• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Xəlil Göyüşova 29 milyonluq tender verilib

Cəmiyyət

19-01-2026, 12:55

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti daha bir tenderə yekun vurub.

Qurum Ağdam rayonu, Ağdam şəhəri F-2 yaşayış məhəlləsi üzrə energetika təsərrüfatı obyektləri, sahədaxili mühəndis kommunikasiya sistemləri (su, kanalizasiya, elektrik təchizatı, xarici işıqlandırma, yol və səkilər) və yaşıllıq, abadlıq işləri üzrə nəticələri açıqlayıb.

Məlum olub ki, tenderin qalibi “KÖRPÜ-BİNA-TİKİNTİ” MMC olub. Şirkətlə Xidmət arasında bu işlərin görülməsi üçün 9 milyon 321 min 499 manatlıq müqavilə imzalanıb.

Qeyd edək ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ilə “Körpü-Bina-Tikinti” MMC arasında bu ilk anlaşma deyil. Belə ki, ötən ilin yayında da tərəflər tender məsələsində bahallı müqavilə imzalayıblar. Açıq mənbələrdə qeyd edilir ki, Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-120 üzrə binaların tikintisi işləri sözügedən şirkətə həvalə olunub. Bunun üçün Xidmət MMC-yə 13 milyon 800 min 57 manat pul ödəyib.

Qeyd edək ki, adı bir neçə qalmaqallarda keçən “Körpü-Bina-Tikinti” MMC ötən il ərzində toplam 6 tenderin qalibi olub. Onlardan ikisi Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin keçirdiyi müasabiqələr olub.

Bundan başqa, MMC Sərhəd Xidmətinin üç tenderinin də qalibi olub. “Sərhədçi” istirahət mərkəzində abadlıq və əsaslı təmir işlərini həyata keçirən “KBT” MMC bunun müqabilində 452 min 376 manat, elə həmin məkanda hovuzların əsaslı təmirinə görə isə 195 min 387 manat ödəniş alıb.

Maraqlıdır ki, DSX-nın Goradil qəsəbəsində yerləşən “Sərhədçi” istirahət mərkəzində cari təmir işləri bir ildə iki dəfə həyata keçirilib. Və hər ikisinin qalibi KTB MMC olub. İkinci dəfə isə şirkət dövlətb qurumundan 460 min 397 manat ödəniş alıb.

Açıq mənbələrdə o da qeyd edilir ki, analoji tenderlərdən biri də “Tikilməkdə olan Obyektlərin Müdriyyəti”nin keçirdiyi olub. Bu zaman “KBT” MMC Zəngilan şəhərinin magistral su xətlərinin, tullantı, yağış kollektorlarının və qurğularının tikintisinin LS sənədlərinin hazırlanması və tikintinin həyata keçirilməsi çərçivəsində TSTQT-ni də reallaşdırıb. Buna görə isə 6 milyon 314 min 322 manatlıq saziş imzalanıb.

Açıq mənbələrdə bildirilir ki, «Körpü-Bina-Tikinti» MMC 2001-ci ildə təsis edilib. Şirkətin rəhbəri isə Xəlil Göyüşovdur. Onun adı bir çox məsələlərdə hallanıb. Məsələn, bir vaxtlar Göyüşovun ləğv edilmiş MTN-nin keçmiş rəhbəri Eldar Mahmudovun biznesini idarə etdiyi iddiaları açıq mənbələrdə bu gün də mövcuddur.

Bundan başqa, onun oğlu hərbi xidmətdə ola-ola Bakıda avtoşluq etməsinə dair də məlumatlar mövcuddur. Son belə qalmaqallı olay isə ötən il yağış sularının yığılması səbəbindən Sabunçudakı tuneldə iki nəfərin ölməsi zamanı baş verib. Həmin vaxt məlum olub ki, həmin tuneli inşa edənm “KTB” MMC yağış sularının ötrürülməsi üçün kollektro inşa etməyib.

Qarşı tərəfi də dinləməyə hazırıq.Tribuna

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

3-07-2025, 08:44

Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Gündəm / Siyasət

24-04-2024, 14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Gündəm / Cəmiyyət

10-10-2024, 09:22

Antiinhisar Agentliyi Goranboy Suvarma İdarəsinin şişirtdiyi qiymətlərə bəs niyə göz yumub

Siyasət

23-04-2025, 10:48

Pekində Azərbaycan-Çin sənədləri imzalanıb

Cəmiyyət

24-02-2025, 15:20

Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər

Cəmiyyət

8-07-2024, 18:08

Beş ildə 11 milyonluq tender udan «Azertikinti-M» kimə məxsusdur - İLGİNC FAKTLAR

Sosial

8-10-2024, 09:30

Baba Rzayevin TÖHMƏTinin SENSASİON DETALLARI – Sən demə...

Gündəm / Cəmiyyət

17-07-2025, 12:28

Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –“İnşaatçı 3” MMC nazirin özəl tərəfdaşı kimi…

Mədəniyyət

4-03-2025, 11:57

Rafiq Vəliyev Mədəniyyət Nazirliyinin pullarının 30 faizini öz layihəsinə xərcləyib - ARAŞDIRMA

Gündəm / Cəmiyyət

2-07-2024, 12:42

"AZƏRENERJİ"də dövlət vəsaitləri kimlərin nə kimi şəxsi maraqlarına sərf edilir? -İLGİNC FAKTLAR

Araşdırma
Abşeronda qanunsuz tikinti iddiaları artır: Bu dəfə "SARAY H" MTK gündəmdə
“Pulumu qaytarmadılar, yenidən əməliyyat təklif etdilər” – Vətəndaş estetik əməliyyatdan şikayətçidir
Qaz İxrac İdarəsində Sərxan Babaşovla bağlı yeni iddialar
Saxta ştatlar, maaş pozuntuları və polis təzyiqi iddiası – Füzulidə təhsil qalmaqalı
Siyəzəndə təhsil sistemi silkələnir: Himayədarlıq və saxta qeydiyyat iddiaları
Xaçmazda uşaq baxçasında qalmaqal: qanun pozuntuları niyə ört-basdır edilir?
Hadisə
Dünən, 12:46
Gəncədə 29 yaşlı kişi bıçaqlandı
1-07-2026, 16:09
53 yaşlı qadın göldə boğuldu
28-06-2026, 11:00
Polis motosikleti təhlükəli sürən şəxsi saxladı
27-06-2026, 18:00
Doqquzuncu sinif şagirdi vəfat etdi
24-06-2026, 16:25
9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
23-06-2026, 19:00
Türkiyədə sursat anbarında partlayış olub, 2 nəfər ölüb, 2-si yaralanıb
Xəbər lenti
  • Bu gün, 12:57
    Pezeşkian və Paşinyan Tehranda danışıqlar aparıblar
  • Bu gün, 12:23
    Prezident İlham Əliyev Lukaşenkonu Belarusun Müstəqillik Günü münasibətilə təbrik edib
  • Bu gün, 12:08
    Sakinlər narahatdır, tikinti davam edir -"Qurtuluş 93"də dəmir konstruksiyalı artırma kimindir? - video
  • Bu gün, 11:05
    Rusiyanın Kiyevə hücumunda ölənlərin sayı 30 nəfərə çatıb
  • Bu gün, 10:39
    Ekologiya Və Təbii Sərvətlər Naziri Rəşad İsmayılovu Kimlər və Necə aldadırlar?!
  • Bu gün, 10:24
    "Wizz Air" Bakı ilə Bratislava arasında birbaşa uçuşlara başlayır
  • Bu gün, 10:07
    Burun əməliyyatından sonra xəstənin gözü çəpləşdi
  • Bu gün, 09:44
    Yasamal rayonunun bir hissəsində qaz kəsiləcək
  • Dünən, 19:09
    Türkiyədə 1 tondan çox narkotik vasitə aşkarlanıb, 26 nəfər həbs edilib
  • Dünən, 18:50
    Sabunçuda yol qəzası olub, ölən və yaralanan var
  • Dünən, 18:38
    Cəlilabad Peşə Təhsil Mərkəzində birmənbə üsulu ilə tender - 72 min manat bu şirkətə verildi
  • Dünən, 18:18
    Azərbaycan və Türkiyə arasında hərbi aviasiya sahəsində əməkdaşlığın mövcud vəziyyəti müzakirə edilib
  • Dünən, 18:04
    Azərbaycan təhsilində “heyvagülü” siyasəti - MALƏSƏF...
  • Dünən, 17:19
    "Türk Dünyası Həftəsi"nin iştirakçıları Şuşanın tarixi-mədəni irsi ilə tanış olublar
  • Dünən, 17:10
    Atası Arzumun həbsindən sonra ölənin yaxınlarına qarğış etdi - Video
  • Dünən, 16:32
    Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb
  • Dünən, 16:25
    Bu şirkət ancaq Elm və Təhsil Nazirliyinin tenderlərini udur - 4 ildə 44 milyon manat...
  • Dünən, 16:03
    Türküstana üz tutan Tbilisi – "şimalın soyuğundan", "cənubun istisindən" qorunan Gürcüstan - ŞƏRH
  • Dünən, 15:53
    Gəncə Regional Kollecinin müəllimləri direktordan şikayətçidirlər - VİDEO
  • Dünən, 15:19
    "Al Hadath": İran və ABŞ arasında dolayı danışıqların yeni raundu iyulun 18-də başlayacaq
  • Dünən, 15:07
    Türk Yurdu Naxçıvanda Türkmən Zirvəsi! - Türk Yurdu Nahçıvan’da Türkmen Zirvesi! FOTOLAR
  • Dünən, 15:06
    İlqar Bayramlı Fatma Çandırovanı yola saldı - Emin yeni direktor ola biləcəkmi?
  • Dünən, 14:53
    Abşeronda qanunsuz tikinti iddiaları artır: Bu dəfə "SARAY H" MTK gündəmdə
  • Dünən, 14:37
    Xalqa və dövlətə xidmət təntənəsi - Azərbaycan polisi 108-ci ilini qeyd edir
  • Dünən, 13:15
    AAYDA: Bakıda daha iki yol sahəsində təmir işləri aparılır
  • Dünən, 13:01
    Sabah Bakıda 35 dərəcə isti olacaq
  • Dünən, 12:46
    Gəncədə 29 yaşlı kişi bıçaqlandı
  • Dünən, 12:17
    Sabah Bakının 4 rayonunun bəzi ərazilərində su olmayacaq
  • Dünən, 11:57
    Nazirlikdən avtomobillərini nizamsız park edənlərə - Müraciət - Video
  • Dünən, 11:37
    Ukrayna Rusiyadakı "Lukoyl-Nijeqorodnefteorqsintez" NEZ-ə zərbə endirib
  • Dünən, 11:25
    Nizami Tibb Mərkəzində Nələr Baş Verir? –Baş Həkimin Özbaşınalığı və İşgəncə İddiaları
  • Dünən, 10:47
    İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
  • Dünən, 10:38
    Gəncə Dövlət Universiteti "tilsimə düşüb": rektora DUR deyən yoxdur -PREZİDENTƏ MÜRACİƏT
  • Dünən, 10:23
    Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunda işlərin 86 %-i yekunlaşıb
  • Dünən, 09:45
    Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü münasibətilə təbrik edib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə