• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Gürcü siyasətçisi Heydər Əliyevi tarixi İpək Yolunun bərpasının banisi adlandırıb

Siyasət / Dünya

10-03-2023, 20:08


Gürcüstanın nüfuzlu “Sakartvelos Respublika” (Gürcüstan Respublikası) qəzetində “Heydər Əliyev tarixi İpək Yolunun bərbasının banisidir” sərlövhəli məqalə dərc olunub.

Müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş məqalə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Tbilisidə fəaliyyət göstərən “Alyans“ Gənclər Mərkəzinin birgə layihəsi əsasında dərc edilib.

Məqalə tanınmış gürcü siyasətçisi, 2000-2004-cü illərdə TRASECA Hökumətlərarası Komissiyasının birinci katibi vəzifəsində çalışmış Zviad Kvaçantiradzenin “Azərbaycan xalqı çox xoşbəxtdir ki, tarix ona Heydər Əliyev kimi dünyamiqyaslı dahi şəxsiyyət, eləcə də xalqının və dövlətinin qarşısında duran çətinlikləri aradan qaldırmaqla, Azərbaycanı qısa bir zamanda hüquqi, dünyəvi, demokratik inkişaf yoluna çıxarmağa qadir olan dövlət başçısı bəxş edib” fikri ilə başlayıb.

Azərbaycanda fəaliyyəti dövründə xalqımızın dahi şəxsiyyəti ilə bir neçə dəfə görüşdüyünü vurğulayan gürcü siyasətçisi xatırladıb ki, məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 7-8 sentyabr 1998-ci il tarixində Bakı şəhərində tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilib. Həmin konfransın yekununda Avropa İttifaqının TRASECA proqramı əsasında “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanıb və Bakı Bəyannaməsi qəbul edilib.

Müsahib qeyd edib ki, sazişə əsasən, o, Dövlətlərarası Komissiyanın birinci katibi seçilib, TRASECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Bakı şəhərində yerləşməsi qərara alınıb və 2001-ci il fevralın 21-də katibliyin binasının rəsmi açılışı olub: “Məhz həmin katibliyin açılışında mənim ilk dəfə olaraq Heydər Əliyevlə görüşüm baş tutdu. O, öz çıxışında Avropa İttifaqı tərəfindən TRASECA proqramının həyata keçirilməsi ilə əlaqədar tədbirləri yüksək qiymətləndirdi. Heydər Əliyev şıxışında dedi: “Bizim qonaqlarımız bu binanın gözəlliyi haqqında və indiki vəziyyəti barədə yüksək fikirlər söylədilər. Bu binanın Avropa İttifaqının TRASECA proqramına və tarixi İpək Yolunun bərpası üçün görülən işlərə görə ayrılması təsadüfi deyildir. Bu bina Azərbaycanın, Bakının memarlıq abidələrindən biridir. Vaxtilə, XX əsrin əvvəllərində Azərbaycanın böyük şəxsiyyəti, böyük sahibkarı Hacı Zeynalabdin Tağıyev bu binanı yaradıb və burada da uzun müddət işləyib”.

Z.Kvaçantiradze qeyd edib ki, katibliyin açılışından sonra Heydər Əliyev onunla yarım saat ərzində qarşıda duran vəzifələr və planlar barədə geniş fikir mübadiləsi aparıb: “Artıq onun uzaqgörənliyi ilə əldə olunmuş nəticələr öz bəhrəsini verib. Belə ki, Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində bu gün Azərbaycan güclü nəqliyyat və kommunikasiya dəhlizinə malikdir”.

Heydər Əliyevin yüksək şəxsi keyfiyyətlərindən danışarkən gürcü siyasətçi onun diqqətli və həssas münasibətindən bəhs edib. “Çox məzmunlu yumor hissinə malik idi. Tanış və hörmət etdiyi insanlara xüsusi diqqət yetirərdi. Mənimlə bu dahi şəxsiyyət çox səmimiyyətlə görüşərdi. Heydər Əliyev öz təşəbbüsü ilə başladığı irimiqyaslı işlərə xidmət edən insanlara çox yüksək qiymət verərdi. Xoşbəxtəm ki, mən də həmin insanlar sırasındaydım. Bütün tədbirlərdə mənimlə görüşər, heç zaman diqqətdən kənar qoymazdı. Yanına çağirar və mənə ata nəvazişi göstərərdi”, - deyə Kvaçantiradze vurğulayıb.

Onun fikrincə, Heydər Əliyevin Gürcüstanla münasibətlərə xüsusilə böyük diqqət yetirməsi iki ölkə arasında əlaqələrin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına şərait yaradıb: “Müdrik və uzaqgörən siyasətçi olan Heydər Əliyev Azərbaycan və gürcü xalqlarının tarixi dostluğuna və mehriban münasibətlərinin daha da inkişafına xidmət edən vacib məqamlara həmişə böyük diqqət yetirib. Mən xoşbəxtəm ki, belə şəxsiyyətlə tanış olmuşam”.

Siyasətçi nəzərə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin formalaşdırdığı siyasi irs, ata vəsiyyəti Prezident İlham Əliyev tərəfindən layiqincə, şərəflə və inkişaf etdirilməklə həyata keçirilir: “Mən Azərbaycan xalqına sülh və əmin-amanlıq arzulayıram. İnanıram ki, Prezident İlham Əliyevin rəhbərliyi və uzaqgörən, məqsədyönlü siyasəti nəticəsində Azərbaycan daha böyük uğurlara imza atacaq”.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

17-02-2023, 02:26

Gürcüstan mətbuatı “Heydər Əliyev İli” çərçivəsində yeni layihəyə başlayıb

Siyasət

13-03-2023, 23:36

Levan Mamaladze: “Çox xoşbəxtəm ki, Heydər Əliyev kimi tarixi şəxsiyyətin tövsiyələrindən bəhrələnmişəm”

Siyasət

28-03-2023, 19:17

Gürcüstanın Azərbaycandakı sabiq səfiri: “Heydər Əliyev öz səmimiyyəti və davranışı ilə insanı valeh edirdi”

Video

16-05-2023, 00:01

Londonda Heydər Əliyevə həsr olunmuş videoçarx hazırlanıb - VİDEO

Dünya

26-04-2023, 20:39

Roin Metreveli: “Heydər Əliyev bütün dünya üçün tarixi şəxsiyyət, unudulmaz siyasət nəhəngidir” - FOTOLAR

Dünya

31-03-2023, 21:50

Gürcüstan parlamentinin sabiq deputatı: “Gürcüstan azərbaycanlıları Heydər Əliyevi heç vaxt unutmayacaq”

Mədəniyyət

10-01-2023, 21:30

Salonikidə Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd edilib

Dünya / Mədəniyyət

26-04-2023, 17:39

Almaniyada Heydər Əliyevə həsr olunmuş “İn Memoriam” adlı konsert keçirilib

İdman

7-05-2023, 19:31

Maqdeburqda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq boks turniri keçirilib

İdman

7-05-2023, 19:32

Maqdeburqda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq boks turniri keçirilib - FOTO

Dünya / Mədəniyyət

29-04-2023, 16:16

Parisdə Heydər Əliyevin 100 illiyi qeyd olunub - FOTO

Dünya

13-05-2023, 19:47

Strasburqda Heydər Əliyevin yubileyinə həsr olunmuş klassik musiqi gecəsi təşkil edilib - FOTO

Araşdırma
Yetkinlik yaşına çatmayanları cinayətə sövq edənlər həbs olundular - VİDEO
QHT-lərin qanunsuz medal fəaliyyəti üzrə cinayət işləri məhkəməyə göndərildi
"Oleq Bakinski"yə amnistiya aktı şamil olundu: Konstantin Kuçerin işinə baxılacaq
GDRK direktorundan Bakunews.az-a hədə: Susdurma cəhdi, qanunsuz təyinatlar və kollecdə boykot təhlükəsi ETN-i bunada susacaqsız ? VİDEOFAKT
Gəncə Dövlət Regional Kollecində “kəsir pulu” qalmaqalı: İllik təhsil haqqı artırılıb, rüşvət tələbi iddiaları davam edir
Pənah Babayevin Serviz oyunu fiaskoya uğradı - Azyaşlı uşaqların sağlamlığı təhlükə altındadı...? VİDEO
Hadisə
18-01-2026, 12:00
Yanıq xəsarəti alan kişi xəstəxanada öldü
18-01-2026, 11:00
Şəmkirdə maşın ağaca çırpıldı - Ölən var
17-01-2026, 16:28
Naxçıvanda avtobus avtomobillə toqquşub, xəsarət alanlar var
17-01-2026, 14:23
Zaqatalada bir ailənin dörd üzvü dəm qazından zəhərlənib - YENİLƏNİB
17-01-2026, 12:52
Metronun "20 Yanvar" stansiyasının platformasında bir nəfər ölüb
15-01-2026, 09:44
Qaxda qəza - Ölən və xəsarət alan var
Xəbər lenti
  • Dünən, 18:31
    Leyla Əliyeva Efiopiyanın Baş naziri ilə görüşüb
  • Dünən, 17:55
    Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirdi - VİDEO
  • Dünən, 17:46
    Sumqayıtda “qanun” kameraya görə işləyir - Fərəcovun "qoçu dəstə"ləri var? VİDEO
  • Dünən, 17:14
    Böyük ola bilməyən "velikoruslar" – Duqin və solovyovların sönmüş ulduzları - ŞƏRH
  • Dünən, 17:01
    Bakıda restoranda kuryoz olay: Söyüşə görə müştəriyə cərimə yazıldı
  • Dünən, 16:47
    İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görüldü
  • Dünən, 16:41
    Məmurun əri həmin videosuna görə üzr istədi
  • Dünən, 15:53
    Tramp bu dəvəti Putinə də etdi
  • Dünən, 15:49
    Vəhdət Partiyası 20 yanvar şəhid ailələri ilə görüş keçirib - Onlar niyə milli qəhrəman olmadılar?
  • Dünən, 15:42
    20 Yanvar Faciəsinin 36-cı ildönümündə Xətai rayonunda Şəhid Ailələri və Əlillərlə Tədbir Keçirilib
  • Dünən, 15:37
    Prezidentlə xanımı İsveçrədədir - Fotolar
  • Dünən, 15:26
    Bakıda 3 dərəcə şaxta olacaq
  • Dünən, 15:16
    Azərbaycanda iqtisadi fəal əhalinin sayı açıqlanıb
  • Dünən, 14:56
    Yasamalda DƏRƏ XƏLVƏT... TÜLKÜ BƏY... - Bir gecəyə obyekt tikdilər...
  • Dünən, 14:35
    Azərbaycanda əhalinin sayı açıqlanıb
  • Dünən, 14:24
    Elm və Təhsil Nazirliyində milyonlarla manatlıq maliyyə uyğunsuzluğu - Kim qaytaracaq?
  • Dünən, 14:12
    Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilir
  • Dünən, 14:05
    Reyddə sahibkara qarşı münasibət müzakirə yaratdı - Video
  • Dünən, 13:44
    Ombudsman 20 Yanvarla bağlı bəyanat yayıb
  • Dünən, 12:55
    Xəlil Göyüşova 29 milyonluq tender verilib
  • Dünən, 12:31
    DİN-in şəxsi heyəti 20 Yanvar şəhidlərinin xatirəsini yad edib - VİDEO
  • Dünən, 11:55
    2 dəfə sökülüb, 3-cü dəfə tikilir – Binəqədidə işləyən neft quyusunun üstündə qanunsuz obyekt inşa olunur VİDEO
  • Dünən, 11:35
    Sabah Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək
  • Dünən, 11:26
    Rektor təyinatından sonra suallar artır: Texnologiya Universitetində nə baş verir?
  • Dünən, 11:08
    Azərbaycan XİN İspaniyaya başsağlığı verib
  • Dünən, 10:52
    “Appro Hospital”da 1 saatda 5 ölüm halı… “Xəstəxana deyil, qəssabxanadır” – Şikayət
  • Dünən, 10:30
    Çörəkdən tam imtina etməyin hansı zərərləri var? – Mütəxəssislər XƏBƏRDARLIQ EDİR
  • Dünən, 10:28
    Qəzza üçün Tramp Sülh Şurasına daimi üzv olan ölkələr 1 milyard dollar verməlidir
  • Dünən, 10:22
    Güzdəkdə dağlar yarılır, qanunsuz gil daşınır: Elşən Ələkbərovu hansı məmur himayə edir?-Video
  • Dünən, 10:06
    Baş nazir hüquqi şəxslərlə bağlı qərar imzaladı
  • Dünən, 10:00
    İspaniyada qatarların relsdən çıxması nəticəsində ölənlərin sayı 21-ə çatıb - YENİLƏNİB
  • Dünən, 09:47
    NƏSİMİ RAYONUNDA ZİRZƏMİLƏR DAĞDILIB, SƏKİLƏR QANUNSUZ ARTIRMALARIN QURBANINA ÇEVRİLİB - İH-DƏ SAHİBKARLARLA GİZLİ ANLAŞMALAR QURAN VƏZİFƏLİ ŞƏXS KİMDİR?
  • Dünən, 09:34
    Keşləyə su gəlməyəcək - SƏBƏB
  • Dünən, 09:30
    Zelenski: Rusiya Ukraynanın nüvə elektrik stansiyalarına zərər verməyə çalışır
  • Dünən, 09:00
    Suriya prezidenti Almaniya kansleri ilə görüşü ləğv edib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə