşdırılsın”
  • Dünən, 14:26
    İlham Əliyev: "Bir kəmər, bir yol" layihəsi Azərbaycan tərəfindən tamamilə dəstəklənir
  • Dünən, 14:16
    Bu da Cavid Qurbanovun GÖRDÜYÜ İŞ... - FOTOFAKT
  • Dünən, 13:59
    İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
  • Dünən, 13:42
    Emin Əmrullayevin yaxın çevrəsinin tender oyunları əslində nələrə hesablanır…
  • Dünən, 13:26
    Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq
  • Dünən, 12:59
    Bərdə sakini baş həkimə MÜRACİƏT etdi: O adam xəstəmizi öldürdü... - İTTİHAM VAR...
  • Dünən, 12:41
    TƏBİB rəhbəri: İlkin səhiyyə xidmətləri səhiyyə sisteminin əsasını təşkil edir
  • Dünən, 12:24
    Xalq artistinin qızı dələduzluqla üzləşib - TƏFƏRRÜAT
  • Dünən, 11:48
    Azərbaycan Prezidenti vyetnamlı həmkarını Müstəqillik Günü münasibətilə təbrik edib
  • Dünən, 11:21
    Yeni tədris ili üzrə I sinfə elektron qəbul sabah başa çatacaq
  • Dünən, 11:11
    Behrud kəndini BİRƏ BASIB... sakinlərin ümidi ALLAHA QALIB... - NARAZILIQ VAR...
  • Dünən, 10:41
    ADY və Bakı Metropoliteninin əməliyyat problemlərinə startap həlləri axtarılacaq
  • Dünən, 10:29
    Buranın adından da DƏLƏDUZLUQ fışqırır - ÖZBAŞINA QALIBLAR...
  • Dünən, 09:59
    Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
  • Dünən, 09:53
    9-cu aydır ki, maaşlarını ala bilmirlər... - MÜRACİƏT
  • Dünən, 09:30
    Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək
  • 1-09-2026, 19:00
    Ərdoğanla Putinin görüşü keçirilir
  • 1-09-2026, 18:32
    Prezidentin sosial şəbəkə hesablarında Hindistanın Baş naziri ilə Bişkekdə görüşünə dair paylaşım edilib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə